7.1. Mərkəzi Bank öz fəaliyyəti barədə yalnız Azərbaycan Respublikası Prezidentinə hesabat verir.
7.2. Mərkəzi Bankın Azərbaycan Respublikası Prezidenti qarşısında hesabatlığı aşağıdakılardan ibarətdir:
7.2.1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə müvafiq olaraq Mərkəzi Bankın İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;
7.2.2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu və 32-ci bəndlərinə müvafiq olaraq Mərkəzi Bankın sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsindən;
7.2.3. bu Qanunun 58-ci maddəsinə müvafiq olaraq Mərkəzi Bankın fəaliyyətinin yoxlanılması üçün auditorun təyin edilməsindən və zəruri hallarda auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsindən;
7.2.4. Mərkəzi Bankın sədri tərəfindən ildə iki dəfə Mərkəzi Bankın əsas məqsəd və funksiyalarının həyata keçirilməsi barədə hesabatın, habelə audit rəyi ilə təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun 12-1-ci maddəsinə uyğun olaraq illik maliyyə hesabatının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası Prezidentinə təqdim edilməsi.
7.3. Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verir.