Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-1

Maddə 1078-1. Mənzil sertifikatı

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-1.1. Mənzil sertifikatları fiziki və hüquqi şəxslər arasında yerləşdirilən sənədli qiymətli kağızlar olub, sahiblərinə buraxılış şərtlərində müəyyən olunan şərtlərə əməl etdikləri təqdirdə, emitentdən tikintisi (yenidən qurulması) bu qiymətli kağızların yerləşdirilməsindən alınan vəsait hesabına maliyyələşdirilən binaların (mənzillərin) onların mülkiyyətinə verilməsi yolu ilə ödənilməsini tələb etmək ixtiyarını verir.

1078-1.2. Mənzil sertifikatı adlı və ya adsız qiymətli kağız ola bilər. Mənzil sertifikatlarının buraxılışı və tədavülü qaydaları qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş normativ hüquqi aktlarla tənzimlənir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver