Qanunvericilik › Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.12.2012) › Tam mətn

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.12.2012)

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 28.12.2012) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİNİN QƏRARI

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 111 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi haqqında Əsasnamə”nin 10.4-cü bəndini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının 2010-cu il 21 dekabr tarixli Konstitusiya Qanununun 20-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın 9.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin (əlavə olunur):

1.1. Bəzi fəaliyyət növlərinə lisenziya verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament;

1.2. Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament;

1.3. İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament;

1.4. Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament;

1.5. Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament;

1.6. Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi üzrə inzibati reqlament.

2. Hüquq və kadrlar şöbəsi (B. Məmmədov), İnformasiya cəmiyyətinin inkişafı şöbəsi (İ. Əliyev) - bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsi təmin edilsin.

3. Ümumi şöbə (İ.Tağıyev) - bu qərarın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin şöbələrinə və strukturuna daxil olmayan tabeliyindəki qurumlara göndərilməsi təmin edilsin.

4. Qərarın icrasına nəzarət Nazir müavini E. Vəlizadəyə həvalə edilsin.

1.1. Elektron xidmətin adı: Bəzi fəaliyyət növlərinə lisenziya verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət telefon (məftilli), sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə), radiotrank və simsiz telefon, ölkədaxili telekommunikasiya kanallarının təşkili, beynəlxalq telekommunikasiya kanallarının təşkili, İP-telefoniya (internet-telefoniya), məlumatların ötürülməsi (data), sürətli poçt, biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi, fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üzrə fəaliyyət növlərinə lisenziya verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Xidmətin göstərilməsinin hüquqi əsası:

- “Biometrik informasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (5.1-ci maddə);

- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu (9.14-cü maddə);

- “Biometrik informasiya haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 28 oktyabr tarixli 7 nömrəli Fərmanı (1-ci hissə);

- “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 dekabr tarixli 361 nömrəli Fərmanı (1-ci hissə);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” (15.1-ci bənd).

- “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu;

- - “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunu (Əlavə №1, 6-cı maddə, Əlavə №2, 4-1 və 5-ci maddələr, Əlavə №3);

- “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanı;

- “Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə (2.0.6-cı, 3.0.14-cü, 3.0.36-cı və 3.0.38-ci yarımbəndlər).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki və hüquqi şəxslərə bu inzibati reqlamentin 1.1-ci bəndində göstərilən fəaliyyət növlərini həyata keçirmək üçün lisenziya verilməsi.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 510 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri”ndə (Əlavə № 2) fəaliyyət növləri üzrə aşağıdakı dövlət rüsumları nəzərdə tutulmuşdur:

- telefon (məftilli) - 5000,00 manat;

- sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə) - 11000,00 manat;

- radiotrank və simsiz telefon - 5000,00 manat;

- ölkədaxili telekommunikasiya kanallarının təşkili - 5000,00 manat;

- beynəlxalq telekommunikasiya kanallarının təşkili - 11000,00 manat;

- İP-telefoniya (internet-telefoniya) - 8000,00 manat;

- məlumatların ötürülməsi (data) - 6000,00 manat;

- sürətli poçt xidməti - 2500,00 manat;

- biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət

göstərilməsi - 2200,00 manat;

- fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi -2200,00 manat.

Dövlət Xəzinədarlığı Agentliyi

AZ41NABZ01360100000000003944

Vergilər Nazirliyi yanında Bakı Vergi Departamenti

AZ17CTRE00000000000002117131

______________ man.___ qəp.

“_________________________” rabitə xidməti üzrə lisenziya

(fəaliyyət növünün adı)

verilməsi üçün ödənilən dövlət rüsumu (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, VÖEN: 9900033991).

Qeyd: Ödənişlərin aparılması nağd və ya köçürmə üsulu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında vergi uçotuna alınan fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- www.mincom.gov.az/eservices/index.php.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.mincom.gov.az;

- e-mail: mincom@mincom.gov.az;

- tel: (012) 598-48-26, (012) 598-07-51, (012) 598-19-88.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

Telefon (məftilli) rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

- milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkə­lərindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

- xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

- xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Sellülar (mobil) - (texnoloji standartın adı göstərilməklə) rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün)

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

- milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkə­lərindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommu­nikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

- fəaliyyət növünün həyata keçirilməsi üçün istifadə olunacaq radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılması barədə Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;

- xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

- xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Radiotrank və simsiz telefon rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

- milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

- fəaliyyət növünün həyata keçirilməsi üçün istifadə olunacaq radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılması barədə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;

- xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

- xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədin surəti.

Ölkədaxili telekommunikasiya kanallarının təşkili rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

- milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkə­lərindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

- fəaliyyət növünün həyata keçirilməsi üçün radiorabitə vasitələrindən və radiotezliklərdən istifadə olunarsa, radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;

- xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

- xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Beynəlxalq telekommunikasiya kanallarının təşkili rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

- milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

- fəaliyyət növünün həyata keçirilməsi üçün radiorabitə vasitələrindən və radiotezliklərdən istifadə olunarsa, radiorabitə vasitələrinə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Azərbaycan Respublikası Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;

- xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

- xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğu­larından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

- beynəlxalq telekommunikasiya kanallarının təşkili fəaliyyətinin həyata keçirilməsi üçün ərizəçinin telekommunikasiya sahəsində ən azı 5 il iş təcrübəsinə malik olmasını təsdiq edən sənədin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

İP-telefoniya (internet-telefoniya) rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

- milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

- xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

- xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

- İP-telefoniya (internet-telefoniya) fəaliyyətinin həyata keçirilməsi üçün ərizəçinin telekommunikasiya sahəsində ən azı 3 il iş təcrübəsinə malik olmasını təsdiq edən sənədin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Məlumatların ötürülməsi (data) rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziya predmeti üzrə istifadə olunacaq telekommunikasiya vasitələri və qurğularına Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun verilmiş sertifikatların surəti;

- milli təhlükəsizlik təminatı baxımından telekommunikasiya və digər rabitə şəbəkələrindən məlumatların əldə edilməsi üçün nəzərdə tutulan xüsusi avadanlıqların Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi ilə razılaşdırılmış texniki şərtləri və bu şərtlərə uyğun olaraq ümumi rabitə şəbəkələri daxilində yaradılan və istismar edilən bütün növ telekommunikasiya şəbəkələrindən (idarə, müəssisələrə məxsus olan və ümumi rabitə şəbəkəsinə çıxışı olmayan şəbəkələr istisna olmaqla) informasiya əldə edilməsini təmin edən xüsusi təyinatlı avadanlıqlarla təchizat barədə zəmanət;

- xidmətin təşkili üzrə qurulacaq şəbəkənin strukturu və rabitənin təşkili barədə məlumat;

- xidmətin təşkili üçün tələb olunan telekommunikasiya vasitələri və qurğularından ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Sürətli poçt rabitə xidməti üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün zəruri texnoloji, təcrübi ölçü qurğularından, proqram vasitələrindən və digər avadanlıqlardan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s.) təsdiq edən sənədlərin surəti;

- ərizəçinin bu fəaliyyət növü, o cümlədən informasiya texnologiyaları sahəsi üzrə müvafiq təhsilə, ixtisasa və ən azı 3 il iş təcrübəsinə malik olan mütəxəssislərin olmasını təsdiq edən sənədlərin surəti;

- ərizəçinin bu fəaliyyət növü üzrə istifadə edəcəyi avadanlıqlar, müvafiq proqram-texniki təminat vasitələri, o cümlədən informasiya mühafizəsi vasitələri üzrə uyğunluq sertifikatlarının surəti;

- ərizəçinin bu fəaliyyət növünü həyata keçirməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyləri;

- ərizəçinin fəaliyyət obyektinin mühafizə olunmasını təsdiq edən sənədin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmətlərin göstərilməsi üzrə:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- ərizəçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında sənədin surəti.

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (01.01.2008-ci il tarixədək qeydiyyatdan keçmiş hüquqi şəxslər üçün);

- ərizədə qeyd olunan obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

- lisenziyanın verilməsindən imtina edilmədikdə, lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədin surəti.

Ərizəçilər təqdim etdikləri sənədlərin və onlarda göstərilən məlumatın düzgünlüyünə görə qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

3.1. İnteraktiv xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra müvafiq fəaliyyət növünü seçir, həmin fəaliyyət növü üzrə açılan ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Lisenziya verilməsi üçün təqdim olunan sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri göstərilməklə 5 (beş) gün müddətində istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, lisenziya verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 gündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 15 gündən gec olmayaraq lisenziya verilməsi haqqında qərar qəbul edilir. Lisenziyanın verilməsindən imtina edilmədikdə, ərizəçi lisenziya verilməsinə görə dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd təqdim edir. Bundan sonra lisenziya blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ümumi şöbəsi həyata keçirir.

3.4.1. Nəzarət forması: kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“Bəzi fəaliyyət növlərinə lisenziya verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

______________________________________________________________________________

______________________________________________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “________”____________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: _______________________________________________

Ünvan: ______________________________________________________________________

Tel: __________________________

Faks: ________________________

E-mail: ______________________

Fəaliyyət növü: _______________________________________________________________

______________________________________________________________________________

Əlavə olunan sənədlər: Lisenziya verilməsi üçün tələb olunan sənədlər

“Bəzi fəaliyyət növlərinə lisenziya verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

(Hüquqi şəxsin blankında)

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Ərizəçinin (hüquqi şəxsin) adı: _____________________________________________

Təşkilati-hüquqi forması: _________________________________________________

Hüquqi ünvanı: ___________________________________________________________

Fəaliyyət ünvanı:__________________________________________________________

Hesablaşma hesabının nömrəsi: ____________________________________________

Bankın adı:_______________________________________________________________

Tel: __________________________

Faks: ________________________

E-mail: ______________________

Fəaliyyət növü: ___________________________________________________________

__________________________________________________________________________

Əlavə olunan sənədlər: Lisenziya verilməsi üçün tələb olunan sənədlər

Rəhbərin vəzifəsi, adı və soyadı:

1.1. Elektron xidmətin adı: Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların (kosmik peyk rabitə vasitələri, radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğular və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı həddindən artıq olan radioötürücülər) dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaş­dırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu (4-cü, 13-cü və 14-cü bəndlər);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verilməsi Qaydaları” (2-ci hissə);

- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı” (4-cü, 13-cü və 14-cü bəndlər);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 8 may tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş “Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün tələb olunan əlavə Şərtlər” (3-cü və 14-cü bəndlər);

- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş güc meyarı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 19 aprel tarixli 54 nömrəli qərarı (1-ci hissə);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” (15.2-ci bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: 10 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İnzibati reqlamentin 1.1-ci bəndində göstərilən mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- www.mincom.gov.az/eservices/index.php

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.mincom.gov.az

- e-mail: mincom@mincom.gov.az

- tel: (012) 598-07-53

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

1. ərizəçinin vergi orqanları tərəfindən vergi uçotuna alınması haqqında müvafiq sənədin surəti;

2. Kosmik peyk rabitə vasitələrinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən güc meyarı (1QHs-dək tezlik diapazonu üçün - gücü 0,3 Vt-dan yuxarı və 1QHs-dən yüksək tezlik diapazonu üçün- gücü 0,03 Vt-dan yuxarı) həddindən artıq olan radioötürücülərin dövriyyəsi üçün tələb olunan əlavə şərtlər:

- Kosmik peyk rabitə vasitələrinin və radioötürücülərin Azərbaycan Respublikasında istismarı üçün peyk seqmentlərinin icarəyə verilməsi barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının müvafiq qərarı;

- xüsusi icazəyə malik olan radioötürücülərə müvafiq radiotezliklərin ayrılmasının mümkünlüyü barədə Radiotezliklər üzrə Dövlət Komissiyasının rəyi;

- kosmik peyk rabitə vasitələrinə və radioötürücülərə mövcud qanunvericiliyə uyğun olaraq verilmiş sertifikatın surəti;

- kosmik peyk rabitə vasitələrinin və radioötürücülərin saxlanılması üçün nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

- səhmlərinin nəzarət zərfi (50 faizdən çox olan) dövlətə məxsus olan səhmdar cəmiyyətlərin təsis sənədlərinin surəti.

Qeyd: Səhmdar cəmiyyətlərin nəzarət zərflərinin dövlətə məxsusluğu Azərbaycan Respublikasının Rabitə Nazirliyi tərəfindən Vergilər Nazirliyi ilə dəqiqləşdirilir.

3. Radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların dövriyyəsinə tələb olunan əlavə şərtlər:

- radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğulara dair mütəxəssislərin müvafiq ixtisasa malik olmaları haqqında sənədlərin surəti;

- qurğuların normativ-texniki tələblərə uyğun olması barədə təsdiqedici sənəd;

- radiomüşahidə və radionəzarət aparmaq üçün geniş tezlik diapazonlu radioqəbuledici qurğuların saxlanılması məqsədi ilə nəzərdə tutulan müvafiq obyektlərin mühafizəsinin təşkil edilməsi haqqında sənəd;

- qurğuların daşınması üçün xüsusi nəqliyyatın olması barədə arayış.

3.1. İnteraktiv xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra həmin fəaliyyət növü üzrə açılan ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Xüsusi icazə verilməsi üçün təqdim olunan sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə istifadəçinin elektron poçt ünvanına imtinanın səbəbləri göstərilməklə, 10 gün müddətində bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, xüsusi icazənin verilməsi məsələsinə yenidən baxılır və prosesinin nəticəsi barədə istifadəçiyə elektron poçtla məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçinin elektron poçt ünvanına 3 gündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində müraciətə baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 10 gündən gec olmayaraq xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir. Bundan sonra xüsusi icazə blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ümumi şöbəsi həyata keçirir.

3.4.1. Nəzarət forması: kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

_____________________________________________________________________________

Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların

1. _______________________________________________________________________

2. _______________________________________________________________________

3. _______________________________________________________________________

4. _______________________________________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar:

Seriya və nömrə: “__________”__________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: _______________________________________________

Ünvanı: _____________________________________________________________________

Sahibkarlıq fəaliyyətinin növü:________________________________________________

Tel: __________________________

Faks: ________________________

E-mail: ______________________

Əlavə olunan sənədlər: Xüsusi icazənin verilməsi üçün tələb olunan sənədlər

“Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsi üçün xüsusi icazə verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

(Hüquqi şəxsin blankında)

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

1. _______________________________________________________________________

2. _______________________________________________________________________

3. _______________________________________________________________________

4. _______________________________________________________________________

Hüquqi şəxsin adı: ___________________________________________________________

Hüquqi ünvanı: ______________________________________________________________

Sahibkarlıq fəaliyyətinin növü:________________________________________________

Əlavə olunan sənədlər: Xüsusi icazənin verilməsi üçün tələb olunan sənədlər

Tel: ______________________

Faks: ______________________

E-mail: _____________________

Rəhbərin vəzifəsi, adı və soyadı:

1.1. Elektron xidmətin adı: İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət ixrac nəzarətinə düşən mallar (hesablama texnikası, telekommunikasiya və informasiyanın mühafizəsi, mülki məqsədlər üçün mühərrik qurğuları, kosmik aparatlar və uyğun avadanlıqlar) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu (9-cu maddə);

2. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 29 dekabr tarixli 167 nömrəli Fərmanı;

3. “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş:

a) “İxrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ayrı-ayrı dövlətlərə ixrac gömrük prosedurları”;

b) “İxrac nəzarətinin aparılması Qaydaları” (2-ci hissə);

c) “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı” (4-cü, 5-ci və 9-cu kateqoriyaları);

d) “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları” (2-ci hissə);

e) “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xarici iqtisadi əlaqələrin həyata keçirilməsinə xüsusi icazənin verilməsindən əvvəl və sonra yoxlamaların aparılması Qaydası” (2-ci hissə);

f) “İkili təyinatlı mallardan (işlərdən, xidmətlərdən, əqli fəaliyyətin nəticələrindən) sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarətin həyata keçirilməsi Qaydası” (2-ci hissə).

5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” (15.3-cü bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün (təqdim olunmuş sənədlər ekspert rəyi alınması üçün müvafiq təşkilatlara göndərildikdə ekspert rəyinin alınma müddəti xüsusi icazənin verilmə müddətinə daxil deyildir).

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İnzibati reqlamentin 1.2-ci bəndində göstərilən mallar üzrə xüsusi icazə verilməsi.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasında vergi uçotuna alınan hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- www.mincom.gov.az/eservices/index.php

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.mincom.gov.az

- e-mail: mincom@mincom.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- sifarişçinin (hüquqi və ya fiziki şəxslər) vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti.

- malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat;

- malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat;

- bağlanmış müqavilənin (kontraktın) surəti;

- ixrac edilən malın mənşə sertifikatının əsli.

3.1. İnteraktiv xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra açılan ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 15 dekabr tarixli 230 nömrəli qərarı ilə təsdiq edilmiş “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi Qaydaları”nın 2.4-cü bəndində müəyyən edilən hallarda sifarişçiyə xüsusi icazə verilməsindən imtina edilir. Sifarişçiyə xüsusi icazə verilməsindən imtina edildikdə, bu barədə onun elektron poçt ünvanına imtinanın səbəbləri göstərilməklə 10 gün müddətində bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, xüsusi icazə verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 gündən gec olmayaraq bildiriş göndərilir. Həmin çatışmamazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində müraciətə yenidən baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, 15 gündən gec olmayaraq xüsusi icazə verilməsi haqqında qərar qəbul edilir (təqdim olunmuş sənədlər ekspert rəyi alınması üçün müvafiq təşkilatlara göndərildikdə ekspert rəyinin alınma müddəti xüsusi icazənin verilmə müddətinə daxil deyildir). Bundan sonra xüsusi icazə blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ümumi şöbəsi həyata keçirir.

3.4.1. Nəzarət forması: kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Xüsusi icazənin alınması ilə həyata keçirilən

xarici iqtisadi əməliyyatın növü: ___________________________________________

_________________________________________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar:

Seriya və nömrə: “________”________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: ___________________________________________

Ünvanı: __________________________________________________________________

Tel: ______________________________

Faks: ____________________________

E-mail: __________________________

Malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat: _________________

_________________________________________________________________________

Malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat: __________________

_________________________________________________________________________

Əlavə olunan sənədlər: Xüsusi icazə verilməsi üçün tələb olunan sənədlər

“İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazə verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

(Hüquqi şəxsin blankında)

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Ərizəçinin (hüquqi şəxsin) adı: ____________________________________________

Hüquqi ünvanı: __________________________________________________________

Fəaliyyət növü: ___________________________________________________________

Xüsusi icazənin alınması ilə həyata keçirilən

xarici iqtisadi əməliyyatın növü: ___________________________________________

_________________________________________________________________________

Ünvanı: _________________________________________________________________

Tel: ____________________________

Faks: __________________________

E-mail: ________________________

Malalan (malgöndərən) və son istifadəçi haqqında məlumat: _________________

_________________________________________________________________________

Malın son istifadəsi və texniki təsnifatı haqqında məlumat: __________________

_________________________________________________________________________

Əlavə olunan sənədlər: Xüsusi icazə verilməsi üçün tələb olunan sənədlər

Rəhbərin vəzifəsi, adı və soyadı:

1.1. Elektron xidmətin adı: Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu (52-ci maddənin 3-cü hissəsi);

- “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanı (2-ci hissənin 5-ci abzası);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası” (2-8-ci bəndlər);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” (15.5-ci bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Xarici dövlət və özəl dövri mətbu nəşrlərin nümayəndələri və yayım şirkətləri.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- www.mincom.gov.az/eservices/index.php

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.mincom.gov.az

- e-mail: mincom@mincom.gov.az

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

- elektron imza ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- xarici mətbu nəşrlərin respublikada yayılması üçün bu dövlətlərin qanunvericiliyinə əsasən onların qeydiyyata alınması barədə arayış;

- xarici mətbu nəşrin fəaliyyəti haqqında təsdiq olunmuş nizamnaməsi;

- mətbu nəşrin hüquqi ünvanı barədə arayış;

- mətbu nəşrin dövriliyi, tirajı, yayılma ərazisi barədə məlumat;

- mətbu nəşrin hansı dillərdə nəşr olunması barədə məlumat.

3.1. İnteraktiv xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra açılan ərizə formasını yükləyərək doldurur və elektron imza ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətlərini əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı istifadəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 aprel tarixli 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılması üçün razılığın verilməsi Qaydası”nın 7-ci bəndində müəyyən edilən hallarda yayıma razılıq verilməsindən imtina edilir. Yayıma razılıq verilməsindən imtina olunduğu halda bu barədə ərizəçinin elektron poçt ünvanına imtinanın əsasları göstərilməklə yazılı bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, yayıma razılıq verilməsi məsələsinə yenidən baxılır və nəticəsi haqqında istifadəçiyə elektron poçtla məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və məsul şöbəyə icra edilməsi üçün göndərilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 gündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra 5 gün müddətində müraciətə baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Təqdim edilmiş sənədlərdə imtina üçün əsas olmadıqda, 15 gündən gec olmayaraq siyahıda nəzərdə tutulan xarici dövri mətbu nəşrin xarakteri ilə tanış olunur və 3 ay müddətinədək onların hər bir nömrəsinin Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyə göndərilməsi şərtilə yayılmasına razılıq verilməsi haqqında qərar qəbul edilir. Bundan sonra razılıq blankı rəsmiləşdirilərək istifadəçiyə birbaşa təqdim olunması və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Ümumi şöbəsi həyata keçirir.

3.4.1. Nəzarət forması: kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

3.5.4. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Xarici dövri mətbu nəşrlərin

nümayəndəsinin soyadı, adı və atasının adı: ____________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar:

Seriya və nömrə: “________”____________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: ______________________________________________

Ünvanı: _____________________________________________________________________

Tel: __________________________

Faks: ________________________

E-mail: _____________________

Əlavə olunan sənədlər: Razılığın verilməsi üçün tələb olunan sənədlər

“Təsisçisi və ya redaksiyasının daimi yeri Azərbaycan Respublikasının hüdudlarından kənarda olan xarici dövri mətbu nəşrlərin Azərbaycan Respublikasında yayılmasına razılıq verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

(Hüquqi şəxsin blankında)

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Hüquqi şəxsin adı: ___________________________________________________________

_____________________________________________________________________________

_____________________________________________________________________________

Hüquqi ünvanı: ______________________________________________________________

Fəaliyyət növü: _______________________________________________________________

Tel: ______________________________

Faks: ____________________________

E-mail: __________________________

Əlavə olunan sənədlər: Razılığın verilməsi üçün tələb olunan sənədlər

Rəhbərin vəzifəsi, adı və soyadı:

1.1. Elektron xidmətin adı: Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” (15.6-cı bənd);

- Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 12 dekabr 2002-ci il tarixli 4 nömrəli Protokoluna əsasən Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bölmə IV “Şəhər və kənd telefon rabitəsi xidmətləri üçün tarifləri” (bundan sonra - Tariflər);

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Bakı şəhərində Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi (BTRİB), regionlarda Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi.

1.5. Elektron xidmətin digər icraçıları: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti və Məlumat Hesablama Mərkəzi.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Qismən.

1.7. Elektron xidmətin icra müddəti: Bu reqlamentin 1.2-ci bəndində göstərilən xidmətlərin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra telefon çəkilişi 7 iş günündən, nömrənin dəyişdirilməsi 3 iş günündən, nömrənin addan-ada keçirilməsi isə 1 iş günündən gec olmayaraq icra edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçinin mənzilinə telefon çəkilir, telefon nömrəsi dəyişdirilir və addan-ada keçirilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. Ödənişin məbləği və ödəniş müddəti:

Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi xidmətlərinin göstərilməsinə görə nəzərdə tutulan xidmət haqları Tariflərə əsasən müəyyən edilir.

Ödəmə üsulu - internet-ödəmə, “paypoint” terminalları, poçt şöbələri və telefon (telekommunikasiya) qovşaqlarında nağd yolla.

Ödəniş müddəti - xidmətin göstərilməsindən imtina edilməməsi barədə bildirişin göndərildiyi andan 2 iş günü müddətində.

Göstərilən müddət ərzində ödəniş aparılmazsa sifariş avtomatik olaraq ləğv olunur.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- www.mincom.gov.az/eservices/index.php

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.e-gov.az

- http://www.mincom.gov.az

- http://www.rabita.az

- http://www.btrib.net

- http://www.aztelekom.org

- e-mail: mincom@mincom.gov.az, office@rabita.az, btrib@btrib.net, aztelekom@aztelekom.net

- telefonlar: MHM: 157, (012) 565-18-07, (012) 498-80-44, (012) 598-41-00;

BTRİB: (012) 498-08-55; “Aztelekom” İstehsalat Birliyi: (012) 344-00-00.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

1. Telefon çəkilişi üçün:

- Şəxsiyyət vəsiqəsinin PİN kodu müraciət formasına daxil edilir.

- Daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədin skan olunmuş surəti müraciət formasına əlavə edilir.

2. Nömrənin dəyişdirilməsi zamanı heç bir sənəd tələb olunmur.

3. Nömrənin ada keçirilməsi zamanı konkret vəziyyətdən asılı olaraq aşağıda göstərilən sənədlər tələb olunur və onların skan olunmuş surətləri müraciət formasına əlavə edilir:

Telefon ailənin digər üzvünün adına keçirildikdə;

- yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin şəxsiyyət vəsiqələri.

- adından telefon nömrəsi çıxarılan ailə üzvünün ölüm haqqında şəhadətnaməsi.

Abunəçi digər şəxsin adına olan telefonu öz adına keçirdikdə:

- telefonun təhvil verilməsi barədə arayış;

- daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunan sənəd.

3.1. İnteraktiv xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçdikdən sonra telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi xidmətlərindən birini seçir. Bundan sonra açılan müraciət formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:

Aşağıdakı hallarda elektron xidmətin göstərilməsindən imtina edilir və bu barədə istifadəçiyə e-poçt vasitəsilə bildiriş göndərilir:

˗ Telefon çəkilişi üçün skan edilib göndərilmiş sənədlərdə qeyri-dəqiqliklər və uyğunsuzluqlar aşkar edildikdə və ya telefon çəkilişi üçün texniki imkan olmadıqda.

˗ Telefonun addan-ada keçirilməsi xidməti üçün skan edilib göndərilmiş sənədlərdə qeyri-dəqiqliklər və uyğunsuzluqlar aşkar edildikdə və ya nömrədə borc olduqda.

˗ Xidmətlərin göstərilməsi üçün bu reqlamentin 2.2.1-ci yarımbəndində müəyyən olunmuş qaydada və müddətdə ödəniş aparılmadıqda.

3.2.2. Sorğunun qəbulu: Göndərilən sənədlərdə qeyri-dəqiqliklər və ya uyğunsuzluqlar aşkar edilmədikdə və qeyd olunan müddətdə ödəniş aparıldıqda sorğu qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. telefonun çəkilişi;

2. nömrənin dəyişdirilməsi;

3. telefonun addan-ada keçirilməsi;

Sifarişin qeyd olunan müddətdə icra olunmasına görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. Elektron xidmətin təqdim edildiyi internet ünvanlarından telefon çəkilişi xidməti seçildikdən sonra ekrandakı müraciət formasına telefon çəkiləcək mənzilin yerləşdiyi ərazinin poçt indeksi daxil edilərək müvafiq küçə seçildikdən sonra yaşayış evinin və mənzilin nömrəsi qeyd edilir. İstifadəçidə telefonun təhvil verilməsi barədə arayış olduqda, həmin arayış ekranda avtomatik əks olunur. Daha sonra ekranda müqavilə şərtləri əks olunur (1 və 2 nömrəli əlavələr) və istifadəçi müqavilə şərtləri ilə razılaşdıqda müvafiq pəncərədə bunu qeyd edir. Bundan sonra müraciət formasına reqlamentin 2.6-cı bəndinə uyğun olaraq tələb olunan sənədlərin skan edilmiş surətləri əlavə edilir. İstifadəçi tərəfindən daxil edilən məlumatlar düzgün olduqda istifadəçiyə telefon nömrəsinin, servis xidmətlərinin, şəhərlərarası və beynəlxalq çıxışın seçiminə imkan yaradılır. İstifadəçi istəyindən asılı olaraq telefon nömrəsini özü seçdikdə, servis xidmətindən istifadəyə və ya şəhərlərarası və beynəlxalq çıxışın seçiminə görə Tariflərə uyğun olaraq, bu reqlamentin 2.2.1-ci yarımbəndində müəyyən edilmiş qaydada elektron xidmətin göstərilməsinə görə ödənişə əlavə olaraq haqq ödəyir. Sifariş qəbul edildikdən və xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 7 iş günü ərzində icra olunur.

2. Nömrənin dəyişdirilməsi xidməti seçildikdə ekranda olan telefon nömrələrinin siyahısı əks olunur. Həmin siyahıdan nömrə seçilir. Sifariş qəbul edildikdən və xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 3 iş günü ərzində icra olunur.

3. Elektron xidmətin təqdim edildiyi internet ünvanlarından telefonun addan-ada keçirilməsi xidməti seçildikdən sonra ekrandakı müraciət forması doldurulur, bu zaman telefonun addan-ada keçirilməsi səbəbi seçilir və bu reqlamentin 2.6-cı bəndinə uyğun olaraq tələb olunan sənədlərin skan edilmiş surətləri müraciətə əlavə edilir. Nömrədə borc olduğu təqdirdə, onun addan-ada keçirilməsinə icazə verilmir və bu barədə məlumat ekranda əks olunur. Sifariş qəbul edildikdən və xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 1 iş günü ərzində icra olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

1. Sifariş qəbul edildikdən sonra ekranda xüsusi bildiriş səhifəsi açılır və istifadəçiyə seçdiyi xidmətlə bağlı sifarişi başa çatdırmaq üçün lazımi məlumatlar (sifarişin nömrəsi, ödəniləcək məbləğ, ödəmə üsulları, əlaqə vasitələri) verilir.

2. Xidmətin göstərilməsindən imtina edilməməsi barədə bildiriş müraciət edənin elektron poçt ünvanına da göndərilir.

3. Bu reqlamentin 3.3.2-ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulan əlavə xidmətlərə görə Tariflərə uyğun olaraq xidmət haqqı hesablandıqdan sonra müvafiq bildiriş formalaşır və müraciət edənin elektron poçt ünvanına göndərilir.

4. Ödəniş (eləcə də istifadəçinin seçəcəyi təqdirdə bu reqlamentin 3.3.2-ci yarımbəndinin 1-ci abzasında nəzərdə tutulan ödəniş) həyata keçirildikdən sonra sifariş icraya verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi həyata keçirir.

3.4.1. Nəzarət forması: Daxil olan sifarişlərin vaxtında icra olunmasına nəzarət məqsədilə onların avtomatlaşdırılmış rejimdə monitorinqi aparılır.

3.4.2. Nəzarət qaydası: Vaxtında icra olunmayan sifarişlər avtomatik olaraq xüsusi rejimdə göstərilir və həmin rejimə düşmüş sifarişlər sistemin fəaliyyətinə məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanlarına göndərilir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

“Telefon çəkilişi, nömrənin dəyişdirilməsi

və addan-ada keçirilməsi üçün

müraciətin və sənədlərin qəbulu üzrə

Bu müqavilə, bir tərəfdən _____________________________________________ (bundan sonra - “Rabitə müəssisəsi” adlanacaq) digər tərəfdən _________________________________ (bundan sonra - “Abunəçi” adlanacaq) telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə aşağıdakı şərtlərlə bağlanır.

Bu müqavilə “Rabitə müəssisəsi” ilə “Abunəçi” arasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş telekommunikasiya xidmətlərinin göstərilməsi münasibətlərini tənzimləyir.

2.1. “Rabitə müəssisəsi”nin hüquq və vəzifələri:

2.1.1. Telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;

2.1.2. “Abunəçi” ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək, onların hüquqlarını pozmamaq;

2.1.3. Müəyyən edilmiş standart, norma və qaydalara uyğun telekommunikasiya xidmətlərini göstərmək (təmir işləri istisna olmaqla);

2.1.4. “Abunəçi”lər tərəfindən ixtisaslaşdırılmış təcili yardım, polis, yanğınsöndürmə və qaz qəza xidmətlərinin çağırılması üçün telekommunikasiya şəbəkələrindən ödənişsiz istifadəni və eləcə də telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da, ixtisaslaşdırılmış xidmətlərlə əlaqəni mümkün həddədək təmin etmək;

2.1.5. “Abunəçi”lərin müraciətinə əsasən telekommunikasiya xidmətlərinin qoşulub-açılmasını müvafiq qaydada təmin etmək;

2.1.6. “Abunəçi”ləri telekommunikasiya ilə bağlı qanunvericiliklə tanış etmək. Telekommunikasiya haqqında qanunvericilikdə və tariflərdə dəyişikliklər olduqda onları kütləvi informasiya və digər vasitələrlə məlumatlandırmaq.

2.1.7. Göstərdiyi telekommunikasiya xidmətlərinin məbləği haqqında məlumatların verilməsini və xidmət haqlarının qəbulunu təşkil etmək;

2.1.8. “Rabitə müəssisəsi” ilə “Abunəçi” arasında bağlanmış müqavilə ilə müəyyən edilən istifadə qaydalarına riayət etməyən “Abunəçi”lərə telekommunikasiya xidmətlərinin göstərilməsini telekommunikasiya haqqında qanunvericiliyə uyğun dayandırmaq;

2.1.9. “Abunəçi”lərin müraciət, ərizə və şikayətlərinə qanunvericiliyə uyğun baxılması üçün vaxtaşırı onların qəbulunu təşkil etmək və müraciətləri cavablandırmaq;

2.1.10. Qanunvericiliklə müəyyən edilmiş digər vəzifə və hüquqları həyata keçirmək.

2.2. “Abunəçi”nin hüquq və vəzifələri:

2.2.1. Keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək;

2.2.2. Qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək;

2.2.3. Telekommunikasiya şəbəkəsinə “Rabitə müəssisəsi” ilə bağlanmış müqaviləyə, qanunvericiliklə müəyyən edilmiş standartlara və digər tələblərə uyğun son avadanlıq qoşmaq;

2.2.4. Telekommunikasiya şəbəkələrinin istismarını, bütövlüyünü, qarşılıqlı bağlantısını, informasiya mühafizəsini, radioelektron vasitələrinin elektromaqnit uyğunluğunu təhlükə altına qoyan, habelə digər subyektlər üçün telekommunikasiya xidmətlərinin göstərilməsini çətinləşdirən, yaxud qeyri-mümkün edən əməllərə yol verməmək;

2.2.5. Bu müqavilənin şərtlərinə əməl etmək və istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını telekommunikasiya haqqında qanunvericiliyə uyğun vaxtlı-vaxtında ödəmək;

2.2.6. Telefon xəttinə qoşulmuş son avadanlığın standartlara uyğunluğunun yoxlanılması məqsədilə “Rabitə müəssisəsi”nin səlahiyyətli nümayəndəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirmək üçün şərait yaratmaq;

2.2.7. Qazanc məqsədilə üçüncü şəxsə telekommunikasiya xidmətləri göstərməmək və belə xidmətin göstərilməsinə şərait yaratmamaq;

2.2.8. “Abunəçi” dəyişdikdə “Rabitə müəssisəsi”nə 10 gün ərzində məlumat vermək;

2.2.9. Telekommunikasiya xidmətində nasazlıq yaranarsa “Rabitə müəssisəsi”nə müraciət etmək;

2.2.10. Qanunvericiliklə müəyyən edilmiş digər hüquq və vəzifələri həyata keçirmək.

3.1. Bu müqavilə “___” _______ 20__ il tarixindən etibarlıdır və _____ il müddətinə bağlanır. Müqavilə qüvvədə olduğu müddətdə telekommunikasiya haqqında qanunvericiliyə dəyişikliklər edilərsə, müqavilənin şərtlərində də dəyişiklik aparıla bilər.

3.2. Bu müqaviləyə “Abunəçi”nin yazılı müraciətinə əsasən və müqavilə şərtləri “Abunəçi” tərəfindən pozulduqda “Rabitə müəssisəsi” tərəfindən xəbərdarlıq edilməklə birtərəfli qaydada xitam verilə bilər.

3.3. Tərəflər arasındakı yaranmış mübahisələr razılaşdırma yolu ilə, tərəflər razılığa gəlmədikdə isə qanunvericiliyə uyğun olaraq məhkəmələrdə həll olunur.

Bu müqavilə əsasında “Rabitə müəssisəsi” “Abunəçi”lərə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən tariflər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən və “Abunəçi”nin seçim etdiyi telekommunikasiya xidmətlərini göstərir.

5.1. Telefondan istifadəyə görə aylıq abunə, şəhərlərarası və beynəlxalq danışıq haqları Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən tariflər əsasında ödənilir.

5.2. “Abunəçi”nin telefon nömrəsinin şəbəkəyə qoşulma günündən asılı olmayaraq, aylıq abunə haqqı həmin ayda tam ay üçün nəzərdə tutulmuş tariflər əsasında ödənilir.

5.3. “Abunəçi”yə göstərilən rabitə xidmətləri üzrə hesablanan aylıq abunə haqları telekommunikasiya haqqında qanunvericiliyə uyğun olaraq hər ayın 25-ə kimi, şəhərlərarası və beynəlxalq danışıq haqları isə rabitə müəssisəsi tərəfindən abunəçiyə edilmiş xəbərdarlıqda göstərilən müddət ərzində ödənilməlidir.

5.4. Müqavilə ləğv edildikdə çəkiliş və aylıq abunə haqqı geri qaytarılmır.

5.5. Rabitə xidmətlərindən istifadəyə görə hesablanmış aylıq abunə haqlarını vaxtında ödəməyən abunəçilərin şəbəkədən açılmış telefon nömrələrinin yenidən şəbəkəyə qoşulması telekommunikasiya haqqında qanunvericiliyə uyğun həyata keçirilir.

Bu müqavilə 2 nüsxədə tərtib olunur, 1 nüsxə “Rabitə müəssisəsi”ndə, digər nüsxə isə “Abunəçi”də saxlanılır.

Adı, soyadı, atasının adı....................................................................................

Anadan olduğu yer və tarix....................................................................................

Qeydiyyatda olduğu ünvan

Vətəndaşlıq: € Azərbaycanlı € Xarici

Cinsi: € Kişi € Qadın

Şəxsiyyəti təsdiq edən sənəd.....................................

Seriya və nömrəsi......................................................

Verilmə tarixi və orqanın adı...................................................................................

Əlaqə telefonları:......................................................................................................................................................................

Ünvan:......................................................................

Danışıqların açıqlanması üçün etibarlı şəxsin adı,

atasının adı, soyadı...................................................

Adı:_________________________

Abunəçinin imzası_______________ Müəssisənin rəhbəri___________________

1. Telekommunikasiya xidmətləri üzrə aylıq istifadə tarifləri.

Kollektiv istifadəli nömrə

Birləşdirici xətt vasitəsilə digər ATS ərazisində işləyən nömrə

Müvəqqəti istifadəyə verilmiş nömrə

Birləşdirici xətt vasitəsilə digər ATS ərazisində müvəqqəti istifadəyə verilmiş nömrə

2. Abunəçinin seçdiyi digər telekommunikasiya xidmətlərinin növləri.

Şəhərlərarası telefon rabitə xidməti

Beynəlxalq telefon rabitə xidməti

İP telefoniya xidməti (000 kodu)

Sorğu məlumat xidməti

Servis rabitə xidmətləri:

Multimedia xidmətləri:

Abunəçinin imzası_______________ Müəssisənin rəhbəri___________________

“Telefon çəkilişi, nömrənin dəyişdirilməsi və addan-ada keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Bu müqavilə, bir tərəfdən ______________________________________________ (bundan sonra - “Rabitə müəssisəsi” adlanacaq) digər tərəfdən _________________________________ (bundan sonra - “Abunəçi” adlanacaq) telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədilə aşağıdakı şərtlərlə bağlanır.

Bu müqavilə “Rabitə müəssisəsi” ilə “Abunəçi” arasında “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş telekommunikasiya xidmətlərinin göstərilməsi münasibətlərini tənzimləyir.

2.1. “Rabitə müəssisəsi”nin hüquq və vəzifələri:

2.1.1. Telekommunikasiya sahəsində müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət göstərmək;

2.1.2. “Abunəçi” ilə bağlanan müqaviləyə əsasən üzərinə düşən vəzifələri yerinə yetirmək, onların hüquqlarını pozmamaq;

2.1.3. Müəyyən edilmiş standart, norma və qaydalara uyğun telekommunikasiya xidmətlərini göstərmək (təmir işləri istisna olmaqla);

2.1.4. “Abunəçi”lər tərəfindən ixtisaslaşdırılmış təcili yardım, polis, yanğınsöndürmə və qaz qəza xidmətlərinin çağırılması üçün telekommunikasiya şəbəkələrindən ödənişsiz istifadəni və eləcə də telekommunikasiya xidmətinin göstərilməsi məhdudlaşdırıldığı halda da, ixtisaslaşdırılmış xidmətlərlə əlaqəni mümkün həddədək təmin etmək;

2.1.5. “Abunəçi”lərin müraciətinə əsasən telekommunikasiya xidmətlərinin qoşulub-açılmasını müvafiq qaydada təmin etmək;

2.1.6. “Abunəçi”ləri telekommunikasiya ilə bağlı qanunvericilik ilə tanış etmək. Telekommunikasiya haqqında qanunvericilikdə və tariflərdə dəyişikliklər olduqda onları kütləvi informasiya və digər vasitələrlə məlumatlandırmaq.

2.1.7. Göstərdiyi telekommunikasiya xidmətlərinin məbləği haqqında məlumatların verilməsini və xidmət haqlarının qəbulunu təşkil etmək;

2.1.8. “Rabitə müəssisəsi” ilə “Abunəçi” arasında bağlanmış müqavilə ilə müəyyən edilən istifadə qaydalarına riayət etməyən “Abunəçi”lərə telekommunikasiya xidmətlərinin göstərilməsini telekommunikasiya haqqında qanunvericiliyə uyğun dayandırmaq;

2.1.9. “Abunəçi”lərin müraciət, ərizə və şikayətlərinə qanunvericiliyə uyğun baxılması üçün vaxtaşırı onların qəbulunu təşkil etmək və müraciətləri cavablandırmaq;

2.1.10. Qanunvericiliklə müəyyən edilmiş digər vəzifə və hüquqları həyata keçirmək.

2.2. “Abunəçi”nin hüquq və vəzifələri:

2.2.1. Keyfiyyətli telekommunikasiya xidmətlərini tələb etmək;

2.2.2. Qanunvericiliyə uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən istifadə qaydalarına riayət etmək;

2.2.3. Telekommunikasiya şəbəkəsinə “Rabitə müəssisəsi” ilə bağlanmış müqaviləyə, qanunvericiliklə müəyyən edilmiş standartlara və digər tələblərə uyğun son avadanlıq qoşmaq;

2.2.4. Telekommunikasiya şəbəkələrinin istismarını, bütövlüyünü, qarşılıqlı bağlantısını, informasiya mühafizəsini, radioelektron vasitələrinin elektromaqnit uyğunluğunu təhlükə altına qoyan, habelə digər subyektlər üçün telekommunikasiya xidmətlərinin göstərilməsini çətinləşdirən, yaxud qeyri-mümkün edən əməllərə yol verməmək;

2.2.5. Bu müqavilənin şərtlərinə əməl etmək və istifadə etdikləri telekommunikasiya xidmətləri haqlarını telekommunikasiya haqqında qanunvericiliyə uyğun vaxtlı-vaxtında ödəmək;

2.2.6. Telefon xəttinə qoşulmuş son avadanlığın standartlara uyğunluğunun yoxlanılması məqsədilə “Rabitə müəssisəsi”nin səlahiyyətli nümayəndəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirmək üçün şərait yaratmaq;

2.2.7. Qazanc məqsədilə üçüncü şəxsə telekommunikasiya xidmətləri göstərməmək və belə xidmətin göstərilməsinə şərait yaratmamaq;

2.2.8. “Abunəçi” dəyişdikdə “Rabitə müəssisəsi”nə 10 gün ərzində məlumat vermək;

2.2.9. Telekommunikasiya xidmətində nasazlıq yaranarsa “Rabitə müəssisəsi”nə müraciət etmək;

2.2.10. Qanunvericiliklə müəyyən edilmiş digər hüquq və vəzifələri həyata keçirmək.

3.1. Bu müqavilə “___” _______ 20__ il tarixindən etibarlıdır və _____ il müddətinə bağlanır. Müqavilə qüvvədə olduğu müddətdə telekommunikasiya haqqında qanunvericiliyə dəyişikliklər edilərsə, müqavilənin şərtlərində də dəyişiklik aparıla bilər.

3.2. Bu müqaviləyə “Abunəçi”nin yazılı müraciətinə əsasən və müqavilə şərtləri “Abunəçi” tərəfindən pozulduqda “Rabitə müəssisəsi” tərəfindən xəbərdarlıq edilməklə birtərəfli qaydada xitam verilə bilər.

3.3. Tərəflər arasındakı yaranmış mübahisələr razılaşdırma yolu ilə, tərəflər razılığa gəlmədikdə isə qanunvericiliyə uyğun olaraq məhkəmələrdə həll olunur.

Bu müqavilə əsasında “Rabitə müəssisəsi” “Abunəçi”lərə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən tariflər əsasında müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavə 1-də göstərilən və “Abunəçi”nin seçim etdiyi telekommunikasiya xidmətlərini göstərir.

5.1. Telefondan istifadəyə görə aylıq abunə, şəhərlərarası və beynəlxalq danışıq haqları Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən müəyyən edilən tariflər əsasında ödənilir.

5.2. “Abunəçi”nin telefon nömrəsinin şəbəkəyə qoşulma günündən asılı olmayaraq, aylıq abunə haqqı həmin ayda tam ay üçün nəzərdə tutulmuş tariflər əsasında ödənilir.

5.3. “Abunəçi”yə göstərilən rabitə xidmətləri üzrə hesablanan aylıq abunə haqları telekommunikasiya haqqında qanunvericiliyə uyğun olaraq hər ayın 25-ə kimi, şəhərlərarası və beynəlxalq danışıq haqları isə rabitə müəssisəsi tərəfindən abunəçiyə edilmiş xəbərdarlıqda göstərilən müddət ərzində ödənilməlidir.

5.4. Müqavilə ləğv edildikdə çəkiliş və aylıq abunə haqqı geri qaytarılmır.

5.5. Rabitə xidmətlərindən istifadəyə görə hesablanmış aylıq abunə haqlarını vaxtında ödəməyən abunəçilərin şəbəkədən açılmış telefon nömrələrinin yenidən şəbəkəyə qoşulması telekommunikasiya haqqında qanunvericiliyə uyğun həyata keçirilir.

Bu müqavilə 2 nüsxədə tərtib olunur, 1 nüsxə “Rabitə müəssisəsi”ndə, digər nüsxə isə “Abunəçi”də saxlanılır.

Hüquqi şəxsin adı....................................................................................

VÖEN:....................................................................................

Hesab göndərilən ünvan:

Bank:........................................................................................................................................................................

Hesab №:....................................................................................

KOD:...................................................................................

Hüquqi ünvanı:...................................................................................

Elektron poçt, veb səhifə

Əlaqə telefonu:.......................................................................................................................................................................

Rəhbər işçinin adı, soyadı, atasının adı....................................................................................

Danışıqların açıqlanması üçün etibarlı şəxsin adı,

atasının adı, soyadı …………………………………

Adı:_________________________

Abunəçinin imzası_______________ Müəssisənin rəhbəri___________________

1. Abunə və beynəlxalq telefon danışıq haqları.

ATS-lərin növü və xidmət kateqoriyaları

Aylıq abunə haqqı, manatla (ƏDV ilə birlikdə

MDB və Baltikyanı ölkələr

Avropa, Amerika və digər ölkələr

Təsərrüfat hesablı müəssisələr

2. Telekommunikasiya xidmət növləri.

Yerli telefon rabitə xidməti

Şəhərlərarası telefon rabitə xidməti

Beynəlxalq telefon rabitə xidməti

İP telefoniya xidməti (000 kodu)

Servis rabitə xidmətləri:

Telekommunikasiya xidmətlərinin digər növləri:

Abunəçinin imzası_______________ Müəssisənin rəhbəri___________________

1.1. Elektron xidmətin adı: Rabitə xidmət haqlarının internet vasitəsilə ödənilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi və “Aztelekom” İstehsalat Birliyi tərəfindən göstərilən rabitə xidmətləri (sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq danışıqlar, sabit şəbəkə telefonlarından və internetdən istifadəyə görə aylıq abunə haqları) haqlarının internet vasitəsilə plastik kartlarla ödənilməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı” (15.11-ci bənd).

- “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli 13 nömrəli qərarı;

- “Respublika ərazisində sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq telefon danışıqlarının və mobil şəbəkə telefonlarından aparılan beynəlxalq telefon danışıqlarının tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli 14 nömrəli qərarı;

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi.

1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılıdır.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Rabitə xidmət haqları internet vasitəsilə ödənilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz (Xidmət haqqı tələb olunmur. Yalnız borc məbləğləri ödənilir).

Şəhərlərarası, beynəlxalq danışıq və aylıq abunə haqları “Sabit şəbəkə telefonlarından istifadəyə görə aylıq abunə haqlarının tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli 13 nömrəli və “Respublika ərazisində sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq telefon danışıqlarının və mobil şəbəkə telefonlarından aparılan beynəlxalq telefon danışıqlarının tarifləri barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli 14 nömrəli qərarları ilə təsdiq edilmiş tariflərə əsasən müəyyən olunur.

İnternet xidməti haqları abunəçi ilə internet servis provayderləri arasında bağlanmış müqavilədə qeyd olunan tariflərə əsasən formalaşır.

Ödəmə üsulu: internet-ödəmə.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- http://www.e-gov.az

- http://www.mincom.gov.az

- http://www.rabita.az

- e-mail: mincom@mincom.gov.az, office@rabita.az

- telefonlar: MHM: 157, (012) 565-18-07, (012) 498-80-44, (012) 598-41-00;

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Sənəd tələb olunmur.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olub müəyyənləşdirilmiş avtorizasiya prosesini keçərək telefon nömrəsini daxil edir. Bundan sonra həmin telefon nömrəsi üzrə bütün xidmət növlərinə görə borc məbləğləri ekranda əks olunur. İstifadəçi ödəmək istədiyi xidmət borcunu seçir və plastik kartında olan məlumatları müvafiq pəncərələrə doldurur.

3.1.2. Sorğunun qəbulu: Sorğu qəbul edilir və daxil edilən məlumatlar sistem tərəfindən yoxlanılır.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən daxil edilən məlumatlar düzgün deyilsə və ya hesabında yetərincə vəsait yoxdursa sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekrana çıxır.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra sorğu qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. Telefon nömrəsinin daxil edilməsi və xidmət növünün seçilməsi;

2. Ödənişin aparılması.

Sifarişin qeyd olunan müddətdə icra olunmasına görə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. Telefon nömrəsinin daxil edilməsi və xidmət növünün seçilməsi: İstifadəçinin tələb olunan məlumatları daxil etməsi müddətindən asılıdır.

2. Ödənişin aparılması: İstifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemində emalı müddətindən asılıdır.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Ödəniş həyata keçirildikdə borc məbləğləri dərhal silinir. Ödəniş qəbzi istifadəçinin seçiminə uyğun olaraq e-poçtla göndərilir və ya ekrandan çap edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi həyata keçirir.

3.4.1. Nəzarət forması: İnternet vasitəsilə qəbul edilən ödənişlər barədə məlumatların Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mərkəzi serverinə daxil edilməsi zamanı itkilərin olmamasına avtomatlaşdırılmış rejimdə nəzarət olunur.

3.4.2. Nəzarət qaydası: Proses sistemin istismarına məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə inzibati reqlamentin 2.5-ci bəndində göstərilən e-poçt ünvanlarına göndərilir. Şikayətdə vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə 15 gün ərzində baxılır. Əlavə öyrənilməsi və yoxlanılması tələb edilən şikayətlərə isə 1 ay müddətində baxılır.

1. 6 noyabr 2014-cü il tarixli 02 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411060002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 noyabr 2014-cü il)

2. 8 oktyabr 2015-ci il tarixli 0006 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510080006, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 oktyabr 2015-ci il)

3. 28 aprel 2016-cı il tarixli 0003 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201604280003, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 may 2016-cı il)

4. 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver