Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-29

Maddə 1078-29. Broker fəaliyyəti

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-29.1. Broker fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.

1078-29.2. Brokerin müştərisinin tapşırığını onun üçün daha əlverişli şərtlərlə yerinə yetirməyə maneəçilik törədən marağı varsa, broker tapşırığın icrasını dayandıraraq dərhal müştərini bu barədə xəbərdar etməli və müştərinin yeni tapşırığını icra etməlidir.

1078-29.3. Broker müvafiq tapşırığı alarkən onunla müştərinin maraqları arasında ziddiyyət barədə müştəriyə məlumat verməmişdirsə və bu müştərinin maraqlarına ziyan vurmuşdursa, broker qanunvericiliklə müəyyən edilmiş qaydada həmin zərəri öz hesabına ödəməyə borcludur.

1078-29.4. Brokerin müştərisinin tapşırıqlarının yerinə yetirilməsi ilə bağlı olmayan öhdəlikləri üzrə brokerə tətbiq edilən maddi tənbeh tədbirləri müştərinin brokerdə saxlanılan maddi vəsaitlərinə yönəldilə bilməz.

1078-29.5. Broker komisyoner kimi fəaliyyət göstərdikdə, komissiya müqaviləsində nəzərdə tutulduqda, müştərinin onun sərəncamına verilmiş pul vəsaitlərindən (qiymətli kağızlara investisiya üçün nəzərdə tutulmuş və ya qiymətli kağızların alınmasından əldə edilmiş), onların qaytarılması anma qədər, müqavilə şərtlərinə uyğun olaraq qiymətli kağızlarla əməliyyatlarda təkrarən istifadə edə bilər. Bu fəaliyyətin nəticəsində əldə edilən gəlirin istifadəsi qaydaları müqavilə ilə müəyyən edilir.

1078-29.6. Broker eyni zamanda diler fəaliyyəti ilə məşğul olduqda, ona müştəri tərəfindən verilmiş sifarişdə diler fəaliyyətinin həyata keçirilməsi ilə bağlı aparıldığı əməliyyatlarla əqdin istiqaməti və şərtləri eyni olduqda, o, ilk növbədə müştərinin tapşırığını yerinə yetirməlidir.

1078-29.7. Broker müflis elan edildikdə broker xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən müştərinin onda saxlanılan maddi vəsaitlər qaytarılmalıdır.

1078-29.8. Broker fəaliyyətini tənzimləyən qaydalar və broker ilə müştəri arasında bağlanılmış müqaviləyə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver