26.1. Mərkəzi Bankın sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında qərar ərizə verildikdən sonra 2 ay ərzində qəbul edilir. Qərar bu dövrdə qəbul edilməzsə, istefa haqqında ərizə verən şəxs ərizənin verildiyi tarixdən 3 ay sonra istefaya getmiş hesab edilir.
26.2. Mərkəzi Bankın sədrinin və İdarə Heyətinin digər üzvlərinin istefası haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul edildikdə, ərizə verən şəxs belə qərarın qəbul olunduğu tarixdən 1 ay sonra istefaya getmiş hesab edilir, bu şərtlə ki, o, istefa haqqında ərizənin rədd edilməsi barədə qərar qəbul olunduqdan sonra 2 həftə ərzində istefa haqqında ərizəni təsdiq edən əlavə ərizə təqdim etmiş olsun.