Qanunvericilik › Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 14

Maddə 14. Silahlı Qüvvələrin şəxsi heyətinin məsuliyyəti

Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

14.1. Silahlı Qüvvələrin hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin intizam məsuliyyəti müvafiq olaraq Silahlı Qüvvələrin hərbi nizamnamələri, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

14.2. Silahlı Qüvvələrin hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin inzibati və cinayət məsuliyyəti müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə tənzimlənir.

14.3. Silahlı Qüvvələrin hərbi qulluqçularının dövlətə vurduqları ziyana görə maddi məsuliyyətinin əsasları, vurulan ziyanın miqdarının müəyyən edilməsi və ödənilməsi qaydaları “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında” Əsasnamə ilə tənzimlənir.

14.4. Silahlı Qüvvələrin hərbi qulluqçularının, dövlət qulluqçularının və digər mülki işçilərinin xidməti vəzifələrin icrası zamanı son zərurət və zəruri müdafiə vəziyyətində vurduqları ziyana (zərərə) və mülki hüquq pozuntularına görə mülki məsuliyyətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həll edilir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver