Qanunvericilik › “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 12.11.2013) › Tam mətn

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 12.11.2013)

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə (Səhiyyə Nazirliyi, 12.11.2013) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI

“Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi barədə

Rəsmi dərc edildiyi mənbə

Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu

Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi

Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix

“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyası

1. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə aşağıdakı inzibati reqlamentlər təsdiq edilsin:

1.1. “Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ( 1 nömrəli əlavə);

1.2. “Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (2 nömrəli əlavə ).

1.5. “Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitar-epidemioloji rəyin verilməsi üzrə inzibati reqlament” (5 nömrəli əlavə);

1.6. “Rentgen kabinetinin istismarına icazə verən sanitar-epidemioloji rəyin verilməsi üzrə inzibati reqlament” (6 nömrəli əlavə).

1.7. “Tikinti və yenidənqurma layihələrinə sanitar-epidemioloji rəyin verilməsi üzrə inzibati reqlament” (7 nömrəli əlavə);

1.8. “Tikinti üçün torpaq sahəsinin sanitariya-gigiyena cəhətdən yararlı olması haqqında rəyin verilməsi üzrə inzibati reqlament” (8 nömrəli əlavə).

1.9. “Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” (9 nömrəli əlavə);

2. Hüquq və daxili nəzarət sektorunun müdiri vəzifəsini icra edən E.Əzizova tapşırılsın ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilsin.

3. Qərarın icrasına nəzarət Nazir müavinlərinə həvalə edilsin.

Kollegiyanın məsul katibi

1.1. Elektron xidmətin adı: Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi məqsədi ilə müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin (səfərə çıxmaq hüququ haqqında gəmi sanitar şəhadətnaməsi) verilməsi məqsədi ilə müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 06 noyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın 1.22-ci bəndi;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.27-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) və Nazirliyin Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi üçün müraciətin elektron formada qəbulu və nəticəsi barədə istifadəçiyə məlumat verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.health.gov.az;

http://www.e-health.gov.az/

2.5. Elektron xidmət barədə məlumatlandırma:

Elektron poçt: office@health.gov.az; sn_gem@esehiyye.az

Telefon: (+99412)539-45-07, (+99412)538-43-53.

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: ərizə (əlavə olunur);

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və elektron formada göndərilir.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və həmin internet səhifəsinə yükləyir.

3.1.2. sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Nazirliyin Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzinin direktoruna ünvanlanır.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi Nazirliyə müraciət edilməsi üçün müraciət formasını doldurub, onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir;

3.3.2.2. avtomatik rejimdə müraciət Nazirliyin proqram təminatına daxil olur;

3.3.2.3. Nazirliyin proqram təminatına düşmüş müraciəti Nazirliyin ümumi şöbəsi qəbul edir.

3.3.2.4. Nazirliyin proqram təminatına düşmüş müraciəti qəbul edir. Nazirlik, göndərilmiş müraciətə əsasən obyektlərdə kimyəvi və bakterioloji müayinələr aparılmasını təmin edir və qeydə alınmış nəticələrə əsasən şəhadətnamənin verilməsi üzrə qərar qəbul edilir. Şəhadətnamə ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir, həmçinin rəsmiləşdirilərək qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.

3.4. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.5. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.5.1. ərizəyə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edilmədikdə bu barədə ərizəçiyə üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi üçün müraciət elektron formada qəbul edilir və nəticəsi barədə istifadəçiyə məlumat verilir.

3.6. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.6.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.6.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirlik həyata keçirir.

3.7. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.7.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.7.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.

3.7.3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Üzmə hüququ üçün gəmi (daxili sularda

üzən gəmilər üçün) sanitariya

şəhadətnaməsinin verilməsi üçün müraciətin

və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

___________________________________________________________________tərəfindən

(şəhər, rayon (indeks) küçə, ev, mənzil)

Hüquqi şəxsin adı və VÖEN-i

Təşkilati-hüquqi forması

Hüquqi ünvanı (şəhər, rayon (indeks), küçə, ev,

Telefon, faks, elektron poçt ünvanı

Hesablaşma-hesabının nömrəsi və bankın adı

1.1. Elektron xidmətin adı: Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Bu xidmət gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi (deratizasiya) haqqında şəhadətnamənin (gəmi sanitar şəhadətnaməsi) verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və nəticəsi barədə istifadəçiyə məlumat verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 06 noyabr tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”nın 7.7-ci bəndi;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli, 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.26-cı bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra - Nazirlik) və Nazirliyin Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzi.

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi (deratizasiya) haqqında şəhadətnamənin verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulu və nəticəsi barədə istifadəçiyə məlumat verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.health.gov.az/;

http://www.e-health.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

Elektron poçt: office@health.gov.az; sn_gem@esehiyye.az

Telefon: (+99412)539-45-07, (+99412)538-43-53.

2.. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: ərizə (əlavə olunur);

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və elektron formada göndərilir.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Su Nəqliyyatında Gigiyena və Epidemiologiya Mərkəzinin direktoruna ünvanlanır.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. istifadəçi Nazirliyə müraciət edilməsi üçün müraciət formasını doldurub onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.

3.3.2.2. avtomatik rejimdə müraciət Nazirlik üçün hazırlanmış proqram təminatına daxil olur.

3.3.2.3. Nazirliyin proqram təminatına düşmüş müraciəti qəbul edir. Nazirlik göndərilmiş müraciətə əsasən obyektlərdə kimyəvi və bakterioloji müayinələr aparılmasını təmin edir və qeydə alınmış nəticələrə əsasən şəhadətnamənin verilməsi üzrə qərar qəbul edilir. Şəhadətnamə ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir, həmçinin rəsmiləşdirilərək qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.

3.4. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.5. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.5.1. sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edilmədikdə bu barədə ərizəçiyə gəminin (daxili sularda üzən gəmilər üçün) sanitariya nəzarətindən azad edilməsi (deratizasiya) haqqında şəhadətnamənin verilməsi üçün müraciət və sənədlər qəbul edilir və nəticəsi barədə istifadəçiyə məlumat verilir.

3.6. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.6.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.6.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Xidmətin yerinə yetirilməsinə nəzarəti Nazirlik həyata keçirir.

3.7. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.7.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.7.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.

3.7.3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Gəminin (daxili sularda üzən gəmilər üçün)

sanitariya nəzarətindən azad edilməsi haqqında

şəhadətnamənin verilməsi üçün müraciətin

və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

____________________________________________________________________tərəfindən

(şəhər, rayon (indeks) küçə, ev, mənzil)

Hüquqi şəxsin adı və VÖEN-i

Təşkilati-hüquqi forması

Hüquqi ünvanı (şəhər, rayon (indeks), küçə, ev,

Telefon, faks, elektron poçt ünvanı

Hesablaşma-hesabının nömrəsi və bankın adı

1.1. Elektron xidmətin adı: Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və rəyin verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsi 1-ci hissəsi;

1.3.2. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 13-cü abzası;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.20-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra – Mərkəz)

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: müəssisə və təşkilatların avtonəqliyyat vasitələrinə radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsi və rəyin verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.health.gov.az;

http://www.e-health.gov.az

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.sehiyye.gov.az

Elektron poçt: office@health.gov.az, rgem@esehiyye.az

Telefon: (+99412) 422 52 85, (+99412) 431 38 28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. ərizə (əlavə № 1);

2.6.2. nəqliyyat vasitələrinin texniki pasportunun elektron formada surəti;

2.6.3. istehsalçıdan mənbələrin texniki xarakteristikasını təsdiq edən sənədin (sertifikatın) elektron formada surəti;

2.6.4. daşınma ilə məşğul olan şəxslərin tibbi müayinədən keçmələri haqqında məlumat (tibbi müayinə kartın nömrəsi).

2.6.5. Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Mərkəzin Radiasiya gigiyenası şöbəsinin müdirinə ünvanlanır.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. istifadəçi Mərkəzə müraciət edilməsi üçün müraciət formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir;

3.3.2.2. avtomatik rejimdə müraciət Mərkəzin Radiasiya gigiyenası şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur;

3.3.2.3. Mərkəzin Radiasiya gigiyenası şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır. Nəqliyyat vasitəsində sanitariya-radioloji müayinələr və ölçmələr aparılır və qeydə alınmış nəticələrə əsasən müvafiq akt tərtib olunur;

3.3.2.4. tərtib olunmuş akta əsasən sanitariya-epidemioloji rəyin verilməsi üzrə qərar qəbul edilir və rəy (əlavə № 2) ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir həmçinin rəsmiləşdirilərək qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.3.4.1. Sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müvafiq qərar qəbul edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət Mərkəz həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.

3.5.3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi üzrə inzibati reqlamentə

Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi məqsədilə

____________________________________________________________________tərəfindən

(şəhər, rayon (indeks) küçə, ev, mənzil)

Telefon, faks, elektron poçt ünvanı

Obyektin təyinatı və ünvanı

Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi məqsədilə

Hüquqi şəxsin adı və VÖEN-i

Təşkilati-hüquqi forması

(şəhər, rayon (indeks), küçə, ev)

telefon, faks, elektron poçt ünvanı

Hesablaşma-hesabının nömrəsi və bankın adı

Obyektin təyinatı və ünvanı

Radioaktiv maddə və materialların, ionlaşdırıcı şüa mənbələri olan qurğuların, avadanlıqların və radioaktiv tullantıların daşınması üsullarının və şəraitinin sanitariya qaydalarına uyğun olması barədə sanitariya-epidemioloji rəyin verilməsi üzrə inzibati reqlamentə

1. İdarənin (müəssisənin) adı: __________________________________________________

2. Avtonəqliyyatın (avtomaşın, qoşqu və s.) markası: ______________________________

nömrəsi ____________________________________________________________________

3. Nəqliyyatın təchizatı: _______________________________________________________

______________________________________________________________________________

4. Qəza dəsti ilə təmini: ________________________________________________________

5. Sanitariya baxışı və dozimetrik ölçmələrin nəticəsi əsasında daşınmasına icazə verilir:

a) radioaktiv maddələrlə bağlama, radionuklid mənbələrlə olan qurğular:

b) radioaktiv tullantıları (maye, bərk):

______________________________________________________________________________

Sanitariya-epidemioloji rəyin verilmə tarixi ___________________________________

Qüvvədə olma müddəti ______________________________________________________

Azərbaycan Respublikası baş

dövlət sanitariya həkiminin müavini ______________________________________

1.1. Elektron xidmətin adı: Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi.

1.2. Elektron xidmətin məzmunu: Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üçün müraciətin və tələb olunan sənədlərin elektron formada qəbul edilməsindən və rəyin verilməsindən ibarətdir.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. “Sanitariya epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsi;

1.3.2. “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 2-ci hissəsi;

1.3.3. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları" və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.22-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra – Nazirlik) Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra – Mərkəz).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 30 gün.

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: müəssisə və təşkilatların rentgen kabinetlərinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi üçün elektron formada sənədlərin qəbulu və rəyin verilməsi.

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz.

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.health.gov.az;

http://www.e-health.gov.az.

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.health.gov.az

Elektron poçt: office@health.gov.az, rgem@esehiyye.az

Telefon: (+99412) 422 52 85, (+99412) 431 38 28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. Ərizə (əlavə № 1);

2.6.2. istehsalçıdan aparatların texniki pasportunun elektron formada surəti;

2.6.3. mənbələrlə işləyən şəxslərin sağlamlıqları haqqında sənədin elektron formada surəti;

2.6.4. tikinti və layihəni işləyən təşkilatdan örtülü işlərin (radiasiya şüalarından müdafiə məqsədilə baritləmə, elektrik-torpaqlama, havalandırma sistemi) aparılması barədə aktların elektron formada surətləri;

2.6.5. istehsalçıdan giriş qapıları və baxış pəncərəsi şüşəsinin radiasiya şülarından mühafizə olunmasını təsdiq edən sənədin elektron formada surəti;

2.6.6. müraciət edən təşkilat tərəfindən radiasiya təhlükəsizliyi üzrə cavabdeh şəxsin təyini barədə əmrin elektron formada surəti.

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. sorğunun qəbulu: Sorğu, internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə və ya obyektlər müvafiq normativlərə uyğun olmadığı halda sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi 5 gün müddətində məlumatlandırılır. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Mərkəzin Radiasiya gigiyenası şöbəsinin müdirinə ünvanlanır.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. istifadəçi Nazirliyə müraciət edilməsi üçün müraciət formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir;

3.3.2.2. avtomatik rejimdə müraciət Mərkəzinin Radiasiya gigiyenası şöbəsi üçün hazırlanmış proqram təminatına daxil olur;

3.3.2.3. Mərkəzin Radiasiya gigiyenası şöbəsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır. Obyektlərdə sanitariya radioloji müayinələr və ölçmələr aparılır və qeydə alınmış nəticələrə əsasən müvafiq akt tərtib olunur;

3.3.2.4. tərtib olunmuş akta əsasən sanitariya-epidemioloji rəyin verilməsi üzrə qərar qəbul edilir və rəy (əlavə №2) ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir, həmçinin rəsmiləşdirilərək qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.

3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.3.4. Hər bir inzibati proseduran nəticəsi və onun verilməsi qaydası:

3.3.4.1. sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə ərizəçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müvafiq qərar qəbul edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Elektron xidmətin yerinə yetirilməsinə nəzarəti Mərkəz həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı, işlədiyi yer göstərilməlidir.

3.5.3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Rentgen kabinetinin istismarına icazə

verən sanitariya-epidemioloji rəyin

verilməsi üzrə inzibati reqlamentə

Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi məqsədilə

______________________________________________________________________tərəfindən

Rentgen kabinetinin istismarına icazə verən sanitariya-epidemioloji rəyin verilməsi məqsədilə

Rentgen kabinetinin istismarına icazə

verən sanitariya-epidemioloji rəyin

verilməsi üzrə inzibati reqlamentə

1. İdarənin (müәssisәnin) adı __________________________________________________

(adı, ünvanı və telefonu)

2. Tabeçiliyi _______________________________________________________________

3. Şöbə və ya bölmə __________________________________________________________

4. Rentgen kabinetin ________________________________________________ aparatı ilə

____________________________________________________________________________

rejimində istismarına icazə verilir.

5. Sanitariya-epidemioloji rəy, tərtib edilmiş « » __________ 20 il tarixli müayinə aktına əsasən verilmişdir.

Sanitariya-epidemioloji rəy «____ » _________ 20 ilədək etibarlıdır.

Azərbaycan Respublikası baş dövlət

sanitariya həkiminin müavini ______________________________________________

1.1. Elektron xidmətin adı: Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu.

1.2. Elektron xidmətin məzmunu: Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu və nəticəsi barədə istifadəçiyə məlumat verilməsi.

1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası:

1.3.1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 7 noyabr tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmiş "Fəaliyyət növlərinin xüsusiyyətindən asılı olaraq xüsusi razılıq (lisenziya) verilməsi üçün tələb olunan əlavə şərtlər"in 27.4-cü bəndi;

1.3.2. “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsi;

1.3.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları” və “Elektron xidmət növlərinin Siyahısı”nın 14.25-ci bəndi.

1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin (bundan sonra - Nazirlik) Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (bundan sonra - Mərkəz).

1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.

1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Elektron xidmət qismən avtomatlaşdırılmışdır.

1.7. Elektron xidmətin icra müddəti: 5 gün

1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin elektron formada qəbulu

2.1. Elektron xidmətin növü: interaktiv

2.2. Elektron xidmət üzrə ödəniş: ödənişsiz

2.3. Elektron xidmətin istifadəçiləri: fiziki və hüquqi şəxslər.

2.4. Elektron xidmətin təqdim olunma yeri:

http://www.e-gov.az; http://www.sehiyye.gov.az;

2.5. Elektron xidmət barədə məlumatlandırma:

İnternet ünvanı: http://www.e-gov.az; http://www.health.gov.az;

http://www.e-health.gov.az.

Elektron poçt: office@health.gov.az, rgem@esehiyye.az

Telefon: (+99412) 421 79 02, (+99412) 431 38 28

2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:

2.6.1. ərizə (əlavə olunur);

2.6.2. ərizədə qeyd olunan obyekt üçün ərizəçinin istifadə hüququnu təsdiq edən sənədin elektron formada surəti;

2.6.3. mehmanxana və mehmanxana tipli obyektlərdə həşəratlara və gəmiricilərə qarşı dezinseksiya və deratizasiya tədbirlərinin aparılması üçün müvafiq müəssisə və təşkilat ilə bağlanmış müqavilənin elektron formada surəti;

2.6.4. Məişət tullantılarının daşınması barədə müvafiq müəssisə və ya təşkilatlarla bağlanmış müqavilənin elektron formada surəti.

Qeyd: Ərizə forması xidmətin təqdim edildiyi internet ünvanına daxil olaraq doldurulur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlərin skan edilmiş surətləri ilə birlikdə elektron formada göndərilir.

3.1. Elektron xidmətlər üçün sorğu:

3.1.1. sorğunun formalaşdırılması: İstifadəçi bu reqlamentin 2.4-cü bəndində göstərilən internet ünvanlarına daxil olub şəxsiyyət vəsiqəsinin nömrəsini və pin kodunu daxil edir və qeydiyyatdan keçir. Bundan sonra istifadəçi internet səhifəsində elektron ərizə formasını doldurur və bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədləri ərizəyə əlavə kimi həmin internet səhifəsinə yükləyir.

3.1.2. sorğunun qəbulu: Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul edilməsi ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir.

3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:

3.2.1. sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda, bu reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər internet səhifəsinə yüklənmədikdə, təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri barədə ərizəçi dərhal məlumatlandırılır.

Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin bu elektron xidmət növünə yenidən müraciət etməsinə mane olmur.

3.2.2. sorğunun qəbulu: İmtina üçün əsaslar olmadıqda sorğunun qəbul edilməsi barədə ərizəçinin elektron poçt ünvanına bildiriş göndərilir.

3.3. Sorğunun icrası:

3.3.1. ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat: Sorğu qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq dərhal qeydiyyata alınır və baxılması üçün Mərkəzin Kommunal gigiyena bölməsinin müdirinə ünvanlanır.

3.3.2. hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:

3.3.2.1. İstifadəçi Mərkəzə müraciət edilməsi üçün müraciət formasını doldurub, tələb olunan sənədləri ərizəyə əlavə kimi yükləyib onlayn rejimdə göndərir, müraciətin qeydiyyata götürülməsi haqqında avtomatik rejimdə istifadəçiyə bildiriş göndərilir.

3.3.2.2. avtomatik rejimdə müraciət Mərkəzin Kommunal gigiyena bölməsi üçün hazırlanmış proqram təminatına daxil olur.

3.3.2.3. Mərkəzin Kommunal gigiyena bölməsi proqram təminatına düşmüş müraciəti qəbul edir, ərizəyə əlavə kimi yüklənmiş sənədləri yoxlayır. Obyektdə bakterioloji və sanitar-kimyəvi müayinələr aparılır və qeydə alınmış nəticələrə əsasən müvafiq akt tərtib olunur;

3.3.2.4. tərtib olunmuş akta əsasən sanitariya pasportunun verilməsi üzrə qərar qəbul edilir və sanitariya pasportu ərizəçiyə birbaşa təqdim olunur və ya poçt rabitəsi vasitəsilə göndərilməsi yolu ilə verilir, həmçinin rəsmiləşdirilərək qeydiyyat zamanı göstərdiyi elektron poçt ünvanına göndərilir.

3.3.3. inzibati əməliyyatda iştirak edən digər dövlət qurumu haqqında məlumat: yoxdur.

3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:

3.3.4.1. sorğuya və ona əlavə edilən sənədlərə baxıldığı zaman aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edilmədikdə bu barədə ərizəçiyə mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciət və sənədlər elektron formada qəbul edilir.

3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:

3.4.1. nəzarət forması: Kargüzarlıq, daxil olan müraciətlərin avtomatlaşdırılmış rejimdə təşkil olunmuş mütəmadi monitorinqi.

3.4.2. nəzarət qaydası: Azərbaycan Respublikasının Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”la müəyyən edilmiş qaydada. Xidmətin yerinə yetirilməsinə nəzarəti Mərkəz həyata keçirir.

3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr:

3.5.1. istifadəçinin şikayət etmək hüququ haqqında məlumat: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

3.5.2. şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: Şikayət kağız üzərində və elektron qaydada tərtib oluna bilər. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə bu reqlamentin 2.5-ci bəndində göstərilən elektron poçt ünvanına göndərilməlidir. Şikayətdə fiziki şəxsin adı, atasının adı, soyadı, ünvanı, poçt və ya elektron poçt ünvanı göstərilməlidir.

3.5.3. şikayətin baxılma müddəti: Şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və qərar verilir.

Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlamentə

Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi məqsədilə____________________________________________________________tərəfindən

(şəhər, rayon (indeks) küçə, ev, mənzil)

Mehmanxana və mehmanxana tipli obyektlər üçün sanitariya pasportunun verilməsi məqsədilə _________________________________________________________ tərəfindən

Hüquqi şəxsin adı və VÖEN-i

Təşkilati-hüquqi forması

Hüquqi ünvanı (şəhər, rayon (indeks), küçə, ev,

Telefon, faks, elektron poçt ünvanı

Hesablaşma-hesabının nömrəsi və bankın adı

1. 22 iyul 2015-ci il tarixli 37 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201507220037, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 4 avqust 2015-ci il)

2. 24 noyabr 2017-ci il tarixli 50 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201711240050, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 dekabr 2017-ci il)

4 sentyabr 2018-ci il tarixli 51 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201809040051, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 11 sentyabr 2018-ci il)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver