1078-23.1. Qiymətli kağızlar girovla və qanunvericiliklə nəzərdə tutulmuş digər öhdəliklərlə yüklənə bilər. Bu, dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir.
1078-23.2. Qiymətli kağızların öhdəliklərlə yüklənməsi qaydası bu Məcəllə və digər qanunvericilik aktları ilə müəyyən edilir.
1078-23.3. Qiymətli kağızların girovu barədə səlahiyyətli orqanların qəbul etdikləri qərarlar barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının apardığı rəsmi reyestrdə əks etdirilir.
1078-23.4. Qiymətli kağızlar üzrə girovun (ipotekanın) predmeti olan qiymətli kağızlarla rəsmiləşdirilmiş daşınmaz əmlaka ödənişin yönəldilməsi və ya hüquqların keçməsi həmin əmlaka ödənişin yönəldilməsi və ya hüquqların keçməsidir. Qiymətli kağızlarla rəsmiləşdirilmiş hüquqlar (daşınmaz əmlakın ipotekası da daxil olmaqla) üzrə mülkiyyətin əldə edənə keçməsi həmin qiymətli kağızın verilməsi ilə həyata keçirilir.
1078-23.5. Girov kağızı və ipoteka şəhadətnaməsinin tədavülü qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.