Qanunvericilik › “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər”in təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.10.2013) › Tam mətn

“Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər”in təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.10.2013)

“Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər”in təsdiq edilməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 03.10.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI

“Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlər”in təsdiq edilməsi haqqında

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin kollegiyası

1. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (əlavə olunur);

1.2. “İnternet xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (əlavə olunur);

1.3. “Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (əlavə olunur);

1.4. “Radiorabitə vasitələrinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (əlavə olunur);

1.5. “Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi üzrə inzibati reqlament” (əlavə olunur);

1.6. “Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumatın verilməsi üzrə inzibati reqlament” (əlavə olunur);

1.7. “Poçt göndərişlərinin izlənilməsi üzrə inzibati reqlament” (əlavə olunur);

1.8. “Dövri mətbuata internet-abunə üzrə inzibati reqlament” (əlavə olunur);

1.9. “Elektron imzanın verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (əlavə olunur).

2. Hüquq və kadrlar şöbəsinə (B.Məmmədov) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.

3. Ümumi şöbəyə (İ.Tağıyev) tapşırılsın ki, bu qərarın Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının struktur bölmələrinə və tabeliyindəki qurumlara göndərilməsini təmin etsin.

4. Qərarın icrasına nəzarət Nazir müavini E.Vəlizadəyə həvalə edilsin.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması üçün ərizəçidən (ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorları, provayderləri, eyni zamanda, digər hüquqi və fiziki şəxslər) müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə müraciət edənə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (7-ci maddə);

- “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 9 avqust tarixli 277 nömrəli Fərmanı (2.3-cü bənd);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.4-cü bənd);

- “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 9 nömrəli qərarı (1-ci bənd);

- Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2012-ci il 3 sentyabr tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş və 2012-ci il 12 sentyabr tarixində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestirinə daxil edilmiş (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi: 15201209030001; qüvvəyə minmə tarixi: 2012-ci il 13 sentyabr) “Nömrə resurslarının ayrılması və istifadəsi Qaydaları” (1-ci, 2-ci, 3-cü və 4-cü hissələr).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (bundan sonra - Nazirlik).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 (otuz) gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resuslarının ayrılması.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 9 nömrəli qərarı ilə nömrə resurslarının ayrılması və istifadəsi üzrə aşağıdakı birdəfəlik və illik istifadə haqları müəyyənləşdirilmişdir:

Sabit telefon şəbəkəsi üçün nömrə resursunun ayrılması (1 nömrə üçün):

Sabit telefon şəbəkəsi üçün 2 və yaxud 3 rəqəmli coğrafi zona kodunun ayrılması

Mobil telekommunikasiya şəbəkəsi üçün 2 və yaxud 3 rəqəmli coğrafi kodun ayrılması

Mobil telekommunikasiya şəbəkəsi üçün qeyri-coğrafi nömrə resursunun ayrılması (2 rəqəmli koddan sonra gələn 1 milyonluq nömrə resursunun hər bir nömrəsi üçün)

3 və 4 rəqəmli qeyri-coğrafi kodun şəhər daxilində ayrılması:

ÜİTŞ-dən istifadə etməklə (DİAL-UP) internet şəbəkəsinə giriş üçün

Beynəlxalq nöqtə (point) kodunun ayrılması

Milli nöqtə (point) kodunun ayrılması

Mobil şəbəkə kodunun ayrılması (MNC)

Data şəbəkə identifikasiya kodunun ayrılması (DNİC)

B1. Benifisiar (alan) bank

Dövlət Xəzinədarlıq Agentliyi (DXA)

AZ41NABZ01360100000000003944

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

AZ59CTRE00000000000002158570

D3. Büdcə təşkilatının kodu

D4. Büdcə səviyyəsinin kodu

Qeyd: Ödənişlərin aparılması nağd şəkildə və ya köçürmə yolu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3. Elektron xidmətin istifadəçiləri: Ümumistifadəli telekommunikasiya şəbəkəsində fəaliyyət göstərən telekommunikasiya operatorları, provayderləri, eyni zamanda, digər hüquqi və fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: http://www.mincom.gov.az

- Elektron poçt: mincom@mincom.gov.az

- Telefon: (+99412) 598-07-51, (+99412) 598-07-53

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surətləri müraciətə əlavə edilir:

- imza (hüquqi şəxslər həm də möhürlə təsdiqləyir) ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyət vəsiqəsinə dair məlumatlar (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, fərdi identifikasiya nömrəsi (FİN istifadəyə verildikdən sonra), ünvanı);

- ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

- ərizəçinin fəaliyyət göstərdiyi ünvanda yerləşən əmlakdan istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə) təsdiq edən sənədin surəti;

- telekommunikasiya sahəsində xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə xidmətin təşkili üçün nömrə resurslarının ayrılması haqqında müraciət olunduğu halda xüsusi razılığın (lisenziyanın) surəti;

- nömrə resurslarının istifadəsi üçün nəzərdə tutulan telekommunikasiya xidmətlərinin siyahısı və qurulacaq telekommunikasiya şəbəkəsinin struktur sxemi.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi (Ərizəçi) bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra açılan ərizə formasını yükləyərək doldurur və imza (hüquqi şəxslər həm də möhürlə təsdiqləyir) ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini müraciətə əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı ərizəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Nömrə resurslarının ayrılması barədə təqdim olunan ərizə ilə ona əlavə edilmiş sənədlər arasında uyğunsuzluq aşkar edildikdə, bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə, təqdim edilmiş sənədlərdə qeyri-dəqiq məlumatlar mövcud olduqda və onlar ilə telekommuni­kasiya şəbəkəsinin struktur sxemi və xidmət əhatəsi haqqında məlumatlar arasında uyğunsuzluq müəyyən edildikdə, nömrə resursunun ayrılmasından imtina edilir. İmtinanın səbəbləri göstərilməklə 15 (on beş) təqvim günü müddətində ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Ərizəçi tərəfindən nömrə resurslarının ayrılmasından imtina halları aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, nömrə resurslarının ayrılması məsələsinə yenidən baxılır və prosesin nəticəsi haqqında ərizəçiyə elektron poçtla məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və Nazirliyin Tənzimləmə şöbəsinə icra edilməsi üçün göndərilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Nazirliyin Tənzimləmə şöbəsində sorğuya və ona əlavə edilən sənədlərə baxılır. Sənədlər daxil olduğu tarixdən etibarən 30 (otuz) təqvim günü ərzində nömrə resurslarının ayrılmasının texniki imkanlarının təhlili aparılır. İmtina üçün əsas olmadığı halda nömrə resurslarının ayrılması haqqında qərar qəbul edir. Sənədlərdə çatışmazlıq aşkar edilərsə, bu halda çatışmazlığın aradan qaldırılması tarixi son təqdim edilmə tarixi hesab olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Nömrə resurslarının ayrılmasından imtina edilmədikdə, ərizəçi ilə Nazirlik arasında müqavilə bağlanır və ərizəçi 10 (on) bank günü ərzində bu inzibati reqlamentin 2.2-ci bəndində göstərilən tariflər üzrə birdəfəlik ödəniş aparır və ödəniş sənədinin surətini Nazirliyə təqdim edir. Bundan sonra ayrılmış nömrə resurslarının istifadəsi barədə ərizəçiyə və ümumistifadəli telekommunikasiya şəbəkəsi operatorlarına, provayderlərinə Nazirlik tərəfindən bildiriş göndərilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyin Ümumi şöbəsi həyata keçirir.

3.4.1. Nəzarət forması: Kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Ərizəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib edilir. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Qeyd: Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Fiziki şəxsin adı, atasının adı və soyadı _____________________________________________

Hüquqi ünvanı ___________________________________________________________________

Nömrə resursunun istifadə təyinatı _________________________________________________

Nömrə resursunun sayı ____________________________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “_________” _______________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: ___________________________________________________

Ünvan: ___________________________________________________________________________

Tel: __________________________________

Faks: ________________________________

Elektron poçt: ______________________

Əlavə olunan sənədlər: Nömrə resurslarının ayrılması üçün tələb olunan sənədlər

“Nömrə resurslarının ayrılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

(Hüquqi şəxsin blankında)

Azərbaycan Respublikasının

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə

Hüquqi şəxsin adı ________________________________________________________________

Hüquqi ünvanı ___________________________________________________________________

Nömrə resursunun istifadə təyinatı _________________________________________________

Nömrə resursunun sayı ____________________________________________________________

Tel: _____________________________

Faks: _____________________________

Elektron poçt: ____________________

Əlavə olunan sənədlər: Nömrə resurslarının ayrılması üçün tələb olunan sənədlər

Rəhbərin vəzifəsi, adı və soyadı: ____________________________________________________

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: İnternet xidmətlərinə qoşulma üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (bundan sonra - MHM) “AzDataKom” və “Bakı Telefon rabitəsi” İstehsalat Birliyinin (bundan sonra - BİTRİB) “Bakinternet” ADSL internet xidmətlərinə qoşulmaq üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (33-cü maddə);

- Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə” (3.0.57-ci yarımbənd);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.8-ci bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: MHM (“AzDataKom” ADSL internet xidmətləri üzrə) və BİTRİB (“Bakinternet” ADSL internet xidmətləri üzrə).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Bu inzibati reqlamentin 1.2-ci bəndində göstərilən xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra internetə qoşulma 3 (üç) iş günündən gec olmayaraq icra edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi internet xidmətlərinə qoşulur.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. İnternet xidmətlərinə qoşulma xidmətinin göstərilməsinə görə nəzərdə tutulan ödənişlər MHM tərəfindən təsdiq edilmiş tariflərə əsasən müəyyən edilir.

Ödəmə üsulları - nağd şəkildə (poçt şöbələri və telefon (telekommunikasiya) qovşaqlarında), elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə.

Ödəniş müddəti - xidmətin göstərilməsindən imtina edilməməsi barədə bildirişin göndərildiyi andan 2 (iki) gün ərzində.

Göstərilən müddət ərzində ödəniş aparılmazsa sifariş avtomatik olaraq ləğv olunur.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://www.rabita.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: https://www.e-gov.az

- İnternet ünvanı: http://www.mincom.gov.az

- İnternet ünvanı: http://www.rabita.az

- Elektron poçt: mincom@mincom.gov.az, office@rabita.az

- Telefon: MHM: 157, (+99412) 565-18-07, (+99412) 498-80-44, (+99412) 598-41-00

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsinin PİN kodu müraciət formasına daxil edilir;

3.1. İnteraktiv xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçdikdən sonra açılan səhifədə öz telefon nömrəsini seçir. Bundan sonra açılan müraciət formasını doldurur və şəxsiyyət vəsiqəsinin PİN kodunu əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İnternet xidmətlərinə qoşulma üçün texniki imkan olmadıqda, istifadəçi tərəfindən şəxsiyyət vəsiqəsinin PİN kodu düzgün daxil edilmədikdə və ya xidmətin göstərilməsi üçün bu inzibati reqlamentin 2.2.1-ci yarımbəndində müəyyən olunmuş qaydada və müddətdə ödəniş aparılmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: İnternet xidmətlərinə qoşulma üçün texniki imkan olduqda, bu inzibati reqlamentin 2.6-cı bəndində nəzərdə tutulmuş məlumatlar istifadəçi tərəfindən düzgün daxil edildikdə və qeyd olunan müddətdə ödəniş aparıldıqda sorğu qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. internet xidmətlərinə qoşulma ilə bağlı sorğunun formalaşdırılması;

2. internet xidmətlərinə qoşulma üçün texniki imkanın araşdırılması;

3. ödənişin aparılması;

4. internet xidmətlərinə qoşulmanın icra edilməsi.

Sorğunun qeyd olunan müddətdə icra olunmasına görə MHM məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. İnternet xidmətlərinə qoşulma ilə bağlı sorğunun formalaşdırılması istifadəçinin tələb olunan məlumatları daxil etməsi müddətindən asılıdır.

2. İnternet xidmətlərinə qoşulma üçün texniki imkanın araşdırılması sifarişin informasiya sistemində emalı müddətindən asılıdır.

3. Ödənişin aparılması xidmətin göstərilməsindən imtina edilməməsi barədə bildirişin göndərildiyi andan 2 (iki) gün ərzində həyata keçirilməlidir.

4. İnternet xidmətlərinə qoşulmanın icra edilməsi xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 3 (üç) iş günü ərzində təmin olunur.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu qəbul edildikdən sonra internet xidmətlərinə qoşulma üçün texniki imkanın mövcudluğu informasiya sistemi tərəfindən yoxlanılır. Bu imkan mövcud olduqda xidmətin göstərilməsindən imtina edilməməsi barədə istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Xidmətin göstərilməsi üçün bu inzibati reqlamentin 2.2.1-ci yarımbəndində müəyyən olunmuş qaydada və müddətdə ödəniş aparıldıqdan sonra internetə qoşulma 3 (üç) iş günündən gec olmayaraq icra edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti MHM həyata keçirir.

3.4.1. Nəzarət forması: Daxil olan sorğuların vaxtında icra olunmasına nəzarət məqsədilə onların avtomatlaşdırılmış rejimdə monitorinqi aparılır.

3.4.2. Nəzarət qaydası: Vaxtında icra olunmayan sorğular avtomatik olaraq xüsusi rejimdə göstərilir və həmin rejimə düşmüş sifarişlər sistemin fəaliyyətinə məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanlarına göndərilir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət telekommunikasiya vasitələri və qurğularına uyğunluq sertifikatı verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları” (4-cü, 5-ci, 6-cı və 7-ci hissələr) və bu Qaydalara əlavə - “Azərbaycan Respublikasında məcburi sertifikatlaşdırılması aparılacaq ümumistifadəli telekommunikasiya şəbəkələrində istifadə edilən telekommunikasiya vasitələri və qurğularının Siyahısı” (1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci bəndlər);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.9-cu bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (bundan sonra - BƏHM).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 20 (iyirmi) iş günü.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Sifarişçinin istehsal, idxal, ixrac və ya realizə etdiyi telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nın 4.7-ci bəndinə əsasən, telekommunikasiya vasitələri və qurğuları üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri sifarişçi tərəfindən ödənilir. Ödəniş telekommunikasiya vasitələri və qurğuları üzrə keçirilən sertifikatlaşdırmanın işi və xərcləri nəzərə alınmaqla sertifikatlaşdırma orqanı ilə sifarişçi arasında bağlanmış müqavilə şərtlərinə əsasən həyata keçirilir.

B1. Benifisiar (alan) bank

AZ76NABZ01350100000000094944

AZ30AZPO91015461200420100063

Qeyd: Ödənişlərin aparılması nağd şəkildə və ya köçürmə yolu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənədin surəti skan edilərək göndərilir.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər, dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://www.behm.az/electron/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: http://www.behm.az

- Elektron poçt: telecom@bеhm.az

- Faks: (+99412) 598-48-40

- Telefon: (+99412) 498-18-66

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda:

- şəxsiyyət vəsiqəsinin nömrəsi və PİN kodu müraciət formasına daxil edilir;

- ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə (vergi ödəyicisinin eyniləşdirmə nömrəsi müraciət formasına daxil edilir).

2.6.2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surətləri müraciətə əlavə edilir:

- imza (hüquqi şəxslər həm də möhürlə təsdiqləyir) ilə təsdiq edilmiş ərizə (1 və 2 nömrəli əlavələr);

- sertifikatlaşdırma sınağının protokolunun surəti;

- istehsalçının keyfiyyət şəhadətnaməsinin (sertifikatının) surəti.

- malın mənşə ölkəsini təsdiq edən sertifikatın (mənşə sertifikatının) surəti;

- malın texniki pasportunun surəti.

Qeyd: Uyğunluq sertifikatının verilməsi haqqında qərar qəbul edildikdən sonra mənşə sertifikatının və malın texniki pasportunun əsli sifarişçi tərəfindən poçt rabitəsi vasitəsi ilə və ya bilavasitə təqdim olunur.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi (Ərizəçi) bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra açılan ərizə formasını yükləyərək doldurur və imza (hüquqi şəxslər həm də möhürlə təsdiqləyir) ilə təsdiq etdikdən sonra bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini müraciətə əlavə edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı ərizəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Sertifikatın verilməsi üçün təqdim olunan ərizə ilə ona əlavə edilmiş sənədlər arasında uyğunsuzluq aşkar edildikdə, bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə və ya təqdim edilmiş sənədlərdə qeyri-dəqiq məlumatlar mövcud olduqda telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsindən imtina edilir. İmtinanın səbəbləri göstərilməklə 5 (beş) gün müddətində ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Ərizəçi tərəfindən telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsindən imtina halları aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, sertifikatın verilməsi məsələsinə yenidən baxılır və prosesin nəticəsi haqqında ərizəçiyə elektron poçtla məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və BƏHM-in Telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması şöbəsinə icra edilməsi üçün göndərilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Məsul şöbədə sorğuya və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsindən imtina halları və ya təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) gündən gec olmayaraq bildiriş göndərilir. Onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildiyi gündən sonra onlara 20 (iyirmi) iş günü müddətində yenidən baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda, uyğunluq sertifikatının verilməsi haqqında qərar qəbul edilir və ərizəçi ilə sertifikatlaşdırılma işlərinin keçirilməsinə görə müqavilə bağlanılır. Bu müqaviləyə uyğun olaraq ərizəçi ödəniş apardıqdan və müvafiq ödəniş sənədinin skan edilmiş surətini təqdim etdikdən sonra uyğunluq sertifikatı blankı hazırlanır. Sertifikat blankı şəxsiyyət vəsiqəsi təqdim edilməklə xüsusi kitaba imza etdirildikdən sonra sahibinə verilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti BƏHM həyata keçirir.

3.4.1. Nəzarət forması: Kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Ərizəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib edilir. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Qeyd: Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

“Telekommunikasiya vasitələrinə və qurğularına

uyğunluq sertifikatının verilməsi üçün müraciətin

və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

Azərbaycan Respublikası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinə

Fiziki şəxsin adı, atasının adı və soyadı _____________________________________________

Hüquqi ünvanı ___________________________________________________________________

Vasitə və ya qurğunun model adı (adları) ____________________________________________

Vasitə və ya qurğunun istifadə təyinatı ______________________________________________

Şəxsiyyət vəsiqəsinə dair məlumatlar

Seriya və nömrə: “_______” _________________________________________________________

Nə vaxt və kim tərəfindən verilib: ___________________________________________________

Ünvan ___________________________________________________________________________

Tel: ______________________________

Faks: ____________________________

Elektron poçt: ________________________

Əlavə olunan sənədlər: Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi üçün tələb olunan sənədlər

“Telekommunikasiya vasitələrinə və qurğularına

uyğunluq sertifikatının verilməsi üçün müraciətin

və sənədlərin qəbulu üzrə inzibati reqlament”ə

(Hüquqi şəxsin blankında)

Azərbaycan Respublikası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin

Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinə

Hüquqi şəxsin adı ________________________________________________________________

Hüquqi ünvanı: ___________________________________________________________________

Vasitə və ya qurğunun model adı (adları) ____________________________________________

Vasitə və ya qurğunun istifadə təyinatı ______________________________________________

Hüquqi şəxsə dair məlumatlar

VÖEN: ______________________________

Tel: _________________________________

Faks: _______________________________

Elektron poçt: __________________________

Əlavə olunan sənədlər: Telekommunikasiya vasitələrinə və qurğularına uyğunluq sertifikatının verilməsi üçün tələb olunan sənədlər

Rəhbərin vəzifəsi, adı və soyadı: ____________________________________________________

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Radiorabitə vasitələrinin qeydiyyatı üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət ümumistifadəli və müəssisədaxili radiorabitə şəbəkələrində mülki məqsədlər üçün istifadə edilən radiotezliklərin və radiorabitə vasitələrinin qeydiyyatı üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə ərizəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaş­dırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu (14-cü maddə);

- “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanunu (13-cü maddə);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 12 sentyabr tarixli 292 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların dövriyyəsinə xüsusi icazə verən mərkəzi icra hakimiyyəti orqanlarının Siyahısı” (14-cü bənd);

- “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsində nəzərdə tutulmuş güc meyarı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 19 aprel tarixli 54 nömrəli qərarı (1-ci hissənin 1-ci və 2-ci bəndləri);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 1 fevral tarixli 22 nömrəli qərarı ilə təsdiq edilmiş “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları” (1-3-cü hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.10-cu bənd);

- Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” (Bölmə VII).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (bundan sonra - DRİ).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 15 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Mülki məqsədlər üçün istifadə edilən radiotezliklərin və radiorabitə vasitələrinin qeydiyyatı.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” (Bölmə VII);

Radioelektron vasitələrinin elektromaqnit uzlaşmasına görə ekspertizanın, koordinasiyanın və monitorinq işlərinin aparılması, radiotezliklərin təyin olunması (bir inzibati ərazi bölgüsü üçün) və s. (birdəfəlik ödəniş)

27 Mhz diapazonunda işləyən radiostansiyalar üçün tezlik kanalının ayrılması

Radiorabitə şəbəkəsi üçün bir tezliyin ayrılması (CDMA, TDMA, MMDS və s. daxil olmaqla)

Radiorele xəttləri üçün bir tezlik kanalının ayrılması

1 Qhz-ə qədər, 1Qhz daxil olmaqla

1 Qhz-10 Qhz-ə dək, 10 Qhz daxil olmaqla

10 Qhz-20 Qhz-ə dək, 20 Qhz daxil olmaqla

Radioaxtarış rejimində işləyən (SENAO və s.) radiouzadıcılar üçün dupleks kanalın ayrılması

Aşağı (LF), orta (MF), yüksək (HF) dalğa diapazonlarında işləyən radioyayım vericilərinə gücündən asılı olaraq bir tezliyin ayrılması

10 kVt-a qədər, 10 kVt daxil olmaqla

10 kVt-dan 50 kVt-a qədər, 50 kVt daxil olmaqla

50 kVt-dan 100 kVt-a qədər, 100 kVt daxil olmaqla

88-108 Mhz diapazonunda işləyən radioyayım vericilərinə gücündən asılı olaraq bir tezliyin ayrılması

100 Vt-a qədər, 100 Vt-da daxil olmaqla

100 Vt-dan 1 kVt-a qədər, 1 kVt-da daxil olmaqla

1 kVt-dan 5 kVt-a qədər, 5 kVt-da daxil olmaqla

5 kVt-dan 25 kVt-a qədər, 25 kVt-da daxil olmaqla

Metrlik diapazonunda televiziya vericiləri üçün gücündən asılı olaraq bir tezlik kanalının ayrılması

100 Vt-a qədər, 100 Vt-da daxil olmaqla

100 Vt-dan 500 Vt-a qədər, 1,0 kVt daxil olmaqla

500 Vt-dan 1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

Desimetrlik diapazonunda televiziya vericiləri üçün gücündən asılı olaraq ayrılması (birdəfəlik ödəniş)

100 Vt-a qədər, 100 Vt-da daxil olmaqla

100 Vt-dan 500 Vt-a qədər, 500 Vt-da daxil olmaqla

500 Vt-dan 1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

1,0 kVt-dan 5,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

Tele və radioyayım paylayıcı şəbəkələrə (efir-kabel), bir tezliyin (kanalın) ayrılması

Qeydiyyat yığımı (birdəfəlik ödəniş)

Çıxış gücündən asılı olaraq 1 ədəd radiorabitə vericisinin qeydiyyatı

30 Vt-a qədər, 30 Vt daxil olmaqla

Yüksək tezlikli qurğular

Radiostansiyanın yerinin dəyişdirilməsi və icazə vərəqinin təzələnməsi

Hər bir televiziya və radioyayım vericisi üçün (bir dəfəlik ödəniş)

10 Vt-a qədər, 10 Vt daxil olmaqla

10 Vt-dan 100 Vt-a qədər, 100 Vt daxil olmaqla

İki stansiya arasında bir radiorele xətti üçün

Tele və radio yayım üçün paylayıcı şəbəkələr (efir-kabel), hər bir şəbəkə üçün

Simsiz radio rabitə sistemlərinin hər baza stansiyası üçün (birdəfəlik ödəniş)

Ümumi istifadəli trank radiorabitə sistemi

Ümumi istifadəli sellullyar rabitə sistemi

Ümumi istifadəli simsiz telefon sistemi (WLL)

Texnoloji trank radiorabitə sistemi

Simsiz məlumatötürmə sistemlərinin (CDMA, TDMA, MMDS və s.)

İnmarsat tipli peyk stansiyaları

Mobil peyk telefonları (Turaya, Global Star, İridium və s.)

Radiotezliklərə nəzarət və istismar haqları (illik ödəniş)

Bir ədəd radiorabitə vericisinin çıxış gücündən asılı oaraq bir tezliyin istismarı üçün

3 Vt-a qədər, 3 Vt daxil olmaqla

3 Vt-dan 30 Vt-a qədər, 30 Vt daxil olmaqla

30 Vt-dan 300 Vta qədər, 300 Vt daxil olmaqla

300 Vt-dan 3,0 kVt-a qədər, 3,0 kVt daxil olmaqla

İki stansiya arasında bir radiorele xəttində (giriş-çıxış) bir tezlik kanalının istismarı üçün (illik ödəniş)

1 Qhz-ə qədər, 1 Qhz daxil olmaqla

1 QHz -10 QHz -ə dək, 10 QHz daxil olmaqla

10 Qhz-20 Qhz-ə dək, 20 Qhz daxil olmaqla

İnmarsat tipli peyk stansiyası

Peyk telefonları (Turaya, Global Star, İnmarsat, İridium və s.)

Aşağı (LF), orta (MF), yüksək (HF) dalğa diapazonlarında işləyən radioyayım vericilərinə gücündən asılı olaraq bir tezliyin istismarı

1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

1,0 kVt-dan 5,0 kVt-a qədər, 5,0 kVt daxil olmaqla

5,0 kVt-dan 10 kVt-a qədər, 10 kVt daxil olmaqla

10 kVt-dan 50 kVt-a qədər, 50 kVt daxil olmaqla

50 kVt-dan 100 kVt-a qədər, 100 kVt daxil olmaqla

88-108 Mhz diapazonunda işləyən radioyayım vericilərində gücündən asılı olaraq bir tezliyin istismarı: illik ödəniş

100 Vt-a qədər, 100 Vt daxil olmaqla

100 Vt-dan 1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

1,0 kVt-dan 5,0 kVt-a qədər, 5,0 kVt daxil olmaqla

5,0 kVt-dan 25,0 kVt-a qədər, 25,0 kVt daxil olmaqla

Metrlik diapazonunda televiziya vericilərində gücündən asılı olaraq bir tezlik kanalının (tezlik zolağının) istismarı (illik ödəniş)

100 Vt-a qədər, 100 Vt daxil olmaqla

100 Vt-dan 1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

1,0 kVt-dan 5,0 kVt-a qədər, 5,0 kVt daxil olmaqla

5,0 kVt-dan 25,0 kVt-a qədər, 25,0 kVt daxil olmaqla

Desimetrlik diapazonunda televiziya vericilərində gücündən asılı olaraq bir televiziya kanalının (tezlik zolağının) istismarı (illik ödəniş)

100 Vt-a qədər, 100 Vt daxil olmaqla

100 Vt-dan 500 Vt-a qədər, 500 Vt daxil olmaqla

500 Vt-dan 1,0 kVt-a qədər, 1,0 kVt daxil olmaqla

1 kVt-dan 5,0 kVt-a qədər, 5,0 kVt daxil olmaqla

Tele və radioyayım paylayıcı şəbəkələrdə (efir-kabel) bir tezliyin (kanalın) istismarı

Simsiz radiorabitə sistemləri (illik ödəniş)

Ümumi istifadəli trank radiorabitə sistemləri, hər bir icazə verilən tezliyin istismarı üçün

Texnoloji trank raiorabitə sistemləri, hər bir icazə verilən tezlikdə aşağıdakı maksimum güclərə görə (illik ödəniş)

30 Vt-a qədər, 30 Vt daxil olmaqla

Ümumi istifadəli selullyar rabitə sistemlərində hər bir icazə verilən baza stansiyası üçün

Ümumi istifadəli simsiz telefon sistemi (WLL), hər bir icazə verilən baza stansiyası üçün

Radioaxtarış rejimində işləyən (SENAO və s.) radiouzadıcılar üçün

Simsiz məlumatötürmə sistemləri (CDMA, TDMA və s.), hər bir icazə verilən baza stansiyasında bir tezlik kanalının istismarına görə

Ümumi istifadəli fərdi axtarış və çağırış (peycinq) radiosistemlərinin hər bir icazə verilən tezlik kanalına görə

Respublika ərazisində fəaliyyət göstərən xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən istifadə edilən (o cümlədən müvəqqəti) radiotezlik və radiorabitə vasitələrindən istifadə haqları (aylıq ödəniş)

Bir tezlik kanalının ayrılması

Stasionar (mobil) raiorabitə vasitələri, bir ədədi

Əldə daşınan radiorabitə vasitələri, bir ədədi

Radiorele xəttləri, bir radiorele ötürməsinə görə

TV yayım ötürücüləri, bir komplekt

Radio yayım vericiləri

İNMARSAT tipli peyk telefon rabitəsi

1. Kommersiya məqsədilə istifadə olunan və qəbul rejimində işləyən hər bir yerüstü peyk stansiyası üçün illik istismar haqqı 1200,0 manat (ƏDV daxil olmaqla) müəyyən olunur.

2. Xarici şirkətlər və onların nümayəndəlikləri üçün tezliklərin və radiorabitə vasitələrinin istismarı zamanı hər komplekt TV və radioyayım vericilərinə 1-ci ötürücü üçün 600,0 manat, sonrakı hər bir ötürücü üçün 400,0 manat aylıq istifadə haqqı müəyyən edilir.

3. Radiohəvəskarlar üçün istifadə olunan tezlikdən asılı olaraq yalnız istismar haqqı alınır.

4. CDMA texnologiyalı sistemlər üçün nəzərdə tutulmuş tariflər yalnız stasionar vasitələrə şamil olunur.

5. Müvafiq rəsmi icazə alındıqdan sonra eyni bir tezlik və ya TV kanal istifadəçi tərəfindən Respublika ərazisində təkrar istifadə olunduqda tezlik kanalının ayrılması üçün haqq ödənilmir.

6. Yerüstü peyk stansiyasının tutumu (ötürmə sürəti) istifadəçinin müvafiq peyk təşkilatları ilə bağladığı müqavilədə nəzərdə tutulan miqdarda götürülür və müxtəlif texnologiyaların tətbiqi yolu ilə tutumun artırılmasına görə ödəniş tələb olunmur.

7. Yerüstü peyk stansiyası ilə “səs” (danışıq) ötürüldüyü halda istifadə olunan tutuma uyğun olaraq mövcud tariflərin 1,20 misli tətbiq olunur.

8. Yerüstü peyk stansiyasından yalnız telemetriya, idarəetmə, koordinatların təyin edilməsi məqsədilə istifadə olunduğu hallarda aylıq istifadə haqqı 300,0 manat (ƏDV daxil olmaqla) məbləğində müəyyən edilir.

9. Respublika daxili korporativ peyk rabitə şəbəkəsi üçün illik istismar haqqı hər baza stansiyası üçün 300,0 manat (ƏDV daxil olmaqla) müəyyən olunur.

10. Dövlət əhəmiyyətli tədbirləri həyata keçirən struktur qurumlar, müəssisə və təşkilatlar üçün Radiotezliklər üzrə Dövlət Komissiyasının icazəsi ilə istifadə ödənişsiz aparıla bilər.

11. Beynəlxalq humanitar təşkilatlar və onların nümayəndələrində, həmçinin gəmilərdə qəzaxilasetmə işləri nəzərdə tutulan radiorabitə vasitələrinə (o cümlədən İNMARSAT-C) müvafiq tariflərin 50%-i tətbiq edilir.

12. “Respublika ərazisində fəaliyyət göstərən xarici hüquqi və fiziki şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri tərəfindən istifadə edilən (o cümlədən, müvəqqəti) radiotezlik və radiorabitə vasitələrindən istifadə haqları (aylıq ödəniş)” yarımbölməsində və “Yerüstü peyk stansiyalarından verilənlərin (data) ötürülməsi prosesində tezlik zolaqlarında istifadə olunan tutuma (ötürmə sürətinə) görə tariflər” bölməsində müəyyən edilmiş aylıq tariflər Azərbaycan Respublikasının ərazisindəki diplomatik nümayəndəlik, konsulluq, beynəlxalq təşkilatların nümayəndəlikləri üçün illik tarif kimi tətbiq olunur.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2004-cü il 23 iyul tarixli iclasının qərarına əsasən 9 nömrəli Protokol ilə təsdiq edilmiş “Radiotezliklərin qeydiyyatı, elektromaqnit uzlaşmasının təmini və istismarına nəzarət tarifləri” (Bölmə VII).

Qeyd: Radiorabitə vasitələrinin qeydiyyatından imtina edilmədikdə, ödənişlərin aparılması nağd şəkildə və ya köçürmə yolu ilə həyata keçirilir və ödənişi təsdiq edən sənəd skan edilərək və ya bilavasitə təqdim olunur.

2.2.2. Təminatçı elektron xidmətin göstərilməsi üçün ödənişin real vaxt rejimində elektron formada həyata keçirilməsi imkanını təmin etməlidir.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər, dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://dri.az/eservices/menu.php?content=115

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: http://www.dri.az,

- Elektron poçt: dri@dri.az

- Faks: (+99412) 498-60-33

- Telefon: (+99412) 493-59-72

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olmadıqda: Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər aşağıdakılardır və onların skan edilmiş surətləri müraciətə əlavə edilir:

- şəxsiyyət vəsiqəsinin surəti;

- ərizəçinin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamənin surəti;

- hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

- hüquqi şəxsin nizamnaməsinin (əsasnaməsinin) surəti;

- radiorabitə vasitələrinin mülki dövriyyəsinə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş xüsusi icazənin surəti;

- radiorabitə vasitələrinə verilmiş uyğunluq sertifikatının surəti.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi (Ərizəçi) bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçdikdən sonra açılan müraciət formasını doldurur və bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan olunmuş surətlərini əlavə edir. Bundan sonra açılan səhifədə müvafiq radio rabitə vasitəsinə aid anket formasını dolduraraq göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olduğu tarixdə qeydə alınır və bu barədə dərhal ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir. Sorğunun sonrakı icrası ilə bağlı ərizəçiyə bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Radiorabitə vasitələrinin qeydiyyatı üçün təqdim olunan məlumatlarda və əlavə edilmiş sənədlərdə uyğunsuzluq aşkar edildikdə, bu inzibati reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər tam təqdim edilmədikdə və təqdim edilmiş sənədlərdə qeyri-dəqiq məlumatlar mövcud olduqda radiorabitə vasitələrinin qeydiyyatından imtina edilir. İmtinanın səbəbləri göstərilməklə 5 (beş) gün müddətində ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Ərizəçi tərəfindən radiorabitə vasitələrinin qeydiyyatından imtina halları və ya çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra, radiorabitə vasitələrinin qeydiyyatı məsələsinə yenidən baxılır və prosesin nəticəsi barədə ərizəçiyə elektron poçtla məlumat verilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və DRİ-nin Radiotezliklər şöbəsinə icra edilməsi üçün göndərilir.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: DRİ-nin Radiotezliklər şöbəsində ərizəyə və ona əlavə edilən sənədlərə baxılır və təqdim edilmiş sənədlərdə radiorabitə vasitələrinin qeydiyyatından imtina halları və ya çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçinin elektron poçt ünvanına 5 (beş) gündən gec olmayaraq bildiriş göndərilir. Radiorabitə vasitələrinin qeydiyyatından imtina halları və ya çatışmazlıqlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 15 (on beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İmtina və ya çatışmazlıqlar üçün əsas olmadıqda, radiorabitə vasitələrinin qeydiyyatı haqqında qərar qəbul edilir. Bundan sonra təqdim olunmuş anket formalarına əsasən hər bir radiorabitə vasitəsi üçün ödəniş aparılır və ödənişi təsdiq edən sənəd skan edilərək və ya bilavasitə təqdim edilir. Həmin radiorabitə vasitələri DRİ tərəfindən qeydiyyata alınır və onların istifadəsinə icazə vərəqələri verilir. İcazə vərəqələri xüsusi kitaba imza etdirilməklə təqdim olunur.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Xidmətin yerinə yetirilməsinə nəzarəti DRİ həyata keçirir.

3.4.1. Nəzarət forması: Kargüzarlıq.

3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Ərizəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib edilir. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayət ərizəsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Qeyd: Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Rabitə və kommunal xidmətlər üzrə borcların internet vasitəsilə öyrənilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyi və “Aztelekom” İstehsalat Birliyi tərəfindən göstərilən rabitə xidmətləri (sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq danışıqlar, sabit şəbəkə telefonlarından və internetdən istifadəyə görə aylıq abunə haqları) və kommunal xidmətlər (qaz, elektrik enerjisi, su haqları) üzrə borcların internet vasitəsilə öyrənilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ( 6-cı və 10-cu maddələr);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.12-ci bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (bundan sonra - MHM).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemi tərəfindən emalı vaxtı ilə müəyyən edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Rabitə xidmətləri və kommunal xidmətlər üzrə borclar internet vasitəsilə öyrənilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://www.rabita.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: https://www.e-gov.az

- İnternet ünvanı: http://www.mincom.gov.az

- İnternet ünvanı: http://www.rabita.az

- Elektron poçt: mincom@mincom.gov.az, office@rabita.az

- Telefon: MHM: 157, (+99412) 565-18-07, (+99412) 498-80-44, (+99412) 598-41-00

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur. Elektron xidmətdən istifadə etmək üçün telefon nömrəsinin daxil edilməsi tələb olunur.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra telefon nömrəsini daxil edir.

3.1.2. Sorğunun qəbulu: Sorğu qəbul edilir və daxil edilən məlumatlar sistem tərəfindən yoxlanılır.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən telefon nömrəsi düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekranda göstərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən telefon nömrəsi düzgün daxil edildikdə sorğu qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Sorğu qəbul edildikdən sonra rabitə və kommunal xidmətlər üzrə borc məbləğləri ekranda göstərilir.

Rabitə xidmətləri üzrə borclar barədə məlumat MHM-in informasiya ehtiyatından, qaz borcları barədə məlumat “Azəriqaz” İstehsalat Birliyinin informasiya ehtiyatından, elektrik enerjisi borcları barədə məlumat “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin informasiya ehtiyatlarından, su borcları barədə məlumat “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin informasiya ehtiyatından götürülür və borc məbləğlərinin düzgünlüyünə görə həmin qurumlar məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: İstifadəçi telefon nömrəsini müvafiq sahəyə daxil edir. Telefon nömrəsi düzgün olduqda rabitə və kommunal xidmətlər üzrə borc məbləğləri ekranda göstərilir.

İnzibati əməliyyatın yerinə yetirilmə müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun sistemdə emalı vaxtından asılıdır.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Rabitə və kommunal xidmətlər üzrə borc barədə məlumat onlayn rejimdə əldə edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti MHM həyata keçirir.

3.4.1. Nəzarət forması: Sorğu nəticəsində əldə edilmiş məlumatların tam və düzgün olmasına nəzarət test yoxlamaları yolu ilə həyata keçirilir.

3.4.2. Nəzarət qaydası: Test yoxlamaları nəticəsində müraciətlərin qəbulu və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar və proses sistemin istismarına məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanlarına göndərilir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumatın verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq danışıqlara görə qəbzlərin (danışıqların açıqlamalarının) internet vasitəsilə əldə edilməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ( 6-cı və 10-cu maddələr);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.13-cü bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (bundan sonra - MHM).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin göstərilmə vaxtı sorğunun informasiya sistemi tərəfindən emalı vaxtı ilə müəyyən edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Sabit şəbəkə telefonlarından aparılan şəhərlərarası və beynəlxalq danışıqlar barədə məlumat əldə edilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://www.rabita.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: https://www.e-gov.az

- İnternet ünvanı: http://www.mincom.gov.az

- İnternet ünvanı: http://www.rabita.az

- Elektron poçt: mincom@mincom.gov.az, office@rabita.az

- Telefon: MHM: 157, (+99412) 565-18-07, (+99412) 498-80-44, (+99412) 598-41-00

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir.

3.1.2. Sorğunun qəbulu: Avtorizasiya prosesi tamamlandıqdan sonra açılan səhifədə istifadəçinin adına telefon nömrəsinin mövcud olub-olmadığı göstərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçinin adına telefon nömrəsi mövcud olmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekranda göstərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçinin adına telefon nömrəsi mövcud olduqda şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumat ekranda göstərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

Avtorizasiya prosesi tamamlandıqdan sonra şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumat ekranda göstərilir.

İnzibati əməliyyatın həyata keçirilməsinə və məlumatların düzgünlüyünə görə MHM məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumatın ekranda göstərilməsi vaxtı sorğunun informasiya sistemində emalı vaxtından asılıdır.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanları haqqında məlumat:

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Şəhərlərarası və beynəlxalq danışıq qəbzləri (danışıqların açıqlamaları) barədə məlumat onlayn rejimdə əldə edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti MHM həyata keçirir.

3.4.1. Nəzarət forması: Sorğu nəticəsində əldə edilmiş məlumatların tam və düzgün olmasına nəzarət test yoxlamaları yolu ilə həyata keçirilir.

3.4.2. Nəzarətin qaydası: Test yoxlamaları nəticəsində müraciətlərin qəbulu və prosesin tamlığı izlənilir, baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar və proses sistemin istismarına məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib olunur. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanlarına göndərilir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Poçt göndərişlərinin izlənilməsi.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin keçid mərhələlərinin (qəbul, çeşidləmə, daşınma və çatdırılma) internet vasitəsilə izlənilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu (3-cü maddə);

- Poçt haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 31 avqust tarixli 115 nömrəli Fərmanı (3.1-ci bənd);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.14-cü bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “Azərpoçt” MMC).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı vaxtı ilə müəyyən edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Poçt göndərişlərinin keçidi və cari statusu barədə məlumat əldə edilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər, dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://azerpost.az/?options=content&id=173

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: http://www.azerpost.az

- Elektron poçt: office@azerpost.az

- Telefon: (+99412) 493-56-00

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur. Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu ((ştrix-kod nömrəsini) poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə verilən qəbzdə göstərilir) müvafiq sahəyə daxil etmək tələb edilir.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra açılan səhifəyə poçt göndərişinin 13 simvoldan ibarət standart ştrix-kod nömrəsini daxil edir.

3.1.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən daxil edilən ştrix-kod nömrəsi düzgündürsə və axtarılan poçt göndərişinə dair məlumat sistemdə mövcuddursa sorğu qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən daxil edilən ştrix-kod nömrəsi düzgün olmadıqda və ya axtarılan poçt göndərişinə dair məlumat heç bir mərhələdə sistemə işlənilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə bildiriş ekranda göstərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən ştrix-kod nömrəsi düzgün daxil edildikdə və göndərişə dair məlumat sistemə işlənildikdə sorğu qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.

İnzibati əməliyyatın həyata keçirilməsinə və məlumatların düzgünlüyünə görə “Azərpoçt” MMC məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti: İstifadəçi maraqlandığı poçt göndərişinin ştrix-kod nömrəsini müvafiq sahəyə daxil edir və axtarış düyməsini vuraraq bu göndəriş barədə məlumat cədvəlini generasiya edir. Ştrix-kod nömrəsi düzgün olduqda və göndərişə dair məlumat sistemə işlənildikdə inzibati əməliyyat yerinə yetirilir.

Əməliyyatın yerinə yetirilmə müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemi tərəfindən emalı vaxtından asılıdır.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İstifadəçi generasiya olunmuş cədvəldə onu maraqlandıran poçt göndərişinin qəbulundan çatdırılmasınadək olan keçid mərhələləri barədə tam məlumat əldə edir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yerinə yetirilməsinə nəzarəti “Azərpoçt” MMC həyata keçirir.

3.4.1. Nəzarət forması: Sorğu nəticəsində əldə edilmiş məlumatların tam və düzgün olmasına nəzarət test yoxlamaları yolu ilə “Azərpoçt” MMC-nin məsul əməkdaşları tərəfindən həyata keçirilir.

3.4.2. Nəzarət qaydası: Proses sistemin istismarına məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib edilir. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Dövri mətbuata internet-abunə.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikasının və xarici ölkələrin dövri nəşrinə (nəşrlərinə) abunə sifarişlərinin internet vasitəsilə rəsmiləşdirilməsini nəzərdə tutur.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunu (10-cu maddə);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.15-ci bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, abitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra - “Azərpoçt” MMC).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti sorğunun informasiya sistemi tərəfindən emalı vaxtı ilə müəyyən edilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Azərbaycan Respublikasının və xarici ölkələrin dövri nəşrinə (nəşrlərinə) internet vasitəsilə abunə yazılışı həyata keçirilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. Dövri nəşrlərin abunə haqları həmin nəşrlərin redaksiyaları tərəfindən müəyyən edilir.

Qeyd: Ödəniş üç üsulla - nağd şəkildə (poçt şöbəsində), köçürmə yolu ilə (bank hesabına) və ya internet vasitəsilə (plastik kartla) həyata keçirilir.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər, dövlət orqanları.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://azerpost.az/?options=content&id=173

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: http://www.azerpost.az

- Elektron poçt: office@azerpost.az

- Telefon: (+99412) 493-56-00

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən İnternet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Burada yerləşdirilmiş abunə kataloqlarından birini və həmin kataloqdan əldə etmək istədiyi nəşri (nəşrləri) seçir.

3.1.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən daxil edilən məlumatlar düzgün olduqda və abunə proseduruna riayət edildikdə sorğu qəbul edilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən daxil edilən məlumatlar düzgün olmadıqda və ya abunə proseduruna riayət edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və bunun səbəbləri ekranda göstərilir.

3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra abunə barədə bütün məlumatları özündə əks etdirən abunə blankı ekranda göstərilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: İstifadəçi seçdiyi nəşrə (nəşrlərə) abunə olmaq istədiyi dövrü və nüsxələrin (dəstlərin) sayını qeyd etdikdən sonra qeydiyyatdan keçərək müvafiq ödəniş üsulunu seçir. Qeydiyyat prosesi başa çatdıqdan sonra abunə blankı formalaşır.

Nağd şəkildə (poçt şöbəsində) ödəniş üsulu seçildikdə abunə blankı 2 (iki) nüsxədə çap edilir və istənilən poçt şöbəsində abunə haqqının ödənişi aparılır.

Köçürmə yolu ilə (bank hesabına) ödəniş üsulu seçildikdə abunə blankı və hesab-faktura 5 (beş) gün müddətində poçt rabitəsi vasitəsi ilə abunəçinin ünvanına göndərilir.

İnternet vasitəsilə (plastik kartla) ödəniş üsulu seçildikdə plastik kartla real vaxt rejimində ödəniş həyata keçirilir.

İnzibati əməliyyatın həyata keçirilməsinə və məlumatların düzgünlüyünə görə “Azərpoçt” MMC məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: İstifadəçi dövrü nəşrin (nəşrlərin) mənbəyini (Azərbaycan və ya xarici) və növünü (qəzet və ya jurnal) seçdikdən sonra açılmış kataloqda abunə olmaq istədiyi nəşri (nəşrləri), abunə dövrünü və nüsxələrin (dəstlərin) sayını qeyd edir. Seçilmiş hər bir nəşr üzrə yekun ödəniş hesablanır. Bundan sonra istifadəçi qeydiyyatdan keçir və ödəniş üsulunu seçir. Qeydiyyat başa çatdıqdan sonra abunə blankı formalaşır.

Əməliyyatın yerinə yetirilmə müddəti istifadəçinin tələb olunan məlumatları daxil etməsindən və bunun informasiya sistemi tərəfindən emalı vaxtından asılıdır.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İstifadəçi internet vasitəsilə seçdiyi dövrü nəşrə (nəşrlərə) abunə yazılır və abunə haqqını seçdiyi ödəniş üsulu ilə ödəyir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti “Azərpoçt” MMC həyata keçirir.

3.4.1. Nəzarət forması: Abunə sifarişlərinin vaxtında emalına avtomatlaşdırılmış rejimdə nəzarət edilir.

3.4.2. Nəzarət qaydası: Elektron xidmətin göstərilməsi ilə bağlı proses sistemin istismarına məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi göstərilən elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və ya elektron formada tərtib edilir. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi kollegiyasının 2013-cü il 3 oktyabr tarixli 08 nömrəli qərarı ilə təsdiq edilmişdir

1.1. Elektron xidmətin adı: Elektron imzanın verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət elektron imza sertifikatının verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

- “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu (10-cu, 11-ci, 17.1.7-ci və 33-cü maddələr);

- “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 3 iyun tarixli 246 nömrəli Fərmanı (2-ci hissə);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları” (3-cü hissə);

- “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanı (2-ci və 2-1-ci hissələr);

- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı” (15.16-cı bənd).

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Nəqliyyat, abitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (bundan sonra - MHM).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin göstərilməsinə görə bu inzibati reqlamentin 2.2.1-ci yarımbəndində nəzərdə tutulan ödəniş aparıldıqdan sonra elektron imza sertifikatının verilməsi 2 (iki) iş günü ərzində həyata keçirilir.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Elektron imza sertifikatı əldə edilir.

2.1. Elektron xidmətin növü: İnteraktiv.

2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişli.

2.2.1. Ödənişin məbləği və ödəniş müddəti: Elektron imza sertifikatının verilməsinə görə nəzərdə tutulan ödəniş MHM tərəfindən təsdiq edilmiş tariflərə əsasən 30 (otuz) AZN (ƏDV daxil olmaqla) təşkil edir. Elektron imza sertifikatının istifadə müddəti 3 (üç) ildir.

Ödəmə üsulları - nağd şəkildə (poçt şöbələrində), internet, o cümlədən elektron ödəmə sistemləri vasitəsilə.

Qeyd: “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən, Sertifikat Xidmətləri Mərkəzinin (hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs) ödənişli əsaslarla sertifikat xidmətləri göstərmək hüququ vardır.

2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

- https://www.e-gov.az

- http://www.mincom.gov.az/e-xidmetler/

- http://www.e-imza.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

- İnternet ünvanı: https://www.e-gov.az

- İnternet ünvanı: http://www.mincom.gov.az

- İnternet ünvanı: http://www.e-imza.az

- Elektron poçt: info@e-imza.az, office@rabita.az

- Telefon: MHM: 157, (+99412) 598-34-27

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Elektron xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsinin nömrəsi və PİN kodu müraciət formasına daxil edilir.

3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:

3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi bu inzibati reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlara daxil olaraq müəyyənləşdirilmiş avtorizasiya prosesini keçir. Bundan sonra açılan müraciət formasını bu inzibati reqlamentin 2.6-cı bəndinə uyğun doldurur və şəxsiyyət vəsiqəsinin nömrəsini və PİN kodunu daxil edərək göndərir.

3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və daxil edilən məlumatlar sistem tərəfindən yoxlanılır.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Bu inzibati reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edilmədikdə və ya 2.2.1-ci yarımbəndində müəyyən olunmuş qaydada ödəniş aparılmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və bu barədə istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.2.2. Sorğunun qəbulu: Bu inzibati reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edildikdə və ödəniş aparıldıqda sorğu qəbul edilir.

3.3. Sorğunun icrası:

3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:

1. Elektron imza sertifikatının verilməsi ilə bağlı sorğunun formalaşdırılması;

2. Daxil edilən məlumatların sistem tərəfindən yoxlanılması;

3. Ödənişin aparılması;

4. Sifarişin icra olunması.

Sifarişin qeyd olunan müddətdə icra olunmasına görə MHM məsuliyyət daşıyır.

3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və ya maksimal yerinə yetirilmə müddəti:

1. Elektron imza sertifikatının verilməsi ilə bağlı sorğunun formalaşdırılması istifadəçinin tələb olunan məlumatları daxil etməsi müddətindən asılıdır.

2. Daxil edilən məlumatların sistem tərəfindən yoxlanılması sorğunun informasiya sistemində emalı müddətindən asılıdır.

3. Ödənişin aparılması üçün vaxt məhdudiyyəti qoyulmur.

4. Sifarişin icra olunması xidmətin göstərilməsinə görə nəzərdə tutulan ödəniş həyata keçirildikdən sonra 2 (iki) iş günü ərzində təmin edilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.

3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğu qəbul edildikdən və xidmətin göstərilməsinə görə nəzərdə tutulmuş ödəniş həyata keçirildikdən sonra sifariş icraya yönəldilir. Sifariş icra edildikdən sonra istifadəçi ilə telefon və ya elektron poçt vasitəsilə əlaqə saxlanılır və o, elektron imza sertifikatının verilməsi üçün MHM-in Qeydiyyat Mərkəzinə dəvət edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət: Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti MHM həyata keçirir.

3.4.1. Nəzarət forması: Daxil olan sifarişlərin vaxtında icra olunmasına nəzarət məqsədilə onların avtomatlaşdırılmış rejimdə monitorinqi aparılır.

3.4.2. Nəzarət qaydası: Vaxtında icra olunmayan sifarişlər avtomatik olaraq xüsusi rejimdə göstərilir və həmin rejimə düşmüş müraciətlər sistemin fəaliyyətinə məsul şəxslər tərəfindən mütəmadi izlənilir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr.

3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron formada tərtib oluna bilər. Kağız üzərində şikayət Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin poçt ünvanına, elektron şikayət isə bu inzibati reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə şikayəti verən şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, yaxud işlədiyi yer göstərilməlidir.

3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş müddətdə baxılır.

1. 6 noyabr 2014-cü il tarixli 02 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201411060002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 17 noyabr 2014-cü il)

2. 8 oktyabr 2015-ci il tarixli 0005 nömrəli Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201510080005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2015-ci il)

3. 11 iyul 2018-ci il tarixli 002 nömrəli Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201807110002, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 20 iyul 2018-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver