Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-20

Maddə 1078-20. Qiymətli kağızlar üzrə əqdlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-20.1. Qiymətli kağızların tədavülü yerləşdirmədən sonra qiymətli kağızlarla mülki-hüquqi əqdlərin bağlanması nəticəsində mülkiyyət hüquqlarının keçməsi və qeydiyyatı prosesidir.

1078-20.2. Qiymətli kağızlar üzrə əqdlər bu Məcəlləyə müvafiq olaraq bağlanılır və həyata keçirilir.

1078-20.3. Adlı qiymətli kağızları əldə edən şəxsin mülkiyyət hüquqları qiymətli kağızlar üzrə hüquqların ötürülməsinin qeydiyyatı ilə yaranır.

1078-20.4. Qiymətli kağızların tədavülü zamanı qanun pozuntuları aşkar edildikdə müvafiq icra hakimiyyəti orqanı qanun pozuntusu ilə müşayiət olunan əqdlərin bağlanılmasını və icrasını dayandıra bilər.

1078-20.5. Qiymətli kağızların növləri üzrə alqı-satqı əqdlərinin bağlanması qaydaları bu Məcəllə və ona müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

1078-20.6. Hüquqi və fiziki şəxslərin borclarının qiymətli kağızlarla rəsmiləşdirilməsi və ödənilməsi qiymətli kağızlar bazarını tənzimləyən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.

1078-20.7. Adlı investisiya qiymətli kağızlarla əqdlər broker vasitəsilə bağlanmadıqda və ya belə əqdlərdə tərəf müqabili diler olmadıqda həmin əqdlər notarial qaydada təsdiq olunmalıdır.

1078-20.8. Ünvanlı satış istisna olmaqla, səhmdarların sayı yüzdən artıq olan səhmdar cəmiyyətlərinin yerləşdirilmiş səhmlərlə alqı-satqı əqdləri fond birjası vasitəsilə bağlanmalıdır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver