Bakı şəhəri “16” 10 2002-ci il
“Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən zəruri olduqda və bu müvafiq müqavilələrdə (sazişlərdə), normativ hüquqi aktlarda və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində (sazişlərdə) nəzərdə tutulduqda malın mənşəyi haqqında sertifikat verilməsi Qaydaları”nın qüvvədən düşməsi barədə
Azərbaycan Respublikası Ticarət Nazirliyinin 06.07.2000-ci il tarixli 60 ü nömrəli əmri ilə təsdiq edilmiş, 07.07.2000-ci il tarixdə 1790 nömrəli şəhadətnamə verilməklə Dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikasının gömrük ərazisindən mal çıxarılarkən zəruri olduqda və bu müvafiq müqavilələrdə (sazişlərdə), normativ hüquqi aktlarda və ya Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində (sazişlərdə) nəzərdə tutulduqda malın mənşəyi haqqında sertifikat verilməsi Qaydaları” qüvvədən düşmüş hesab edilsin.
Əsas: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin 24.12.2001-ci il tarixli 56 nömrəli əmri.
Ədliyyə Müşaviri F. Məmmədov