Qanunvericilik › “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 21.12.2021) › Tam mətn

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 21.12.2021)

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 21.12.2021) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2021-ci il oktyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu” təsdiq edilsin.

2. Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 dekabr 2021-ci il

Bundan sonra ayrı-ayrılıqda “Tərəf” və birlikdə “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi,

vergidən yayınmanın qarşısının alınmasında qarşılıqlı inzibati yardımın vacibliyini qəbul edərək,

vergi məsələlərində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini arzu edərək, aşağıdakılar barədə razılığa gəldilər:

Tərəflər məlumat mübadiləsi və vergi tələblərinin alınmasında qarşılıqlı yardımı 2010-cu il Protokolu ilə düzəlişlər edilmiş “Vergi məsələləri üzrə qarşılıqlı inzibati yardım haqqında” 1988-ci il 25 yanvar tarixli Konvensiya (bundan sonra - Çoxtərəfli Konvensiya) və “Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” 2012-ci il 12 mart tarixli Sazişin (bundan sonra - Saziş) müddəaları əsasında Anlaşma Memorandumu ilə müəyyən edilmiş prosedurlara uyğun olaraq təmin edirlər. Bu Anlaşma Memorandumu ilə əhatə olunmayan məsələlər Çoxtərəfli Konvensiyanın və Sazişin müddəaları ilə tənzimlənir.

Bu Anlaşma Memorandumu çərçivəsində yardımla bağlı sorğular və müvafiq yazışmalar Tərəflərin səlahiyyətli nümayəndələri vasitəsilə həyata keçirilir.

Tərəflər öz səlahiyyətli nümayəndələrinin adları, vəzifələri, ünvanlan və bu məlumatlarda hər hansı sonrakı dəyişikliklər barədə bir-birlərini yazılı şəkildə məlumatlandırırlar.

Hər iki Tərəf üçün vergilər Çoxtərəfli Konvensiyanın 2-ci maddəsinə uyğun tənzimlənir.

1. Müraciət edən Tərəfin sorğusu əsasında sorğu edilən Tərəf ayrıca şəxslər və ya əməliyyatlar barədə hər hansı məlumatı müraciət edən Tərəfə təqdim edir.

2. Sorğu edilən Tərəf məlumat sorğusunun icrası məqsədilə müraciət edən Tərəfdən əlavə məlumat istəyə bilər.

3. Sorğu icraya qəbul edildikdən sonra, sorğu edilən Tərəf onda olan mövcud məlumatlardan istifadə edərək sorğunu cavablandırmağa çalışır. Sorğu edilən Tərəf, belə məlumatlar sorğunun tam cavablandırılması üçün kifayət etmədikdə, həmin Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq bütün müvafiq məlumattoplama tədbirlərindən istifadə edir.

4. Sorğu edilən Tərəf məlumat sorğusunun icrası zamanı Tərəfin dövlətinin milli ərazisində olan bütün xərcləri qarşılayır.

1. Tərəflər avtomatik olaraq digər Tərəfin dövlətinin rezidenti olan fiziki və hüquqi şəxslər, həmçinin aşağıdakılar barədə məlumatları bir-birlərinə təqdim edirlər:

a) daşınmaz əmlakdan əldə olunan gəlir (İƏİT-nin kodu 6);

b) sahibkarlıq fəaliyyətindən mənfəət (İƏİT-nin kodu 7);

c) daşıma və hava nəqliyyatı (İƏİT-nin kodu 8);

d) dividendlər (İƏİT-nin kodu 10);

e) faizlər (İƏİT-nin kodu 11);

f) royaltilər (İƏİT-nin kodu 12);

g) əmlakın dəyərinin artımı (İƏİT-nin kodu 13);

h) müstəqil fərdi xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (İƏİT-nin kodu 14);

i) muzdlu işdən əldə edilən gəlirlər (İƏİT-nin kodu 15);

j) direktorların qonorarları (İƏİT-nin kodu 16);

k) incəsənət xadimləri və idmançılar (İƏİT-nin kodu 17);

l) təqaüdlər (İƏİT-nin kodu 18);

m) dövlət qulluğu (İƏİT-nin kodu 19);

n) tələbələr (İƏİT-nin kodu 20);

o) digər gəlirlər (İƏİT-nin kodu 21);

p) əmlak (İƏİT-nin kodu 22);

q) məlumatı təmin edən Tərəfin dövlətinin ərazisində yerləşən daşınmaz əmlakın sahibliyi.

Bu maddənin 1-ci bəndinin q) yarımbəndində istinad edilən məlumat kateqoriyaları Tərəflərin texniki imkanları mövcud olduqda təqdim edilir.

2. Bu maddənin 1-ci bəndində istinad edilən məlumat mütəmadi şəkildə və təqvim ilində ən azı bir dəfə təqdim olunur. Müəyyən təqvim ilinə aid məlumat əgər mümkün olarsa dərhal, digər halda müvafiq təqvim ili bitdikdən sonra doqquz ay ərzində təqdim olunur.

3. Əgər avtomatik məlumat mübadiləsi çərçivəsində təqdim olunan məlumatın düzgün və ya tam olmadığı məlum olarsa, bir Tərəf digər Tərəfi mümkün qədər qısa müddətdə bu barədə məlumatlandırır.

4. Avtomatik məlumat mübadiləsini həyata keçirən zaman Tərəflər mümkün olduğu təqdirdə aşağıdakı, lakin bunlarla məhdudlaşmayan məlumatlan təqdim edirlər:

a) gəlir əldə edən qeyri-rezidentin adı (fiziki şəxslər üçün - adı, soyadı, pasportunda qeyd olunan seriya nömrəsi, doğum tarixi), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ünvanı (küçə, ev nömrəsi, şəhər/qəsəbə, region, poçt indeksi);

b) qeyri-rezidentin rezidenti olduğu dövlət;

c) gəliri ödəyən şəxsin adı (fiziki şəxslər üçün - adı, soyadı), vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), ünvanı (küçə, ev nömrəsi, şəhər/qəsəbə, rayon, poçt indeksi);

d) ödənilmiş/əldə edilmiş gəlirin növü;

e) gəlirin ödənilmə tarixi/ əldə edilmə dövrü;

f) ödənilmiş/əldə edilmiş gəlirin məbləği və valyuta növü;

g) tutulmuş/ödənilmiş verginin dərəcəsi, məbləği və valyuta növü.

5. Bu maddənin 1-ci bəndinin q) yarımbəndində nəzərdə tutulan daşınmaz əmlak barədə məlumat mübadilə edilən zaman, Tərəflər bu maddənin əvvəlki bəndinin a) və b) yarımbəndlərində qeyd edilən məlumatlardan əlavə olaraq, əmlaka aid olan bütün mövcud məlumatları da (xüsusilə əmlakın yerləşdiyi dəqiq ünvan, ərazisi və/və ya sahəsi, dəyəri və s.) təqdim edirlər.

6. Tərəflər mübadilə ediləcək məlumatların siyahısını yazışma yolu ilə dəyişdirə və genişləndirə bilərlər.

7. Bu maddədə istinad edilən məlumat mümkün olduğu qədər İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Standart Ötürülmə Formatına uyğun formatda təqdim edilir.

1. Hər bir Tərəf özündə olan və digər Tərəfə faydalı ola biləcək hər hansı məlumatı spontan olaraq digər Tərəfə ötürə bilər.

2. Təqdim edilən məlumat həmin məlumatı əldə edən Tərəfin dövlətində vergitutmanın dəyişməsinə gətirib çıxararsa, digər Tərəf bu barədə məlumatlandırılır.

1. Sorğu əsasında bir Tərəf digər Tərəfin nümayəndələrinə öz dövlətinin ərazisində aparılan vergi yoxlamasında iştirak etməyə icazə verə bilər.

2. Tərəfin nümayəndələrinin digər Tərəfin dövlətinin ərazisindəki vergi yoxlamasında iştirakına icazə verilməsi barədə sorğu xüsusi hallarda edilir. Bu, xüsusilə aşağıdakıları ehtiva edir:

a) transsərhəd pozuntuları və ya vergidən yayınma əlamətləri olduğu hallar;

b) digər Tərəfin vergi əməkdaşlarının iştirakı məqsədəuyğun hesab edilən mürəkkəb hallar;

c) vaxt məhdudiyyətini aşma riskinin olduğu və vergi əməkdaşlarının iştirakının vergi yoxlamasını sürətləndirə biləcəyi hallar;

d) eynivaxtlı vergi yoxlamaları da daxil olmaqla, ikitərəfli və ya çoxtərəfli çərçivədə olan vergi yoxlamaları.

3. Müraciət edən Tərəf nümayəndələrin iştirakı ilə bağlı sorğunu yazılı formada təqdim edir. Sorğuda nümayəndələrin iştirakının məqsədəuyğunluğu əsaslandırılır və məsələnin qısa izahı verilir. Sorğu edilən Tərəf sorğu barədə mümkün olduğu qədər tez bir zamanda qərar verir, lakin qərarvermə müraciət alınan tarixdən 30 gündən gec olmamalıdır.

4. Sorğu edilən Tərəf vergi yoxlamasının həyata keçirilməsi ilə bağlı bütün qərarları qəbul edir və müraciət edən Tərəfi yoxlamanın təfsilatları barədə məlumatlandırır.

5. Müraciət edən Tərəf öz nümayəndələrinin sorğu edilən Tərəfin dövlətində vergi yoxlamasında iştirakına səlahiyyət verir, sorğu edilən Tərəf isə bunu təsdiqləyir.

6. Sorğu edilən Tərəf bu qərarını əsaslandırmaqla, sorğunu rədd edə bilər.

7. Bu maddənin tələblərinə uyğun olaraq başqa bir dövlətin ərazisində olan sorğu edən Tərəfin vəzifəli şəxsləri hər zaman şəxsiyyətlərini və rəsmi səlahiyyətlərini təsdiq edən yazılı sənəd təqdim etmək iqtidarında olmalıdır.

1. Tərəflər əldə edilmiş məlumatların mübadiləsi məqsədilə hər birinin öz ərazisində onların ümumi və ya tamamlayıcı maraqlarına daxil olan bir və ya bir neçə şəxsdə və ya müəssisədə eynivaxtlı vergi yoxlamalarının apanlması barədə razılığa gələ bilərlər.

2. Eynivaxtlı vergi yoxlamaları hər hansı bir şəxsin və ya şəxslərin vergi məsələlərinə dair Tərəflərin ortaq və ya aidiyyəti marağı olduğu halda, əgər belə vergi yoxlamaları yalnız bir Tərəfin apardığı vergi yoxlamasından daha səmərəli hesab edilərsə, əldə edilən hər hansı müvafiq məlumatın Tərəflər arasında mübadilə edilməsi məqsədilə Tərəflərin hər birinin öz dövlətinin ərazisində eyni vaxtda vergi yoxlamalarının keçirilməsinə dair Tərəflər arasında olan razılaşmanı bildirir.

3. Müraciət edən Tərəf sorğu edilən Tərəfin səlahiyyətli orqanını öz seçiminin səbəbini göstərməklə, eynivaxtlı vergi yoxlamasının keçirilməsini təklif etdiyi istənilən hal barədə məlumatlandırır.

4. Müraciət edən Tərəf barəsində eynivaxtlı vergi yoxlamasının keçirilməsini təklif etmək niyyətində olduğu şəxsləri və ya müəssisələri müəyyənləşdirir.

5. Vergi yoxlamasının müddəti Tərəflər arasında sonrakı rəsmi yazışmalar yolu ilə razılaşdırılır.

6. Eynivaxtlı vergi yoxlamasının keçirilməsi üçün sorğu müraciət edən Tərəf tərəfindən eynivaxtlı vergi yoxlamasının keçirilməsinin məqsədəuyğunluğu əsaslandırılan və işin təsviri verilən rəsmi məktubla təqdim edilir. Sorğu edilən Tərəf mümkün qədər qısa müddətdə, lakin sorğunu aldıqdan sonra 30 gündən gec olmayaraq, sorğu ilə bağlı qərar qəbul edir.

7. Hər bir Tərəf audit prosesinin nəzarəti və koordinasiyası üzrə məsuliyyət daşıyan nümayəndələrini təyin edir.

8. Bu maddənin tələblərinə uyğun olaraq digər dövlətin ərazisində olan müraciət edən Tərəfin vəzifəli şəxsləri hər zaman şəxsiyyətlərini və rəsmi səlahiyyətlərini təsdiq edən yazılı sənəd təqdim etmək iqtidarında olmalıdırlar.

9. Sorğu əsasında və ya spontan olaraq keçirilməsindən asılı olmayaraq, bu cür eynivaxtlı vergi yoxlamasının keçirilməsi ilə nəticələnən məlumat mübadiləsi səlahiyyətli orqanlar vasitəsilə həyata keçirilir.

10. Sorğu edilən Tərəf məqsədəuyğun hesab etmədiyi təqdirdə, sorğunu rədd edə bilər. O, vergi yoxlamaları ilə bağlı inzibati yükün qeyri-mütənasib xərclərə səbəb olduğunu və həmin Tərəfə faydalı olmadığını müəyyən edərsə, vergi yoxlamalarının başlanılmasmdan sonra da ondan imtina edə bilər.

Müraciət edən Tərəfin xahişi ilə sorğu edilən Tərəf birinci qeyd olunan dövlətin vergi tələblərini öz vergi tələblərinin alınması haqqında qanunvericiliyə və inzibati təcrübəyə uyğun olaraq alır.

Yardımla bağlı sorğuya aşağıdakı sənədlər əlavə edilir:

a) vergi tələbinin məcburi alınmasına icazə verən sənədin rəsmi surəti və onun ingilis dilinə rəsmi tərcüməsi;

b) aşağıdakıları təsdiq edən bəyanat:

i) müraciət edən Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq vergi tələbi məcburi alma bilər;

ii) tələbə qarşı iddia qaldırılmır və ya bundan sonra inzibati şikayət məhkəməyə müraciət yolu ilə iddia qaldırıla bilməz;

iii) vergi tələbinə qarşı iddia qaldırıla bilməz (müraciət edən Tərəfin qey- rirezidentinə qarşı yönəldikdə);

iv) müraciət edən Tərəf vergi tələbinin alınması üçün öz dövlətinin ərazisində bütün mümkün tədbirləri, belə tədbirlərin yerinə yetirilməsi qeyri-mütənasib çətinliklərin yaranmasına səbəb ola biləcəyi hallar istisna olmaqla, həyata keçirmişdir;

v) gəlirlə bağlı tələb Çoxtərəfli Konvensiyanın əhatə etdiyi vergilərə aiddir;

vi) sorğu müraciət edən Tərəfin dövlətinin qanunvericiliyinə və inzibati təcrübələrinə uyğundur;

vii) sorğuda və əlavə edilən sənədlərdəki məlumat düzgündür.

1. Vergi tələbinin sorğu edilən tarixdə 1.500 (bir min beş yüz) Avrodan (EUR) az olması halında Tərəf vergi tələblərinin alınmasına dair sorğu vermir və ya yardım göstərmir.

2. Bu maddənin 1-ci bəndinin müddəalarından asılı olmayaraq, vergi tələbinin alınması üçün inzibati yükün müraciət edən Tərəfin vergi tələbinin məbləği ilə müqayisədə qeyri-mütənasib xərclərə səbəb olacağı halda, bu Anlaşma Memorandumu sorğu edilən Tərəfin üzərinə vergi tələbinin alınmasına yardım etməyə dair öhdəlik qoymur.

1. Müraciət edən Tərəf vergi tələbinin məbləğini və onun ayrıca qeyd olunan komponentlərini müraciət edən Tərəfin dövlətinin valyutasında və Avroda göstərir.

2. İstifadə edilməli mübadilə məzənnəsi aşağıdakı mənbələr tərəfindən müəyyən edilən mübadilə məzənnəsidir:

a) Azərbaycan Respublikasında: Mərkəzi Bank tərəfindən müəyyən edilən mübadilə məzənnəsi;

b) Xorvatiya Respublikasında: Xorvatiya Respublikası Milli Bankı tərəfindən müəyyən edilən mübadilə məzənnəsi;

3. Sorğu edilən Tərəf vergi tələbini öz dövlətinin valyutasında alır.

1. Vergi tələbinin məcburi alınmasının mümkün olmadığı hər hansı dövrlə bağlı məsələlər müraciət edən Tərəfin dövlətinin qanunvericiliyi ilə tənzimlənir.

2. Bu Anlaşma Memorandumu Çoxtərəfli Konvensiyanın Tərəflərin dövlətlərinə münasibətdə sonuncu qüvvəyə mindiyi tarixdən sonra yaranan vergi tələblərinə tətbiq edilir.

3. Sorğu edilən Tərəfin yardım haqqında sorğunun icrası ilə bağlı həyata keçirdiyi tələbin alınma tədbirləri həmin Tərəfin dövlətinin qanunvericiliyinə uyğun olaraq bu maddənin 1-ci bəndində göstərilən müddətin dayandırılmasına səbəb olduğu təqdirdə, müraciət edən Tərəfin dövlətində də həmin təsirə malikdir. Sorğu edilən Tərəf müraciət edən Tərəfi belə tədbirlər barədə məlumatlandırır.

4. Bu maddənin 1-ci və 2-ci bəndlərinin müddəalarından asılı olmayaraq, sorğu edilən Tərəf vergi tələbinin 5 ildən artıq olması halında, yardım haqqında sorğunu icra etmək öhdəliyi daşımır. Müddətin hesablanması üçün başlanğıc tarix aşağıdakılardır:

a) tələbə qarşı iddia qaldırılmamışdırsa - müraciət edən Tərəfin dövlətində məcbur etməyə icazə verən sənədin tarixi;

b) tələbə qarşı iddia qaldırılmışdırsa - tələbin artıq iddia edilməyəcəyi barədə müraciət edən Tərəfin dövləti tərəfindən müəyyən edildiyi tarix.

1. Vergi tələbinə müraciət edən Tərəfin dövlətində qüvvədə olan qanunvericiliyə əsasən əsas borcla bağlı yaranmış və sorğunun verildiyi günə kimi hesablanmış hər hansı maliyyə sanksiyası və faiz daxildir.

2. Sorğu edilən Tərəf sorğunun alındığı tarixdən sonra vergilərin alınması müddəti ərzində öz faiz dərəcəsini tətbiq edərək, məbləği hesablayır və vergi tələbinin məbləğinə əlavə edir.

1. Vergi tələbinin alınması üçün çəkilən adi xərcləri sorğu edilən Tərəf, xüsusi xərcləri isə müraciət edən Tərəf ödəyir:

a) adi xərclər sorğu edilən Tərəfin dövlətində tələblərin alınması üçün həyata keçirilən adi daxili prosedurlarla bağlı gözlənilən xərclər kimi müəyyən edilir;

b) xüsusi xərclər sorğu edilən Tərəfin dövlətində adətən istifadə edilməyən xüsusi növ prosedurlarla bağlı yaranan xərclər kimi müəyyən edilir. Belə xərclərə məhkəmə və müflisləşmə prosesi, mütəxəssislərin, tərcüməçilərin cəlb edilməsi, eləcə də konvertasiya və bank köçürməsi ilə bağlı xərclər və digər xərclər daxildir.

Sorğu edilən Tərəf xüsusi xərclərin yaranacağını müəyyən etdikdə, bu barədə müraciət edən Tərəfi məlumatlandırır və mümkün olduğu təqdirdə, belə xərclərin təxmini məbləğini göstərir. Müraciət edən Tərəf xüsusi xərcləri qəbul etdiyi halda sorğu edilən Tərəfə mümkün qədər tez məlumat verir.

Ödənişlə bağlı bütün sorğular xərclərə dair təsdiqləyici sənədlərlə müşayiət olunmalıdır (məsələn, hesab-faktura və ya qəbz).

2. Müraciət edən Tərəf onun sorğusunda olan səhvlər, yanlış və ya təhrif olunmuş məlumatlar əsasında aparılmış əsassız hərəkətlər nəticəsində fiziki şəxsə vurulmuş zərərlə bağlı bütün çəkilən xərcləri ödəyir.

3. Əgər sorğu edilən Tərəf yardım göstərilən zaman meydana gələn xərclərin qeyri-mütənasib olması qənaətinə gələrsə, bu barədə müraciət edən Tərəfi məlumatlandırır və mümkündürsə belə xərclərin məbləğini qeyd edir. Belə olan halda, müraciət edən Tərəf öz sorğusunu geri götürə bilər.

1. Sorğu edilən Tərəfin aldığı hər hansı məbləğ, o cümlədən tətbiq olunan, maliyyə sanksiyaları və faizlər müraciət edən Tərəfə Avro ilə köçürülür. Əgər alınmış vəsaitlərin valyutası köçürülməli olan vəsaitlərin valyutasından fərqlənirsə, belə vəsaitlər köçürmə tarixində tətbiq olunan məzənnə ilə konvertasiya edildikdən sonra köçürülür.

2. Köçürülmə həmin məbləğin alındığı tarixdən etibarən 60 gün müddətində aparılır.

3. Ödənişlər müraciət edən Tərəfin göstərdiyi və həmin Tərəfin dövlətinin ərazisində yerləşən bankın hesabına köçürülməlidir.

1. Sorğu edilən Tərəf müraciət edən Tərəfdən yazılı və ya elektron formada vergi tələbinin məbləğinin azalması ilə nəticələnəcək dəyişikliklə bağlı bildiriş aldığı halda, sorğu edilən Tərəf tələbin alınması üzrə tədbirləri davam etdirir, lakin belə tədbirlər borcun yeni məbləği ilə məhdudlaşır.

2. Əgər sorğu edilən Tərəf tələbin məbləğinin azaldığı barədə bildiriş aldığı zaman, yeni məbləğdən artıq olan məbləğin tam hissəsini almış, lakin hələ köçürmə proseduruna başlanmamışdırsa, artıq ödənilmiş məbləği aidiyyəti şəxsə qaytarır.

3. Sorğu edilən Tərəf müraciət edən Tərəfdən yazılı və ya elektron formada vergi tələbinin məbləğinin artması ilə nəticələnəcək dəyişikliklə bağlı bildiriş aldığı halda:

a) sorğu edilən Tərəf əlavə tələbi mümkün olduğu halda ilkin tələblə eyni vaxtda icra edir;

b) sorğu edilən Tərəf əlavə tələbin ilkin tələblə birləşdirilməsinin mümkün olmadığım hesab edərsə, o, əlavə tələbi bu Anlaşma Memorandumunun 11-ci maddəsində göstərilən minimum məbləğdən az olmadığı halda icra etmək öhdəliyi daşıyır.

Sorğu edilən Tərəf vergi tələbinin yığılmasının mümkün olmadığını müəyyən etdiyi zaman o, sorğunu vergi tələbinin yığılmasının mümkün olmamasının təfsilatlarını ehtiva edən hesabat ilə birlikdə mümkün qədər qısa müddətdə geri qaytarır.

1. Müraciət edən Tərəfdən aşağıdakılarla bağlı yazılı bildiriş alındığı təqdirdə, sorğu edilən Tərəf həmin tələbə dair hər hansı məcburi tədbirləri dayandırır:

a) vergi tələbi ilə bağlı ödəniş alınmışdır;

b) həmin tələb ləğv edilmiş və ya hər hansı digər səbəbdən ona xitam verilmişdir.

2. Sorğu edilən Tərəf müraciət edən Tərəfi yazılı formada sorğunun geri götürülməsi barədə xəbərdar edir.

1. Bu Anlaşma Memorandumunun məqsədləri üçün müraciət edən Tərəf yardım haqqında sorğunu yazılı formada tərtib edir və zəruri olan bütün sənədləri əlavə etməklə, sorğu edilən Tərəfə göndərir.

2. Bu maddənin 1-ci bəndində göstərilən sorğu aşağıdakı, lakin bununla məhdudlaşmayan məlumatları ehtiva edir:

a) məlumat hansı hüquqi sənədə əsasən sorğu edilmişdir;

b) sorğunun göndərilməsinə əsas verən vergi məsələsi barədə məlumat;

c) barəsində sorğu edilən vergi ödəyiciləri haqqında məlumatlar (adı, ünvanı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);

d) vergi məsələsinin aid olduğu dövr;

e) sorğunun aid olduğu vergi növləri;

f) vergi tələbi olduğu halda:

i) vergi tələbinin mahiyyəti və komponentləri;

ii) vergi tələbinin alına biləcəyi şəxslər barədə məlumatlar (adı, ünvanı, vergi ödəyicisinin identifikasiya nömrəsi və s.);

iii) olduğu təqdirdə, sorğu edilən Tərəfin dövlətinin ərazisində vergi tələbinin alına biləcəyi aktivlər barədə məlumatlar;

iv) müraciət edən Tərəfin səlahiyyətli orqanı barədə məlumat;

v) alınacaq vergi məbləğinin köçürüləcəyi bank hesabı barədə məlumat;

vi) gəlirlə bağlı tələbin qeydiyyat nömrəsi;

vii) tələbin yaranma tarixi;

viii) müraciət edən Tərəfin vergi tələbinin məcburi alınmasına icazə verən ilkin sənədinin olduğu halda, bildirişin tarixi;

ix) məcburi alınmanın mümkün olduğu tarix;

x) vaxt məhdudiyyətinin son günü;

xi) gəlirlə bağlı tələbin ümumi məbləği:

bb) sorğunun göndərildiyi günə olan faiz məbləği;

cc) sorğunun göndərildiyi günə olan xərclərin məbləği;

dd) maliyyə sanksiyaları;

xii) istifadə edilmiş valyuta məzənnəsi;

xiii) valyuta məzənnəsinin tarixi;

g) müraciət edən Tərəfin elektron ünvanı.

1. Sorğu daxil olduqdan sonra sorğu edilən Tərəf 15 gün müddətində sorğunun alınması və icraya qəbul edilməsi, yaxud səbəbləri göstərilməklə, sorğunun icra edilməsindən imtina edilməsi barədə müraciət edən Tərəfi məlumatlandırır.

2. Sorğu qəbul edildiyi təqdirdə, hər hansı digər vergi məsələsinə münasibətdə üstünlük verilmədən aşağıdakı müddətdə icra edilir:

a) məlumat mübadiləsi haqqında sorğu - 90 gün ərzində;

b) vergi tələbinə dair sorğu - sorğu edilən Tərəfin daxili vergi tələblərinin alınması üçün müəyyən edilmiş müddət ərzində.

3. Sorğunun razılaşdırılmış müddətdə icra edilməsi mümkün olmadığı təqdirdə, sorğu edilən Tərəf həmin müddətin sonunda əldə edilmiş məlumatları (və ya vergi tələbləri ilə bağlı görülmüş tədbirlərə dair məlumatı) və sorğunun icra müddətinin uzadılmasının səbəbləri barədə məlumatı müraciət edən Tərəfə təqdim edir.

4. 11-ci maddənin müddəalarından asılı olmayaraq, vergi tələbinin alınması üçün inzibati işlərin müraciət edən Tərəfin vergi tələbinin məbləği ilə müqayisədə qeyri-mütənasib xərclərə səbəb olacağı halda, bu Anlaşma Memorandumu sorğu edilən Tərəfin üzərinə vergi tələbinin alınmasına yardım etməyə dair öhdəlik qoymur.

1. Zəruri olduqda, Tərəflər bu Anlaşma Memorandumundan irəli gələn öhdəliklərin yerinə yetirilməsi yolları ilə bağlı müzakirələr apanrlar.

2. Bu Anlaşma Memorandumunun məqsədləri üçün təcili hallarda məlumatlar sonradan rəsmi məktubla təsdiq edilmək şərtilə, faksimil və ya elektron rabitə vasitələrindən istifadə etməklə təqdim edilə bilər.

3. Bu Anlaşma Memorandumu üzrə bütün yazışmalar ingilis dilində aparılır.

4. Sorğunun cavablandınlması üçün əlavə edilən sənədlərin ingilis dilində təqdim edilməsi mümkün olmadıqda, həmin sənədlər orijinal dildə təqdim edilir.

Bu Anlaşma Memorandumunun təfsiri və ya tətbiqi ilə bağlı yarana biləcək hər hansı fikir ayrılığı Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilir.

Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna əlavələr və dəyişikliklər edilə bilər. Belə əlavələr və dəyişikliklər bu Anlaşma Memorandumunun ayrılmaz tərkib hissəsi olmaqla, ayrıca protokollar formasında rəsmiləşdiriləcək və bu Anlaşma Memorandumunun 26-cı maddəsinin müddəalarına uyğun olaraq qüvvəyə minəcəkdir.

Səlahiyyətli nümayəndələr mübadilə olunan məlumatları Sazişin 26-cı maddəsinə və Çoxtərəfli Konvensiyanın 22-ci maddəsinin müddəalarına uyğun olaraq açıqlamağa və ondan istifadə etməyə razılıq verirlər.

1. Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların tamamlanması barədə Tərəflərin diplomatik kanallar vasitəsilə sonuncu yazılı bildirişinin alındığı tarixdən qüvvəyə minir.

2. Bu Anlaşma Memorandumu qeyri-müəyyən müddətə bağlanılır. Tərəflər diplomatik kanallar vasitəsilə ləğvetmə barədə yazılı bildiriş verməklə, istənilən vaxt Anlaşma Memorandumunu ləğv edə bilərlər. Bu halda, Anlaşma Memorandumu belə bildirişin alındığı tarixdən sonrakı altı aylıq müddətin bitməsindən sonra ləğv edilir.

Bakı şəhərində 2021-ci il 20 oktyabr tarixində, hər biri Azərbaycan, xorvat və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər bərabər autentikdir. Bu Anlaşma Memorandumunun təfsiri zamanı hər hansı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver