Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002-ci il, № 3, maddə 115; 2004-cü il, № 9, maddə 665; 2006-cı il, № 3, maddə 207, № 11, maddə 909) 19.2-ci maddəsi aşağıdakı redaksiyada verilsin:
"19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsaitin tərkibində cari xərclərin məbləği əvvəlki maliyyə ilində bu məqsəd üçün nəzərdə tutulmuş məbləğdən az ola bilməz. ".
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 oktyabr 2007-ci il