10.1. Keçmiş Prezidentə aşağıdakı digər təminatlar verilir:
10.1.1. Təminat heyəti:
10.1.1.1. üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti;
10.1.1.2. bir sürücü.
10.1.2. Bir nəqliyyat vasitəsi.
10.2. Təmsilçilik xərcləri:
10.2.1. keçmiş Prezidentə Azərbaycan Respublikasının fəaliyyətdə olan Prezidentinin aylıq vəzifə maaşının 20 faizi məbləğində aylıq təmsilçilik xərcləri ödənilir;
10.2.2. təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat hər il dekabrın 31-dək müvafiq icra hakimiyyəti orqanına təqdim edilir.
10.3. Keçmiş Prezidentə və onun arvadına (ərinə) ömürlük diplomatik pasport verilir.
10.4. Bu Konstitusiya Qanununun 10.1.1-ci maddəsində göstərilən şəxslərin əmək haqları dövlət büdcəsi hesabına ödənilir.
10.5. Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti vəzifəsindən kənarlaşdırılmış şəxsə bu Konstitusiya Qanununun 9-cu və 10.1-10.3-cü maddələrində nəzərdə tutulmuş təminatlar verilmir.