Qanunvericilik › Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 05.03.2009) › Tam mətn

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 05.03.2009)

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi haqqında əsasnamənin və Komitənin Strukturunun təsdiq edilməsi barədə (Prezidentin fərmanı, 05.03.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin normativ hüquqi əsaslarını təkmilləşdirmək məqsədi ilə qərara alıram:.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin aparatının və Komitənin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin işçilərinin say həddini müəyyən etsin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. “Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 26 iyul tarixli 161 nömrəli Fərmanının 1-ci bəndi (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 7, maddə 423; 2003-cü il, № 10, maddə 585; 2004-cü il, № 8, maddə 617, № 9, maddə 678; 2005-ci il, № 10, maddə 910; Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 11 noyabr tarixli 14 nömrəli Fərmanı) qüvvədən düşmüş hesab edilsin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 mart 2009-cu il

1. 20 iyul 2009-cu il tarixli 130 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 22 iyul 2009-cu il, № 158, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 7, maddə 533)

2. 21 dekabr 2009-cu il tarixli 195 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 27 dekabr 2009-cu il, № 289)

3. 10 fevral 2010-cu il tarixli 216 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 11 fevral 2010-cu il, № 32, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 2, maddə 80)

4. 01 oktyabr 2010-cu il tarixli 339 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 03 oktyabr 2010-cu il, № 216, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 10, maddə 851)

5. 15 fevral 2011-ci il tarixli 381 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 18 fevral 2011-ci il, № 38, “Azərbaycan” qəzeti, 20 fevral 2011-ci il, № 40, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 02, maddə 85)

6. 26 oktyabr 2011-ci il tarixli 513 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Respublika” qəzeti, 27 oktyabr 2011-ci il, № 232; “Azərbaycan” qəzeti, 28 oktyabr 2011-ci il, № 239; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 10, maddə 897)

07 sentyabr 2016-cı il tarixli 1032 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 08 sentyabr 2016-cı il, № 197, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 9, maddə 1469)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver