Qanunvericilik › Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 10.06.2003) › Tam mətn

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 10.06.2003)

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 10.06.2003) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

on gün müddətində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin mərkəzi aparatının işçilərinin say həddini və Nazirliyin 2003-cü il üçün xərclər smetasını təsdiq etsin;

bir ay müddətində normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi ilə birlikdə özəlləşdirilməsi məqsədəuyğun hesab olunan nəqliyyat-yol kompleksi müəssisə və təşkilatlarının siyahısını hazırlayıb 3 ay müddətində Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;

bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının "Azəravtonəqliyyat" Dövlət Konserni və "Azəravtoyol" Dövlət Şirkəti ləğv edilsin və onların tərkibində olan müəssisələr, təşkilatlar və digər obyektlər Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin tabeliyinə verilsin.

7. Dəniz gəmiçiliyi sahəsində müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin müvəqqəti olaraq Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiciliyinə verilməsi haqqında Azərbaycan Respublikası prezidentinin 2001-ci il 21 aprel tarixli 697 nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

8. Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi:

bu fərmanın 3-cü bəndində göstərilən Konsern və Şirkətin ləğvi ilə bağlı həmin sahələrin fəaliyyətini təmin etmək məqsədilə müvafiq hüquqi şəxslər yaratsın;

bu fərmandan irəli gələn məsələləri həll etsin.

9. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2003-cü il

1. 29 noyabr 2006-cı il tarixli 483 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 11, maddə 945)

2. 14 iyun 2007-ci il tarixli 588 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 6, maddə 601)

3. 6 avqust 2008-ci il tarixli 812 nömrəli Azərbaycan Respublikasının Fərmanı (“Azərbaycan” qəzeti, 9 avqust 2008-ci il № 175, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 8, maddə 719)

4. 11 noyabr 2008-ci il tarixli 13 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 19 noyabr 2008-ci il, № 259, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 969)

5. 11 noyabr 2008-ci il tarixli 14 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 21 noyabr 2008-ci il, № 261, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 970)

6. 9 fevral 2009-cu il tarixli 51 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №02, maddə 64)

7. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)

8. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

20 oktyabr 2014-cü il tarixli 301 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 21 oktyabr 2014-cü il, № 228, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 10, maddə 1186)

22 dekabr 2014-cü il tarixli 424 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 1 yanvar 2015-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1578)

17 mart 2016-cı il tarixli 847 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 17 mart 2016-cı il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 03, maddə 468)

6 aprel 2016-cı il tarixli 855 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 7 aprel 2016-cı il, № 72, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 660)

25 yanvar 2017-ci il tarixli 1212 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 29 yanvar 2017-ci il, № 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1, maddə 59)

12 yanvar 2018-ci il tarixli 1785 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 13 yanvar 2018-ci il, № 8, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 1, maddə 41)

9 avqust 2021-ci il tarixli 1417 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 10 avqust 2021-ci il, № 165, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8, maddə 909)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver