Qanunvericilik › Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində informasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 22.11.2005) › Tam mətn

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində informasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 22.11.2005)

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində informasiya təhlükəsizliyinin təmin edilməsi qaydaları (Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, 22.11.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1999-cu il tarixli 161 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında" Əsasnaməyə və "Azərbaycan Respublikasının dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli 172 nömrəli Fərmanına müvafiq olaraq hazırlanmışdır.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (bundan sonra - QKDK) informasiya təhlükəsizliyinin təmin edilməsi, informasiya ehtiyatlarının formalaşdırılması, informasiya sisteminin yaradılması və onlardan istifadə olunması qaydasını müəyyən edir.

2.1. Dövlət sirri - dövlətin hərbi, xarici siyasi, iqtisadi, elmi, kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti ilə bağlı olub, dövlət tərəfindən mühafizə olunan və yayılması Azərbaycan Respublikasının təhlükəsizliyinə ziyan vura bilən məlumatlardır.

2.2. Konfidensial informasiya - əldə olunması, işlənməsi, verilməsi və ya istifadəsi Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq, məhdudlaşdırılan sənədləşdirilmiş informasiyadır.

2.3. QKDK-nın informasiya şəbəkəsi - bir-biri ilə kommunikasiya yolları vasitəsi ilə əlaqədə olan kompüter avadanlıqlarının və informasiya sistemlərinin məcmusu.

3.1. İnformasiya ehtiyatları onlara daxilolma həddinə görə açıq və məhdudlaşdırılmış növlərdən ibarətdir.

3.2. Açıq informasiyanın əldə olunmasına, işlənməsinə və verilməsinə QKDK tərəfindən məhdudiyyət qoyulmur və həmin məlumat ümumi istifadə üçün müəyyən edilir.

3.3. Məhdudlaşdırılmış daxilolma növlü informasiya (bundan sonra - məhdudlaşdırılmış informasiya) ehtiyatları aşağıdakılardan ibarətdir:

3.3.1. konfidensial informasiya;

3.3.2. dövlət sirri olan informasiya.

4.1. Məlumatlar konfidensial informasiya kateqoriyasına QKDK-nın Sədri tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində konfidensial informasiyanı təşkil edən məlumatların siyahısı" ilə aid edilir.

4.2. Konfidensial informasiyanın rekvizitlərində, onun daşıyıcısının və informasiya daşıyıcısını müşayiət edən sənədin (olduqda) üzərində "Konfidensial" qrifi əks edilməlidir.

4.3. QKDK-nın informasiya ehtiyatlarında olan məlumatların dövlət sirrinə aid edilməsi, onların istifadəsi, mühafizəsi və məxfi sənədlərlə kargüzarlığın aparılması "Dövlət sirri haqqında" Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasının Prezidentinin 19 yanvar 2005-ci il tarixli 179 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət hakimiyyəti orqan-larında, idarə, təşkilat və müəssisələrində məxfi sənədlərlə iş üzrə kargüzarlığın aparılması" Qaydasına və Azərbaycan Respublikasının Prezidentinin 3 iyun 2005-ci il tarixli 249 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Məlumatların dövlət sirrinə aid edilməsi" Qaydalarına və Azərbaycan Respublikasının digər mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

5.1. QKDK-nın informasiya ehtiyatlarında olan məlumatların itməsinin, saxtalaşdırılmasının, məhvinin qarşısının alınması və həmçinin, məhdudlaşdırılmış informasiyanın konfidensiallığının təmin edilməsi üçün QKDK-nın informasiya şəbəkəsinə daxilolma aşağıdakı iki növə ayrılır:

5.1.1. I növ - QKDK-nın informasiya şəbəkəsinə və QKDK-nın serverində və informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərdə informasiya mübadiləsi üçün yaradılmış müvafiq bölmələrə daxilolma;

5.1.2. II növ - QKDK-nın serverində konfidensial informasiya yerləşən bölmələrə daxilolma.

5.2. QKDK-nın informasiya şəbəkəsinə daxilolmaya QKDK Sədri üçün məhdudiyyət qoyulmur, Sədr müavinləri üçün isə informasiya şəbəkəsinə daxilolmaya məhdudiyyət həddi QKDK-nın Sədri tərəfindən müəyyən edilir.

5.3. QKDK-nın informasiya şəbəkəsinə daxilolmanın tənzimlənməsi QKDK-nın müvafiq struktur bölməsi və ya əməkdaşı (bundan sonra - şəbəkə inzibatçısı) tərəfindən həyata keçirilir.

5.4. Şəbəkə inzibatçısının vəzifələrinə aşağıdakılar aiddir:

5.4.1. QKDK-nın informasiya şəbəkəsinin işinin təşkili və informasiya şəbəkəsində əmələ gələn texniki qüsurların aradan qaldırılması;

5.4.2. Serverlərin və QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərin zəruri proqram təminatları ilə təchiz edilməsi və onların işinin tənzimlənməsi;

5.4.3. Informasiya mübadiləsi üçün digər informasiya sistemlərinin və şəbəkələrinin, rabitə şəbəkələrinin və internet qlobal informasiya şəbəkəsinin tərkibinə daxil edilmənin təşkili;

5.4.4. QKDK-nın informasiya şəbəkəsində yerləşən informasiyanın mühafizəsinin təmin edilməsi;

5.4.5. QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərin eyniləşdirilməsi, onlar üzrə istifadəçilərin müəyyən edilməsi, xüsusi eyniləşdirmə adlarının və şifrələrin verilməsi, dəyişdirilməsi və ləğv edilməsi;

5.4.6. QKDK-nın informasiya şəbəkəsində informasiyanın qruplaşdırılmasına nəzarətin həyata keçirilməsi;

5.4.7. QKDK-nın serverində yerləşən informasiyanın, QKDK-nın digər serverinə və müvafiq elektron daşıyıcılara köçürülməsi və saxlanılması;

5.5. QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərin eyniləşdirilməsi üçün hər bir fərdi kompüter üzrə istifadəçi (istifadəçilər) müəyyən edilir və fərdi kompüterlərə xüsusi eyniləşdirmə adları verilir.

5.6. QKDK-nın informasiya şəbəkəsinin tərkibinə daxil edilmənin tənzimlənməsi və istifadəçilərin eyniləşdirilməsi üçün QKDK-nın hər bir əməkdaşına xüsusi məxfi eyniləşdirmə şifri (bundan sonra - eyniləşdirmə şifri) verilir.

5.7. Eyniləşdirmə şifri verildikdə, şəbəkə inzibatçısı tərəfindən müvafiq jurnalda verilmiş eyniləşdirmə şifri, verilmə tarixi və onu alan əməkdaş haqqında məlumatlar (əməkdaşın adı, soyadı, atasının adı və tutduğu vəzifə) göstərilməklə, xüsusi qeydlər aparılır. QKDK-nın əməkdaşı tərəfindən eyniləşdirmə şifrinin alınması həmin jurnalda onun imzası ilə təsdiq edilir.

5.8. Zəruri hallarda QKDK-nın əməkdaşlarına verilmiş eyniləşdirmə şifrləri şəbəkə inzibatçısı tərəfindən dəyişdirilə bilər.

5.9. QKDK-nın əməkdaşı tutduğu vəzifədən azad edildikdə, ona məxsus eyniləsdirmə şifri ləğv edilir.

6.1. Elektron formada olan QKDK-nın informasiya ehtiyatları ilə işləməyə buraxılma aşağıdakı iki növə ayrılır:

6.1.1. I növ - informasiya ilə yalnız tanış olmaq;

6.1.2. II növ - informasiya ilə tanış olmaq və onun məzmununun dəyişdirilməsini həyata keçırmək.

6.2. QKDK-nın əməkdaşlarının konfidensial informasiya ilə işləməyə buraxılması QKDK- nın Sədri tərəfindən təsdiq edilən "Konfidensial informasiya ilə işləməyə buraxılan Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin əməkdaşlarının siyahısı" əsasında həyata keçirilir. Həmin sənəd konfidensial informasiya ilə işləməyə buraxılan əməkdaşların dairəsini və işləməyə buraxılma növünü müəyyən edir.

6.3. QKDK-nın əməkdaşları arasında informasiya mübadiləsi server vasitəsi ilə və ya informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlər arasında həyata keçirilir.

6.4. QKDK-nın əməkdaşları arasında konfidensial informasiya ilə mübadilə server vasitəsi ilə həyata keçirilir.

6.5. QKDK-nın əməkdaşları arasında informasiya mübadiləsinin təmin edilməsi üçün QKDK-nın serverində və informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərdə informasiyanın yerləşdirilməsi üçün informasiyanın xarakterinə uyğun müvafiq bölmələr yaradılır.

6.6. QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərdə informasiyanın qruplaşdırılması üçün QKDK-nın serverində yaradılan bölmələrə uyğun analoji bölmələr yaradılır.

6.7. QKDK-nın serverində yerləşən informasiya ehtiyatları informasiyanın daxilolma növündən asılı olaraq, QKDK-nın struktur bölmələri və mövzular üzrə bölmələrə qruplaşdırılır. Konfidensial informasiya QKDK-nın struktur bölmələri və mövzular üzrə, açıq informasiya isə mövzular üzrə qruplaşdırılır.

6.8. QKDK-nın informasiya şəbəkəsində yerləşən informasiyanın məzmununun dəyişdirilməsi yalnız həmin informasiyanın müəllifi və ya icraçısı tərəfindən həyata keçirilə bilər.

6.9. İnformasiya mübadiləsi üçün digər informasiya sistemlərinin və şəbəkələrinin, rabitə şəbəkələrinin və internet qlobal informasiya şəbəkəsinin tərkibinə daxil edilmə QKDK-nın struktur bölmələrində yalnız bu məqsəd üçün ayrılmış və QKDK-nın informasiya şəbəkəsinə daxil olmayan fərdi kompüterdən həyata keçirilir.

6.10. QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərdə əlavə elektronməlumat daşıyıcıları yalnız şəbəkə inzibatçısı tərəfindən müvafiq qaydada yoxlanıldıqdan sonra istifadə edilə bilər.

6.11. QKDK-nın əməkdaşları tərəfindən vəzifə səlahiyyətlərinin həyata keçirilməsi üçün QKDK-nın serverində yerləşən konfidensial informasiyanın digər elektron məlumat daşıyıcılarının yaddaşına yazılması və ya çap edilməsi QKDK-nın struktur bölmələri rəhbərlərinin müvafiq razılığına əsasən həyata keçirilir.

6.12. QKDK-nın informasiya ehtiyatlarının mühafizəsini təmin etmək üçün QKDK-nın serverində yerləşən informasiya həmçinin, QKDK-nın digər serverinə və müvafiq elektron daşıyıcılara köçürülməli və saxlanılmalıdır.

6.13. QKDK-nın informasiya şəbəkəsində yerləşən informasiyanın bütövlüyünə müvafiq qaydada şəbəkə inzibatçısı, həmin məlumatın müəllifi və icraçısı məsuliyyət daşıyır.

6.14. QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərdə yerləşən informasiyanın bütövlüyünə və təhlükəsizliyinə görə həmin kompüterlər üzrə müəyyən edilmiş istifadəçi (istifadəçilər) məsuldur.

6.15. QKDK-nın informasiya ehtiyatlarının təhlükəsizliyini təmin etmək məqsədi ilə informasiya ehtiyatları yerləşən serverlər və fərdi kompüterlər yalnız sertifikatlaşdırılmış proqram təminatları ilə təchiz edilir.

6.16. QKDK-nın informasiya ehtiyatlarının mühafizəsini təmin etmək üçün aşağıdakıların həyata keçirilməsinə yol verilmir:

6.16.1. Konfidensial informasiyanın həmin məlumata malik ola bilməyən digər şəxslərə açıqlanmasına;

6.16.2. Konfidensial informasiyanın QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi

kompüterlərdə saxlanılmasına və informasiya mübadiləsi məqsədi ilə fərdi kompüterlərə göndərilməsinə;

6.16.3. QKDK-nın serverində və informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərdə açıq informasiyanın yerləşdirilməsi nəzərdə tutulan bölmələrdə konfidensial informasiyanın yerləşdirilməsinə;

6.16.4. QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərin, məhdudlaşdırılmış informasiya ehtiyatları yerləşən informasiya sistemlərinin və rabitə şəbəkələrinin informasiya mübadiləsi üçün istifadə edilən digər informasiya sistemləri və şəbəkələrinin, rabitə şəbəkələrinin və internet qlobal informasiya şəbəkəsinin tərkibinə daxil edilməsinə;

6.16.5. İnformasiya mübadiləsi üçün istifadə edilən digər informasiya sistemləri və şəbəkələrinin, rabitə şəbəkələrinin və internet qlobal informasiya şəbəkəsinin tərkibinə daxil edilmək üçün ayrılmış fərdi kompüterlərdə istifadə edilən əlavə elektron məlumat daşıyıcılarından bu Qaydaların 6.10. bəndinə uyğun olaraq yoxlanılmadan QKDK-nın informasiya şəbəkəsinə daxil olan fərdi kompüterlərdə istifadə edilməsinə;

6.16.6. İnformasiya mübadiləsi üçün istifadə edilən digər informasiya sistemlərinə və şəbəkələrinə, rabitə şəbəkələrinə və internet qlobal informasiya şəbəkəsinə daxil edilən və bu Qaydaların 5.5. bəndinə uyğun olaraq eyniləşdirilməyən fərdi kompüterlərin QKDK-nın informasiya şəbəkəsinin tərkibinə daxil edilməsinə.

7.1. Bu maddənin müddəaları kağız daşıyıcısının üzərində əks edilən sənədlərə şamil edilir.

7.2. QKDK - da məzmununu açıq informasiya təşkil edən sənədlərin dövriyyəsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyində məzmunu açıq informasiya təşkil edən sənədlərin dövriyyəsi üçün müəyyən edilən qaydada həyata keçirilir.

7.3. Məzmununu konfidensial informasiya təşkil edən sənədlər QKDK-ya daxil olduqda və QKDK tərəfindən göndərildikdə, onlar daxil olan və göndərilən sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun olaraq və müvafiq qeydiyyat kitablarında qeyd edilməklə kargüzarlıq xidmətini həyata keçirən struktur bölməsi tərəfindən qəbul edilir və ya göndərilir.

7.4. Daxil olan və ya göndərilən məzmununu konfidensial informasiya təşkil edən sənədlər qeydə alındıqda, qeydiyyat nömrəsinin əvvəlində kargüzarlıq xidmətini həyata keçirən struktur bölməsi tərəfindən ("K") işarəsi qoyulur.

7.5. Məzmununu konfidensial informasiya təşkil edən sənədlərin QKDK-nın struktur bölmələri tərəfindən qəbulu, göndərilməsi və ilkin qaydada işlənilməsi və həmin sənədlərin təhlükəsizliyinin təmin edilməsi kargüzarlığın aparılması üzrə məsul olan əməkdaşlar tərəfindən həyata keçirilir.

7.6. Məzmununu konfidensial informasiya təşkil edən sənədlər QKDK-nın struktur bölməsinə daxil olduqda və ya struktur bölmə tərəfindən göndərildikdə onlar daxil olan və göndərilən sənədlərin dövr etməsinin ümumi qaydasına uyğun olaraq, kargüzarlığın aparılması üzrə məsul olan əməkdaşlar tərəfindən müvafiq qeydiyyat kitablarında qeyd edilməklə qəbul edilir və ya göndərilir.

7.7. Daxil olan və ya göndərilən, məzmununu konfidensial informasiya təşkil edən sənədlər qeydə alındıqda qeydiyyat nömrəsinin əvvəlində kargüzarlığın aparılması üzrə məsul olan əməkdaşlar tərəfindən ("K") işarəsi qoyulur.

7.8. Məzmununu konfidensial informasiya təşkil edən sənədlər və onların surətləri digər sənədlərdən ayrı, konfidensial informasiyaya daxilolma hüququ olmayan şəxslər tərəfindən daxilolmanı istisna edən qaydada saxlanılmalıdır.

7.9. QKDK-nın əməkdaşları konfidensial informasiyaya aid edilən məlumatlardan (sənəd-lərdən) istifadə etdikdə həmin məlumatların bütövlüyünü, konfidensialığını və təhlükəsizliyini təmin etməlidirlər.

7.10. Konfidensial informasiya QKDK daxilində və QKDK tərəfindən digər dövlət hakimiyyəti orqanlarına, idarə, təşkilat və müəssisələrə üzərində "Konfidensial" qrifi əks edilən zərflərdə göndərilir.

7.11. QKDK tərəfindən digər dövlət hakimiyyəti orqanlarına, idarə, təşkilat və müəssisələrə göndərilən konfidensial informasiya kuryer vasitəsi ilə çatdırılır.

7.12. QKDK-nın informasiya ehtiyatlarını təşkil edən informasiyanın arxivə təhvil verilməsi və onların məhv edilməsi Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

8.1. QKDK adından ictimaiyyətə informasiyanın rəsmi qaydada açıqlanmasnı İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi həyata keçirir. QKDK-nın Sədri, onun müavinləri və Sədrin tapşırığı ilə QKDK-nın digər əmək-daşları QKDK adından informasiyanı açıqlaya bilər.

8.2. QKDK tərəfindən konfidensial informasiyanın açıqlanması Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

9.1. Bu Qaydalara riayət etməyən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

10.1. Bu Qaydalar təsdiq edildiyi gündən qüvvəyə minir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver