Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115; 2004-cü il, №9, maddə 665) aşağıdakı əlavələr və dəyişiklik edilsin:
1. 17-ci maddənin adında "aparatı" sözündən sonra "və regional mərkəzləri" sözləri əlavə edilsin;
2. 17.1-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: "Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.";
3. 17.3-cü maddədə "Aparat" sözündən sonra "və regional mərkəzlər" sözləri, "aparatı" sözündən sonra "və regional mərkəzləri" sözləri əlavə edilsin;
4. 17.4-cü maddədə, 18-ci maddənin adında, 18.1-ci və 18.2-ci maddələrdə "aparatının" sözündən sonra "və regional mərkəzlərinin" sözləri əlavə edilsin;
5. 19.1-ci maddədə "və onun aparatının" sözləri ", onun aparatının və regional mərkəzlərinin" sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 mart 2006-cı il