Qanunvericilik › Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 19

Maddə 19. Sosial təminat və sosial sığorta sahəsində təminatlar

Azərbaycan Respublikasının iqtisadi müstəqilliyinin əsasları haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasında vətəndaşların sosial sığortası sistemi fəaliyyət göstərir.

Sosial sığorta əmək qabiliyyətinin müvəqqəti itirilməsi, hamiləlik və doğum, əlillik, ailə başçısının itirilməsi, qocalıq və işsizlik ilə əlaqədar olaraq həyata keçirilir.

Azərbaycan Respublikası qocaların, pensiyaçıların, əlilliyi olan şəxslərin, natamam və çoxuşaqlı ailələrin sosial və iqtisadi müdafiəsini təmin edir. Əlillik, qocalıq və ya ailə başçısının itirilməsi ilə əlaqədar pensiyanın miqdarı əlilliyi olan şəxsin, qocanın və ya ailə başçısının əmək töhfəsinə uyğun gəlməli və dolanacaq minimumundan aşağı olmamalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver