AZƏRBAYCAN RESPUBLİKASI
"08" dekabr 1999-cu il
Nazir __________ S. Həsənova
AZƏRBAYCAN RESPUBLİKASININ
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ
"04" noyabr 1999-cu il
Sədr ________H. Babayev
1.1. Bu Əsasnamə "Səhmdar cəmiyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa, "Qiymətli kağızlar haqqında" Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 1616 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasını Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə müvafiq olaraq hazırlanmışdır.
1.2. Bu Əsasnamə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra - "qeydiyyat orqanı") tərəfindən müəyyən edilmiş, Azərbaycan Respublikası ərazisində emissiya qiymətli kağızlarının (bundan sonra - "qiymətli kağızlar") buraxılması və qeydiyyatı qaydalarını tənzimləyir.
1.3. Bu Əsasnamə dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı yaradılan səhmdar cəmiyyətlərinin səhmlərinin qeydiyyatına şamil edilmir.
2.1. Emitent qiymətli kağızların buraxılışı hüququnu qiymətli kağızların buraxılışı haqqında qərarın (bundan sonra - "qiymətli kağızlar buraxılışı") dövlət qeydiyyatından keçdiyi andan əldə edir.
2.2. Emissiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı üçün qeydiyyat orqanına aşağıdakı sənədlər təqdim edilməlidir:
a) qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı üçün bu Əsasnaməyə 1 saylı əlavəyə müvafiq ərizə;
b) qiymətli kağızların buraxılışı haqqında qərarın surəti;
v) emissiya prospekti (qiymətli kağızların qeydiyyatı emissiya prospektinin qeydiyyatı ilə müşayiət olunursa);
q) emitentin nizamnaməsinin və dövlət - qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surətləri və təsis müqaviləsinin surəti.
d) qiymətli kağızlar sənədləşdirilmiş formada buraxıldığı halda, qiymətli kağızın sertifikatının nümunəsi.
e) prospekt emissiyasının qeydiyyatı üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd.
ə) buraxılış emissiya prospekti olmadan qeydə alındıqda, emitentin maliyyə-iqtisadi vəziyyətini səciyyələndirən məlumat (bu Əsasnamənin 3 saylı əlavənin (B) və (V) bəndlərinə müvafiq).
2.3. Qiymətli kağızların buraxılış dövlət qeydiyyatından keçənə qədər onların reklam edilməsi qadağandır.
2.4. Qiymətli kağızlar buraxılışının dövlət qeydiyyatı üçün sənədlər həmin qiymətli kağızların buraxılışı haqqında qərar qəbul ediləndən ən gec bir ay sonra təqdim edilməlidir.
2.5. Səhmlərin və istiqraz vərəqələrinin buraxılışının dövlət qeydiyyatı eyni zamanda həyata keçirilə bilməz.
2.6. Qiymətli kağızların buraxılışı dövlət qeydiyyatından keçənə qədər həmin qiymətli kağızlarla bağlı əqdlərin bağlanması (qiymətli kağızların emitent ilə ehtimal edilən anderrayterlər arasında, eləcə də anderrayterlər arasında yerləşdirilməsini təşkil edilməsi barədə müqavilələr istisna olmaqla) qadağandır.
Qiymətli kağızların buraxılışı dövlət qeydiyyatından keçdiyi andan etibarən emitent və anderrayterlər qiymətli kağızları onların ehtimal edilən alıcılarına təklif etmək hüququ əldə edirlər.
2.7. Adlı qiymətli kağızların yerləşdirilməsi halında qeydiyyat orqanına adlı qiymətli kağızların sahiblərinin reyestrinin aparılması barədə emitentlə reyestrin aparılması fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyası olan şəxs arasında bağlanmış müqavilənin surəti (müqavilələrin surətləri) və yaxud reyestrin emitentin özü tərəfindən aparılmasını təsdiq edən sənəd təqdim edilməlidir (qiymətli kağızların qeydiyyatı emissiya prospektinin qeydiyyatı ilə müşayiət olunmursa).
2.8. İstiqraz vərəqələrinin yerləşdirilməsinə üçüncü şəxs tərəfindən təminat verildiyi halda qeydiyyat orqanına, həmin təminatı təsdiq edən sənədlər (tapşırıq müqaviləsinin surəti, bankın zəmanəti) təqdim edilir.
2.9. Emitent və onun idarəetmə orqanlarının vəzifəli şəxsləri emissiya prospektində və daxili sənədlərdə olan məlumatın tamlığı və düzgünlüyü üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar.
2.10. Bu Əsasnaməyə müvafiq olaraq bütün sənədlərin təqdim edildiyi tarixdən etibarən on beş gün müddətində qeydiyyat orqanı qiymətli kağızların buraxılışının qeydiyyatını həyata keçirməli və yaxud qeydiyyatdan imtina edilməsi barədə əsaslandırılmış qərar qəbul etməlidir.
Əgər qeydiyyat orqanına qiymətli kağızların emissiya prospektinə dəyişikliklər və ya əlavələr təqdim edilərsə, bu halda həmin dəyişikliklərin və əlavələrin təqdim edildiyi gün qiymətli kağızların buraxılışın qeydiyyatı üçün sənədlərin təqdim edilmə tarixi sayılır.
2.11. Qiymətli kağızlar buraxılışın dövlət qeydiyyatı barədə qərar qəbul edildikdə ərizəçiyə aşağıdakı sənədlər verilir:
a) qiymətli kağızların buraxılışı barədə qərarın qeydiyyatı haqqında arayış;
b) emissiya prospektinin qeydiyyatı haqqında arayış;
2.12. Qeydiyyat orqanı aşağıdakı səbəblərə görə qiymətli kağızların buraxılışının qeydə alınmasından imtina edilməsi barədə qərara qəbul edə bilər:
a) təqdim olunmuş sənədlər və onlarda olan məlumatların məzmunu müvafiq qanunvericiliyin tələblərinə uyğun olmadıqda;
b) emissiya prospektinə və ya qiymətli kağızlar buraxılması haqqında qərara (qiymətli kağızların qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst və ya təhrif edilmiş məlumatlar daxil edildikdə;
v) bundan əvvəlki buraxılışda olan qiymətli kağızlar tam yerləşdirilmədikdə;
q) emitent tərəfindən qiymətli kağızların buraxılışı ilə bağlı Azərbaycan Respublikası qanunvericiliyinin pozulduğu digər hallarda.
Qeydiyyat orqanı qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınmasından imtina etdikdə təqdim olunmuş sənədlər geri qaytarılmır.
2.13. Emissiya qiymətli kağızlarının buraxılışının və emissiya prospektinin qeydə alınmasından imtina edilməsi haqqında qərardan məhkəmə qaydasında şikayət verilə bilər.
3.1. Qiymətli kağızların emissiyası proseduru aşağıdakı mərhələləri əhatə edir:
a) qiymətli kağızların buraxılışı haqqında emitentin səlahiyyətli orqanı tərəfindən qərar qəbul edilməsi;
b) qiymətli kağızların buraxılışı haqqında qərarın dövlət qeydiyyatı;
v) qiymətli kağızların emissiya prospektinin qeydə alınması (qiymətli kağızların qeydiyyatı emissiya prospektinin qeydiyyatı ilə müşayiət olunursa);
q) qiymətli kağızların yerləşdirilməsi;
d) qiymətli kağızların dövlət qeydiyyatı;
e) qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın qeydiyyata alınması;
4.1. Qiymətli kağızların buraxılması haqqında qərar emitentin, müvafiq səlahiyyətlərə malik olan orqanı tərəfindən qəbul edilir.
4.2. Qiymətli kağızların buraxılması haqqında qərarın forması bu Əsasnaməyə 2 saylı əlavəyə müvafiq olmalıdır. Qiymətli kağızların buraxılması haqqında qərarın səhifələri tikilir, nömrələnir, səlahiyyətli şəxslər tərəfindən imzalanır və emitentin möhürü ilə təsdiq edilir.
4.3. Qapalı abunə yolu ilə yerləşdirən qiymətli kağızların buraxılması haqqında qərarda, emitentin qiymətli kağızları hansı şəxslər dairəsi arasında yerləşdirmə niyyətində olduğu göstərilməlidir.
4.4. Qərarın qeydiyyat orqanında saxlanan mətni həqiqi mətn hesab edilir.
5.1. Qiymətli kağızların buraxılışının (qapalı səhmdar) cəmiyyətinin səhmlərinin emissiyası halları istisna olmaqla) dövlət qeydiyyatına alınması səhmlərin emissiya prospektinin qeydə alınması ilə müşayiət olunmalıdır.
5.2. Qiymətli kağızların emissiya prospekti bu Əsasnaməyə 3 saylı əlavəyə və qiymətli kağızların buraxılması haqqında qərara müvafiq olmalıdır.
5.3. Qiymətli kağızların emissiya prospektinin səhifələri tikilir, nömrələnir, səlahiyyətli şəxslər tərəfindən imzalanır və emitentin möhürü ilə təsdiq edilir.
5.4. Açıq abunə yolu ilə yerləşdirilən qiymətli kağızların buraxılması haqqında qərarda və emissiya prospektində alıcıların biri-biri qarşısında hər hansı üstünlüyə malik olması nəzərdə tutula bilməz. Bu müddəa aşağıdakı hallarda tətbiq olunmur:
a) dövlət qiymətli kağızlarının emissiyasında;
b) səhmdar cəmiyyətlərinin səhmdarlarına emissiya haqqında qərar qəbul edilən zaman onlarda olan səhmlərin sayına mütənasib miqdarda yeni emissiya olunan qiymətli kağızlar almaqda üstünlük verilməsi;
v) emitentlər qiymətli kağızların qeyri-rezidentlər tərəfindən alınması üzərində məhdudiyyətlər qoyduqda.
5.5. Qiymətli kağızların emissiya prospekti eyni vaxtda yerləşdirilən müxtəlif kateqoriyalı səhmlərin bir və ya bir neçə buraxılışı üçün hazırlana bilər.
6.1. Səhmlərin yerləşdirilməsi müddəti qiymətli kağızların buraxılması barədə qərarın qəbul edildiyi gündən etibarən bir ildən çox olmamalıdır.
6.2. İstiqraz vərəqələrinin yerləşdirilməsi müddəti emitent tərəfindən istiqraz vərəqələrin buraxılması barədə qərarda və emissiya prospektində müəyyən edilir, lakin bu müddət iki ildə çox olmamalıdır.
6.3. Emitent səhmlərin alınmasına yönəldilən vəsaiti müvafiq bankda (banklar üçün - Azərbaycan Respublikasının Milli Bankında) açılmış xüsusi yığım hesabın köçürür.
6.4. Səhmdar cəmiyyətin təsisi zamanı səhmlərin 60%-dən az olmayan hissəsinə abunə yazılmışsa və bu səhmlərin nominal dəyərinin 30%-i ödənilibsə, abunə baş tutmuş hesab olunur(qapalı tipli səhmdar cəmiyyətləri üçün səhmlərin nominal dəyərinin 50%-i ödənilir).
6.5. Səhmdar cəmiyyətinin səhmlərinin təkrar emissiyası keçirildikdə, səhmlərin 50%-dən az olmayan hissəsi yerləşdirilibsə və bu səhmlərin nominal dəyərinin 100%-i ödənilibsə, yerləşdirmə baş tutmuş hesab olunur.
6.6. Emitent yağım hesabında, yerləşdirmənin (səhmdar cəmiyyətin təsisi zamanı - abunənin) baş tutmuş hesab edilməsi üçün zəruri məbləğin olmasını təsdiq edən sənədi qeydiyyat orqanına təqdim etməlidir.
6.7. Yerləşdirmə (səhmdar cəmiyyətin təsisi zamanı - abunə) baş tutmuş hesab edilənə qədər yığım hesabındakı vəsaitdən istifadə edilməsi qadağandır.
6.8. qeydiyyat orqanı yerləşdirmənin (səhmdar cəmiyyətin təsisi zamanı - abunənin) baş tutmuş hesab edilməsi barədə yeddi iş günü müddətində emitentə qiymətli kağızların dövlət qeydiyyatı haqqında şəhadətnamə verir. Abunə baş tutmamış hesab edildikdə, qeydiyyat orqanı emitentə əsaslandırılmış imtina cavabı verməlidir.
6.9. Müvafiq şəhadətnamə emitentə təqdim edildikdən sonra yığım hesabındakı vəsait hesablaşma hesabına (müxbir hesabına) köçürülür.
6.10. Qiymətli kağızlar açıq abunə yolu ilə yerləşdirildiyi hallarda emitent müvafiq informasiyanın açıqlanması haqqında "Mülkiyyət" qəzetində və qeydiyyat orqanının İnternet səhifəsində məlumat dərc etdirməlidir (bu məlumatda qiymətli kağızların emissiya prospekti ilə harada tanış olmaq mümkün olduğunu göstərməlidir).
6.11. Yerləşdirilən qiymətli kağızların hər bir alıcısına, həmin qiymətli kağızları alana qədər, qeydə alınmış bütün dəyişikliklər və əlavələrlə birlikdə, emissiya prospekti ilə tanış olmasına imkan verilməlidir.
6.12. Qiymətli kağızların sahiblərinin və onların ehtimal edilmən alıcılarının mənafelərini müdafiə etmək zərurətindən irəli gəldiyi hallar istisna olmaqla, qiymətli kağızların buraxılması haqqında qərara və emissiya prospektinə bir qiymətli kağız üzrə həmin qərarla müəyyən olunmuş və emissiya prospektində göstərilmiş hüquqların həcmi ilə bağlı dəyişikliklər və ya əlavələr edilməsinə icazə verilmir.
6.13. Qiymətli kağızların buraxılması haqqında qərara və (və ya emissiya prospektinə dəyişikliklərin və əlavələrin qeydə alınması üçün emitent bu cür dəyişikliklər və (və ya) əlavələr edilməsi üçün əsas olan sənədi qeydiyyat orqanına təqdim etməlidir.
6.14. Qiymətli kağızlar açıq abunə yolu ilə yerləşdirildiyi halda emitent qiymətli kağızların yerləşdirilməsi şərtlərində dəyişikliklər haqqında "Mülkiyyət" qəzetində və qeydiyyat orqanının İnternet səhifəsində məlumat dərc etdirməlidir.
6.15. Yerləşdirilmə baş tutmamış hesab edildikdə emitent öz investorlarının vəsaitlərinin onlara qaytarılması üçün məsuliyyət daşıyır.
6.16. İstiqraz vərəqələrinin buraxılışından əvvəl elan edilmiş həcmindən asılı olmayaraq yerləşdirilən minimum həcminə məhdudiyyət qoyulmur.
7.1. Bu Əsasnamənin qaydalarını pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda və müvafiq qaydada məsuliyyət daşıyırlar.
7.2. Qeydiyyat orqanı tərəfindən qiymətli kağızların buraxılışı etibarsız sayıla bilər.
7.3. Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq, qiymətli kağızları almış şəxs emitent, anderrayter və qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən bu Əsasnamənin qaydalarının pozulması nəticəsində ona dəymiş zərərin ödənilməsi hüququna malikdir.
7.4. Qeydiyyat orqanı qiymətli kağızların yerləşdirilməsinin dayandırılması haqqında qərar qəbul edəndən sonra emitentə bu barədə bildiriş göndərir. Emitent və anderrayterlər həmin bildirişi aldıqdan sonra dərhal qiymətli kağızların yerləşdirilməsini dayandırmağa borcludurlar. Qiymətli kağızların yerləşdirilməsinin dayandırılması barədə anderrayterə bildiriş göndərmək vəzifəsi emitentə həvalə edilir.
8.1. Qiymətli kağızların yerləşdirilməsindən ən geci otuz gün sonra emitent qeydiyyat orqanına qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabat təqdim edir. Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın forması bu Əsasnaməyə 4 saylı əlavəyə müvafiq olmalıdır. Qiymətli kağızların buraxılışının nəticələri haqqında qərar tikilir, onun səhifələri nömrələnir, səlahiyyətli şəxslər tərəfindən imzalanır və emitentin möhürü ilə təsdiq edilir.
8.2. Bu Əsasnaməyə müvafiq olaraq bütün sənədlər təqdim edilən tarixdən etibarən iki həftə ərzində qeydiyyat orqanı qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatı qeydiyyata almalı, yaxud əsaslandırılmış şəkildə imtina etməlidir.
8.3. Əgər qiymətli kağızıların haqqı kimi ödənilən əmlak qanunvericiliyə müvafiq olaraq, qiymətləndirilməlidirsə qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatla eyni zamanda, həmin əmlakın qiyməti barədə müstəqil qiymətləndirici rəyi də qeydiyyat orqanına təqdim edilməlidir.
8.4. Qiymətli kağızların buraxılması haqqında qərarda nəzərdə tutulan miqdarla müqayisədə daha az sayda qiymətli kağız yerləşdirildiyi halda qeydiyyat orqanı qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatdakı məlumata əsasən, həmin qiymətli kağızların sayını yerləşdirilməmiş qiymətli kağızların sayı qədər azaldır.
8.5. Buraxılışın nəticələri haqqında hesabatın qeydiyyatından imtina edilməsi üçün əsaslar, buraxılışın baş tutmamış (etibarsız) sayılması üçün əsaslarla eynidir. Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatı qeydiyyata almaqdan imtina edildikdə qeydiyyat orqanı tərəfindən emitentə müvafiq bildiriş göndərilməlidir.
"Azərbaycan Respublikasının ərazisində
emissiya qiymətli kağızlarının buraxılması
və qeydiyyatı haqqında" Əsasnaməyə
_________________________________________________________________________________________
müvafiq olaraq yerləşdirilvçək_____________________________________________________________
_____________________________________________________________________________________________
qeydiyyata almağınızı xahiş edir.
Emitentin olduğu yer, poçt ünvanı və əlaqə telefonları:
________________________________________________________________________________________
Rəhbər:__________________________________________________ ________________________
Tarix: “____”______________________ il
"Azərbaycan Respublikasının ərazisində
emissiya qiymətli kağızlarının buraxılması
və qeydiyyatı haqqında" Əsasnaməyə
A) Qiymətli kağızlar buraxılması haqqında qərarın titul vərəqinin forması:
QİYMƏTLİ KAĞIZLAR BURAXILMASI HAQQINDA QƏRAR
_________________________________________________________________________barəsində
_________________________________________________________tərəfindən qəbul edilmişdir.
qərar qəbul etmiş orqanının adı)
"_____" __________ ______ il _________________ Protokol N: _________
Emitentin olduğu yer, poçt ünvanı və əlaqə telefonları:
__________________________________________________________________________________
Müvəkkil edilmiş şəxslər: Tarix " ______"________________ _______il
Rəhbər:___________________
Baş mühasib: _______________
Qiymətli kağızların buraxılması haqqında qərara daxil edilən məlumat:
1. Buraxılışın ümumi həcmi.
2. Qiymətli kağızların növü.
3. Qiymətli kağızların forması (sənədləşdirilmiş, yaxud sənədləşdirilməmiş olması)
4. Qiymətli kağızların buraxılması haqqında qərarda onların hökmən mərkəzləşdirilmiş şəkildə saxlanmasının nəzərdə tutulub-tutulmadığı göstərilir.
5. Buraxılışa daxil olan hər bir qiymətli kağızın nominal dəyəri və onun sahibinin hüquqları, o cümlədən:
a) səhmlər üçün - hər bir səhm üzrə verilən hüquqlar barədə dəqiq müddəaları;
b) istiqraz vərəqələri üçün - onların sahiblərinin, istiqraz vərəqələrinin nominal dəyərinin və (diskont istiqraz vərəqələri istisna olmaqla) müəyyən faizin qabacadan nəzərdə tutulmuş müddətdə ödənilməsini tələb etmək, yaxud başqa əmlak üstünlükləri əldə etmək hüquqları. Faizin miqdarı (diskont istiqraz vərəqələri istisna olmaqla). İstiqraz vərəqəsinin sahibinin tələbi ilə əldə edilə biləcək başqa əmlak ekvivalenti. İstiqraz vərəqələrinin tədavül (ödəniş) müddəti.
6. Həmin buraxılışa daxil olan qiymətli kağızların sayı.
7. Emissiya qiymətli kağızlarının yerləşdirilməsi qaydası.
8. Emitentin emissiya qiymətli kağızlarının sahibləri qarşısında öhdəlikləri.
"Azərbaycan Respublikasının ərazisində
emissiya qiymətli kağızlarının buraxılması
və qeydiyyatı haqqında" Əsasnaməyə
Emissiya prospektinin cildinin birinci vərəqinin üz tərəfində aşağıdakı məlumatlar göstərilməlidir:
1. Sənədin adı: "Emissiya prospekti".
2. Emitentin firma adı.
Emitentin təşkilati-hüquqi forması və tam firma adı göstərilir.
3. Yerləşdirilən qiymətli kağızların növü və miqdarı. Yerləşdirilən səhmlərin kateqoriyası və tipi, eləcə də yerləşdirilən səhmlərin hər bir kateqoriyası və tipi üzrə səhmlərin miqdarı və bir səhmin nominal dəyəri göstərilir. Yerləşdirilən istiqraz vərəqələrinin seriyası, onların adlı, yaxud təqdim edənə olması, müəyyən seriyaya aid istiqraz vərəqələrinin miqdarı və bir istiqraz vərəqəsinin nominal dəyəri göstərilir.
4. Həmin emissiya prospektinin emitentin səlahiyyətli orqanı tərəfindən təsdiq edilməsi barədə qeyd.
Bu qeyddə "Təsdiq edilmişdir" sözləri, emitentin tam firma adı, emissiya prospektini təsdiq etmiş orqanın adı, təsdiq edilmə tarixi, səlahiyyətli şəxsin imzası və emitentin möhürü olmalıdır.
5. Müvəkkil bankda emitent üçün açılmış yığım hesabının nömrəsi.
6. "Qeydiyyat orqanı bu emissiya prospektində olan informasiyanın dürüstlüyü üçün cavabdeh deyildir və onu qeydə almaq faktı ilə yerləşdirilən qiymətli kağızlara öz münasibətini ifadə etmir" müddəası.
7. "Bu emissiya prospektində olan informasiya qiymətli kağızlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada açıqlanmalıdır" müddəası.
8. Emitentin məsul şəxslərinin imzaları, möhürü və tarix.
A. Emitent haqqında məlumatlar:
1. Emitentin tam adı.
2. Emitentin qısaldılmış adı.
3. Emitentin adına və təşkilati-hüquqi formasında dəyişikliklər haqqında məlumatlar.
Əgər emitentin mövcud olduğu müddətdə onun firma adı və təşkilati-hüquqi forması dəyişmişdirsə, onun bütün əvvəlki tam və qısaldılmış firma adları və təşkilati-hüquqi formaları, eləcə də bu adların nə vaxt dəyişdirilmiş olduğu göstərilir.
4. Emitentin hüquqi şəxs kimi dövlət qeydiyyatının şəhadətnaməsinin nömrəsi və tarixi.
5. Emitentin yerləşdiyi yer, onun poçt ünvanı və əlaqə telefonları.
6. Emitentin hesablaşma (müxbir) və başqa hesabları (manat və valyuta hesabları).
7. Emitentin təsisçiləri (iştirakçıları).
Səhmdar cəmiyyəti təsis edilən zaman səhmlərin ilk buraxılışı halında təsisçilərin sayı və onlar haqqında məlumatlar (hüquqi şəxsin tam firma adı və təşkilati-hüquqi forması, olduğu yer və poçt ünvanı, yaxud vətəndaşın soyadı, adı və atasının adı eləcə də nizamnamə kapitalında onların payları haqqında məlumatlar) göstərilir.
Səhmlərin təkrar emissiyası halında emitentin səhmdarlarının (təsisçilərinin) ümumi sayı, eləcə də nizamnamə kapitalında iştirak payı ən azı 5 faiz olan səhmdarlar (təsisçilər) haqqında məlumatlar və qiymətli kağızların buraxılması haqqında qərar qəbul edilən zaman nizamnamə kapitalında onların payları göstərilir.
8. Emitentin idarə strukturu.
Qiymətli kağızların buraxılması haqqında qərar qəbul edilən zaman emitentin idarəetmə orqanlarının strukturu tam təsvir edilir.
9. Direktorlar şurasının (müşahidə şurasının) üzvləri.
Emitentin direktorlar şurasının (müşahidə şurasının) hər bir üzvünün, o cümlədən direktorlar şurasının sədrinin soyadı, adı və atasının adı, doğulduğu il, direktorlar şurasının (müşahidə şurasının) hər bir üzvünün tutduğu bütün vəzifələr, eləcə də şəxsən emitentin səhmdarı (iştirakçısı) olan üzvlərin emitentin nizamnamə kapitalındakı payları göstərir.
10. Səhmdar cəmiyyəti yaradılan zaman səhmlərin ilk emissiyası halında 8-ci və 9-cu bəndlərdə adları çəkilən məlumatlar göstərilmir.
11. Nizamnamə kapitallarında emitentin payı 5 faizdən çox olan səhmdar cəmiyyətləri haqqında məlumatlar.
Bu siyahıda hüquqi şəxsin tam firma adı, olduğu yer və poçt ünvanı, hüquqi şəxsin nizamnamə kapitalında emitentin payı göstərilməlidir.
Emitentin törəmə müəssisələrinin nizamnamə kapitalında onun payı. Emitentin bütün törəmə və digər müəssisələrində nizamnamə kapitallarında onun iştirakının faizlə payı göstərilir.
12. Emitentin filialları və nümayəndəlikləri.
Emitentin bütün filiallarının və nümayəndəliklərinin adları, onların açılma tarixləri, olduğu yer və poçt ünvanı, emitentin bütün filiallarının və nümayəndəliklərinin rəhbərlərinik soyadları, adları və atalarının adları, eləcə də emitentin onlara verdiyi vəkalətnamələrin qüvvədə olma müddətləri və emitentin nizamnamə kapitalında onların iştirak payları göstərilir.
B. Emitentin maliyyə vəziyyəti haqqında məlumatlar (kredit təşkilatlarından başqa):
1. Emitentin illki mühasibat balansları (ikinci tərtib) və qiymətli kağızların buraxılması haqqında qarar qəbul ediləndən əvvəlki axırıncı rüb ərzində onun fəaliyyətinin maliyyə nəticələri haqqında o cümlədən, mənfəətdən istifadə haqqında hesabat.
2. Emitentin nizamnamə kapitalı haqqında məlumatlar.
Emitentin nizamnamə kapitalın həcmi, eləcə də səhmdarların (iştirakçıların) emitentin nizamnamə kapitalında onlara məxsus səhmlərin haqqını (paylarını) ödəmək haqqında öz öhdəliklərini nə dərəcədə yerinə yetirmələri barədə məlumatlar - səhmdar cəmiyyəti olan emitent üçün: yerləşdirilmiş səhmlərin miqdarı və nominal dəyəri, eləcə də nizamnamə kapitalında payı Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyində müəyyən edilmiş həddən çox olan qiymətli kağız sahibləri göstərilir.
3. Qiymətli kağızların əvvəlki buraxılışları haqqında hesabat.
- Qiymətli kağızın növü; forması, kateqoriyası, yaxud seriyası. Qiymətli kağızların növü və forması (adi sənədləşdirilmiş yaxud sənədləşdirilməmiş yaxud sənədləşdirilməmiş imtiyazlı səhmlər; sənədləşdirilmiş yaxud sənədləşdirilməmiş müəyyən seriyalı adlı istiqraz vərəqələri, təqdim edənə sənədləşdirilmiş yaxud sənədləşdirilməmiş müəyyən seriyalı istiqraz vərəqələri).
- Qeydiyyat nömrələri və dövlət qeydiyyatının tarixi.
Qiymətli kağızların hər bir növünün, kateqoriyasının (tipinin), yaxud seriyasının dövlət qeydiyyat nömrəsi və dövlət qeydiyyatının tarixi göstərilir.
- Yerləşdirmənin başlanma və qurtarma tarixləri, ödəniş müddəti.
Qiymətli kağızların yerləşdirilməsinin başlanma və qurtarma tarixləri, həmçinin (istiqraz vərəqələri üçün), ödəniş müddəti göstərilir.
- Buraxılışın ümumi həcmi (nominal dəyər üzrə).
- Yerləşdirilmiş qiymətli kağızların miqdarı.
- Bir qiymətli kağızın nominal dəyəri.
- Qiymətli kağızların sahiblərinin hüquqları.
Həmin növə, kateqoriyaya (tipə), yaxud seriyaya aid hər bir qiymətli kağızın sahibinin bütün hüquqları göstərilir.
- Qiymətli kağızlar üzrə gəlirlərin ödənilmə şərtləri. Başa çatmış maliyyə ili ərzində qiymətlik kağızların hər bir növü üzrə gəlirlərin yarandığı anadan etibarən həmin gəlirlərin ödənilmə şərtləri və ödənişlərin məbləği göstərilir.
- Əgər emitent cari ildə qiymətli kağızlar üzrə apralıq gəlirləri ödəyibsə, aralıq gəlirlərin məbləği göstərilir.
- Emitentin qiymətli kağızlarının bazarına aid informasiya. Emitentin qiymətli kağızlarının alqı-satqısı aparılan əsas bazarlar göstərilir.
1. Emissiya sənədləri qeydiyyata alınmaq üçün qeydiyyat orqanına təqdim edilən tarixdən əvvəlki axırıncı rübün sonu və axırıncı hesabat tarixi üçün bankın mühasibat balansı.
2. Axırıncı rüb ərzində mənfəətdən istifadə haqqında hesabat. Sonrakı buraxılışların qeydiyyata alınması üçün təqdim edilən sənədlər hazırlanan zaman əvvəl təqdim edilmiş məlumatlar nəzərə alınır.
3. Qiymətli kağızların buraxılması haqqında qərar qəbul edilən zaman emitent bankın kreditorlar və büdcə tədiyyələri üzrə vaxtı keçmiş borclarının məbləği.
4. Bankın fəaliyyətinin səciyyələndirən iqtisadi göstəricilərin hesabatı. Hesabatda axırıncı hesabat dövrü üçün göstəricilər və qiymətli kağızların buraxılışının başa çatması zamanı ehtimal edilən müvafiq göstəricilər əks etdirilir.
5. Bankın nizamnamə kapitalı haqqında müvafiq forma üzrə tərtib edilmiş hesabat:
- nizamnamə kapitalının faktiki ödənilmiş həcmi, eləcə də payçıların yaxud səhmdarların bankın nizamnamə kapitalında onlara məxsus payları ödəmək haqqında öz öhdəliklərini nə dərəcədə yerinə yetirmələri;
- nizamnamə kapitalının hissələrə (paylara, səhmlərə) bölünməsi.
- səhmlərin hər bir tipi üzrə dividentlərin ödənilməsi şərtləri;
- emitent bankın sərmayədarların nəzərinə çatdırmaq istədiyi başqa məlumatlar.
6. Qiymətli kağızların əvvəlki buraxılışları haqqında hesabat:
- Qiymətli kağızın növü; forması və kateqoriyası, yaxud seriyası.
- Qeydiyyat nömrələri və dövlət qeydiyyatının tarixi.
Qiymətli kağızların hər bir növünün; kateqoriyasının, yaxud seriyasının dövlət qeydiyyat nömrəsi və dövlət qeydiyyatının tarixi göstərilir.
- Yerləşdirmənin başlanma və qurtarma tarixləri, ödəniş müddəti.
Qiymətli kağızların yerləşdirilməsinin başlanma və qurtarma tarixləri, həmçinin (istiqraz vərəqələri üçün, ödəniş müddəti göstərilir.
- Buraxılışın ümumi həcmi (nominal dəyər üzrə). Yerləşdirilmiş qiymətli kağızların miqdarı.
- Bir qiymətli kağızın nominal dəyəri.
- Qiymətli kağızların sahiblərinin hüquqları.
Həmin növə, kateqoriyaya, yaxud seriyaya aid hər bir qiymətli kağızın sahibinin bütün hüquqları göstərilir.
- Qiymətli kağızlar üzrə gəlirlərin ödənilmə şərtləri.
Başa çatmış maliyyə ili ərzində qiymətli kağızların hər bir növü üzrə gəlirlərin yarandığı andan etibarən həmin gəlirlərin ödənilmə şərtləri və ödənişlərin məbləği göstərilir.
- Əgər emitent mari ildə qiymətli kağızlar üzrə aralıq gəlirləri ödəyibsə, aralıq gəlirlərin məbləği göstərilir.
- Emitentin qiymətli kağızlarının bazarına aid informasiya. Emitentin qiymətli kağızlarının alqı-satqısı aparılan əsas bazarlar göstərilir.
Q. Yerləşdirilən qiymətli kağızlar haqqında məlumatlar (bu bölmə həmin emissiya prospekti ilə sənədləşdirilək qiymətli kağızların hər bir buraxılışı üçük tam həcmdə təkrar edilir):
1. Səhmlər haqqında ümumi məlumatlar:
- səhmlərin kateqoriyası, forması (adi yoxsa imtiyazlı səhm olması), imtiyazlı səhmlərin tipi və forması (sənədləşdirilmiş yoxsa sənədləşdirilməmiş olması).
- səhmlərin saxlanmasının və onlar barədə hüquqların uçotunun qaydaları.
- buraxılışın ümumi həcmi (nominal dəyər üzrə).
- yerləşdirilən səhmlərin miqdarı.
- bir səhmin nominal dəyəri.
- səhmlərin öz sahiblərinə verdiyi hüquqlar.
2. İstiqraz vərəqələri haqqında ümumi məlumatlar:
- istiqraz vərəqələrinin seriyası və forması.
- istiqraz vərəqələrinin seriyası, onların adlı yaxud təqdim edənə, aizli yaxud diskont, sənədləşdirilmiş yoxsa sənədləşdirilməmiş olması göstərilir.
- buraxılışın ümumi həcmi (nominal dəyər üzrə).
- yerləşdirilən istiqraz vərəqələrinin miqdarı.
- bir istiqraz vərəqəsinin nominal dəyəri.
- istiqraz vərəqəsinin öz sahiblərinə verdiyi hüquqlar.
- istiqraz vərəqələrinin ödənilmə müddəti.
- istiqraz vərəqələrinin ödənilmə şərtləri və qaydaları.
3. Qiymətli kağızların buraxılması haqqında qərarın qəbul edilməsi tarixi.
4. Emitentin qiymətli kağızların buraxılması haqqında qərar qəbul etmiş orqanı.
5. Qiymətli kağızlar barədə hüquqların uçotunu həyata keçirən təşkilatların (reyestr saxlayıcılarının) adları.
Qeydiyyatçının təşkilati-hüquqi forması, tam firma adı, olduğu yer və poçt ünvanı, depozitari mərkəzləşdirilmiş şəkildə saxlandığı halda isə həmçinin onların müvafiq fəaliyyəti həyat keçirmələri üçün verilmiş lisenziyaların nömrələri və həmin lisenziyaları vermiş orqan da göstərilir.
6. Qiymətli kağızların yerləşdirilməsinin başlanma tarixi.
7. QiYmətli kağızların yerləşdirilməsinin qurtarma tarixi.
8. Yerləşdirilən istiqraz vərəqələri üzrə təminat.
Emitentin hər bir seriyaya aid istiqraz vərəqələrinin, sahibləri qarşısında öhdəliklərini yerinə yetirməsinin təmin edilməsi forması, həcmi və şərtləri, təminat üçüncü şəxs tərəfindən verildiyi halda isə, həmçinin, təminatı vermiş təşkilatın təşkilati-hüquqi forması, tam firma adı, olduğu yer və poçt ünvanı da göstərilir.
9. Qiymətli kağızların ödənilmə şərtləri və qaydaları.
Qiymətli kağızların ödənilməsinin şərtləri və qaydaları (o cümlədən, ödənişlərin dövriliyi, hesablaşmaların forması, qiymətli kağızların ödənilməsi üçün vəsaitlərin köçürülməli olduğu hesabların nömrələri) göstərilir.
10. Qiymətli kağızların ilkin yerləşdirilməsində iştirak edən təşkilatlar (anderrayterlər) haqqında məlumatlar.
Qiymətli kağızların yerləşdirilməsində iştirak edən təşkilatların funksiyaları, yerləşdirmənin metodları və emitentlə bu təşkilatlar arasında müqavilənin mühüm şərtləri, yerləşdirmədə iştirak edən təşkilatların mükafatlandırılmamsı şərtləri göstərilir.
11. Qiymətli kağızların yerləşdirilməsindən əldə edilən vəsaitdən istifadə edilməsi (səhmlərin emissiyası istisna olmaqla).
Qiymətli kağızların emissiyası ilə bağlı məsrəflər çıxılmaqla, qiymətli kağızların yerləşdirilməsindən əldə edilən gəlirin həcmi və qiymətli kağızların yerləşdirilməsindən əldə edilən vəsaitdən hansı məqsədlər üçün istifadə etməyin nəzərdə tutulması, eləcə də hər bir məqsəd üçün nəzərdə tutulan konkret məbləğlər göstərilir.
12. Qiymətli kağızlar üzrə gəlirlər haqqında məlumatlar.
Adi və imtiyazlı səhmlər üzrə (dividentin həcmi nizamnamədə müəyyən edilmiş imtiyazlı səhmlərin yerləşdirilməsi halında) dividentin həcmi və onun ödənilmə qaydası göstərilir.
II. İstiqraz vərəqələri.
İstiqraz vərəqələri üzrə gəlirlərin bütün formaları (faizlər, diskontlar), gəlirlərin həcmi və ödənilmə dövriliyi, eləcə də istiqraz vərəqələrinin sahiblərinini onlara çatası gəlirləri ala biləcəyi və istiqraz vərəqələrinin ödənişi üçün, o cümlədən başqa əmlak ekvivalenti almaq yolu ilə ödənişi üçün təqdim edə biləcəkləri təşkilatların adları göstərilir.
D. Əlavə informasiya:
1. Qiymətli kağızların tədavülündə məhdudiyyətlər.
Təkrar qiymətli kağızlar bazarında onların tədavülü ilə bağlı hər hansı məhdudiyyətlər göstərilir.
2. Qiymətli kağızların keçməsi qaydası.
Təkrar qiymətli kağızlar bazarında qiymətli kağızlar barədə mülkiyyət hüququnun keçməsi qaydası göstərilir.
3. Qiymətli kağızların satıldığı əsas yerlər (yer).
Qiymətli kağızlar abunə yolu ilə yerləşdirildiyi halda yerləşdirilən qiymətli kağızların satıldığı əsas yerlər (yer) göstərilir.
B) və V) bölmələri təkrar emissiya halında göstərilir.
B) Hesabatın məzmunu:
1. Abunə yolu ilə yerləşdirilmiş qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatda qiymətli kağızların yerləşdirilməsinin faktiki başlanma və qurtarma tarixləri göstərilir.
2. Buraxılışın qiymətli kağızlarından hər birinin nominal dəyəri.
3. Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatda dəyəri manatla, xarici valyuta şəklində pul vəsaiti ilə və sair əmlakla ödənilmiş qiymətli kağızların faktiki yerləşdirilmiş sayları ayrı-ayrılıqda göstərilir.
4. Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatda:
a) yerləşdirilmiş qiymətli kağızların dəyərini ödəmək üçün qoyulmuş əmlakın dəyərinin pul ekvivalenti;
b) yerləşdirilmiş qiymətli kağızların dəyərini ödəmək üçün manat şəklində qoyulmuş pul vəsaitinin məbləği;
v) yerləşdirilmiş qiymətli kağızların dəyərini ödəmək üçün xarici valyuta şəklində qoyulmuş pul vəsaitinin ödənildiyi vaxtda Milli Bankın məzənnəsi üzrə manatla ifadə edilmiş məbləği göstərilir.
5. Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatda qiymətli kağızların yerləşdirilmiş və yerləşdirilməmiş hissələri (buraxılışdakı qiymətli kağızların ümumi sayına nisbətən, faizlə) göstərilir.
6. Səhmlərin buraxılışının nəticələri haqqında hesabatda bu məlumatlar göstərilir:
a) adi səhmlərin ən azı 5 faizinə, eləcə də səhmdar cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq səsvermə hüququ verilmiş imtiyazlı səhmlərə malik olan səhmdarlar;
b) səhmdar cəmiyyətinin direktorlar şurasının üzvləri (onların soyadı; adı və atasının adı; səhmdar cəmiyyəti, olan emitentdə tutduğu vəzifələr), yerləşdirilmiş adi səhmlərin ümumi sayına nisbətən onlardan hər birinə məxsus adi səhmlərin faizlə miqdarı, eləcə də səhmdar cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq səsvermə hüququ verilmiş imtiyazlı səhmlərin yerləşdirilmiş ümumi sayına nisbətən, səhmdar cəmiyyətinin nizamnaməsinə müvafiq olaraq səsvermə hüququ verilmiş, onlarda hər birinə məxsus olan imtiyazlı səhmlərin faizlə miqdarı.
Azərbaycan Respublikasının ərazisində emissiya qiymətli kağızlarının buraxılması və qeydiyyatı haqqında” Əsasnaməyə
A) Qiymətli kağızların buraxılışının nəticələri haqqında hesabatın titul vərəqinin forması:
_____________________________________________________________________________________
_____________________________________________________________________________________
Buraxılışın dövlət qeydiyyat nömrəsi____________________________________________________
_____________________________________________________________________________________
___________________________________________________________ tərəfindən təsdiq edilmişdir.
“_____” ____________ _____ il Protokol N: ____
Emitentin olduğu yer, poçt ünvanı və əlaqə telefonları:
_____________________________________________________________________________________
Qiymətli kağızların buraxılışı haqqında qərar “______” _________________ ildə qeydə alınmışdır.
Rəhbər: _____________________________
Baş mühasib: ________________________