AZƏRBAYCAN RESPUBLİKASI ENERGETİKA NAZİRLİYİNİN QƏRARI
Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 15 may tarixli 404 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi haqqında Əsasnamə”nin 15.2-ci hissəsini rəhbər tutaraq “Azərbaycan Respublikasında dövlət qaz nəzarəti haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 7 iyun tarixli 91 nömrəli qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 oktyabr 2012-ci il tarixli 236 nömrəli qərarının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Sənaye və Energetika Nazirliyi qərara alır:
2. Dövlət Qaz Nəzarəti İdarəsinin rəisinə tapşırılsın ki, idarənin fəaliyyətini təsdiq edilmiş Əsasnamənin və müvafiq hüquqi aktların tələblərinə uyğun olaraq təşkil edilməsini təmin etsin.
3. Hüquqi münasibətlər və Metrologiya şöbəsinin müdiri İ.Ağayevə tapşırılsın ki, bu Qərarın qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilməsini təmin etsin.
4. “Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Dövlət Qaz Nəzarəti İdarəsinin Əsasnaməsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin 22 fevral 2008-ci il tarixli 08 nömrəli əmri ləğv edilsin.
5. Bu Qərarın icrasına nəzarəti öz üzərimdə saxlayıram.
1. 13 iyun 2014-cü il tarixli 05 nömrəli Azərbaycan Respublikası Energetika Nazirliyinin Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201406130005, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 25 iyun 2014-cü il)