Qanunvericilik › Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin tənzimlənməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 27.10.2025) › Tam mətn

Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin tənzimlənməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 27.10.2025)

Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflərin tənzimlənməsi haqqında (Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, 27.10.2025) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 2 sentyabr tarixli 2315 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 12 sentyabr tarixli 767s nömrəli Sərəncamının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə”nin 3.0.7-ci yarımbəndini və 5.11-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası

1. “Azərbaycan Respublikasının ümumistifadəli telekommunikasiya şəbəkəsində nömrə resurslarının ayrılması və istifadəsi üzrə tariflər” təsdiq edilsin (əlavə olunur).

2. Hüquq şöbəsi bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

3. Bu Qərar Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən qüvvəyə minir və 2028-ci il 1 yanvar tarixinə kimi qüvvədədir.

rəqəmsal inkişaf və nəqliyyat naziri

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasının 2025-ci il 27 oktyabr tarixli 3-27/3-7-13/2025 nömrəli qərarı ilə təsdiq edilmişdir.

digər inzibati ərazi vahidlərində

Sabit telefon telekommunikasiya şəbəkəsi üçün 2 və ya 3 rəqəmli coğrafi zona kodunun ayrılması

Sellülar (mobil) telefon telekommunikasiya şəbəkəsi üçün 2 və ya 3 rəqəmli coğrafi kodun ayrılması

Sellülar (mobil) telefon telekommunikasiya şəbəkəsi üçün qeyri-coğrafi nömrə resursunun ayrılması (2 rəqəmli koddan sonra gələn 1 milyonluq nömrə resursunun hər bir nömrəsi üçün)

Sabit telefon telekommunikasiya şəbəkəsi və sellülar (mobil) telefon telekommunikasiya şəbəkəsi üçün 3 (üç), 4 (dörd) və 5 (beş) rəqəmli qeyri-coğrafi nömrə resursunun ayrılması

Beynəlxalq nöqtə (point) kodunun ayrılması

Milli nöqtə (point) kodunun ayrılması

Sellülar (mobil) telefon telekommunikasiya şəbəkə kodunun ayrılması (MNC)

Data şəbəkə identifikasiya kodunun ayrılması (DNIC)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver