Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-18

Maddə 1078-18. İnvestisiya qiymətli kağızlarının emissiyasının baş tutmamış hesab edilməsi

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-18.1. İnvestisiya qiymətli kağızları onların emissiyasının baş tutmuş hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş saydan az miqdarda yerləşdirildikdə və ya qanunvericiliklə müəyyən edilmiş digər hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən emissiya baş tutmamış hesab edilə bilər.

1078-18.2. Emissiyanın baş tutmamış hesab edilməsi barədə emitent kütləvi informasiya vasitələri ilə elan verməli və yerləşdirilmiş qiymətli kağızları geri satın alaraq, investorlardan alınmış vəsaitləri onlara qaytarmalı və bunun nəticələri barədə müvafiq icra hakimiyyəti orqanına məlumat təqdim etməlidir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver