Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1076-2

Maddə 1076-2. Təmin edilmiş istiqrazlar üzrə təminatın sərəncamçısı

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1076-2.1. Təmin edilmiş istiqrazlar üzrə öhdəliklərin icrasını təmin edən öz adından və investorların xeyrinə girov saxlayan qismində qiymətli kağızlar bazarının peşəkar iştirakçısı və ya kredit təşkilatı olan sərəncamçı çıxış edir. Emitentlə sərəncamçı arasında qarşılıqlı asılılıq olmamalıdır.

1076-2.2. Sərəncamçı emitentin istiqrazların emissiyası haqqında qəbul olunmuş qərarında müəyyənləşdirilir və emitentlə bağlanılmış müqavilə əsasında fəaliyyət göstərir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver