Qanunvericilik › Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu › Maddə 4

Maddə 4. Pensiya və müavinətin ödənildiyi dövr

Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

4.1. Bu Konstitusiya Qanununun 2.1-ci və 10.2-ci maddələrinə uyğun olaraq keçmiş Prezidentə ödənilməli olan pensiya və digər ödənişlər onun Prezident vəzifəsini tərk etdiyi gündən vəfat etdiyi günədək ödənilir.

4.2. Keçmiş Prezidentin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin vəfatının ertəsi günündən aşağıdakı günlərədək ödənilir:

4.2.1. arvadının (ərinin) vəfat etdiyi günədək;

4.2.2. öhdədə olan uşağın 18 yaşına çatdığı günədək.

4.3. Bu Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən keçmiş Prezidentin arvadı (əri) vəfat etdikdən sonra öhdədə olan uşağa ödənilməli olan aylıq müavinət keçmiş Prezidentin arvadının (ərinin) vəfatının ertəsi günündən həmin uşağın 18 yaşına çatdığı günədək ödənilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver