Qanunvericilik › Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə (Tarif Şurasının qərarı, 30.06.2009) › Tam mətn

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə (Tarif Şurasının qərarı, 30.06.2009)

Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi barədə (Tarif Şurasının qərarı, 30.06.2009) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2008-ci il 30 dekabr tarixli 757-IIIQD nömrəli Qanunu və Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 9 fevral tarixli 50 nömrəli fərmanının 3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Tarif (qiymət) Şurası 2009-cu il 30 iyun tarixli iclasın protokoluna əsasən qərara alır:

1. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının bəzi qərarlarına aşağıdakı məzmunda dəyişikliklər və əlavələr edilsin:

1.1. “Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən göstərilən xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 03 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 14-cü, 15-ci, 16-cı və 17-ci bölmələri qüvvədən düşmüş hesab edilsin;

1.2. “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hüquqi və fiziki şəxslərə göstərilən xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 06 yanvar tarixli 05 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 1-5-ci bəndləri qüvvədən düşmüş hesab edilsin;

1.3. “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sistemində yerinə yetirilən işlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 02 fevral tarixli 09 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 5-ci bölməsi qüvvədən düşmüş hesab edilsin;

1.4. “Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 14 may tarixli 15 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 1-9-cu, 12-ci, 13-cü və 15-ci bəndləri qüvvədən düşmüş hesab edilsin;

1.5. “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti tərəfindən baytarlıq nəzarəti vacib olan obyektlərin mülkiyyətçilərinin vəsaiti hesabına maliyyələşdirilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 17 nömrəli qərarına aşağıdakı məzmunda əlavə və dəyişikliklər edilsin:

1.5.1. 1-ci bəndin cədvəl hissəsinin 1-ci bölməsinin 2-ci və 3-сü bəndləri, 2-ci bölməsinin 5-ci bəndi, 4-cü bölməsinin 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin;

1.5.2. 3-cü bölmənin 4-cü bəndinə aşağıdakı məzmunda 4.7-ci bənd əlavə edilsin:

Pestisidlərin, antibiotiklərin, mikotoksinlərin, nitrozaminlərin və histaminin immunoferment analiz (İFA) metodu ilə müayinəsi (hər biri ayrılıqda)

1.5.3. həmin bölməyə aşağıdakı məzmunda 8-ci və 9-cu bəndlər əlavə edilsin:

Polimer-zəncirvari reaksiya (PZR) vasitəsi ilə heyvan mənşəli məhsullarda və yem əlavələrində (qarğıdalı, soya və s.) test sisteminin tətbiqi zamanı genetik modifikasiyanın miqdarının təyini (hər biri ayrılıqda)

Həssas heyvanların leykoz xəstəliyinə görə diffuz presipitasiya reaksiyası ilə müayinəsi

1.5.4. 5-ci bölmənin 1-ci və 2-ci bəndləri aşağıdakı yeni redaksiyada verilsin və müvafiq xidmətlərin tarifləri aşağıdakı kimi müəyyən edilsin:

Baytarlıq preparatlarının ekspertizası

Baytarlıq preparatlarının təkrar ekspertizası

1.5.5. 5-ci bölmənin “Xidmətlərin adı” bəndinin 8.4-8.5-ci yarımbəndləri aşağıdakı yeni redaksiyada verilsin:

Kimya-farmasevtika preparatlarının sınaqdan keçirilməsi və arbitraj nümunələrinin saxlanması

Bioloji preparatların ekspertizadan keçirilməsi və arbitraj nümunələrinin saxlanması

1.6. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 18 nömrəli qərarının 1-ci bəndinin cədvəl hissəsinin 4-cü və 5-ci bölmələri qüvvədən düşmüş hesab edilsin;

1.7. “Səhiyyə Nazirliyinin təsərrüfat subyektləri tərəfindən dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatına alınması xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2007-ci il 26 iyul tarixli 20 nömrəli qərarına aşağıdakı məzmunda dəyişikliklər və əlavələr edilsin:

1.7.1. Qərarın adında və 1-ci bənddə “dövlət qeydiyyatına alınması” sözləri “ekspertizası” sözü ilə əvəz edilsin;

1.7.2. 1-ci bəndin I bölməsindən “dövlət qeydiyyatına alınması məqsədi ilə” sözü çıxarılsın, o cümlədən “ekspertizanın” sözü “ekspertizasının” sözü ilə əvəz edilsin;

1.7.3. 1-ci bəndin I bölməsinin cədvəl hissəsinin 1.1-ci bölməsində “qeydiyyata alınmış” sözləri çıxarılsın;

1.7.4. 1-ci bəndin I bölməsinin cədvəl hissəsinin 2-ci bölməsində “yenidən qeydiyyata alınması məqsədi ilə” sözləri “təkrar” sözü ilə əvəz edilsin;

1.7.5. 1-ci bəndin I bölməsinin cədvəl hissəsinin 3-cü və 4-cü bölmələri çıxarılsın;

1.7.6. 1-ci bəndin II bölməsi aşağıdakı yeni redaksiyada verilsin və müvafiq xidmətlərin tarifləri aşağıdakı kimi müəyyən edilsin:

“II. Ölkəyə idxal olunan dərman preparatlarının ekspertizasının tarifləri

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Holoqramı (15 ml)

1.8. “Küçə reklamlarının yerləşdirilməsi və yayımı üçün reklam tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2008-ci il 30 iyul tarixli 07 nömrəli qərarının 1-ci bəndi qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının aşağıdakı qərarları qüvvədən düşmüş hesab edilsin:

2.1. “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göstərilən yeni xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 05 nömrəli qərarı;

2.2. “Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət xidmətlərin tarifləri barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 12 aprel tarixli 07 nömrəli qərarı;

2.3. “Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən göstərilən xidmətlərin tariflərinə baxılması barədə” Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının 2006-cı il 28 sentyabr tarixli 15 nömrəli qərarı.

3. Bu qərarın 1.5.2-ci, 1.5.3-cü, 1.5.5-ci və 1.7.6-cı bəndləri 2009-cu il 1 iyul tarixindən, digər bəndləri isə Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 9 fevral tarixli 50 nömrəli fərmanına uyğun olaraq 2009-cu il 9 fevral tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının sədri

Bakı şəhəri, 30 iyun 2009-cu il

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver