Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 16

Maddə 16. Mərkəzi Bankın dövlətə kreditləri

Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

16.1. Mərkəzi Bank Azərbaycan Respublikasının dövlət büdcəsi kəsirinin birbaşa maliyyələşdirilməsi üçün dövlətə kredit vermir.

16.2. Dövlət büdcəsində qısamüddətli vəsait çatışmazlığı yarandıqda, Mərkəzi Bank müvafiq icra hakimiyyəti orqanı ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli kağızları ilə təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə ödənilmək şərti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta gəlirlərinin 3 faizindən çox ola bilməz.

16.3. Mərkəzi Bank tərəfindən Azərbaycan dövlətinin buraxdığı borc qiymətli kağızların alınması dövlətə kreditlərin verilməsi hesab olunur. Belə əqdlər yalnız təkrar bazarda bağlanır və onlara bu Qanunun 16.2-ci maddəsinin şərtləri şamil olunur.

16.4. Pul siyasətinin həyata keçirilməsi ilə əlaqədar tələb olunduğu halda bu Qanunun 16.2-ci maddəsinin şərtləri tətbiq edilmir, bu şərtlə ki, dövlət borc qiymətli kağızlarının alğı-satqısı təkrar bazarda həyata keçirilmiş olsun.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver