Qanunvericilik › Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 30.07.2012) › Tam mətn

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 30.07.2012)

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında (İqtisadiyyat Nazirliyi, 30.07.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI İQTİSADİ İNKİŞAF NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin müəyyən edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyası “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli, 504 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə”nin 4.7-ci və 5.11-ci bəndlərini rəhbər tutaraq, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa” və “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Kollegiyasının Əsasnaməsi”nin 1.2-ci bəndinə əsasən

1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:

1.3. “Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” (3 nömrəli əlavə);

1.4. “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu haqqında inzibati reqlament” (4 nömrəli əlavə);

2. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 25.04.12. tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”nın 2.11-ci bəndinin 2-ci cümləsində “zəruri olan” sözləri çıxarılsın.

3. Hüquq şöbəsinin müdiri vəzifəsinin müvəqqəti icraçısı Rəşad Mustafayevə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

4. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinə tapşırılsın ki, bu qərarın 1-ci bəndi ilə təsdiq olunmuş texniki normativ-hüquqi aktların Nazirliyin rəsmi internet saytında yerləşdirilməsini təmin etsin.

5. Kollegiyanın məsul katibi, Ümumi şöbənin müdiri Rövşən Ataşova tapşırılsın ki, bu Qərarın surətinin göndərilmə siyahısına uyğun çatdırılmasını təmin etsin.

6. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Əsas: İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 30.07.12. tarixli iclasının protokolu.

iqtisadi inkişaf naziri Şahin Mustafayev

1.1. Elektron xidmətin adı: Kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınması üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: bu xidmət kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 4-cü hissəsi;

1.3.2. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 13 iyun tarixli 720 nömrəli Fərmanının 2.3-cü bəndi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 21 oktyabr tarixli 1083 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5. “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli Fərmanının 1-ci və 4-cü hissələri və həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”;

1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”;

1.3.8. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.3-cü bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 (on beş) gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: kommersiya qurumlarına və publik hüquqi şəxslərə münasibətdə qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması və bu barədə istifadəçiyə bildiriş verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: kommersiya qurumları və publik hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://e-xidmetler.economy.gov.az, http://e-gov.az., e-mail: office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, Çağrı mərkəzi: 195-2.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onlar skan edilərək elektron formada təqdim olunur:

2.6.1. qrant müqaviləsinin (qərarının) və ya qrant müqaviləsində (qərarında) edilmiş dəyişikliyin qeydə alınmasına dair ərizə (reqlamentə 1 və 2 nömrəli əlavə olunur);

2.6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli Qərarı ilə təsdiq edilmiş formaya uyğun olaraq xarici donor tərəfindən verilən qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi barədə ərizə (qrant xarici donor tərəfindən verildikdə);

2.6.3. müqavilə (qərar), o cümlədən əlavə müqavilə (qərar) və ya onlarda edilmiş dəyişiklik;

2.6.4. müqavilə (qərar) üzrə həyata keçirilməsi nəzərdə tutulan layihə;

2.6.5. donor fiziki şəxs olduqda şəxsiyyəti təsdiq edən sənəd;

2.6.6. qrantın maliyyə-iqtisadi əsaslandırılması (qrant xarici donor tərəfindən verildikdə);

2.6.7. ərizə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.4-cü bəndində göstərilən şəxslərin adından başqa şəxs tərəfindən verildikdə, habelə müqaviləni (qərarı) qanuni təmsilçi olmayan şəxs imzaladıqda, onların müvafiq səlahiyyətə malik olması barədə sənəd (müqavilənin qeydiyyata alınması ilə bağlı sənədləri imzalamaq səlahiyyəti müqavilədə göstərilmədiyi halda);

2.6.8. sənədlər xarici dildə tərtib edildikdə, onların tərcüməsi;

2.6.9. sənədlər xarici ölkədə tərtib olunduqda, onların leqallaşdırılmış və ya apostil verilmiş nüsxələri.

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://e-xidmetler.economy.gov.az, http://e-gov.az.) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://e-xidmetler.economy.gov.az, http://e-gov.az. internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1.Aşağıdakı hallarda sorğunun yerinə yetirilməsindən imtina olunur:

1. bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilmiş sənədlər təqdim edilmədikdə;

2. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;

3. aşkar edilmiş çatışmazlıq 10 (on) gün müddətində aradan qaldırılmadıqda;

4. xarici donorlar tərəfindən verilən qrant maliyyə-iqtisadi cəhətdən məqsədəmüvafiq hesab olunmadıqda (qrant xarici donor tərəfindən verildikdə);

5. qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin verilməsindən imtina edildikdə (qrant xarici donor tərəfindən verildikdə);

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 3.1-ci bəndində göstərilən məsələlər üzrə araşdırma nəticəsində çatışmazlıqlar aşkar edildikdə.

3.2.2. imtina üçün əsaslar olmadıqda qrant alınmasına (verilməsinə) dair müqavilələrin (qərarların) qeydə alınması haqqında qərar qəbul olunur və bu barədə istifadəçiyə bildiriş verilir;

3.2.3. Qrant müqaviləsinin (qərarının) qeydə alınmasından imtina olunduqda bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir;

3.3.2. xarici donorlar tərəfindən verilən qrantlar üzrə bu inzibati reqlamentin 2.6.3-cü, 2.6.4-cü, 2.6.6-cı-2.6.9-cu yarımbəndlərində nəzərdə tutulan sənədlərin əslinin məsul şöbənin müraciəti əsasında bilavasitə istifadəçi tərəfindən təqdim edilməsi tələb olunur;

3.3.3. təqdim edilmiş sənədlərdə qeydə alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, qeydiyyat orqanı müqavilənin (qərarın) qeydə alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 10 (on) gün müddət təyin edir;

3.3.4 xarici donorlar tərəfindən verilən qranta dair müqavilələrin (qərarların) qeydə alınması zamanı bu inzibati reqlamentin 2.6-cı bəndində nəzərdə tutulmuş sənədlər, daxil olduğu vaxtdan növbəti iş günündən gec olmayaraq, məsul şöbədə onların tamlığı, donorun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 oktyabr 2015-ci il tarixli 339 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası”nın 1.2-ci bəndində göstərilmiş xarici donorlara aid olub-olmadığı müəyyən edilir və qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi üçün qrant müqaviləsi (qərarı) və qrantın maliyyə-iqtisadi əsaslandırılması sifarişli poçt göndərişi vasitəsilə Maliyyə Nazirliyinə göndərilir və qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı dayanır. Qrant müqaviləsinin (qərarının) qeydə alınması müddətinin axımı həmin qrantın məqsədəmüvafiq hesab edilməsi barədə rəy İqtisadiyat Nazirliyinə daxil olduqdan sonrakı gün başlanılır;

3.3.5. bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən ərizələrin və sənədlərin təqdim edildiyi gündən, qeydiyyatın dayandırılmasına və ya imtinaya əsas olmadıqda, 15 (on beş) gün müddətində qrant müqaviləsi (qərarı) qeydə alınır və bu barədə müraciət edən şəxsə bildiriş verilir. Həmin sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 (on beş) günədək uzadıla bilər.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər qrant alınmasına (verilməsinə) dair müqavilənin (qərarın) qeydiyyata alınmasına dair qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

donor qismində çıxış edən

və resipiyent qismində çıxış edən

___________________________________________________________________________________________

___________________________________________________________________________________________

qrant müqaviləsi bağlanılmışdır (qərarı verilmişdir)

___________________________________________________________________________________________

___________________________________________________________________________________________

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

___________________________________________________________________________________________

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsinin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

(təşkilatın möhürü ilə təsdiq edilir)

donor qismində çıxış edən

və resipiyent qismində çıxış edən

arasında bağlanılmış (verilmiş)

qrant müqaviləsinə (qərarına) _____________________ tarixli _____________________

dəyişiklik edilmişdir.

Dəyişikliyin məqsədi ____________________________________________________________________

Dəyişikliyin qısa məzmunu _______________________________________________________________

Qoşma (əlavə olunan sənədlərin siyahısı və vərəqlərin sayı göstərilməklə)

Göstərilənləri nəzərə alaraq, qrant müqaviləsində edilmiş dəyişikliyin qeydə alınmasını xahiş edirik.

Müraciəti imzalamış şəxsin soyadı, adı,

atasının adı, vəzifəsi və imzası

(təşkilatın möhürü ilə təsdiq edilir)

1.1. Elektron xidmətin adı: malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətinin məzmunu: Azərbaycan Respublikasından ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi və onun nəticələrini təsdiq edən sertifikatın verilməsi ilə bağlı elektron xidmət qaydalarını müəyyən edir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.2. “Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli fərmanından irəli gələn məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 5 mart tarixli, 717 nömrəli Fərmanının 3-cü hissəsi;

1.3.3. 2016-cı il 28 aprel tarixli, 888 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqqında Əsasnamə”nin 3.0.42-ci yarımbəndi;

1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 1-ci və 2-ci hissələri;

1.3.5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli, 190 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası”;

1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Elektron xidmət növlərinin Siyahısı”nın 6.1-ci bəndi;

1.3.7. İqtisadi İnkişaf Nazirliyinin kollegiyasının 2012-ci il 25 aprel tarixli, 2 nömrəli Qərarı ilə təsdiq edilmiş və Ədliyyə Nazirliyi tərəfindən 2012-ci il 8 may tarixində 15201204250002 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi Qaydaları”.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti).

1.5. Elektron xidmətin digər icraçıları: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 1 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasından ixrac olunan malların mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli:

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 30-1-ci maddəsinə əsasən malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə 20 manat məbləğində dövlət rüsumu müəyyən edilmişdir. Malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətləri istifadəçi ilə “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC arasında bağlanan müqavilələr əsasında ödənişli yolla həyata keçirilir. Bu xidmətlərin tarifləri Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2011-ci il 24 noyabr tarixli, 09 nömrəli Qərarı ilə müəyyən edilmişdir (həmin tariflər təyin edilən göstəricilərin növü, malın çeşidi, çəkisi və digər amillərdən asılı olaraq dəyişir).

Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsinə görə dövlət rüsumunun ödənilməsi üçün hesab:

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi

Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamenti

Müxbir hesab: 0132033003944

VÖEN (bank) 1401555071

Hesablaşma hesab: 2117131

Təsnifat kodu: 142219

Köçürülən dövlət rüsumunun məbləği:

Yazı ilə iyirmi manat.

Ekspertiza xidmətlərinin göstərilməsinə görə ödəmələr üçün hesab:

Bank rekvizitləri: “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC

Azərbaycan Beynəlxalq Bankı Nəsimi filialı

Müxbir hesabı: 0137010002944

Hesab: 33803019449384408207

Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi (ƏDV üçün)

Müxbir hesab: 0132030004944

Hesablaşma hesab: 14001

Təsnifat kodu: 114110

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər, dövlət qurumları.

2.4. Elektron xidmətin təqdim olunma yeri: http://economy.gov.az/e-xidmetler.

2.5. Elektron xidmət barədə məlumatlandırma: http://economy.gov.az/e-xidmetler, office@economy.gov.az, telefon: 012 493-88-67, faks: 012 492-58-95, sorğu mərkəzi: 195-2, http://www.consumer.gov.az/, office@consumer.gov.az, telefon: 012 498-15-01, faks: 012 497-24-08.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surəti elektron formada təqdim olunur:

2.6.1. mənşə sertifikatının alınması üçün ərizə (reqlamentə əlavə olunur);

2.6.2. istifadəçi hüquqi şəxs olduqda dövlət qeydiyyatı haqqında şəhadətnamənin və hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

2.6.3. istifadəçi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olduqda fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamə;

2.6.4. istifadəçi ilə alıcı arasında bağlanmış müqavilə (olduğu halda);

2.6.5. qaimə-faktura (invoys);

2.6.6. ixrac olunan məhsulun ilkin xammalının, yarımfabrikatın yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialların alınmasını təsdiq edən müqavilə və ya başqa təsdiqedici sənədlər;

2.6.7. ixrac olunan məhsulun ilkin xammalı, yarımfabrikatı, yaxud məhsulların hazırlanmasında iştirak edən digər materialları xarici ölkə mənşəli olduğu təqdirdə, emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin əmtəə nomenklaturası (XİF ƏN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində dəyişmənin olması və ya advalor pay qaydası tətbiq olunduğu hallarda istifadə olunmuş materialların dəyərinin göndərilən malın qiymətinin faizlə müəyyən edilmiş həddə çatması ilə əlaqədar sənəd (kalkulyasiya);

2.6.8. dövlət rüsumunun ödənilməsi haqqında sənəd (sertifikat verilməsindən imtina edilmədikdə təqdim edilir).

3.1. Elektron xidmət üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından (http://economy.gov.az/e-xidmetler) yüklənərək doldurulur və istifadəçi tərəfindən bu reqlamentin 2.6-cı bəndində tələb olunan sənədlərin surətləri ilə birlikdə təqdim edilir;

3.1.2. sorğunun qəbulu: sorğu http://economy.gov.az/e-xidmetler internet səhifəsinə daxil olduğu gün Dövlət Xidməti tərəfindən qeydiyyata alınır. Sorğunun qəbul edilməsi və sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Mənşə sertifikatının verilməsindən imtina edildikdə bu barədə istifadəçiyə əsaslandırılmış yazılı məlumat verilir;

3.2.2. imtina üçün əsaslar olmadıqda mənşə sertifikatının verilməsi barədə qərar qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Dövlət Xidmətinə göndərilir. Dövlət Xidmətində sorğuya və ona əlavə olunmuş sənədlərə baxılır, onlarda çatışmazlıqlar aşkar edilmədikdə malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi üçün 1 gündən gec olmayaraq “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-yə təqdim olunur.

Sənədlər təqdim olunduğu tarixdən 1 gündən gec olmayaraq sorğuya əlavə olunmuş sənədlər və istifadəçi ilə bağlanan müqavilə əsasında “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin eksperti tərəfindən malın mənşə ölkəsinin müəyyən edilməsi qaydasına uyğun olaraq malın mənşə ölkəsi müəyyən edilir. Ekspertizanın keçirilməsi zamanı, həmçinin ixrac edilən mal partiyasının mövcudluğu, malın texnoloji prosesinin mərhələlər üzrə istehsal olunub-olunmadığı, istehsal üçün avadanlıqların və şəraitin olub-olmadığı araşdırılır. Ekspertiza nəticəsində tərtib olunan aktın bir nüsxəsi “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-də qalır, bir nüsxəsi istifadəçiyə verilir, digər nüsxəsi isə Dövlət Xidmətinə təqdim olunur. Ekspertizaların nəticələrinə əsasən Dövlət Xidməti tərəfindən istifadəçinin sorğusuna dair müvafiq qərar qəbul edilir;

3.3.2. Sorğuda və ona əlavə edilən sənədlərdə aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 1 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar sorğu ilə müraciət edildikdən sonra onlara 1 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir;

3.3.3. imtina üçün əsas olmadıqda, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edilir. Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi haqqında qərar qəbul edildikdən sonra istifadəçi dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədi təqdim edir. Bundan sonra sertifikat blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: elektron kargüzarlıq;

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçilər malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi barədə qəbul edilmiş qərarlardan və vəzifəli şəxslərin hərəkətlərindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər;

3.5.2. şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;

3.5.3. şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası

İqtisadiyyat Nazirliyi

yanında Antiinhisar Siyasəti və

İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə

_____________________ tarixdə ________________________________________________

(gün, ay, il) (verdiyi orqanın adı)

_____________________________________________________________________ verilmiş

_____________________________________________ nömrəli şəxsiyyət vəsiqəsinə malik

fiziki şəxs _________________________________________________________ tərəfindən

Xahiş edirəm_________________________________________________________________

__________________________________________________________ ünvanında yerləşən

______________________________________________________________________________

ixrac edəcəyim _____________________ miqdarda ________________________________

(kq, l, ton) (malın adı)

____________________________________________________________________________

üçün mənşə sertifikatını təsdiq edəsiniz.

Mallar ________________________________________________________ istehsal olunub.

(istehsalçı ölkənin adı)

Bununla bəyan edirəm ki, yuxarıda qeyd olunanlar doğrudur, malların mənşəyi həqiqətən də____________________________________________ aiddir və malın mənşəyi

(istehsalçı ölkənin adı)

haqqında tələblərə uyğundur.

Mallar __________________________________________________________daşınacaqdır.

(nəqliyyat vasitəsinin növü)

___________________ _____________________

(Hüquqi şəxsin blankında)

Azərbaycan Respublikası

İqtisadiyyat Nazirliyi

yanında Antiinhisar Siyasəti və

İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinə

__________________________________________________________________ xahiş edir ki,

_________________________________________________ müqaviləyə (kontrakta) əsasən

_____________________________________________________________________________

ixrac ediləcək _________________________________________________________________

______________________________________________________________________________

______________________________________________________________________________

üçün mənşə sertifikatını təsdiq edəsiniz.

Mallar _________________________________________________________ istehsal olunub.

Bununla bəyan edirik ki, yuxarıda qeyd olunanlar doğrudur, malların mənşəyi həqiqətən də ___________________________________________ aiddir və malın mənşəyi

(istehsalçı ölkənin adı)

haqqında tələblərə uyğundur.

Mallar ___________________________________________________________ daşınacaqdır.

(nəqliyyat vasitəsinin növü)

Rəhbərin (vəzifəli şəxsin):

S.A.A.: __________________________________________________________________

Vəzifəsi: ________________________________________________________________

Tarix: ___________________________________________________________________

İmza: ___________________________________________________________________

1. 17 aprel 2013-cü il tarixli 06 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)

2. 17 aprel 2013-cü il tarixli 07 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201304170007, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 26 aprel 2013-cü il)

3. 20 iyul 2013-cü il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201307200010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 07 avqust 2013-cü il)

4. 15 iyul 2014-cü il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201407150004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyul 2014-cü il)

5. 22 yanvar 2015-ci il tarixli 5 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201501220005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 fevral 2015-ci il)

6. 30 oktyabr 2015-ci il tarixli 10 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510300010, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 noyabr 2015-ci il)

7. 01 mart 2016-cı il tarixli 4 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201603010004, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 mart 2016-cı il)

8. 28 iyun 2016-cı il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201606280006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 13 iyul 2016-cı il)

9. 09 avqust 2016-cı il tarixli 11 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201608090011, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 19 avqust 2016-cı il)

10. 8 noyabr 2016-cı il tarixli 23 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201611080023, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 noyabr 2016-cı il)

11. 14 iyun 2017-ci il tarixli 3 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201706140003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 23 iyun 2017-ci il)

12. 24 noyabr 2017-ci il tarixli 6 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 5 dekabr 2017-ci il)

13. 11 oktyabr 2018-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201810110013, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 22 oktyabr 2018-ci il)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver