“Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 13 iyun tarixli 686-IVQ nömrəli Qanununun tətbiqi və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 21 oktyabr tarixli 409 nömrəli Fərmanının ləğvi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyul tarixli 942 nömrəli Fərmanının 1.1.15-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri, 9 iyun 2014-cü il
1.1. Bu Qayda Azərbaycan Respublikasının “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunlarına, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun hazırlanmışdır və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti (bundan sonra - dövlət nəzarəti) aparılarkən, iradnamə və tələbnamələrin verilməsi qaydasını müəyyən edir.
1.2. Bu Qayda mülkiyyət formasından və fəaliyyət sahəsindən asılı olmayaraq, dövlət nəzarətinin aparıldığı obyektlərdə hüquq pozuntuları aşkar edildiyi təqdirdə tətbiq olunur.
1.3. Bu Qayda ilə müəyyən edilmiş iradnamə və tələbnamələr metroloji qayda və normalara riayət olunmasını müəyyənləşdirmək üçün aparılan dövlət nəzarəti ilə əlaqədar dövlət nəzarətini həyata keçirən yoxlayıcı (bundan sonra - yoxlayıcı) tərəfindən tərtib edilən və aşkar edilmiş pozuntuları özündə əks etdirən akt əsasında tətbiq edilir.
1.4. İradnamə - dövlət nəzarəti aparılan zaman müəssisələrdə aradan qaldırılması mümkün olan pozuntular aşkar edildikdə, həmin pozuntuların aradan qaldırılması məqsədi ilə 30 (otuz) günədək müddət müəyyən edilməklə verilən yazılı göstərişdir.
1.5. Tələbnamə - dövlət nəzarəti aparılan zaman insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə yaradan və ya mühüm zərər vuran və dərhal aradan qaldırılması mümkün olmayan qanun pozuntuları aşkar edildiyi halda, ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərardır.
2.1. Yoxlayıcı tərəfindən iradnamə aşağıdakı hallarda verilir:
2.1.2. aradan qaldırılması mümkün olan metroloji qayda və norma pozuntusu aşkar edildikdə.
2.2. İradnamədə aşağıdakı məlumatlar əks olunur (1 nömrəli əlavə):
2.2.1. dövlət nəzarətini həyata keçirən orqanın (bundan sonra - yoxlayıcı orqan) adı;
2.2.2. iradnamənin nömrəsi və tarixi;
2.2.3. hüquqi şəxsin adı, hüquqi ünvanı, təsviri və s., hüquqi şəxsin rəhbərinin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin (bundan sonra - müəssisə rəhbəri) soyadı, adı, atasının adı və ünvanı;
2.2.4. dövlət nəzarəti aparılan zaman aşkar edilmiş pozuntuları özündə əks etdirən və iradnamənin verilməsi üçün əsas olan aktın tarixi və nömrəsi;
2.2.6. tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;
2.2.7. pozuntuların aradan qaldırılması üçün müəyyən edilmiş müddət;
2.2.8. iradnamədən şikayət etmə müddətləri və qaydası barədə məlumat;
2.2.9. yoxlayıcının vəzifəsi, soyadı, adı, atasının adı və imzası;
2.2.10. iradnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd.
2.3. İradnamədə qeyd edilmiş nöqsanların aradan qaldırılması barədə verilmiş göstərişlər məcburi xarakter daşıyır və müəyyənləşdirilmiş müddət ərzində aradan qaldırılmalı, yoxlayıcı orqana nöqsanların aradan qaldırılması barədə məlumat verilməlidir.
2.4. İradnamədə qeyd edilmiş göstərişlərin müəyyən edilmiş müddət ərzində yerinə yetirilməməsi ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin, müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının, metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının qadağan edilməsi barədə tələbnamələrin verilməsi üçün əsasdır.
2.5. İradnamə yoxlayıcı tərəfindən imzalandığı gün müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim olunur. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi iradnaməni qəbul etməkdən imtina edərsə, iradnamədə “Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi” ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi iradnaməni qəbul etməkdən imtina etdikdə, iradnamə dərhal sifarişli poçt, müəssisə rəhbəri tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvan vasitəsilə göndərilir.
3.1. Tələbnamələr aşağıdakı hallarda verilir:
3.1.8. ölçmə vasitəsi və ya ölçmələr üzrə aparılan işlər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olmadıqda.
3.2. Tələbnamələrdə aşağıdakı məlumatlar əks olunur:
3.2.1. yoxlayıcı orqanın adı;
3.2.2. tələbnamənin nömrəsi və tarixi;
3.2.3. hüquqi şəxsin adı, hüquqi ünvanı, təsviri və s., müəssisə rəhbərinin soyadı, adı, atasının adı və ünvanı;
3.2.4. dövlət nəzarəti aparılan zaman aşkar edilmiş pozuntuları özündə əks etdirən və tələbnamənin verilməsi üçün əsas olan aktın tarixi və nömrəsi;
3.2.5. yoxlama suallarının siyahısının konkret suallarının nömrələri və tələbləri pozulmuş normativ hüquqi aktların konkret struktur elementləri göstərilməklə, aşkar edilmiş qanun pozuntularının izahı;
3.2.6. məhdudlaşdırıcı tədbir tətbiq edilən hissənin (sahənin) təsviri:
3.2.6.2. metroloji qayda və normalara uyğun olmayan ölçmə vasitələrinin istismarı, istehsalı və satışının qadağan edilməsi barədə tələbnamədə metroloji qayda və normalara uyğun olmadığı üçün istismarı, istehsalı və satışı qadağan edilən ölçmə vasitəsinin təsviri (3 nömrəli əlavə);
3.2.6.3. müqayisəli yoxlamadan keçməyən ölçmə vasitələrinin istismarının qadağan edilməsi barədə tələbnamədə müqayisəli yoxlamadan keçməyən ölçmə vasitəsinin təsviri (4 nömrəli əlavə);
3.2.6.4. ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin qadağan edilməsi barədə tələbnamədə ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlərin təsviri (5 nömrəli əlavə);
3.2.7. tətbiq edilən konkret məhdudlaşdırıcı tədbir (tədbirlər);
3.2.8. tələbnamənin verilməsinə səbəb olan halların və qanun pozuntularının aradan qaldırılması üçün yerinə yetirilməli olan konkret tədbirlər;
3.2.9. tələbnamənin yerinə yetirilməməsinə görə məsuliyyət barədə xəbərdarlıq;
3.2.10. tələbnamədən şikayət etmə müddətləri və qaydası barədə məlumat;
3.2.11. yoxlayıcı orqanın rəhbərinin və ya onu əvəz edən şəxsin soyadı, adı, atasının adı və imzası;
3.2.12. tələbnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd.
3.4. Tələbnamə yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalandıqdan sonra onun surəti növbəti iş günündən gec olmayaraq, müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilir. Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina edərsə, tələbnamədə “Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi” ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir. Müəssisənin rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina etdikdə, tələbnamə dərhal sifarişli poçt, müəssisə rəhbəri tərəfindən elektron poçt və ya digər poçt ünvanı təqdim edildikdə isə həmin ünvan vasitəsilə göndərilir.
3.5. Tələbnamə ilə bağlı məlumat yoxlamaların vahid məlumat reyestrinə daxil edilməlidir.
3.6. Aşağıdakı şərtlər yerinə yetirildikdən sonra tələbnamə ləğv edilmiş hesab edilir və müəssisə öz fəaliyyətini davam etdirə bilər:
3.6.1. tam və əhatəli şəkildə tələbnamədə göstərilən tədbirləri yerinə yetirmişdir;
3.6.2 tələbnamədə göstərilən tədbirləri yerinə yetirdiyi barədə yoxlayıcı orqana alınmasını təsdiq edən istənilən vasitə ilə xəbərdarlıq göndərmişdir.
3.7. Yoxlayıcı orqan tələbnamənin verilməsi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsi barədə xəbərdarlığı aldığı tarixdən 3 (üç) iş günü ərzində mövcud risklərin qiymətləndirilməsi əsasında və məhdudlaşdırıcı tədbirin tətbiqi barədə qərarda göstərilən tədbirlərin yerinə yetirilməsini sənədlər əsasında müəyyən etmək mümkün olmadıqda həmin tədbirlərin yerinə yetirilməsi vəziyyətinin yoxlanılması üçün plandankənar (növbədənkənar) yoxlama təyin edir.
3.8. Bu Qaydanın 3.7-ci bəndində göstərilən əsaslarla və müddətlərdə aparılan plandankənar (növbədənkənar) yoxlama zamanı tələbnamədə göstərilən tədbirlərin müəssisə tərəfindən yerinə yetirilmədiyi və ya qismən yerinə yetirildiyi aşkara çıxarılarsa, yoxlayıcı orqan təkrar tələbnamə verir. Təkrar tələbnamənin verilməsi və onun ləğv edilməsinə müvafiq olaraq bu Qaydanın 3.1-ci, 3.2-ci, 3.4-3.7-ci bəndlərinin müddəaları tətbiq edilir.
4.1. Müəssisənin rəhbəri yoxlamanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxslərinin hərəkətlərindən (qərarlarından) inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.
“Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası”na
20 _____ il ________ tarixli ________ №-li dövlət nəzarəti aktı əsasında verilmişdir.
Yoxlama zamanı müəyyən edilmişdir ki, ________________________________________________________
1. Aşkar edilmiş pozuntular 20_____ il _________________ tarixinədək aradan qaldırılmalı və bu barədə yoxlayıcı orqana məlumat verilməlidir.
2. İradnamədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, iradnamənin təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
__________________________________________________________________________
(İradnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd (müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən "Qəbul etdim" ifadəsi yazılır və soyadı, adı və atasının adı qeyd edilərək imzalanır, müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi iradnaməni qəbul etməkdən imtina edərsə, "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir)
"Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"na
20 _______ il ____________ tarixli _________________ №-li dövlət nəzarəti aktı əsasında verilmişdir.
Yoxlama zamanı müəyyən edilmişdir ki, ____________________________________________________
20 ________ il ___________________ tarixindən etibarən _____________________________________________
istismarı, istehsalı və satışı
2. Bu tələbnamənin icrasından yayınan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 537.2-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.
3. Tələbnamədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, tələbnamənin təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
(Tələbnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd (müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən "Qəbul etdim" ifadəsi yazılır və soyadı, adı və atasının adı qeyd edilərək imzalanır, müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina edərsə, "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir)
"Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"na
20 _______ il ____________ tarixli _________________ №-li dövlət nəzarəti aktı əsasında verilmişdir.
Yoxlama zamanı müəyyən edilmişdir ki, _______________________________________________________
20 ______ il ___________________ tarixindən etibarən _____________________________________________
1. ______________________________________________________________________________________________
2. Bu tələbnamənin icrasından yayınan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 537.2-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.
3. Tələbnamədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, tələbnamənin təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
(Tələbnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd (müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən "Qəbul etdim" ifadəsi yazılır və soyadı, adı və atasının adı qeyd edilərək imzalanır, müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina edərsə, "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir)
"Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən malların (xidmətlərin, işlərin) müvafiq standartda, texniki reqlamentdə və digər normativ hüquqi aktda müəyyən olunmuş tələblərə, metroloji qayda və normalara riayət olunmasına dövlət nəzarəti aparılarkən, iradnamə və tələbnamələrin verilməsi Qaydası"na
20 _______ il ____________ tarixli _________________ №-li dövlət nəzarəti aktı əsasında verilmişdir.
Yoxlama zamanı müəyyən edilmişdir ki, ___________________________________________________________
20____ il _______ tarixindən etibarən ________________________________________________________
_____________________________________________________ ölçmələr üzrə müəyyən edilmiş məcburi tələblərin pozulması ilə aparılan işlər
1. ______________________________________________________________________________________________
2. Bu tələbnamənin icrasından yayınan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 537.2-ci maddəsinə əsasən məsuliyyət daşıyırlar.
3. Tələbnamədən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, tələbnamənin təqdim olunduğu tarixdən 30 (otuz) gün müddətində inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
(Tələbnamənin müəssisə rəhbərinə və ya səlahiyyətli nümayəndəsinə təqdim edilməsi barədə qeyd (müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tərəfindən "Qəbul etdim" ifadəsi yazılır və soyadı, adı və atasının adı qeyd edilərək imzalanır, müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi tələbnaməni qəbul etməkdən imtina edərsə, "Müəssisə rəhbəri və ya səlahiyyətli nümayəndəsi qəbul etməkdən imtina etdi" ifadəsi yazılır və yazı yoxlayıcı tərəfindən imzalanaraq təsdiq edilir)
1. 16 dekabr 2016-cı il tarixli 505 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 dekabr 2016-cı il, № 281, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2224)
2. 28 sentyabr 2017-ci il tarixli 407 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 oktyabr 2017-ci il, № 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 9, maddə 1762)
3. 30 avqust 2018-ci il tarixli 367 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
4. 24 noyabr 2018-ci il tarixli 498 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 noyabr 2018-ci il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2448)
5. 8 may 2021-ci il tarixli 145 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 19 may 2021-ci il, № 101, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 5, maddə 524)
6. 5 avqust 2023-cü il tarixli 276 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 10 avqust 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1259)
7. 26 yanvar 2024-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 29 yanvar 2024-cü il, “Xalq” qəzeti, 1 fevral 2024-cü il, № 21, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 116)
8. 22 sentyabr 2025-ci il tarixli 279 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 23 sentyabr 2025-ci il, “Xalq” qəzeti, 30 sentyabr 2025-ci il, № 209, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 9, maddə 879)