AZƏRBAYCAN RESPUBLİKASI Səhİyyə NazİrlİyİNİN Qərar
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən baxılan inzibati xətalar haqqında işlərə dair sənədlər və onların tərtib olunması Qaydaları”nın təsdiq edilməsi haqqında”
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 25 may 2006-cı il tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 14.5-ci bəndini, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 20-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2011-ci il tarixli 456 nömrəli Fərmanının, 12 dekabr 2011-ci il tarixli 1877 nömrəli Sərəncamının və 8 may 2012-ci il tarixli 631 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi QƏRARA ALIR:
3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 13.12.2006-cı il tarixli 187 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyata alınmış (şəhadətnamə № 3272) “Xüsusi razılıq (lisenziya) olmadan özəl tibbi və əczaçılıq fəaliyyətilə məşğul olma ilə əlaqədar inzibati məsuliyyət tədbirlərinin tətbiqi Qaydaları” ləğv edilsin.
Nazir Oqtay Şirəliyev
1. 27 noyabr 2015-ci il tarixli 69 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201511270069, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 10 dekabr 2015-ci il)
2. 22 dekabr 2016-cı il tarixli 68 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201612220068, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 30 dekabr 2016-cı il)