Qanunvericilik › Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 6

Maddə 6. Sülhməramlı əməliyyatlarda iştirakın formaları

Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

6.1. Azərbaycan Respublikasının hərbi və mülki heyətinin sülhməramlı əməliyyatlarda iştirakına atəşkəs haqqında və digər düşmənçilik hərəkətlərinin dayandırılması barədə beynəlxalq müqavilələrə əməl edilməsinə nəzarət və müşahidə, qabaqlayıcı tədbirlər, münaqişə edən tərəflərin ayrılması, onların bölmələrinin tərksilah edilərək buraxılması, danışıqların təşkilində vasitəçilik və yardım, münaqişələrin nəticələrinin aradan qaldırılması, mühəndis işlərinin və digər işlərin yerinə yetirilməsi, qaçqınlar və məcburi köçkünlər probleminin həllinə yardım edilməsi, tibbi, humanitar yardımın göstərilməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi və insan hüquqlarına riayət olunması üzrə polis və digər funksiyaların yerinə yetirilməsi, həmçinin BMT-nin Nizamnaməsinə uyğun olaraq beynəlxalq məcburi hərəkətlərin həyata keçirilməsi daxil ola bilər.

6.2. Azərbaycan Respublikası özünün hərbi və mülki heyətini göndərmədən də qida məhsulları, dərman vasitələri, habelə digər humanitar yardım, rabitə və nəqliyyat vasitələri və digər maddi-texniki ehtiyatları göndərməklə sülhməramlı əməliyyatlarda iştirak edə bilər.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver