Qanunvericilik › Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 04.10.2016) › Tam mətn

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 04.10.2016)

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında (Prezidentin fərmanı, 04.10.2016) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində 2016-cı il avqustun 7-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İran İslam Respublikası Hökumətinə bildiriş göndərsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2016-cı il

Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə İranın Standartlar və Sənaye Tədqiqatları İnstitutu,

keyfiyyətin yüksəldilməsində, istehsalatın səmərəli olmasında və ticarət mübadiləsində standartlaşdırmanın, metrologiyanın, uyğunluğun qiymətləndirilməsinin və akkreditasiyanın vacibliyini və töhfəsini nəzərə alaraq,

bərabərlik və qarşılıqlı fayda əsasında standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində əməkdaşlıq edərək qarşılıqlı maraqları təşviq etməyi arzulayaraq,

bu əməkdaşlığın Tərəflərin dövlətləri arasında iqtisadi əməkdaşlığı təşviq edəcəyini etiraf edərək,

qarşılıqlı iqtisadi maraqlan nəzərə alaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Tərəflər milli qanunvericiliyinə və dövlətlərinin tərəfdar çıxdığı beynəlxalq sazişlərə müvafiq olaraq, bu Anlaşma Memorandumu çərçivəsində standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində əməkdaşlıq edirlər.

Tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər:

- standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində elmi və texniki əməkdaşlığı təmin etmək;

- digər Tərəfin təşkil etdiyi konfranslarda, simpoziumlarda, seminarlarda, sərgilərdə və digər aidiyyəti tədbirlərdə iştirak;

- hər iki Tərəfin uyğunluğun qiymətləndirilməsinin tanınmasında əməkdaşlıq;

- standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi və metrologiya sahələrində bilikləri artırmaq üçün birgə təlim proqramlarının təşkili və qarşılıqlı razılaşdırılmış hər hansı digər əməkdaşlıq forması;

- standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində normativ sənədlərin, məlumatların və dövri nəşrlərin, milli standartların kataloqlarının, normaların və reqlamentlərin, sertifikatlaşdırma, sınaq laboratoriyalarının akkreditasiyası, sertifikatlaşdırma orqanları barədə ümumi məlumatın və nəşrlərin, məcburi sertifikatlaşdırılan məhsulların siyahısının, təlim proqramları və mütəxəssislərin ixtisaslarının artırılması ilə bağlı məlumatların və materialların mübadiləsi;

- sınaq nəticələrinin qarşılıqlı tanınması, ölçmə avadanlıqlarının tipinin təsdiqi, yoxlanılması, metroloji qiymətləndirilməsi və kalibrlənməsi ilə bağlı fəaliyyətin həyata keçirilməsi;

- regional və beynəlxalq təşkilatların texniki komitələrinin işində əməkdaşlıq edilməsi və dəstək göstərilməsi, Tərəflərin milli maraqlarının qorunması məqsədilə standartların inkişaf etdirilməsi üçün verilən təkliflərin dəstəklənməsi;

- CODEX, İƏT və ya SMİİC-də milli maraqlarla bağlı Halal Standartlaşdırma sahəsində əməkdaşlıq və bir-birlərinin dəstəklənməsi;

- razılaşdırılmış standartların olmadığı təqdirdə, beynəlxalq standartlaşdırma və metrologiya orqanları tərəfindən tövsiyə olunmuş, öz ölkələrində tətbiq olunan standartların tətbiqi.

Tərəflər öz mövqelərini möhkəmləndirmək və standartlaşdırma sahəsində hər iki Tərəfin beynəlxalq fəaliyyətlərdə rolunu artırmaq üçün ISO, IEC və s. kimi beynəlxalq standartlaşdırma təşkilatları çərçivəsində sıx əlaqədə işləyirlər.

Bu Anlaşma Memorandumuna uyğun olaraq, Tərəflərin səlahiyyətli qurumları arasında həyata keçirilən yazışma ingilis dilində aparılır.

Bu Anlaşma Memorandumunun təfsiri və ya həyata keçirilməsi ilə bağlı yarana bilən istənilən fikir ayrılığı Tərəflər arasında danışıq və məsləhət yolu ilə diplomatik kanallar vasitəsilə həll edilir.

Bu Anlaşma Memorandumu Tərəflərin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrində digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.

Tərəflərin qarşılıqlı razılığı ilə bu Anlaşma Memorandumuna onun ayrılmaz tərkib hissəsi olan və bu Anlaşma Memorandumunun 6-cı maddəsində nəzərdə tutulan prosedura uyğun olaraq qüvvəyə minən ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Bu Anlaşma Memorandumu onun qüvvəyə minməsi üçün zəruri olan müvafiq dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə Azərbaycan tərəfinin diplomatik kanallar vasitəsilə göndərdiyi yazılı bildirişin alındığı tarixdən qüvvəyə minir.

Bu Anlaşma Memorandumu beş (5) il müddətinə bağlanılır və Tərəflərdən biri ən azı altı (6) ay öncədən bu Anlaşma Memorandumunu ləğv etmək niyyəti barədə diplomatik kanallarla digər Tərəfə yazılı şəkildə bildiriş göndərmədiyi təqdirdə, bundan sonra avtomatik olaraq növbəti beşillik müddətlərə qüvvədə qalır.

Bu Anlaşma Memorandumu qüvvəyə mindiyi tarixdən 20 may 2002-ci il tarixli “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair Memorandum” ləğv olunur.

Bakı şəhərində 7 avqust 2016-cı il tarixində, müvafiq olaraq 17 mordad 1395-ci il tarixində, hər biri Azərbaycan, fars və ingilis dillərində olmaqla, iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər bərabər autentikdir. Təfsir zamanı fikir ayrılığı yarandığı təqdirdə, ingilis dilindəki mətnə üstünlük verilir.

1. 4 avqust 2022-ci il tarixli 1805 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı, 4 avqust 2022-ci il, “Xalq” qəzeti 5 avqust 2022-ci il, № 164, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, №8, maddə 865)

2. 6 noyabr 2025-ci il tarixli 520 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 6 noyabr 2025-ci il, “Xalq” qəzeti, 7 noyabr 2025-ci il, № 238, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1018)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver