Qanunvericilik › Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 1

Maddə 1. Sülhməramlı əməliyyatlarda iştirak haqqında qanunvericilik

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

1.1. Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

1.2. Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyətlər yaranarsa, Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə uyğun olaraq, beynəlxalq müqavilələr tətbiq edilir.

1.3. Azərbaycan Respublikası sülhməramlı əməliyyatlar apararkən və ya kollektiv sülhməramlı əməliyyatlarda iştirak edərkən BMT-nin Nizamnaməsinə uyğun olaraq BMT Təhlükəsizlik Şurasının və ya BMT tərəfindən səlahiyyətləri BMT Nizamnaməsinin VIII fəslinin müddəalarına uyğun hesab edilmiş beynəlxalq regional təşkilatların beynəlxalq sülhün və təhlükəsizliyin qorunması və ya bərpası, sülhə təhdidin, sülhün pozulmasının aradan qaldırılması və ya təcavüz aktının qarşısının alınması məsələlərinə dair qəbul edilmiş qərarlarını rəhbər tutur.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver