Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. 2010-cu il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələr üzrə Avro-2 ekoloji normaları tətbiq edilsin.
2. “Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikasının Energetika Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə və Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə tapşırılsın ki, Azərbaycan Respublikasında istehsal edilən, habelə yanacaq-doldurma məntəqələrində satılan avtomobil yanacağının keyfiyyətinə nəzarəti gücləndirsinlər və bu sahədə standartların tələblərini pozan şəxslər barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görsünlər.
4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A.RASİ-ZADƏ
Bakı şəhəri, 6 mart 2010-cu il
Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair texniki normativlərin hazırlanması və təsdiq edilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Sənaye və Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Neft Şirkəti
Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası tərəfindən avtonəqliyyat vasitələrindən atılan zərərli maddələrə dair qəbul edilmiş Avropa standartlarına uyğun milli standartların hazırlanması və təsdiq edilməsi
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
Azərbaycan Respublikasının ərazisində dövriyyəyə buraxılan avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrə dair Avro-3 və daha yüksək Avropa ekoloji normalarına mərhələlərlə keçidlə bağlı təkliflərin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi
Sənaye və Energetika Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Neft Şirkəti
Raritet (nadir) avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxal olunması və gömrük rəsmiləşdirilməsinə dair qaydanın layihəsinin hazırlanması və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilməsi
Dövlət Gömrük Komitəsi, Nəqliyyat Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi
1. 24 yanvar 2014-cü il tarixli 20 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 31 yanvar 2014-cü il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 1, maddə 69)
2. 6 oktyabr 2016-cı il tarixli 386 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 9 oktyabr 2016-cı il, № 222, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1704)
3. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
4. 5 avqust 2023-cü il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, “Xalq” qəzeti, 12 avqust 2023-cü il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1262)
5. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)