Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-13

Maddə 1078-13. İnvestisiya qiymətli kağızları buraxılışının dövlət qeydiyyatından im­tina

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-13.1. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından aşağıdakı hallarda imtina edilə bilər:

1078-13.1.1. investisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatı üçün təqdim olunmuş sənədlər mövcud qanunvericiliyin tələblərinə cavab vermədikdə;

1078-13.1.2. emitentin səhmlərinin əvvəlki emissiyasının yekunları haqqında hesabat qeydiyyatdan keçmədikdə (səhm buraxılışı üçün);

1078-13.1.3. investisiya qiymətli kağızlarının emissiya prospektinə və ya investisiya qiymətli kağızlarının emissiyası haqqında qərara (qiymətli kağızların buraxılışının dövlət qeydiyyatı üçün əsas olan digər sənədlərə) qeyri-dürüst, yaxud təhrif edilmiş məlumatlar daxil edildikdə;

1078-13.1.4. emitent tərəfindən qiymətli kağızlar bazarında ciddi qanun pozuntularına yol verildikdə.

1078-13.2. İnvestisiya qiymətli kağızlarının buraxılışının bu Məcəllədə göstərilənlərdən başqa digər əsaslarla dövlət qeydiyyatından imtina edilməsinə yol verilmir.

1078-13.3. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında bildiriş müvafiq icra hakimiyyəti orqanı tərəfindən emitentə təqdim edilir.

1078-13.4. İnvestisiya qiymətli kağızlarının buraxılışının dövlət qeydiyyatından imtina edilməsi haqqında qərardan emitent məhkəmə qaydasında şikayət edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver