Qanunvericilik › Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1078-37

Maddə 1078-37. Fond birjası tərəfindən yığılan ödənişlər

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavələrin və dəyişikikərin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1078-37.1. Fond birjası tərəfindən aşağıdakı hallarda pul ödənişləri müəyyən edilə bilər:

1078-37.1.1. fond birjasının üzvlüyünə daxil olmaq üçün;

1078-37.1.2. qiymətli kağızların listinqi üçün;

1078-37.1.3. birja əqdlərinin təşkili üçün.

1078-37.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalarda, birjanın nizamnaməsi və birja qaydaları ilə nəzərdə tutulmuş digər hallarda da ödənişlərin alınması müəyyən edilə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver