“Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 2377 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı” təsdiq edilsin (2 nömrəli əlavə).
3. “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarından istifadə Qaydaları” təsdiq edilsin (3 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 29 oktyabr 2021-ci il
1. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, habelə ailə üzvləri;
2. Azərbaycan Respublikasının Baş naziri, habelə ailə üzvləri;
3. Azərbaycan Respublikası Milli Məclisinin sədri, habelə ailə üzvləri;
4. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri, habelə ailə üzvləri;
5. Azərbaycan Respublikasının vitse-prezidentləri, habelə ailə üzvləri;
6. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, habelə ailə üzvləri;
7. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi, habelə ailə üzvləri;
8. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, habelə ailə üzvləri;
9. Azərbaycan Respublikası Baş nazirinin müavinləri, habelə ailə üzvləri;
10. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, habelə ailə üzvləri;
10-1. Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisi, habelə ailə üzvləri;
11. Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisi, habelə ailə üzvləri;
12. Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, habelə ailə üzvləri;
12-1. Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri;
13. Azərbaycan Respublikası Prezidentinin köməkçiləri, Azərbaycan Respublikası Prezidentinin Mətbuat katibi, Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi və onun müavini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavini, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi və onun müavini, Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini, Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının Katibi xidmətinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavinləri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin şöbə müdirləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin şöbə müdirləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin müavinləri, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin şöbə müdirləri;
14. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyi rəisinin müavinləri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçiləri;
15. Azərbaycan Respublikasının vitse-prezidentlərinin köməkçiləri;
16. Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Baş nazirinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər müdiri, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Baş nazirinin köməkçiləri, Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat xidmətinin rəhbəri;
17. Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavinləri, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Azərbaycan Respublikası Milli Məclisi Aparatının rəhbəri və onun müavini, Azərbaycan Respublikası Milli Məclisinin İşlər müdiri, Azərbaycan Respublikası Milli Məclisi Aparatının şöbə müdirləri, Azərbaycan Respublikası Milli Məclisi rəhbərliyinin Katibliyinin rəisi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin köməkçiləri;
18. Heydər Əliyev Fondunun prezidenti, vitse-prezidenti və icraçı direktoru;
19. Azərbaycan Respublikasının keçmiş Prezidenti və onun ailə üzvləri;
20. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini, hakimləri, Aparatının rəhbəri;
21. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və onun müavini;
22. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman);
23. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Azərbaycan Respublikasından seçilmiş hakim;
24. Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri və onların müavinləri;
25. Azərbaycan Respublikasının Baş prokuroru və onun müavinləri;
26. Məhkəmə-Hüquq Şurasının sədri və üzvləri;
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri və onun müavini, Azərbaycan Respublikası Ali Məhkəməsinin kollegiya sədrləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri, Aparatının rəhbəri;
28. apellyasiya məhkəmələrinin sədrləri;
29. mərkəzi icra hakimiyyəti orqanları yanında dövlət agentliklərinin və xidmətlərinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən rəhbərləri;
30. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlətin adından yaradılan publik hüquqi şəxslərin idarəetmə orqanlarının Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən rəhbərləri;
31. Azərbaycan Respublikası Hesablama Palatasının sədri və onun müavini;
32. Azərbaycan Respublikası Mərkəzi Bankının sədri;
33. Dövlət Neft Fondunun İcraçı direktoru;
34. Azərbaycan Respublikası Auditorlar Palatasının sədri;
35. Azərbaycan Respublikası Audiovizual Şuranın sədri;
36. Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti və vitse-prezidentləri;
37. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti və vitse-prezidentləri;
38. Azərbaycan Respublikasının Prezidenti yanında komissiyaların sədrləri;
39. Heydər Əliyev Mərkəzinin direktoru;
40. Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri;
41. Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavinləri, Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin köməkçiləri, Naxçıvan Muxtar Respublikasının prokuroru, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi;
42. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
43. Azərbaycan Respublikasında dini mərkəzlərin (idarələrin) rəhbərləri;
44. Azərbaycan Rəssamlar İttifaqının sədri, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Azərbaycan Musiqi Xadimləri İttifaqının sədri;
45. Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirləri, baş konsulları və beynəlxalq təşkilatlarda daimi nümayəndələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfirləri;
46. Azərbaycan Respublikasının Prezidentini, Azərbaycan Respublikasının Birinci vitse-prezidentini, Azərbaycan Respublikasının vitse-prezidentlərini, Azərbaycan Respublikasının Baş nazirini və onun müavinlərini, Azərbaycan Respublikası Milli Məclisinin sədrini və onun müavinlərini, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərini, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirini, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidmətinin rəisini, Azərbaycan Respublikası Xüsusi Tibb Xidmətinin rəisini və Azərbaycan Respublikasının xarici işlər nazirini xarici və ölkədaxili səfərlərdə müşayiət edən rəsmi nümayəndə heyətlərinin üzvləri;
47. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı;
48. verilmiş tapşırıq üzrə öz vəzifələrini yerinə yetirən Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin diplomatik kuryerləri.
1. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Baş nazirinin və onun müavinlərinin, Azərbaycan Respublikası Milli Məclisinin sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikasının xarici işlər nazirinin və Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn rəsmi nümayəndə heyətləri;
2. xarici ölkələrin Azərbaycan Respublikasında səfirləri və baş konsulları;
3. beynəlxalq təşkilatların rəhbər şəxsləri;
4. BP Şirkətinin Azərbaycan-Gürcüstan-Türkiyə Regionu üzrə prezidenti.
1.1. Azərbaycan Respublikası hava limanlarının xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarında (bundan sonra - VIP salonları) VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin qarşılanması və yola salınması üçün yüksək səviyyədə xidmətin göstərilməsi təmin edilir.
1.2. Beynəlxalq hava limanı statusuna malik olan Azərbaycan Respublikasının hava limanlarında VİP salonları həmin hava limanlarında dövlət sərhədindən buraxılış məntəqələrinin xüsusiləşdirilmiş hissəsi hesab olunur.
1.3. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin bu salonlarda qarşılanması və yola salınması üzrə yüksək səviyyədə xüsusi xidmətin göstərilməsinə dair işlərin təşkili və fasiləsiz fəaliyyəti “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və xidmət prosesinə cəlb olunan mülki aviasiya subyektləri ilə birlikdə təmin edilir.
1.5. VİP salonlarında təhlükəsizliyin təmin edilməsi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.
1.7. VİP salonlarında göstərilən xidmətlərin keyfiyyətinə və VİP salonlarından istifadə qaydalarına riayət olunmasına nəzarət Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi tərəfindən həyata keçirilir.
1.8. VİP salonlarında ödənişsiz əsaslarla xidmətlərin göstərilməsi ilə bağlı çəkilən xərclər Azərbaycan Respublikasının dövlət büdcəsindən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə ayrılmış vəsait hesabına həyata keçirilir.
2.1. Azərbaycan Respublikasının hava limanlarında VİP salonları aerovağzal kompleksinin ərazisində yerləşir və hava limanının vahid sistemini təşkil edir. VİP salonlarının aerovağzal kompleksinin perron hissəsinə ayrıca girişi və çıxışı olmalıdır.
2.2. VİP salonlarının girişində “Azərbaycan Respublikasının dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş tələblərə uyğun olaraq Azərbaycan və ingilis dillərində VİP salonların adları qeyd olunan lövhələr olmalıdır.
2.3. VİP salonlarının iş vaxtı müvafiq hava limanının iş vaxtına uyğun tənzimlənir.
3.1. VİP salonlarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda və “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”nda (bundan sonra - Siyahılar) nəzərdə tutulmuş şəxslərə, habelə bu Qaydalarda nəzərdə tutulmuş digər şəxslərə xidmət göstərilir. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin əl yükü və baqajı, həmçinin onları yola salan (qarşılayan) şəxslər ümumi qaydada baxışdan keçirilirlər.
3.2. Siyahılara daxil olan şəxslərlə birlikdə səfər edən ailə üzvlərinə də VİP salonlarında xidmət göstərilir.
3.3. “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət ödənişsiz əsaslarla həyata keçirilir.
3.4. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin, Azərbaycan Respublikası vitse-prezidentlərinin, Azərbaycan Respublikası Milli Məclisi sədrinin və onun müavinlərinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin, Azərbaycan Respublikası Prezidentinin Protokol Xidməti rəisinin, Azərbaycan Respublikası Xüsusi Tibb Xidməti rəisinin, Azərbaycan Respublikası xarici işlər nazirinin və Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti rəisinin dəvəti ilə xarici dövlətlərdən Azərbaycan Respublikasına gələn nümayəndə heyətlərinin gediş-gəliş tarixi və reysin nömrəsi barədə Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə dəvət edən tərəfindən məlumat verilir.
3.5. “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinin Siyahısı”na daxil olan şəxslərə və onlarla birlikdə səfər edən ailə üzvlərinə VİP salonlarında xidmət qarşılıqlıq prinsipi əsasında ödənişsiz və ya ödənişli əsaslarla həyata keçirilir.
3.6. Siyahılara daxil olmayan, habelə bu Qaydalarda nəzərdə tutulmamış şəxslərə VİP salonlarında xidmət Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri tərəfindən “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan birdəfəlik yazılı sifarişlər əsasında həyata keçirilir. Təxirəsalınmaz hallarda (qeyri-iş günlərində (vaxtlarında) Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin və Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbərinin şifahi tapşırıqları icra oluna bilər.
3.7. Azərbaycan Respublikasının Prezidentini və onun ailə üzvlərini xarici ölkələrdə və ölkədaxili səfərlərdə müşayiət edən Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin əməkdaşları (müvafiq mühafizə avadanlıqlarının və xüsusi vasitələrin VİP salonlarından daşınmasına icazə verilməklə) səfərdən əvvəl və səfərdən sonra VİP salonlarının xidmətlərindən ödənişsiz əsaslarla istifadə edirlər.
3.8. Azərbaycan Respublikasında fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri və əməkdaşları Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinə ünvanlanan gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildiriş əsasında VİP salonlarından istifadə edirlər.
3.9 Naxçıvan Beynəlxalq Hava Limanının VİP salonuna münasibətdə bu Qaydaların 3.6-cı və 3.8-ci bəndlərində qeyd olunan şəxslərə xidmət Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatı rəhbərinin gediş-gəliş tarixi və reysin nömrəsi qeyd olunan bildirişi əsasında həyata keçirilir.
3.10. Bu Qaydaların 3.5-ci, 3.6-cı, 3.8-ci və 3.9-cu bəndlərində qeyd olunan şəxslərə VİP salonlarında göstərilən xidmət haqlarının məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
4.1. VİP salonlarından istifadə hüququ olan şəxslərə aşağıdakı xidmətlər göstərilir:
4.1.1. VİP salonlarından istifadə hüququ olan şəxslərin qeydiyyatı, əl yükünün və baqajının rəsmiləşdirilməsi;
4.1.2. VİP salonlarından istifadə hüququ olan şəxsləri qarşılayanların və yola salanların hava gəmisinin gəlməsi və yola düşməsi barədə məlumatlandırılması;
4.1.3. VİP salonlarından istifadə hüququ olan şəxslərə sərhəd və gömrük nəzarətindən keçmək üçün kömək göstərilməsi;
4.1.4. VİP salonlarından istifadə hüququ olan şəxslərin VİP salonu və hava gəmisi istiqamətində müşayiət edilməsi məqsədilə nəqliyyat vasitəsilə təmin olunması;
4.1.5. VİP salonlarından istifadə hüququ olan şəxslərin əl yükünün və baqajının gediş zamanı hava gəmisinə yüklənməsi üçün qəbul edilməsi, gəliş zamanı VİP salonuna çatdırılması;
4.1.6. VİP salonlarından istifadə hüququ olan şəxsləri qarşılayanlara və yola salanlara VİP salonlarına daxil olmaq imkanının yaradılması;
4.1.7. VİP salonlarından istifadə hüququ olan şəxsləri qarşılayanların və yola salanların nəqliyyat vasitələrinin VİP dayanacaqla təmin edilməsi;
4.1.8. VİP salonlarından istifadə hüququ olan şəxslərə çay və sərinləşdirici içkilərin təklif edilməsi;
4.1.9. VİP salonlarından istifadə hüququ olan şəxslərin şəhər telefon rabitəsi, internet və televiziya xidmətləri ilə, həmçinin qəzetlərlə və jurnallarla təmin edilməsi;
4.1.10. zəruri hallarda VİP salonlarından istifadə hüququ olan şəxslərə ilkin tibbi və digər yardım göstərilməsi.
4.2. VİP salonlarında aviabileti, pasportu, xidməti vəsiqəsi olan VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərə xidmət göstərilir.
4.3. VİP salonlarında VİP salonlarından istifadə hüququ olan şəxslərin qeydiyyatı, əl yükünün və baqajın rəsmiləşdirilməsi hava gəmisinin uçuşundan 1 (bir) saat əvvəl başa çatdırılır. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin salona gəlişinin əsaslı səbəbdən yubanması barədə əvvəlcədən xəbər verildiyi təqdirdə, həmin şəxs hava gəmisinin bortuna texnoloji qrafikinin şərtlərinə riayət edilməklə daxil olur, qeydiyyatı, əl yükünün və baqajının rəsmiləşdirilməsi nisbətən gec aparılır. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin perronda daşınması VİP salonuna təhkim edilmiş xüsusi nəqliyyat vasitəsilə həyata keçirilir.
4.4. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin baqajı hava gəmisinə ayrıca yüklənilir və daşıyıcı aviaşirkətin əməkdaşlarının məsuliyyəti altında xüsusi baqaj cədvəli üzrə təhvil verilir. VİP salonlarının əməkdaşları tərəfindən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslər və onların baqajı barədə məlumat daşıyıcı aviaşirkətin daxili qaydalarına uyğun verilir.
4.5. VİP salonlarının əməkdaşları qeydiyyatdan keçən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərə hava gəmisinə minmə vaxtı barədə əvvəlcədən məlumat verir, həmçinin daşıyıcı aviaşirkətin nümayəndələrini salonda xidmət göstərilən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlandırırlar.
4.6. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslər barədə məlumatlar (soyadı, adı və vəzifəsi, reysin tarixi və nömrəsi, hərəkət marşrutu) VİP salonlarının elektron sistemində yerləşdirilir.
4.7. VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin Azərbaycan Respublikasının hava limanlarına gəlməsi barədə həmin şəxslər və ya onların tapşırığına əsasən digərləri tərəfindən telefon, poçt, e-mail və digər rabitə vasitələri ilə əvvəlcədən, hava gəmisinin kapitanı tərəfindən enişdən azı 30 dəqiqə əvvəl VİP salonlarına məlumat verilir. VİP salonları tərəfindən VİP salonlarından istifadə etmək hüququna malik olan şəxslərin qarşılanması, onlara xidmət göstərilməsi və nəzərdə tutulmuş marşrut üzrə səfəri davam etdirməsi üçün hava gəmisinə minməsi təmin edilir.
4.8. Hava gəmisinin uçuşu yubandıqda və ya hərəkət marşrutu dəyişdirildikdə, VİP salonlarının əməkdaşları VİP salonlarından istifadə etmək hüququna malik olan şəxsləri yerləşdirir, onlara istirahət üçün şərait yaradır və onların yaxın reyslə yola salınmasına kömək göstərir.
1. 4 iyul 2022-ci il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 6 iyul 2022-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №7, maddə 811)
2. 14 aprel 2023-cü il tarixli 112 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 17 aprel 2023-cü il, “Xalq” qəzeti, 19 aprel 2023-cü il, № 81, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 583)
3. 17 iyul 2023-cü il tarixli 228 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2023-cü il, № 148, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 7, maddə 1067)
4. 18 noyabr 2023-cü il tarixli 419 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 noyabr 2023-cü il, “Xalq” qəzeti, 21 noyabr 2023-cü il, № 253, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 11, maddə 1582)
5. 25 yanvar 2024-cü il tarixli 45 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 112)
6. 13 mart 2024-cü il tarixli 142 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 13 mart 2024-cü il, “Xalq” qəzeti, 16 mart 2024-cü il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 3, maddə 319)
7. 2 aprel 2024-cü il tarixli 190 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 aprel 2024-cü il, “Xalq” qəzeti, 4 aprel 2024-ci il, № 69, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 4, maddə 443)
8. 19 fevral 2025-ci il tarixli 26 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 20 fevral 2025-ci il, “Xalq” qəzeti, 23 fevral 2025-ci il, № 41, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 187)
9. 20 fevral 2025-ci il tarixli 40 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 24 fevral 2025-ci il, “Xalq” qəzeti, 25 fevral 2025-ci il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 2, maddə 201)
10. 1 dekabr 2025-ci il tarixli 356 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 1 dekabr 2025-ci il, “Xalq” qəzeti, 4 dekabr 2025-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1206)
11. 3 dekabr 2025-ci il tarixli 370 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 3 dekabr 2025-ci il, “Xalq” qəzeti, 4 dekabr 2025-ci il, № 256, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1218)
12. 18 dekabr 2025-ci il tarixli 402 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 18 dekabr 2025-ci il, “Xalq” qəzeti, 26 dekabr 2025-ci il, № 272, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1247)
13. 25 dekabr 2025-ci il tarixli 412 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 26 dekabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 dekabr 2025-ci il, № 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 12, II kitab, maddə 1257)