Azərbaycan RESPUBLİKASI NAZİRLƏR Kabİnetİn Qərarı
“Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin təsdiq edilməsi barədə “Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının vergi orqanlarında istifadə olunan xüsusi vasitələrin, xidməti silah və onlar üçün sursatın siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 26 sentyabr 2001-ci il
9 mm-lik tapança patronu;
5.45 mm-lik tapança patronu;
7.62 mm-lik tapança patronu.
Qeyd. Siyahıda göstərilən xüsusi vasitələr, xidməti silah və onlar üçün sursatların mənşə ölkəsindən asılı olmayaraq analoji növlərindən istifadə edilə bilər.
1. 19 may 2014-cü il tarixli 154 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 581)