AZƏRBAYCAN RESPUBLiKASI SƏHİYYƏ NAZİRLİYİ KOLLEGİYASININ QƏRARI
“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə”
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası
1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin:
1.1. “Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi üzrə inzibati reqlament” (1 nömrəli əlavə);
1.2. “Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ( 2 nömrəli əlavə);
1.3. “Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə şəxsi məlumatları, onların qeydiyyatı və aldığı dərmanlar barədə məlumatın verilməsi üzrə inzibati reqlament” (3 nömrəli əlavə);
1.4. “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (4 nömrəli əlavə ).
1.5. “Tibbi kadrların vahid registrindən məlumatların verilməsi üzrə inzibati reqlament” (5 nömrəli əlavə);
1.6. “Tibbi müayinə kartlarının onlayn sifarişi üzrə inzibati reqlament” (6 nömrəli əlavə);
1.7. “Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi üzrə inzibati reqlament” (7 nömrəli əlavə);
1.8. “Tibbi arayışların elektron registrindən məlumatların verilməsi üzrə inzibati reqlament” (8 nömrəli əlavə).
2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 13 mart 2013-cü il tarixli 09 nömrəli qərarının 1.2-ci və 1.4-cü bəndləri ləğv edilsin.
3. Hüquq və daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.
4. Qərarın icrasına nəzarət Nazir müavinlərinə həvalə edilsin.
Kollegiyanın məsul katibi
1.1. Elektron xidmətin adı: Səhiyyə Nazirliyinə göndərilmiş sorğuların və məktubların icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət fiziki şəxslər tərəfindən Səhiyyə Nazirliyinə müraciət etmək və müraciətlərin icrasının onlayn izlənilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsi;
1.3.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi;
1.3.3. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsi;
1.3.4. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.25 və 8.27-ci bəndləri;
1.3.5. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli, 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.19-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrində göstərilən müddətlər ərzində;
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçilər Nazirliyə müraciət edir, müraciətinin icrasına onlayn şəkildə nəzarət edir, qeydiyyat zamanı göstərdikləri elektron poçt ünvanına cavab məktubu göndərilir.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012 431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Fiziki şəxs üçün:
a) Müraciət edənin şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi.
2.6.2 Hüquqi şəxs üçün:
a) Səlahiyyətli şəxsin şəxsiyyəti təsdiq edən sənədinin nömrəsi;
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi, elektron xidmətin təqdim edildiyi internet səhifəsində Azərbaycan Respublikasının vətəndaşı olduqda, şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda şəxsiyyəti təsdiq edən sənədinin nömrəsini, hüquqi şəxs olduqda isə səlahiyyətli şəxsin şəxsiyyəti təsdiq edən sənədinin nömrəsini daxil edərək qeydiyyatdan keçir, özünə istifadəçi adı və şifrə təyin edir. Müvafiq elektron xidmətə keçdikdən sonra istifadəçi nazirliyə müraciət etmək üçün təqdim olunmuş formada tələb olunan məlumatları doldurur və göndərilməsi üçün təsdiqləyir.
3.1.2. Sorğunun qəbulu: Ərizə sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ərizəyə qeydiyyat nömrəsi verilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi bu reqlamentin 3.1.1-ci yarımbəndində göstərilən məlumatları düzgün daxil etmədikdə və zəruri sayılan məlumatların hər hansını mahiyyəti üzrə doldurmadıqda sorğunun yerinə yetirilməsindən imtina olunur. Doldurulması zəruri olan məlumatlar:
- Telefon nömrəsi (ev, iş, mobil);
- Müraciətin məzmunu.
- Telefon nömrəsi (iş, mobil);
- Müraciətin məzmunu.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi bu reqlamentin 3.2.1-ci yarımbəndində göstərilən sorğunun imtina halları olmadığı halda sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün müraciət forması doldurulub onlayn rejimdə göndərir.
3.3.1.2. Avtomatik rejimdə müraciət Nazirliyinin məktublar proqramına daxil olur və qeydiyyat nömrəsi alır. Müraciət icra olunması üçün Nazirliyin Ümumi şöbəsi tərəfindən aidiyyəti quruma göndərilir.
3.3.1.3. İstifadəçinin göndərdiyi müraciətlərin icrasını onlayn izləmə imkanı olur.
3.3.1.4. Müraciət icra olunduqdan sonra cavab məktubu qeydiyyata alınır və istifadəçinin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. İstifadəçi elektron xidmətin təqdim edildiyi internet səhifəsində Nazirliyə müraciət edir və müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir;
3.3.2.2. İstifadəçi tərəfindən göndərilən müraciət icra olunması üçün Nazirliyin Ümumi şöbəsi tərəfindən aidiyyəti quruma göndərilir. Müraciətin icrası “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrində göstərilən müddətlərdə aparılır.
3.3.2.3. İstifadəçinin onlayn şəkildə göndərdiyi müraciətlərinin icrası vəziyyətini izləmə imkanı olur.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
İstifadəçi onlayn müraciət edir, müraciətin icrasını onlayn izləyir, müraciət icra olunur və qeydiyyat zamanı göstərilən elektron poçt ünvanına cavab məktubu göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Kargüzarlıq, aparılan proseslərə Nazirliyin Ümumi şöbəsi tərəfindən proqram təminatı vasitəsilə nəzarət.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Nəzarəti Nazirliyin Ümumi şöbəsi həyata keçirir. Yaranan hər hansı anlaşılmazlıq aradan qaldırılır və ya metodiki dəstək göstərilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı:
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin qəbulu
1.2. Elektron xidmətin məzmunu:
Bu xidmət Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün müraciətin və sənədlərin elektron formada qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.2. "Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2012–ci il 5 sentyabr tarixli 2421 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 22.4-cü bəndi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və «Elektron xidmət növlərinin Siyahısı»nın 14.6-cı bəndi;
1.3.5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli Qərarı ilə təsdiq edilmiş“Səhiyyə müəssisələrinə həkimlərin müsabiqə yolu ilə mərkəzləşdirilmiş qaydada işə qəbulu Qaydaları”nın 3-cü və 4-cü hissələri.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 1 (bir) ay.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi:
Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqədə iştirak etmək üçün müraciətlərin və sənədlərin elektron formada qəbul edilməsi və Nazirlik tərəfindən müraciət etmiş şəxsə Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqələrdə iştirak etmək üçün “İmtahana buraxılış vərəqəsi”nin verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektronxidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az.
Elektron poçt: office@e-health.gov.az.
Telefon (+99412) 565-12-43
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda:
2.6.1.1. Azərbaycan Respublikasının vətəndaşı olduqda, şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda isə şəxsiyyət təsdiq edən sənədin nömrəsi.
2.6.2. Elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda:
2.6.2.1. Vahid forma üzrə ərizə (əlavə olunur);
2.6.2.2. Tərcümeyi-hal;
2.6.2.3. Ali təhsil haqqında sənədin (diplomunun) (xarici dövlətlərin ali təhsil sahəsində ixtisasları Azərbaycan Respublikasında ekvivalentliyi müəyyən edilməklə (nostrifikasiya olunmaqla), işə buraxılma haqqında şəhadətnamə də daxil olmaqla) elektron formada surəti;
2.6.2.4. İxtisaslaşma haqqında sənədin elektron formada surəti(olduğu halda);
2.6.2.5. Sertifikasiya şəhadətnaməsinin elektron formada surəti (sertifikasiyadan keçməkdən qanunvericiliklə nəzərdə tutulmuş azad olma halları istisna olmaqla);
2.6.2.6. Əmək kitabçasının notarial qaydasında və ya kadrlar xidməti tərəfindən təsdiq olunmaqla elektron formada surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
2.6.2.7. Sağlamlıq barədə ərazi poliklinikası tərəfindən verilən arayışın elektron formada surəti;
Qeyd: Əmək kitabçasının notarial qaydada və ya kadrlar xidməti tərəfindən təsdiq olunmuş surəti “İmtahana buraxılış vərəqəsi”nin verilməsi zamanı Səhiyyə Nazirliyinin məsul əməkdaşına təqdim olunur.
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi, elektron xidmətin təqdim edildiyi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.
3.1.2. Sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və ya təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Nazirliyin Kadrlar, elm və təhsil şöbəsinə ünvanlanır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün müraciət formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.
3.3.2.2. Avtomatik rejimdə müraciət Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin proqramına daxil olur.
3.3.2.3. Nazirliyin Kadrlar, elm və təhsil şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır və 1 ay müddətində təqdim olunan sənədlərə əsasən istifadəçinin Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqəyə buraxılıb-buraxılmaması barədə qərar qəbul edir və nəticəsi barədə istifadəçinin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına bildiriş göndərilir.
3.3.2.4. Nazirliyin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək müsabiqəyə buraxılma barədə “İmtahana buraxılış vərəqəsi” rəsmiləşdirilərək birbaşa istifadəçiyə təqdim olunur.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
3.3.4.1. Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Qeyd olunan çatışmamazlıqlar istifadəçi tərəfindən 5 gün müddətində aradan qaldırılır. Təkrar sorğu ilə müraciət edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
“Səhiyyə müəssisələrinə həkimlərin
müsabiqə yolu ilə mərkəzləşdirilmiş
qaydada işə qəbulu Qaydaları”na
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
Müsabiqə Komissiyasına
Müraciət etdiyim vakant vəzifə (elana əsasən)
Tibb müəssisəsinin adı
Şəxsiyyəti təsdiq edən sənədin nömrəsi
Tibb kadrların vahid registr kodu (olduğu halda)
Sertifikasiya şəhadətnaməsi: seriya
Hərbi mükəlləfiyyəti:
Təhsil müəssisənin adı
Diplomun verilmə tarixi
İnternatura (olduğu halda)
Rezidentura(olduğu halda)
Ordinatura(olduğu halda)
İxtisası üzrə əmək stajı
İxtisasartırma kursları
Dil bilikləri: Azərbaycan c Rus c İngilis c Digər c
Kompüter bilikləri: Windows/MS Office/İnternet/Texniki bilik
Hal-hazırda işləyirsinizmi? Bəli cXeyrc
İşə qəbulla bağlı ilk dəfə müraciət edirsiniz? Bəli c Xeyr c
Vakansiya barədə məlumatı haradan əldə etmisiniz?
Yuxarıda göstərilən vəzifə üzrə müsabiqədə iştirak etməyim üçün sənədlərimin qəbul edilməsini xahiş edirəm.
“______”________________ 20_____ il
1.1. Elektron xidmətin adı: Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrə onların şəxsi məlumatları, qeydiyyatı və aldığı dərman vasitələri barədə məlumatın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələrin Elektron sağlamlıq kartı sistemindən şəxsi məlumatları, qeydiyyatları və aldıqları dərman vasitələri barədə məlumat əldə etməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydaları”nın 1.2-ci bəndi;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 14.2-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələr Elektron sağlamlıq kartı sistemindən öz şəxsi məlumatları, hansı dispanserdə qeydiyyatda olmaları və aldıqları dərman vasitələri barədə məlumat əldə edirlər.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Dövlət tərəfindən dərman vasitələri ilə təmin olunan xəstələr.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012-431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün şəxsiyyət vəsiqəsi və elektron sağlamlıq kartı tələb olunur.
Elektron xidmətdən istifadə etmək üçün istifadəçi şəxsiyyət vəsiqəsinin nömrəsini, pin kodunu, elektron sağlamlıq kartının nömrəsini və unikal kodunu daxil etməlidir.
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi elektron xidmətin təqdim edildiyi internet səhifəsində şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrə təyin edir. Müvafiq elektron xidmətə keçdikdən sonra istifadəçi, Nazirlik tərəfindən ona təqdim edilmiş elektron sağlamlıq kartının nömrəsini və həmin kartın üzərində olan unikal kodu daxil edir.
3.1.2. Sorğunun qəbulu: Sorğu elektron xidmətin təqdim edildiyi internet səhifəsinə daxil olduğu gün qeydə alınır və bu barədə dərhal istifadəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi elektron sağlamlıq kartının nömrəsini və unikal kodunu düzgün daxil etmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi elektron sağlamlıq kartının nömrəsini və unikal kodunu düzgün daxil etdikdə sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.
3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı: Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu.
1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmətin göstərilməsi xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə qəbul edilməsi üçün müraciətin və sənədlərin qəbulundan və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin beşinci hissəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 12 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması Qaydası”nın birinci hissəsi;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 14.10-cu bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 1(bir) ay.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin müvafiq fəaliyyətlə məşğul olmaq üçün müraciətlərinin və sənədlərinin elektron formada qəbul ediməsi və müraciət etmiş şəxsə Nazirlik tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə verilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012 431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olduqda:
2.6.1.1. istifadəçi Azərbaycan Respublikası vətəndaşıdırsa – Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodu.
2.6.1.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün – onlara verilən şəxsiyyət vəsiqəsinin və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və pin kodu;
2.6.1.3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin nömrəsi və pin kodu;
2.6.2. elektron xidmətin göstərilməsi üçün tələb olunan məlumatlar və sənədlər dövlət qurumlarının informasiya ehtiyatında olmadıqda:
2.6.2.1. xarici tibb və ya əczaçılıq təhsili müəssisəsinin diplomunun, yaxud onu əvəz edən sənədin, diploma əlavənin elektron formada surəti;
2.6.2.2. olduğu halda diplomdan sonra keçdiyi hər hansı bir ixtisaslaşma və ya təkmilləşdirmə barədə aldığı praktiki və elmi dərəcəsi barədə sənədin elektron formada surəti;
2.6.2.3. olduğu halda iş fəaliyyətini dəqiqləşdirən sənədin elektron formada surəti;
Qeyd: xarici ölkələrdə alınmış sənədlər Azərbaycan dilinə tərcümə və notarial qaydada təsdiq edilməklə təqdim olunmalıdır.
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi, elektron xidmətin təqdim edildiyi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.
3.1.2. Sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçtuna dərhal bildiriş göndərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə və ya təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.
Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Nazirliyin Kadrlar, elm və təhsil şöbəsinə ünvanlanır.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün müraciət forması doldurulub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.
3.3.2.2. Avtomatik rejimdə müraciət Nazirliyinin Kadrlar, elm və təhsil şöbəsinin proqramına daxil olur.
3.3.2.3. Nazirliyin Kadrlar, elm və təhsil şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır və 1 ay müddətində təqdim olunan sənədlərə əsasən istifadəçinin Azərbaycan Respublikası ərazisində tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılıb-buraxılmaması barədə qərar qəbul edir və nəticəsi barədə istifadəçinin qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına bildiriş göndərilir.
3.3.2.4. Bundan sonra həmin qərara əsasən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması barədə şəhadətnamə rəsmiləşdirilərək birbaşa istifadəçiyə göndərilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Qeyd olunan çatışmamazlıqlar istifadəçi tərəfindən 5 gün müddətində aradan qaldırılır. Təkrar sorğu ilə müraciət edildikdən sonra sənədlərə baxılır və müvafiq qərar qəbul edilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması Komissiyası”na
___________ ünvanında yaşayan
_____________(ölkənin adı) aldığım ixtisası üzrə tibb fəaliyyəti ilə məşğul olmağa icazə verməyinizi xahiş edirəm.
_______________________________________ (ASA)
1.1. Elektron xidmətin adı: Tibbi kadrların vahid registrindən məlumatların verilməsi
1.2. Elektron xidmətin məzmunu: Tibbi kadrların vahid registrinə qeydiyyata düşmüş tibb işçiləri tərəfindən özləri barədə registr məlumatlarının əldə olunmasından ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin altıncı hissəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.38-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Tibbi kadrların vahid registrinə qeydiyyata düşmüş tibb işçiləri özləri barədə registrdə olan məlumatları əldə edirlər.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012-431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması
Elektron xidmətdən istifadə etmək üçün istifadəçi, şəxsiyyətini təsdiq edən sənədin nömrəsini və registrdə qeydiyyat kodunu daxil etməlidir.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi, elektron xidmətin təqdim edildiyi internet səhifəsində avtorizasiya prosesini keçmək üçün şəxsiyyətini təsdiq edən sənədin nömrəsini və registrdə qeydiyyat kodunu daxil edərək qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdən sonra özünə istifadəçi adı və şifrəsi təyin edir.
3.1.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.1.1-ci bəndində göstərilən məlumatlar istifadəçi tərəfindən daxil edildiyi andan sorğu qəbul olunur.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi adı və şifrəsi düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi adı və şifrəsi düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.
3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair, eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı: Tibbi müayinə kartlarının onlayn sifarişi
1.2. Elektron xidmətin məzmunu: Müxtəlif sahələrdə çalışan və işə qəbul edilərkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar tərəfindən, onların tibbi müayinədən keçmələri barədə məlumatı özündə saxlayan tibbi müayinə kartlarının onlayn sifarişindən və bu sifariş əsasında tibbi müayinə kartlarının əldə edilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydalar”ının 4-cü və 6-cı hissələri;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.36-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: 10 gün.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müxtəlif sahələrdə çalışan və işə qəbul edilərkən və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşlar tərəfindən, onların tibbi müayinədən keçmələri barədə məlumatı özündə saxlayan tibbi müayinə kartlarının əldə edilməsi.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişli
2.2.1. Ödənişin hüquqi əsası, məbləği, bank rekvizitləri, ödəmə üsulları:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli, 142 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi müayinə kartı” sisteminin tətbiqi Qaydaları”nın 6.2-ci bəndi;
“Tibbi müayinə kartının qiymətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2009-cu il 30 dekabr tarixli, 9 nömrəli Qərarına əsasən bir nəfər üçün tibbi müayinə kartının qiyməti 8 (səkkiz) AZN təşkil edir. Onlayn ödəniş zamanı bank tərəfindən komisyon haqq tutulur.
AZ85NABZ01360100000003003944
Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi
Ödəmə üsulu: bank, poçt, plastik kart vasitəsi ilə.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının vətəndaşları
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012-431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Elektron xidmətdən istifadə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsinin nömrəsi və pin kodunu daxil etməlidir.
3.3. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi, elektron xidmətin təqdim edildiyi internet səhifəsinə daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu, elektron poçt ünvanı, qeydiyyatda olduğu rayonu və aid olduğu obliqat qrupunu seçir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi onlayn ödəniş etmək istərsə ödəmə kartının üzərində olan məlumatları (ad və soyad, kartın nömrəsi, kartın etibarlılıq müddətinin bitmə tarixi, CVC nömrəsi ) müvafiq pəncərədə doldurur.
İstifadəçi digər ödəmə üsulları ilə ödəniş etdiyi halda ödənişi təsdiq edən sənədin skan edilmiş sürətini səhifəyə yükləyir.
3.1.2. Sorğunun qəbulu: Sorğu qəbul edilir və daxil edilən məlumatlar yoxlanılır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi, bu reqlamentin 3.1.1-ci bəndində göstərilən məlumatları düzgün daxil etmədikdə və (və ya) hesabında yetərincə vəsait olmadıqda və ya ödənişi təsdiq edən sənəd düzgün olmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və sorğunun icrasından imtinanın səbəbləri barədə istifadəçiyə bildiriş göndərilir.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi, bu reqlamentin 3.1.1-ci bəndində göstərilən məlumatları düzgün daxil etdikdə və onlayn ödəniş etdikdə və ya ödənişin ödənildiyini təsdiq edən sənədi təqdim etdikdə sorğu qəbul edilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinə ünvanlanır.
Sorğunun icrası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin rəhbəri bilavasitə məsuliyyət daşıyır.
3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.3.3. İnzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda istifadəçiyə tibbi müayinə kartının verilməsindən imtina edilməməsi barədə bildiriş göndərilir. Bundan sonra tibbi müayinə kartı rəsmiləşdirilərək birbaşa və ya poçt rabitəsi vasitəsilə istifadəçiyə təqdim olunur.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı: Profilaktik peyvəndlərin vaxtı barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi
1.2. Elektron xidmətin məzmunu: Valideynlərin, uşaqların növbəti profilkatik peyvəndlərinin adı və vaxtı barədə mobil telefon rabitəsinin qısa mesaj (SMS) xidməti vasitəsilə məlumat əldə etməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsi;
1.3.2. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli, 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli, 143 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi qaydaları”nın 1-3-cü və 5-ci hissələri;
1.3.5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.37-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Mobil telefon rabitəsinin qısa mesaj (SMS) xidməti vasitəsilə uşaqların növbəti profilkatik peyvəndlərinin adı və vaxtı barədə məlumat əldə edilir.
2.1. Elektron xidmətin növü: interaktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Elektron xidmət ödənişsizdir. Müvafiq mobil operatorlar tərəfindən xidmət haqqı tutulur.
2.3. Elektron xidmətin istifadəçiləri: fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Nazirlik üçün ayrılmış 9103 nömrəsindən qısa mesaj xidməti.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012-431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur.
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: Xidmətdən istifadə etmək üçün istifadəçilər tərəfindən “PEYVEND” sözü və uşağa “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” tərəfindən verilən unikal kodu (bundan sonra unikal kod) (məsələn “PEYVEND 123456789012”) yazılıb 9103 nömrəsinə SMS göndərilməlidir.
3.1.2. Sorğunun qəbulu: Sorğu qəbul edilir və göndərilən unikal kod sistem tərəfindən yoxlanılır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Göndərilən unikal kod yanlışdırsa sorğunun yerinə yetirilməsindən imtina olunur və bu barədə istifadəçi SMS vasitəsi ilə məlumatlandırılır.
3.2.2. Sorğunun qəbulu: Göndərilən unikal kod düzgün göndərildikdə, sorğu qəbul olunur və növbəti peyvənd barədə məlumat istifadəçiyə SMS vasitəsi ilə göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.
3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1.1. Elektron xidmətin adı: Tibbi arayışların elektron registrindən məlumatların verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Müayinədən keçmiş şəxslər tərəfindən tibbi arayışların elektron formada əldə edilməsindən ibarətdir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:
1.3.1. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci və beşinci hissələri;
1.3.2. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu və 12-ci maddələri;
1.3.3. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.27-ci bəndi;
1.3.4. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;
1.3.5. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın 7.3.10-cu yarımbəndi;
1.3.6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 7 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Sənədlərin reyestrindən istifadəyə dair Qaydalar”nın 5-ci hissəsi;
1.3.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 14.12-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra – “Nazirlik”)
1.5. Elektron xidmətin digər icraçıları: yoxdur
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Xidmətin icra müddəti istifadəçi tərəfindən tələb olunan məlumatların informasiya sistemi tərəfindən emalı müddətinə bərabərdir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müayinədən keçmiş şəxslər tibbi arayışları elektron formada onlayn əldə edirlər.
2.1. Elektron xidmətin növü: interaktiv
2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki şəxslər
2.4. Elektron xidmətin təqdim olunma yeri: http://www.health.gov.az; http://www.e-gov.az
2.5. Elektron xidmət barədə məlumatlandırma:
İnternet ünvanı: http://www.health.gov.az; http://www.e-gov.az
Elektron poçt: office@e-health.gov.az
Telefon: 012 431-38-28
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
Elektron xidmətdən istifadə etmək üçün istifadəçi Azərbaycan Respublikasının vətəndaşı olduqda, şəxsiyyət vəsiqəsinin nömrəsini, pin kodunu və “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” tərəfindən verilmiş unikal kodu, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda isə şəxsiyyət təsdiq edən sənədin nömrəsi və “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” tərəfindən verilmiş unikal kodu daxil etməlidir.
3.1. Elektron xidmətlər üçün sorğu:
3.1.1 Sorğunun formalaşdırılması: İstifadəçi, elektron xidmətin təqdim edildiyi internet səhifəsində Azərbaycan Respublikasının vətəndaşı olduqda, şəxsiyyət vəsiqəsinin nömrəsini, pin kodunu və “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” tərəfindən verilmiş unikal kodu, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda isə şəxsiyyət təsdiq edən sənədin nömrəsini və “Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi” tərəfindən verilmiş unikal kodu daxil edərək qeydiyyatdan keçir, özünə istifadəçi adı və şifrə təyin edir.
3.1.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.1.1-ci bəndində göstərilən məlumatlar düzgün daxil edildikdə, sorğu qəbul olunur.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi adı və şifrə düzgün daxil edilmədikdə sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.2.1-ci yarımbəndində nəzərdə tutulan qaydada sorğunun yerinə yetirilməsindən imtina edilmədikdə sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Elektron xidmət tam avtomatlaşdırıldığı üçün onun icrası ilə bağlı inzibati əməliyyatlar mövcud deyil.
3.3.2. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat:
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.
3.4.2. Nəzarət qaydası: Monitorinq nəticəsində müraciətlər barədə toplanılan məlumatlar xüsusi məntiqi sxemlər üzərində işlənilmiş proqram təminatı vasitəsilə yoxlanılır, müraciətlərin tamlığı və cavabların verilmə sürətinə dair eləcə də icra zamanı baş verən nöqsanlar barədə hesabatlar tərtib olunur. Həmin hesabatlar sistemin fəaliyyətinə məsul olan şəxslər tərəfindən daim izlənilir. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır.
1. 24 noyabr 2017-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2017-ci il)