17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır. Yerlərdə Müvəkkilin regional mərkəzləri yaradıla bilər.
17.2. Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.
17.3. Müvəkkilin aparatı və regional mərkəzlər Müvəkkil tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkilinin aparatı və regional mərkəzləri haqqında” Əsasnaməyə uyğun fəaliyyət göstərir.
17.4. Müvəkkilin aparatının və regional mərkəzlərin strukturu, ştat cədvəli və smeta xərcləri Müvəkkil tərəfindən müəyyən edilir.