Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatları siyahısının müəyyən edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
«Gömrük orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 243 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunan xüsusi vəsaitlərin, habelə odlu silah və onlar üçün döyüş sursatlarının siyahısı» müəyyən edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 4 yanvar 2001-ci il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 4 yanvar tarixli 7 nömrəli qərarı ilə
Azərbaycan Respublikasının gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin, habelə odlu silah və onlar üçün döyüş sursatlarının
Müdafiə (zirehli) jileti
PR-90 markalı xüsusi rezin dəyənək
«Çeremuxa-5» və «Çeremuxa-6» tipli əl qaz qranatı
TU N-6057-0210012-27-90
«Çeremuxa-1» və «Çeremuxa-12» tipli əl qaz qranatı
«Siren-12» tipli əl qaz qranatı
TU N-6-57-0210012-35-90
«Çeremuxa-10» tipli aerozol qurğusu
«Zarya» tipli işıqverən (səsverən) qranat
Avtonəqliyyat vasitəsini saxlamaq üçün «Jən-Diana» tipli qurğu
PSM (PSM-1) markalı 5,45 mm-lik tapança
PSM (PMM) markalı 9 mm-lik tapança
AKM (AKSM) markalı 7,62 mm-lik avtomat
AKS-74 markalı 5,45 mm-lik avtomat
AKS-74U markalı 5,45 mm-lik avtomat
SPŞ-tipli 26 mm-lik səsverən tapança
MKM tipli 5,6 mm-lik idman tapançası - hamarlüləli odlu silah
9 mm-lik tapança patronu
7N6 tipli 5,45 mm-lik patron
7X3 tipli 5,45 mm-lik patron
7,62 mm-lik 1943-cü il buraxılış T-45 gülləli patron
7,62 mm-lik 1943-cü il buraxılış gülləli boş patron
5,6 mm-lik «Yunior» tipli patron
Qırmızı alovlu 15 mm-lik səsverici patron
İşıqverici 26 mm-lik patron
26 mm-lik qırmızı alovlu patron
26 mm-lik yaşıl alovlu patron
* Qeyd. Siyahıda göstərilən xüsusi vasitələr habelə odlu silah və onlar üçün döyüş sursatlarının mənşə ölkəsindən asılı olmayaraq analoji növlərindən istifadə edilər bilər.