Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-3

Maddə 1078-3. Törəmə qiymətli kağızlar

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-3.1. Törəmə qiymətli kağızlarına fyuçerslər, opsionlar və qanunvericiliklə müəyyən edilmiş digər qiymətli kağızlar aid edilir.

1078-3.2. Fyuçers müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdırılmış qiymətlərlə alınması və ya satılması haqqında öhdəliyini təsbit edən standartlaşdırılmış birja müqaviləsini ifadə edən qiymətli kağızdır.

1078-3.3. Opsion sahibinə müəyyən edilmiş tarixdə müəyyən baza aktivinin əvvəlcədən razılaşdınlmış qiymətlərlə almaq və ya satmaq hüququnu ifadə edən qiymətli kağızdır.

1078-3.4. Törəmə qiymətli kağızlar üçün baza aktivi kimi xarici valyuta, qiymətli kağızlar, birja indeksləri, əmtəə və s. çıxış edə bilər.

1078-3.5. Törəmə qiymətli kağızların tədavülü ilə bağlı digər xüsusatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver