Mərkəzi Bank öz fəaliyyətinin təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görür. Mərkəzi Bankın respublika ərazisində pul və digər qiymətlilərin təhlükəsiz daşınması ilə məşğul olan struktur bölmələri zirehli nəqliyyat vasitələri ilə təchiz edilir, müvafiq əməkdaşları xüsusi geyimlə, habelə “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada xidməti (odlu) silah və döyüş sursatları ilə təmin edilir.
Qanunvericilik › Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 62
Maddə 62. Təhlükəsizlik
Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.
Bu maddə sizin işinizə necə tətbiq olunur?
Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.
Sual ver