Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005-ci il tarixli, 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR:
1. Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tabeliyində olan İstehlak Mallarının Ekspertizası Bürosu tərəfindən göstərilən laboratoriya, məsləhət və ekspertiza xidmətlərinin tarifləri aşağıdakı kimi təsdiq edilsin:
Taxıl və yeyinti məhsullarında göstəricilərin təyini (hər maddə üzrə bir analiz üçün)
Taxıl və yeyinti məhsullarında toksiki göstəricilərin təyini (bir analiz üçün)
Ağır metallar (Cu, Zn, Pb, Fe, Ni, Cr, Co, Hg, Cd, As, Sn, Mn) (hər maddə üzrə)
Biotoksinlər (DSP, PSP,ASP) (hər maddə üzrə)
Nitrozaminlər (TVB-N, TMA-N) (hər maddə üzrə)
Aflatoksin B1, B2,G1,G2,M1, zearalenon, ochratoxin A, dezoksinivalenol, T-2 toksin (hər maddə üzrə)
Metanol, sivuş yağları, aldehidlər, mürəkkəb efirlər (hər maddə üzrə)
Testesteron, DES, metiltestesteron, progestesteron (hər maddə üzrə)
Taxıl və yeyinti məhsullarında radioloji göstəricilərin (sezium, stronsium) təyini (hər maddə üzrə bir analiz üçün)
Taxıl və yeyinti məhsullarında mikrobioloji göstəricilərin təyini (bir analiz üçün)
Mezofil aerob və fakültativ anaerob mikroorqanizmlər, süd turşulu mikroorqanizmlər (hər maddə üzrə)
BÇBQ (koliforma, kolindeks), proteus, kif və maya göbələkləri, bacillus cereus bakteriyaları, sulfit reduksiyaedici bakteriyalar, kartof çöpləri (hər maddə üzrə)
Eneterokokk, P.aeuruginosa, L.monocitogenes, fekal koliform, xloramfenikol (hər maddə üzrə)
Staphylococcus aureus
Ümumi əsaslı uçucu azot (TVB-N)
Patogen mikroorqanizmlər, o cümlədən salmonellalar
Sərbəst və ümumi kükürd turşuları
Klostridium perfingens
Suda kationların (Li, Na, K, NH4, Mg, Ca), anionların (Cl, PO4, NO3, NO2, SO4, F, Br) təyini (hər qrup maddə üzrə bir analiz üçün)
Kənd təsərrüfatı məhsulları (çəkiyə görə)
10 tondan 50 tona qədər
50 tondan 100 tona qədər
100 tondan 200 tona qədər
200 tondan 500 tona qədər
Yeyinti məhsulları (çəkiyə görə)
10 tondan 50 tona qədər
50 tondan 100 tona qədər
100 tondan 200 tona qədər
200 tondan 500 tona qədər
Sənaye malları (çəkiyə görə)
10 tondan 50 tona qədər
50 tondan 100 tona qədər
100 tondan 200 tona qədər
200 tondan 500 tona qədər
Kimya sənayesi məhsulları (çəkiyə görə)
20 tondan 50 tona qədər
50 tondan 100 tona qədər
100 tondan 200 tona qədər
Maşın və avadanlıqlar (dəyərə görə)
20 min manatdan 50 min manata qədər
50 min manatdan 75 min manata qədər
75 min manatdan 100 min manata qədər
100 min manatdan yuxarı
Taxta və meşə materialları (həcmə görə)
30 m-dən 60 m3-ə qədər
Xam neft (1 ton üçün)
Neft məhsulları (1 ton üçün)
Təbii qaz (1 mln. müçün)
Elektrik enerjisi (1 mln. kvt/s üçün)
Qara metal (1 ton üçün)
Əlvan metal (1 ton üçün)
Əlvan metal birləşmələri (oksidlər, hidroksidlər, peroksidlər) (1 ton üçün)
İstehsalat və məişət tullantıları (1 ton üçün)
Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrində təsdiqedici kod nömrəsinin verilməsi məqsədi ilə ekspertizanın keçirilməsi (bir ekspertiza üçün)
Müraciət əsasında Avropa İttifaqı ölkələrinə yeyinti məhsullarının ixracı ilə məşğul olan istehsal və emal müəssisələrində qida təhlükəsizliyinin idarə edilməsi sistemlərinin tətbiqi ilə bağlı planların hazırlanması və məsləhət xidmətlərinin göstərilməsi (istehsal və ya emal olunan bir məhsul növü üzrə)
2. Tarif (qiymət) Şurasının “İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən hüquqi və fiziki şəxslərə mənşə sertifikatının verilməsi tariflərinin tənzimlənməsi barədə” 30 aprel 2008-ci il tarixli, 3 nömrəli Qərarı qüvvədən düşmüş hesab edilsin.
3. Bu qərar 01 dekabr 2011-ci il tarixindən qüvvəyə minir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri
Bakı şəhəri, 24 noyabr 2011-ci il