Qanunvericilik › "Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.03.2005) › Tam mətn

"Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.03.2005)

"Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları"nın təsdiq edilməsi barədə (Nazirlər Kabinetinin qərarı, 30.03.2005) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

“Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 92 nömrəli Fərmanının 1.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

Bakı şəhəri, 30 mart 2005-ci il

1. Bu Qaydalar “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 19 iyul tarixli 92 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarını müəyyən edir.

2. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının dövlət hakimiyyəti ali orqanlarının rəhbərləri, ali hərbi rütbələrə malik olan şəxslər, “Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adları verilmiş, Azərbaycan Respublikasının “Qarabağ” ordeni, “Zəfər” ordeni və “Şah İsmayıl” ali hərbi ordeni ilə təltif olunmuş şəxslər vəfat etdikdə (həlak olduqda), “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə uyğun olaraq, hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər vəfat etdikdə (həlak olduqda), onlara müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada hərbi ehtiram göstərilir.

3. Hərbi ehtiram göstərilən zaman tabut Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtülür.

Cənazə məzara qoyulmamışdan əvvəl Azərbaycan Respublikasının Dövlət bayrağı fəxri qarovulun rəisi tərəfindən götürülür, fəxri qarovul üzvlərinin iştirakı ilə, aypara və səkkizguşəli ulduz təsviri yuxarıda olmaqla, düzbucaqlı üçbucaq şəklində qatlanılır.

4. Dəfn mərasiminin yekununda dəfn komissiyasının rəhbəri, komissiya yaradılmadıqda isə fəxri qarovulun rəisi Azərbaycan Respublikasının Dövlət bayrağını mərhumun ailə üzvlərindən birinə təqdim edir.

1. 26 aprel 2016-cı il tarixli 170 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 5 may 2016-cı il, № 96, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 825)

2. 15 iyul 2021-ci il tarixli 209 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 16 iyul 2021-ci il, № 147, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 871)

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver