AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİNİN KOLLEGİYASININ QƏRARI
Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər üzrə inzibati reqlamentlərin təsdiq edilməsi haqqında
Rəsmi dərc edildiyi mənbə
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı üzrə indeks kodu
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix
“Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanının 2-1-ci hissəsinin, “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli Qərarının 5.1-ci bəndinin, “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 2016-cı il 4 avqust tarixli 2257 nömrəli Sərəncamının 2.11-ci bəndinin icrasının təmin edilməsi, habelə bir sıra elektron xidmətlər üzrə inzibati reqlamentlərin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədi ilə, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 17-ci hissəsini rəhbər tutaraq Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyası
1. Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən göstərilən aşağıdakı elektron xidmətlər üzrə inzibati reqlamentlər təsdiq edilsin:
1.1. “Fiziki şəxslərin vergi uçotuna alınması” elektron xidməti üzrə inzibati reqlament (1 nömrəli əlavə);
1.2. “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament (2 nömrəli əlavə);
1.3. “Vergi borcu barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament (3 nömrəli əlavə);
1.4. “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament (4 nömrəli əlavə);
1.5. “Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament (5 nömrəli əlavə);
1.6. “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament (6 nömrəli əlavə);
1.7. “Hazır sənəd barədə məlumatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament (7 nömrəli əlavə);
1.8. “Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması” elektron xidməti üzrə inzibati reqlament (8 nömrəli əlavə).
2. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli 1217050000004800 nömrəli Qərarının 1.7-ci, 1.37-ci, 1.40-cı və 1.43-cü bəndləri ləğv edilsin;
3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 19.05.2015-ci il tarixli 1517050000004800 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
3.1. Adında “və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri üzrə inzibati reqlamentlərin” sözləri “elektron xidməti üzrə inzibati reqlamentin” sözləri ilə əvəz edilsin;
3.2. 2-ci hissədə “və “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidmətləri üzrə inzibati reqlamentlər” sözləri “elektron xidməti üzrə inzibati reqlament” sözləri ilə əvəz edilsin.
3.3. həmin qərarla təsdiq edilmiş “Fərdi sahibkarların onlayn qeydiyyatı” elektron xidməti üzrə inzibati reqlament ləğv edilsin.
4. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq departamentinə tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsini təmin etsin.
5. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət və şəffaf vergi partnyorluğu departamentinə tapşırılsın ki, bu Qərarla təsdiq edilmiş inzibati reqlamentlərin Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsini təmin etsin.
Vergilər nazirinin birinci müavini,
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Fiziki şəxslərin vergi uçotuna alınması.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin (bundan sonra – istifadəçi) Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş gücləndirilmiş elektron imza ilə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (bundan sonra – Çağrı Mərkəzi) müraciəti əsasında vergi uçotuna alınmasını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri, Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, “Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə” 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.4-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.6.1. İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə göstərilən xidmət tam avtomatlaşdırılmışdır;
1.6.2. Çağrı Mərkəzi vasitəsi ilə göstərilən xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti:
1.7.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fiziki şəxslərin onlayn vergi uçotuna alınması dərhal həyata keçirilir.
1.7.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsindən, icraçının (Çağrı Mərkəzinin təmsilçisinin) həmin məlumatları sistemə daxil etməsindən, istifadəçinin Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (bundan sonra - ASXM) tərəfindən verilən gücləndirilmiş elektron imza olan Asan imza (bundan sonra – Asan imza) vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5-10 dəqiqədir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Fiziki şəxs vergi uçotuna alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir və müvafiq şəhadətnamə onlar üçün İnternet Vergi İdarəsi Portalında ayrıca yaradılmış elektron ünvana (bundan sonra – elektron ünvan) real vaxt rejimində göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri:
2.3.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş fiziki şəxslər.
2.3.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən Asan imza əldə etmiş fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:
1. https://www.e-taxes.gov.az;
2. https://www.e-gov.az;
3. https://www.taxes.gov.az;
4. https://www.dxr.az.
2.4.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, Çağrı Mərkəzi (195-1).
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. https://www.taxes.gov.az;
2.5.2. https://www.e-gov.az;
2.5.3. https://www.e-taxes.gov.az;
2.5.4. https://asanimza.az;
2.5.5. https://www.dxr.az;
2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;
2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.8. Çağrı Mərkəzi (195-1).
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması:
2.6.1. elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: şəxsiyyəti təsdiq edən sənəddə qeyd edilmiş fərdi idenfikasiya nömrəsi (bundan sonra - FİN) istifadəçi tərəfindən sistemə daxil edilir.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması:
3.1.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:
1. İstifadəçi bu Reqlamentin 2.4-cü bəndində qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından “Fiziki şəxslərin vergi uçotuna alınması” xidmət növünü seçdikdən sonra gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olur;
2. “Yeni müraciət” düyməsini sıxır, “müraciətin növü” bölməsində “Ərizə”, “Sənədin növü” bölməsində “Fiziki şəxsin uçotu”nu seçir və “Qəbul” düyməsini sıxır;
3. İstifadəçi açılan ekranda ərizə (“Fiziki şəxsin vergi uçotu haqqında ərizəsi”nin elektron forması) üzrə tələb edilən məlumatları, o cümlədən şəxsiyyəti təsdiq edən sənəddə qeyd edilmiş FİN-ni daxil edir;
4. Daxil edilmiş məlumatların yoxlanması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda “İmzala və göndər” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi sıxılır.
3.1.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:
1. İstifadəçi Çağrı Mərkəzinə (195-1) zəng etməklə müraciət edir;
2. İstifadəçi Asan imzanın bağlı olduğu mobil telefon nömrəsini (bundan sonra - mobil telefon nömrəsi) təqdim edir;
3. İstifadəçi kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə mobil telefona gəlmiş SMS-lə tanış olduqdan sonra Asan imza PİN2 kodunu daxil edir;
4. İstifadəçi tərəfindən təqdim edilən məlumatlar əsasında “Fiziki şəxsin vergi uçotu haqqında” ərizə Çağrı Mərkəzinin təmsilçisi tərəfindən doldurulur;
5. İstifadəçinin mobil telefon nömrəsinə ərizədə qeyd olunan məlumatlar barədə SMS göndərilir;
6. İstifadəçi SMS-lə tanış olduqdan sonra yoxlama kodunu təsdiqləyir və Asan imza PİN2 kodunu daxil etməklə ərizəni imzalayır.
3.1.2. Sorğunun qəbulu:
3.1.2.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:
1. İstifadəçi ərizəni imzaladıqdan sonra ekrana fiziki şəxsin vergi uçotuna alınması barədə “Bildiriş” çıxır, həmin “Bildiriş”i çap etmək üçün “Çap”, bağlamaq üçün isə “Bağla” düymələrindən biri sıxılır. Bu “Bildiriş”də fiziki şəxsin vergi uçotuna alınması və ona verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumat əks olunur.
2. Fiziki şəxs vergi uçotuna alındıqdan sonra fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə istifadəçinin elektron ünvanına göndərilir;
3. İstifadəçi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməni PDF formatında görmək üçün ekrandakı linki tıklayır. Bu zaman fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə ekrana çıxır.
3.1.2.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:
1. Əməliyyat başa çatdıqdan sonra istifadəçinin mobil telefonuna fiziki şəxsin vergi uçotuna alınması və ona verilmiş vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə SMS və elektron ünvana ərizənin göndərilməsinin “Əməliyyat tarixçəsi” barədə məlumat, fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə göndərilir;
2. İstifadəçi fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnaməni PDF formatında görmək üçün ekrandakı linki tıklayır. Bu zaman fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə ekrana çıxır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə,
1. Azərbaycan Respublikası vətəndaşının, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəddə qeyd edilmiş FİN üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və ya Dövlət Miqrasiya Xidmətinin informasiya sistemlərinə göndərilmiş sorğu üzrə müvafiq məlumatlar əldə edilmədikdə (şəxsiyyəti təsdiq edən sənəd müəyyən edilmədikdə);
2. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmadıqda;
3. Qanunla yalnız hüquqi şəxslərin məşğul ola biləcəyi fəaliyyət növləri seçildikdə.
3.2.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə,
1. Azərbaycan Respublikası vətəndaşının, əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəddə qeyd edilmiş FİN üzrə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və ya Dövlət Miqrasiya Xidmətinin informasiya sistemlərinə göndərilmiş sorğu üzrə müvafiq məlumatlar əldə edilmədikdə (şəxsiyyəti təsdiq edən sənəd müəyyən edilmədikdə);
2. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmadıqda;
3. Qanunla yalnız hüquqi şəxslərin məşğul ola biləcəyi fəaliyyət növləri seçildikdə;
4. Mobil telefon nömrəsi səhv bildirildikdə və ya həmin nömrə ilə bağlı nasazlıq olduqda;
5. Müraciət edən şəxs Asan imzaya sahib olmadıqda;
6. Mobil telefon nömrəsində Asan imza xidməti aktiv olmadıqda;
7. Ərizədə qeyd edilməli olan məlumatlar dəqiq bildirilmədikdə;
8. Müraciət iş vaxtı (həftənin iş günləri, saat 09:00-18:00) edilmədikdə.
3.2.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda fiziki şəxs uçota alınır və ona fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:
1. Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Vergilər Nazirliyi;
2. Şəxsiyyət vəsiqəsi məlumatlarına əsasən Azərbaycan Respublikası vətəndaşının müəyyən edilməsi (identikləşdirilməsi), məsul şəxs - Daxili İşlər Nazirliyinin məlumat bazası (İAMAS);
3. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi və ya Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi məlumatlarına əsasən əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin müəyyən edilməsi (identikləşdirilməsi), məsul şəxs - Dövlət Miqrasiya Xidmətinin məlumat bazası;
4. Ərizə üzrə tələb edilən məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçi;
5. Fiziki şəxsin vergi uçotuna alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin (VÖEN) verilməsi, məsul şəxs - Vergilər Nazirliyi;
6. Fiziki şəxsə verilmiş sahibkarlıq uçotu haqqında şəhadətnamənin onun elektron ünvanına göndərilməsi, məsul şəxs - Vergilər Nazirliyi;
3.3.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:
1. Mobil telefon nömrəsinin təqdim edilməsi, məsul şəxs- istifadəçi;
2. Mobil telefon nömrə məlumatlarının sistemdə yoxlanılması, məsul şəxs - Vergilər Nazirliyi;
3. Kimliyin müəyyən olunması və xidmətdən istifadənin təsdiqlənməsi üçün Asan imza PİN2 kodunun daxil edilməsi, məsul şəxs – istifadəçi;
4. Ərizə üzrə tələb edilən məlumatların düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçi;
5. Ərizənin vergi orqanına göndərilməsi üçün Asan imza PİN2 kodunu daxil etməklə ərizənin imzalanması, məsul şəxs – istifadəçi;
6. Fiziki şəxsin vergi uçotuna alınması və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi barədə istifadəçiyə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;
7. Əməliyyat başa çatdıqdan sonra istifadəçinin elektron ünvanına ərizənin göndərilməsinin “Əməliyyat tarixçəsi” barədə məlumatın, fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamənin göndərilməsi, məsul şəxs-Vergilər Nazirliyi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
3.3.2.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə fiziki şəxslərin onlayn vergi uçotuna alınması dərhal həyata keçirilir.
3.3.2.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin icra müddəti tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsindən, icraçının (Çağrı Mərkəzinin təmsilçisinin) həmin məlumatları sistemə daxil etməsindən, istifadəçinin Asan imza vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 5-10 dəqiqədir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Fiziki şəxs vergi uçotuna alınaraq ona vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilir. Fiziki şəxsin sahibkarlıq uçotu haqqında şəhadətnamə onun elektron ünvanına göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir;
3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Çağrı Mərkəzi (195-1) vasitəsilə həyata keçirilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər;
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi ödəyicilərinin (bundan sonra – istifadəçi) Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə və ya Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (bundan sonra – Çağrı Mərkəzi) müraciəti əsasında bank idarələrində hesabların açılması məqsədi ilə müvafiq ərizənin elektron qaydada göndərilməsini və həmin ərizə əsasında şəhadətnamə-dublikatın verilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 35-ci maddəsi, Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Prezidentinin 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri və vergi inzibatçılığının təkmilləşdirilməsi barədə 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.7-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi:
1.6.1. İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə göstərilən xidmət tam avtomatlaşdırılmışdır;
1.6.2. Çağrı Mərkəzi vasitəsi ilə göstərilən xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Şəhadətnamə-dublikat, müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra 2 gündən gec olmayaraq verilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Şəhadətnamə-dublikat elektron qaydada vergi ödəyicisinin ərizəsində qeyd edilmiş müvafiq bankın informasiya sisteminə göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri:
2.3.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və vergi ödəyicisi ilə vergi orqanı arasında “Elektron sənəd mübadiləsi haqqında” müqavilə əsasında istifadəçi kodu, parol və şifrə və ya Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş şəxslər.
2.3.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almış və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilmiş gücləndirilmiş elektron imza olan Asan imza (bundan sonra – Asan imza) əldə etmiş şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:
1. http://www.e-taxes.gov.az;
2. http://www.e-gov.az;
3. http://www.taxes.gov.az;
4. https://www.dxr.az.
2.4.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, Çağrı Mərkəzi (195-1).
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. https://www.taxes.gov.az;
2.5.2. http://www.e-gov.az;
2.5.3. https://www.e-taxes.gov.az;
2.5.4. https://asanimza.az;
2.5.5. https://www.dxr.az;
2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;
2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.8. Çağrı Mərkəzi (195-1).
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması:
3.1.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə,
1. İstifadəçi bu Reqlamentin 2.4-cü bəndində qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” xidmət növünü seçdikdən sonra Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə və ya gücləndirilmiş elektron imza vasitəsi ilə İnternet Vergi İdarəsi Portalının “Onlayn kargüzarlıq və E-VHF” bölməsinə daxil olur;
2. İstifadəçi “Yeni müraciət” düyməsini sıxır, “Kimə” siyahısından “Vergilər Nazirliyi”, “müraciətin növü” siyahısından “Ərizə”, “Sənədin növü” siyahısından “Şəhadətnamə-dublikatın alınması üçün ərizə”ni seçir və “Qəbul” düyməsi sıxılır;
3. İstifadəçi açılan ekranda ərizə (“Şəhadətnamə-dublikatın alınması üçün ərizə”nin elektron forması) üzrə tələb edilən məlumatları daxil edir;
4. Daxil edilmiş məlumatların yoxlanması üçün təsdiqləmə ekranı gəlir. İstifadəçi məlumatların doğruluğuna əmin olduqda “Qəbul” düyməsini sıxır. Əks halda, imtina etmək üçün “İmtina” düyməsi sıxılır.
3.1.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:
1. İstifadəçi Çağrı Mərkəzinə (195-1) zəng etməklə müraciət edir;
2. İstifadəçi Asan imzanın bağlı olduğu mobil telefon nömrəsini (bundan sonra - mobil telefon nömrəsi) təqdim edir;
3. İstifadəçi kimliyinin müəyyənləşdirilməsi məqsədi ilə mobil telefona gəlmiş SMS-lə tanış olduqdan sonra Asan imza PİN2 kodunu daxil edir;
4. İstifadəçi tərəfindən təqdim edilən məlumatlar əsasında “Şəhadətnamə-dublikatın alınması üçün ərizə” Çağrı Mərkəzinin təmsilçisi tərəfindən doldurulur;
5. İstifadəçinin mobil telefon nömrəsinə ərizədə qeyd olunan məlumatlar barədə SMS göndərilir;
6. İstifadəçi SMS-lə tanış olduqdan sonra yoxlama kodunu təsdiqləyir və Asan imza PİN2 kodunu daxil etməklə ərizəni imzalayır.
3.1.2. Sorğunun qəbulu:
1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə, istifadəçi ərizəni imzaladıqdan sonra ekrana bankda hesab açılması məqsədilə Şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə “Bildiriş” çıxır, həmin bildirişi çap etmək üçün “Çap”, bağlamaq üçün isə “Bağla” düymələrindən biri sıxılır. İstifadəçi İnternet Vergi İdarəsi Portalında vergi ödəyicisi üçün ayrıca yaradılmış elektron ünvanda (bundan sonra – elektron ünvan) ərizə və ərizənin təqdim olunması ilə bağlı bildirişlə, habelə ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi ilə tanış ola bilər.
2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, əməliyyat başa çatdıqdan sonra istifadəçinin mobil telefonuna bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə SMS və elektron ünvana ərizənin göndərilməsinin “Əməliyyat tarixçəsi” barədə məlumat göndərilir. İstifadəçi elektron ünvanda ərizə və ərizənin təqdim olunması ilə bağlı bildirişlə, habelə ərizənin göndərilməsi üzrə əməliyyat tarixçəsi ilə tanış ola bilər.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları:
3.2.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə, ərizə təqdim edən vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda;
3.2.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:
1. Vergi ödəyicisinin dövlət büdcəsinə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda;
2. Mobil telefon nömrəsi səhv bildirildikdə və ya həmin nömrə ilə bağlı nasazlıq olduqda;
3. Müraciət edən şəxs Asan imzaya sahib olmadıqda;
4. Mobil telefon nömrəsində Asan imza xidməti aktiv olmadıqda;
5. Ərizədə qeyd edilməli olan məlumatlar dəqiq bildirilmədikdə;
6. Müraciət iş vaxtı (həftənin iş günləri, saat 09:00-18:00) edilmədikdə.
3.2.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda vergi ödəyicisinin ərizəsi qəbul olunur və onun əsasında vergi ödəyicisinə şəhadətnamə-dublikat verilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:
1. İstifadəçi kodu, şifrə və parola görə fiziki şəxsin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Vergilər Nazirliyi;
2. Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- Vergilər Nazirliyi;
3. Ərizə üzrə tələb olunan məlumatların düzgün daxil edilməsi, məsul şəxs – İstifadəçi;
4. Bankda hesab açılması məqsədilə “Şəhadətnamə-dublikatın alınması üçün ərizə”nin qəbul edilməsi barədə “Bildiriş”in göndərilməsi, məsul şəxs - Vergilər Nazirliyi;
5. Şəhadətnamə-dublikatın verilməsi, məsul şəxs - Vergilər Nazirliyi;
3.3.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat aşağıdakı kimidir:
1. Mobil telefon nömrəsinin təqdim edilməsi, məsul şəxs- istifadəçi;
2. Mobil telefon nömrə məlumatlarının sistemdə yoxlanılması, məsul şəxs - Vergilər Nazirliyi;
3. Kimliyin müəyyən olunması və xidmətdən istifadənin təsdiqlənməsi üçün Asan imza PİN2 kodunun daxil edilməsi, məsul şəxs – istifadəçi;
4. Ərizə üzrə tələb edilən məlumatların düzgün təqdim edilməsi, məsul şəxs – istifadəçi;
5. Ərizənin vergi orqanına göndərilməsi üçün Asan imza PİN2 kodunu daxil etməklə ərizənin imzalanması, məsul şəxs – istifadəçi;
6. Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizənin qəbul edilməsi barədə istifadəçiyə SMS-in göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;
7. Əməliyyat başa çatdıqdan sonra istifadəçinin elektron ünvanına ərizənin göndərilməsinin “Əməliyyat tarixçəsi” barədə məlumatın göndərilməsi, məsul şəxs-Vergilər Nazirliyi;
8. Şəhadətnamə-dublikatın verilməsi, məsul şəxs - Vergilər Nazirliyi;
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti:
1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə, Şəhadətnamə-dublikatın alınması üçün elektron ərizənin doldurularaq təqdim edilməsi istifadəçinin əməliyyatları aparması tezliyindən asılı olaraq yerinə yetirilir. Şəhadətnamə-dublikat isə müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra 2 gündən gec olmayaraq verilir.
2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, Şəhadətnamə-dublikatın alınması üçün elektron ərizə üzrə tələb olunan məlumatların istifadəçi tərəfindən təqdim edilməsi, Çağrı Mərkəzinin təmsilçisi tərəfindən həmin məlumatların sistemə daxil edilməsi, məlumatların düzgünlüyünün müraciət etmiş şəxs tərəfindən təsdiq edilməsi tezliyindən asılı olaraq yerinə yetirilir. Şəhadətnamə-dublikat isə müvafiq ərizə elektron qaydada vergi orqanına göndərildikdən sonra 2 gündən gec olmayaraq verilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Vergi ödəyicisinin “Şəhadətnamə-dublikatın alınması üçün ərizə”si qəbul olunur və ərizənin əsasında bankda hesabın açılması üçün şəhadətnamə-dublikat verilir. Şəhadətnamə-dublikat elektron qaydada vergi ödəyicisinin ərizəsində qeyd edilmiş müvafiq bankın informasiya sisteminə göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə onlayn qaydada nəzarət edilir;
3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Çağrı Mərkəzi (195-1) vasitəsi ilə həyata keçirilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər;
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır;
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Vergi borcu barədə məlumatın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsi ilə istifadəçilər Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (bundan sonra - Çağrı Mərkəzi) (195-1) zəng edərək və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyinin (bundan sonra - Vergilər Nazirliyi) rəsmi internet səhifəsində vergi ödəyicisinin VÖEN-ni daxil edərək dövlət büdcəsinə olan vergi borcu barədə məlumat əldə edirlər.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.12-ci və 30.2.5-ci maddələri; “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi; Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.51-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icrası istifadəçinin tələb olunan məlumatları sistemə daxil edərək təsdiqlənməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq dərhal həyata keçirilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcu barədə məlumat əldə edir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:
1. https://www.taxes.gov.az;
2. https://www.e-taxes.gov.az;
3. https://www.e-gov.az;
4. https://www.dxr.az.
2.4.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə, Çağrı Mərkəzi (195-1).
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. https://www.taxes.gov.az;
2.5.2. https://www.e-taxes.gov.az;
2.5.3. https://www.e-gov.az;
2.5.4. https:// www.dxr.az;
2.5.5. Çağrı Mərkəzi (195-1);
2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;
2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.8. Vergilər qəzeti;
2.5.9. office@taxes.gov.az.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu,
3.1.1. Sorğunun formalaşdırılması:
3.1.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə, istifadəçi tərəfindən bu Reqlamentin 2.4-cü bəndində qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından “Vergi borcu barədə məlumatın verilməsi” xidmət növü seçilir. Bu zaman açılan ekranda “VÖEN” qrafasına vergi ödəyicisinin VÖEN-i daxil edilərək “Yoxla” düyməsi sıxılmaqla vergi borcunun olub-olmaması barədə məlumat əldə olunur.
3.1.1.2. Elektron xidmət Çağrı Mərkəzi (195-1) vasitəsi ilə həyata keçirildikdə:
1. İş saatlarında 195 nömrəsinə zəng etmiş istifadəçi 1 düyməsini sıxmaqla Vergilər Nazirliyinə qoşulur, vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcu barədə məlumat almaq üçün 3 düyməsini sıxır, daha sonra isə müvafiq dildə məlumat almaq üçün seçdiyi dilə uyğun olan düyməni seçir, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) yığmaqla (daxil etməklə) “#” düyməsini sıxır.
2. Qeyri-iş saatlarında 195 nömrəsinə zəng etmiş istifadəçi 1 düyməsini sıxmaqla Vergilər Nazirliyinə qoşulur, müvafiq dildə məlumat almaq üçün seçdiyi dilə uyğun olan düyməni seçir, daha sonra vergi ödəyicisinin vergi borcu barədə məlumat almaq üçün 2 düyməsini, vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) daxil etməklə “#” düyməsini sıxır.
3.1.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş əməliyyatlar düzgün aparılaraq vergi ödəyicisinin eyniləşdirmə nömrəsi düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş əməliyyatları düzgün aparmadıqda, habelə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini düzgün daxil etmədikdə sorğu qəbul edilmir. Əməliyyatların düzgün aparılmaması, səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş əməliyyatlar düzgün aparılaraq vergi ödəyicisinin eyniləşdirmə nömrəsi düzgün daxil edildikdə sorğu qəbul olunur və istifadəçi vergi ödəyicisinin vergi borcu barədə məlumat əldə edir.
3.3. Sorğunun icrası.
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə:
1. İstifadəçinin bu reqlamentin 2.4-cü bəndində göstərilən internet səhifələrindən birinə daxil olaraq müvafiq bölmədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsini daxil etməsi, məsul şəxs - istifadəçi;
2. Vergi borcu barədə məlumatın təqdim olunması, məsul şəxs - Vergilər Nazirliyi;
3.3.1.2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə:
1. Çağrı Mərkəzinə telefon vasitəsi ilə müraciət edilməsi, məsul şəxs – istifadəçi;
2. Bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş əməliyyatların aparılaraq vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin daxil edilməsi, məsul şəxs - istifadəçi;
3. Vergi borcu barədə məlumatın verilməsi, məsul şəxs - Vergilər Nazirliyi;
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmət istifadəçinin tələb olunan məlumatları sistemə daxil edərək təsdiqlənməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq dərhal həyata keçirilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun məbləği ekranda göstərilir;
2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə vergi ödəyicisinin dövlət büdcəsinə olan vergi borcunun məbləği telefonda səslənir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması:
1. Elektron xidmət İnternet Vergi İdarəsi Portalı vasitəsi ilə həyata keçirildikdə elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir;
2. Elektron xidmət Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirildikdə aparılan proseslərə Çağrı Mərkəzi tərəfindən nəzarət edilir.
3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə və Çağrı Mərkəzi vasitəsi ilə həyata keçirilir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.6.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
3.6.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.6.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Fiziki və hüquqi şəxslərlə sual-cavab.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir. Bu xidmət vasitəsi ilə verilən cavablar vergi qanunvericiliyi və inzibatçılığı sahəsində izahedici xarakteri daşıyır.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15-ci və 24-cü maddələri, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 8.2-ci və 8.4-cü bəndləri, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də “Elektron xidmət növlərinin Siyahısı”nın 7.54-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Bu xidmət vasitəsi ilə fiziki və hüquqi şəxslər vergi qanunvericiliyi və inzibatçılığına aid məsələlərlə bağlı Azərbaycan Respublikasının Vergilər Nazirliyindən cavab əldə edir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Fiziki və ya hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. https://www.taxes.gov.az;
2.4.2. https://www.e-taxes.gov.az;
2.4.3. https://www.e-gov.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. https://www.taxes.gov.az;
2.5.2. https://www.e-taxes.gov.az;
2.5.3 https://www.e-gov.az;
2.5.4. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);
2.5.5. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);
2.5.6. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.7. Vergilər qəzeti;
2.5.8. office@taxes.gov.az.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu elektron xidmətin göstərilməsi üçün hər hansı bir sənədin təqdim edilməsi tələb olunmur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən bu Reqlamentin 2.4-cü bəndində qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından “Fiziki və hüquqi şəxslərlə sual-cavab” xidmət növü seçildikdən sonra açılmış pəncərədə “Sizin sual” bölməsinə daxil olmaqla sualın verilməsi ilə bağlı şərtlərlə tanış olunur. Bundan sonra növbəti açılmış pəncərədə təqdim olunmuş forma üzrə “Adınız”, “Soyadınız”, “Atanızın adı”, “Şəhər (rayon)”, “Ünvanınız və ya işlədiyiniz yer”, “Telefon nömrəsi”, “e-mail”, “VÖEN” (olduğu halda), “Sualınız” qrafaları doldurulur. (*) işarəsi qeyd olunan qrafalar mütləq doldurulmalıdır. Bütün qrafalar doldurulduqdan sonra “Gizli kod” daxil edilərək “Göndər” düyməsi sıxılır.
3.1.2. Sorğunun qəbulu: Müraciət onlayn qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinin elektron ünvanına daxil olur.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi tərəfindən 3.1.1-ci yarımbənddə qeyd olunan qrafalardan ((*) işarəsi ilə qeyd olunmayan qrafalar istisna olmaqla) hər hansı biri doldurulmadıqda sorğunun qəbul edilməsindən imtina olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. Təqdim olunmuş forma üzrə müvafiq qrafaların doldurularaq sualın göndərilməsi, məsul şəxs - istifadəçi;
2. Sualın cavablandırılması, məsul şəxs - Vergilər Nazirliyi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Reqlamentin 1.7-ci bəndinə uyğun olaraq yerinə yetirilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin yerinə yetirilməsi nəticəsində istifadəçinin müraciəti cavablandırılaraq bu Reqlamentin 2.4.1-ci yarımbəndində qeyd edilən internet səhifəsinin “Sual-cavab” bölməsində yerləşdirilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.4.2. Nəzarət qaydası: Bu xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir və bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət edə bilər. Şikayətin verilməsi və baxılması qaydası aşağıdakı kimidir:
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Asan imza istifadəçi İD-sinin dəyişdirilməsi
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzləri (bundan sonra - ASXM) tərəfindən verilmiş gücləndirilmiş elektron imza olan Asan imza (bundan sonra – Asan imza) vasitəsi ilə AsanDoc proqram təminatında və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (bundan sonra – Çağrı Mərkəzi) müraciət etməklə Asan imza istifadəçi İD-sinin (bundan sonra İstifadəçi İD-si) dəyişdirilməsini əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanunu, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Prezidentinin “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli 2257 nömrəli Sərəncamının 2.11-ci bəndi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.63-cü bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikası Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırma səviyyəsi: Qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmətin icra müddəti istifadəçinin Asan imza vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və əməliyyatların informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq 3 - 5 dəqiqədir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: İstifadəçi tərəfindən təsdiqlənmiş İstifadəçi İD-sinin dəyişdirilməsi barədə məlumat internet və ya vergi orqanı tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (bundan sonra - AVİS) vasitəsi ilə ASXM-in məlumat bazasına göndərilir və İstifadəçi İD-si dəyişdirilir. İstifadəçi Çağrı Mərkəzinə müraciət etməklə xidmətdən istifadə etdikdə dəyişikliklə bağlı məlumat istifadəçinin Asan imzanın bağlı olduğu mobil telefon nömrəsinə göndərilir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununun müddəalarına əsasən ASXM-dən Asan imza əldə etmiş şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. https://www.taxes.gov.az;
2.4.2. https://www.e-gov.az;
2.4.3. https://www.dxr.az;
2.4.4. AsanDoc proqram təminatı;
2.4.5. Çağrı Mərkəzi (195-1).
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. https://www.taxes.gov.az;
2.5.2. https://www.e-taxes.gov.az;
2.5.3. https://www.e-gov.az;
2.5.4. https://www.dxr.az;
2.5.5. https://asanimza.az;
2.5.6. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);
2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.8. Çağrı Mərkəzi (195-1);
2.5.9. Vergilər qəzeti;
2.5.10. office@taxes.gov.az.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Bu xidmətin göstərilməsi üçün hər hansı sənəd tələb olunmur.
2.7. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Yoxdur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu: İstifadəçi Asan imzaya malik olmalıdır.
3.1.1. Sorğunun formalaşdırılması:
3.1.1.1. İstifadəçi https://asanimza.az internet səhifəsindən yüklənmiş AsanDoc proqram təminatında İstifadəçi İD-sinin dəyişdirilməsi üçün mövcud İstifadəçi İD-sini və yeni İstifadəçi İD-sini müvafiq xanalara qeyd edir və mobil telefonda PİN1 daxil etməklə əməliyyatı təsdiqləyir. Əməliyyatın sonunda İstifadəçi İD-sinin müvəffəqiyyətlə dəyişdirilməsi barədə məlumat ekranda əks olunur.
3.1.1.2. İstifadəçi Çağrı Mərkəzinə müraciət etməklə xidmətdən istifadə etdikdə sorğu aşağıdakı ardıcıllıqla həyata keçirilir:
1. İstifadəçi Çağrı Mərkəzinə zəng etməklə müraciət edir;
2. İstifadəçi ASXM tərəfindən təqdim edilmiş İstifadəçi İD-sini dəyişdirmək istədiyini bildirir;
3. İstifadəçi ondan soruşulan Asan imzanın bağlı olduğu mobil telefon nömrəsini bildirir;
4. İstifadəçi ondan soruşulan yeni İstifadəçi İD-si məlumatını bildirir;
5. İstifadəçiyə mövcud və yeni təqdim olunan İstifadəçi İD-si barədə SMS göndərilir;
6. İstifadəçi SMS-lə tanış olur və razılığını Çağrı Mərkəzinin təmsilçisinə bildirir;
7. İstifadəçi razılığını bildirdikdən sonra mobil telefonda yoxlama kodunu təsdiqləyir və Asan imza PİN 2 kodunu daxil etməklə imzalayır;
8. Əməliyyat başa çatdıqdan sonra istifadəçinin Asan imzanın bağlı olduğu mobil telefon nömrəsinə İstifadəçi İD-sinin dəyişdirilməsi barədə SMS göndərilir.
9. Həmçinin istifadəçinin İnternet Vergi İdarəsində elektron qutusu olduğu halda, “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumat göndərilir.
3.1.2. Sorğunun qəbulu: İstifadəçi İD-sinin dəyişdirilməsi əməliyyatı istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə dəyişiklik aparılır.
3.2. Elektron Xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi İD-sinin dəyişdirilməsindən aşağıdakı hallarda imtina edilir:
1. Asan imzanın bağlı olduğu mobil telefon nömrəsi səhv bildirilərsə;
2. Mobil nömrədə Asan imza xidməti aktiv olmazsa;
3. İstifadəçinin Asan imza sahibi olmadığı müəyyən edilərsə;
4. Yeni İstifadəçi İD-si dəqiq bildirilməzsə;
5. Xidmət yekunlaşdırılmadan əlaqə kəsilərsə.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi Çağrı Mərkəzinə müraciət etdikdə və sorğunun qəbulundan imtina üçün əsas olmadıqda yeni İstifadəçi İD-si Çağrı Mərkəzinin təmsilçisi tərəfindən qəbul olunur və təsdiq olunması üçün istifadəçinin Asan imzasının bağlı olduğu mobil telefon nömrəsinə SMS göndərilir.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
3.3.1.1. AsanDoc proqram təminatında İstifadəçi İD-sinin dəyişdirilməsinin əməliyyat ardıcıllığı aşağıdakı kimidir:
1. İstifadəçi AsanDoc proqramında müvafiq bölməyə daxil olur, məsul şəxs- istifadəçi;
2. Müvafiq xanaya mövcud və yeni İstifadəçi İD-sini qeyd edir, məsul şəxs- istifadəçi;
3. Mobil telefonda PİN1 daxil etməklə əməliyyatı təsdiqləyir, məsul şəxs- istifadəçi;
4. İstifadəçi İD-sinin müvəffəqiyyətlə dəyişdirilməsi barədə məlumat ekranda əks olunur, məsul şəxs – Vergilər Nazirliyi.
3.3.1.2. Çağrı Mərkəzinə müraciət etməklə İstifadəçi İD-sinin dəyişdirilməsinin əməliyyat ardıcıllığı aşağıdakı kimidir:
1. İstifadəçi tərəfindən Asan imzanın bağlı olduğu mobil telefon nömrəsinin təqdim edilməsi, məsul şəxs- istifadəçi;
2. İstifadəçi tərəfindən təqdim edilmiş Asan imzanın bağlı olduğu mobil telefon nömrəsi məlumatlarının sistemdə yoxlanılması, məsul şəxs- Vergilər Nazirliyi;
3. İstifadəçi tərəfindən yeni İstifadəçi İD-sinin təqdim edilməsi, məsul şəxs- istifadəçi;
4. Yeni İstifadəçi İD-sinin təsdiq edilməsi məqsədi ilə hazırlanmış SMS-in istifadəçinin Asan imzanın bağlı olduğu mobil telefon nömrəsinə göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;
5. İstifadəçi tərəfindən yeni İstifadəçi İD-si barədə göndərilmiş SMS-in təsdiq edilməsi, məsul şəxs – istifadəçi;
6. İstifadəçi SMS-lə tanış olduqdan və razılaşdıqdan sonra Çağrı Mərkəzinin təmsilçisi tərəfindən “İmzaya göndər” düyməsini sıxmaqla istifadəçiyə əməliyyatın təsdiq üçün göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi;
7. İstifadəçi tərəfindən yoxlama kodunun təsdiqlənməsi və Asan imza PİN 2 kodunu daxil etməklə imzalanması, məsul şəxs – istifadəçi;
8. İstifadəçi tərəfindən imzalama əməliyyatı aparıldıqdan sonra onun Asan imzanın bağlı olduğu mobil telefon nömrəsinə İstifadəçi İD-sinin dəyişdirilməsi barədə SMS-in göndərilməsi və elektron qutusu olduğu halda “Onlayn kargüzarlıq” səhifəsinə əməliyyat tarixçəsi barədə məlumatın göndərilməsi, məsul şəxs – Vergilər Nazirliyi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: İcraçının tələb olunan məlumatları daxil etməsindən, istifadəçinin Asan imza vasitəsi ilə əməliyyatları təsdiqləməsindən və daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq elektron xidmət 3-5 dəqiqə ərzində yerinə yetirilir.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin yerinə yetirilməsi nəticəsində istifadəçinin yeni İstifadəçi İD-si təsdiqləndikdən sonra İstifadəçi İD-sinin dəyişdirilməsi üsulundan asılı olaraq bu barədə məlumat ekrana çıxarılır və ya istifadəçinin Asan imzanın bağlı olduğu mobil telefon nömrəsinə SMS formasında göndərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin AVİS, ASXM və Çağrı Mərkəzinə bağlı proqram təminatı vasitəsi ilə nəzarət edilir.
3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədi ilə Çağrı Mərkəzi fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: “Fiziki şəxsin vergi uçotundan çıxarılması”.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət fiziki şəxsin vergi uçotundan çıxarılması üçün ərizənin vergi orqanına elektron qaydada təqdim edilməsini və onun vergi uçotundan çıxarılmasını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli, 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları", eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.65-ci bəndi; Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Fiziki şəxsin vergi uçotundan çıxarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Azərbaycan Respublikası Vergilər Nazirliyi Kollegiyasının 19 may 2015-ci il tarixli 1517050000003100 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə müəyyən edilmiş prosedurlar başa çatdırıldıqdan sonra 2 iş günü müddətində.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Ərizə icraya qəbul edilərək vergi uçotundan çıxarılma ilə bağlı prosedurlar başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır.
2.1. Elektron xidmətin növü: İnteraktiv
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz
2.3. Elektron xidmətin istifadəçiləri: Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi ödəyicisinin eyniləşdirilmə nömrəsi (VÖEN) almış, habelə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına əsasən gücləndirilmiş elektron imza əldə etmiş fiziki şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. http://www.taxes.gov.az;
2.4.2. http://www.e-taxes.gov.az;
2.4.3. http://www.e-gov.az;
2.4.4. https://www.dxr.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. http://www.taxes.gov.az;
2.5.2. http://www.e-taxes.gov.az,
2.5.3. http://www.e-gov.az;
2.5.4. Ошибка! Недопустимый объект гиперссылки.
2.5.5. Vergi ödəyicilərinə xidmət strukturları (müvafiq idarə və şöbələr);
2.5.6. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.7. Vergilər Nazirliyinin Çağrı Mərkəzi(195-1);
2.5.8. Vergilər qəzeti;
2.5.9. office@taxes.gov.az.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə vergi orqanı tərəfindən qəbul edildikdən sonra aşağıdakı sənədlər vergi orqanına təqdim edilməlidir:
2.6.1. Vergi ödəyicisi əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatda olduqda, qeydiyyatın ləğv edilməsi barədə ərizə - kağız və ya elektron formada (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 7.19-cu bəndi)
2.6.2. Vergi ödəyicisinin uçotda təsərrüfat subyekti (obyekti) olduqda, onların uçotdan çıxarılması barədə ərizə - kağız və ya elektron formada (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 7.17-ci bəndi);
2.6.3. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış nəzarət-kassa aparatları olduqda, onların qeydiyyatdan çıxarılması barədə ərizə - kağız və ya elektron formada (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 7.20-ci bəndi);
2.6.4. Vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış Pos-terminallar olduqda, onların qeydiyyatdan çıxarılması barədə bank ekvayer tərəfindən ərizə - elektron formada (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron xidmət növlərinin Siyahısı"nın 7.22-ci bəndi);
2.6.5. Vergi ödəyicisinin aktiv bank hesabları olduqda, onların bağlanılması barədə banklar tərəfindən göndərilən məlumat – elektron formada;
2.6.6. Müraciətin edilməsi tarixinə, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcu olduqda, onun ödənilməsi barədə məlumat – vergi borcu ödənildikdə bu barədə vergi orqanına avtomatik məlumat daxil olur;
2.6.7. Vergi orqanına təqdim edilməmiş bəyannamələr (hesabatlar) olduqda, bəyannamələr (hesabatlar) – kağız və ya elektron formada.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu: Gücləndirilmiş elektron imzadan istifadə edərək sistemə daxil olduqda istifadəçiyə təklif olunan ərizə formasını doldurmaq və təsdiq etmək imkanı yaradılır. Ərizə iş vaxtı başa çatdıqdan sonra və ya qeyri-iş günündə sistemə daxil edilmişdirsə, bu halda onun icrası həmin gündən sonrakı ilk iş gününün əvvəlində həyata keçirilir.
3.1.1. Sorğunun formalaşdırılması: Fiziki şəxsin vergi uçotundan çıxarılması ərizəsi İnternet Vergi İdarəsi portalının “Onlayn Kargüzarlıq” bölümü üzərindən işlənilir. Bu məqsədlə istifadəçi tərəfindən bu Reqlamentin 2.4-cü bəndində qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından “Fiziki şəxsin vergi uçotundan çıxarılması” xidmət növü seçilir. Bu zaman açılan ekranda “Yeni müraciət” düyməsi sıxılır və açılan pəncərədə “Kimə” siyahısından Azərbaycan Respublikasının Vergilər Nazirliyi, “Müraciətin növü” siyahısından Ərizə, “Sənədin növü” siyahısından “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə seçilir və “Qəbul” düyməsi sıxılır. Bu zaman sistem tərəfindən istifadəçinin şəxsi məlumatları əsasında ekrana fiziki şəxsin adı, soyadı, atasının adı və qeydiyyatda olduğu rayon çıxarılır. Açılan ekranda ləğv olma tarixi daxil edilir və siyahıdan ləğv olunma səbəbi seçilir. “Ləğv olma tarixi”nin daxil edilməsi zamanı bu tarixin ərizənin təqdim edilmə tarixindən əvvəl seçilməsinə məhdudiyyət nəzərdə tutulmuşdur və bu zaman ekrana “Ləğv olma tarixi ərizənin təqdim edilmə tarixindən əvvələ ola bilməz” məzmunda mesaj verilir. “İrəli” düyməsi sıxıldıqdan sonra daxil edilmiş məlumatların yoxlanılması üçün təsdiqləmə ekranı gəlir. Daxil edilmiş məlumatlar vizual yoxlanılır və əgər edilmiş əməliyyat doğrudursa, “Tanış oldum, məlumatların doğruluğunu təsdiqləyirəm” ifadəsinin qarşısındakı boş xana işarələnir, “İmzala”, daha sonra “göndər” düyməsi sıxılır. Ərizə gücləndirilmiş elektron imza ilə imzalandıqdan sonra sistem tərəfindən ekrana onun onlayn qəbul olunması haqqında “Bildiriş” çıxarılır və sənədə 16 rəqəmli qeydiyyat nömrəsi verilir. Vergi ödəyicisinin vergi uçotunun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar həmin “Bildiriş”də əks olunur. “Çap” düyməsi ilə “Bildiriş” çap edilir. İstifadəçi tərəfindən göndərilən bu elektron ərizə onun “Göndərdiklərim” qovluğuna düşür. O, buradan əməliyyat tarixçəsi vasitəsilə ərizənin icra vəziyyətini izləyə bilər.
3.1.2. Sorğunun qəbulu: Ərizə məlumatları sistemə daxil edilərək istifadəçi tərəfindən təsdiqləndiyi andan sistemdə qeydiyyata alınmış olur və ona 16 rəqəmli qeydiyyat nömrəsi verilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Vergi orqanında fiziki şəxsin vergi uçotundan çıxarılması barədə icra edilməmiş ərizəsi olduqda sorğunun yerinə yetirilməsindən imtina olunur.
3.2.2. Sorğunun qəbulu: İmtinaya əsas olmadıqda “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə icraya qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. Gücləndirilmiş elektron imza sahibinin sistemdə təyin edilməsi (identikləşdirilməsi), məsul şəxs- akkreditə edilmiş sertifikat mərkəzi;
2. Ərizə üzrə tələb edilən məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçi
3. Fiziki şəxsin vergi uçotundan çıxarılması, məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi;
4. Fiziki şəxsin vergi uçotundan çıxarılması barədə vergi ödəyicisinə Bildirişin verilməsi (prosesin sonu), məsul şəxs - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: İştifadəçi tərəfindən “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə doldurulub imzalandıqdan sonra imtinaya əsas olmadıqda vergi orqanında icraya qəbul olunur. Elektron xidmət bu hissədə daxil edilən məlumatların informasiya sistemində emalı müddətindən asılı olaraq yerinə yetirilir. İsifadəçi tərəfindən Reqlamentin 2.6-cı bəndində göstərilən sənədlər təqdim edilməli olduqda, onlar təqdim edildikdən sonra həmin sənədlər üzrə müvafiq prosedurlar başa çatdırıldıqdan sonra istifadəçi 2 iş günü müddətində vergi uçotundan çıxarılır.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası:
1. “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında” ərizə qəbul olunur və ekrana “Bildiriş” çıxır;
2. Fiziki şəxs vergi uçotundan çıxarılır və ona “Bildiriş” verilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.4.2. nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Hazır sənəd bərədə məlumatın verilməsi.
1.2. Elektron xidmətin məzmunu: Bu xidmət vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmiş şəxslər müraciətləri ilə əlaqədar cavab sənədlərinin hazır olub-olmaması barədə məlumatları əldə edirlər.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15-ci və 24-cü maddələri, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsi; Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci və 8.4-1-ci bəndləri; Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 23 may 2011-ci il tarixli 429 nömrəli Fərmanının 2 və 2-1-ci hissələri; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.65-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: tam avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Elektron xidmət sorğunun informasiya sistemi tərəfindən emalı müddətindən asılı olaraq dərhal həyata keçirilir.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Şəxs sorğu edilən tarixə müraciətinin nəticəsi ilə əlaqədar cavab sənədlərinin hazır olub-olmaması barədə məlumatları əldə edir.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etmiş fiziki və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri:
2.4.1. http://www.e-taxes.gov.az;
2.4.2. http://www.taxes.gov.az;
2.4.3. https://www.dxr.az;
2.4.4. http://www.e-gov.az.
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. http://www.taxes.gov.az;
2.5.2. http://www.e-taxes.gov.az,
2.5.3. http://www.e-gov.az;
2.5.4. Ошибка! Недопустимый объект гиперссылки.
2.5.5. Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzi (195-1);
2.5.6. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;
2.5.7. Vergi ödəyicilərinə xidmət mərkəzləri;
2.5.8. “Vergilər” qəzeti;
2.5.9. office@taxes.gov.az.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması: İstifadəçi tərəfindən bu Reqlamentin 2.4-cü bəndində qeyd edilən internet səhifələrində Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin siyahısından “Hazır sənəd bərədə məlumatın verilməsi” xidmət növü seçilir. Bu zaman açılan ekranda 4 axtarış istiqamətindən biri üzrə (sənəd-qəbulu bildirişin nömrəsi; ad, soyad və ata adı; FİN; VÖEN) və xidmət mərkəzinin adı, müraciətin tarixi barədə müvafiq məlumatları daxil edərək xidmət mərkəzinə edilən müraciətlə əlaqədar cavab sənədinin hazır olub-olmaması yoxlanılır. “Yoxla” düyməsi sıxıldıqdan sonra axtarılan məlumatın informasiya sistemində emalı müddətindən asılı olaraq sorğu edilən tarixə vergi orqanında həmin müraciət üzrə hazırlanan sənədin hansı mərhələdə olması barədə məlumat ekranda göstərilir.
3.1.2. Sorğunun qəbulu: Bu reqlamentin 3.1.1-ci yarımbəndinə uyğun olaraq formalaşdırılmış sorğu üzrə istifadəçi tərəfindən “Yoxla” düyməsi sıxıldığı andan sorğu avtomatik olaraq qəbul edilir və sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq nəticəsi ekranda göstərilir.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: İstifadəçi sorğunun formalaşdırılması üçün bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatları səhv daxil etdikdə sorğu qəbul edilmir. Səhv məlumatın daxil edilməsi istifadəçinin yenidən sorğu verməsinə mane olmur.
3.2.2. Sorğunun qəbulu: İstifadəçi tərəfindən bu reqlamentin 3.1.1-ci yarımbəndində nəzərdə tutulmuş məlumatlar düzgün daxil edildikdə sorğu qəbul olunur.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir inzibati əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. Sorğunun formalaşdırılması üçün məlumatların düzgün daxil edilməsi, məsul şəxs – istifadəçi;
2. Vergi ödəyicilərinə xidmət mərkəzlərinə edilən müraciətlə əlaqədar olaraq cavab sənədinin hazır olub-olmaması barədə, habelə hazırlanan cavab sənədinin hansı mərhələdə olması barədə məlumatın verilməsi, məsul şəxs - Vergilər Nazirliyi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Elektron xidmət sorğunun informasiya sistemində emalı müddətindən asılı olaraq dərhal təqdim olunur.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat: Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: İstifadəçinin sorğu edilən tarixə vergi ödəyicilərinə xidmət mərkəzlərinə edilmiş müraciətlə əlaqədar olaraq cavab sənədinin hazır olub-olmaması, habelə hazırlanan cavab sənədinin hansı mərhələdə olması barədə məlumat ekranda göstərilir.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə onlayn qaydada nəzarət edilir.
3.4.2. Nəzarət qaydası: Bu xidmətin göstərilməsi ilə əlaqədar hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədilə Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üzrə mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət edə bilər.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə, şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən, 1 ay müddətinə baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli 1717050000005500 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1.1. Elektron xidmətin adı: Çağrı Mərkəzində vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə bağlı sualların cavablandırılması.
1.2. Elektron xidmətin məzmunu: Bu elektron xidmət Azərbaycan Respublikasının Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) (bundan sonra – Çağrı Mərkəzi) zəng etməklə müraciət edən şəxslərin vergi qanunvericiliyi ilə bağlı, Vergilər Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərin (bundan sonra – elektron xidmətlər) tətbiqi ilə, elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərlə bağlı sorğularının cavablandırılmasını əhatə edir.
1.3. Elektron xidmətin göstərilməsinin hüquqi əsası: Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 15-ci və 24-cü maddələri,“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 29.03.2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”nin 8.2-ci bəndi, “Dövlət orqanlarının və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il tarixli 429 nömrəli Fərmanının 2-ci və 2-1-ci hissələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24.11.2011-ci il tarixli 191 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”, eləcə də "Elektron xidmət növlərinin Siyahısı"nın 7.48-ci bəndi.
1.4. Elektron xidməti göstərən dövlət qurumunun adı: Azərbaycan Respublikasının Vergilər Nazirliyi.
1.5. Elektron xidmətin digər icraçıları: Yoxdur.
1.6. Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi: Bu sahədə göstərilən elektron xidmət qismən avtomatlaşdırılmışdır.
1.7. Elektron xidmətin icra müddəti: Çağrı Mərkəzinə daxil olmuş müraciətlər dərhal cavablandırılır. Lakin müraciət edən şəxsin müraciətini (sualını) birbaşa düzgün, əsaslandırılmış və tam cavablandırmaq mümkün olmadıqda, xüsusilə də müraciətin cavablandırılması üçün Vergilər Nazirliyi tərəfindən əlavə əməliyyatlar aparılmalı olduqda, müraciət edənə onunla təkrar əlaqə yaradılaraq məlumatlandırılması üçün müraciət vərəqəsinin tərtib edilməsi təklif edilir. Bu tipli müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na əsasən baxılır. Müraciət “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun 10.1-ci maddəsinə müvafiq olaraq ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.
1.8. Elektron xidmətin göstərilməsinin nəticəsi: Müraciət edən şəxsin vergi qanunvericiliyi və elektron xidmətlərin tətbiqi ilə əlaqədar sualları cavablandırılır, elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlər aradan qaldırılır.
2.1. Elektron xidmətin növü: İnteraktiv.
2.2. Elektron xidmət üzrə ödəniş: Ödənişsiz.
2.3. Elektron xidmətin istifadəçiləri: Bütün fiziki və hüquqi şəxslər.
2.4. Elektron xidmətin təqdim olunma yeri: Çağrı Mərkəzi (195-1).
2.5. Elektron xidmət barədə məlumatlandırma:
2.5.1. https://www.taxes.gov.az;
2.5.2. https://www.e-taxes.gov.az;
2.5.3. https://www.e-gov.az;
2.5.4. https://asanimza.az;
2.5.5. Vergilər Nazirliyinin struktur vahid və bölmələri;
2.5.6. Vergi ödəyicilərinə xidmət mərkəzləri.
2.5.7. Çağrı Mərkəzi.
2.6. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər və onların təqdim olunma forması: Elektron xidmətin göstərilməsi üçün sənəd tələb olunmur.
2.7. Elektron xidmətin göstərilməsi üçün tələb olunan sənədlər dövlət orqanlarının informasiya ehtiyatında olduqda: Yoxdur.
3.1. İnteraktiv elektron xidmətlər üçün sorğu:
3.1.1. Sorğunun formalaşdırılması:
1. İstifadəçi Çağrı Mərkəzinə zəng etməklə müraciət edir;
2. İstifadəçinin müraciəti vergi qanunvericiliyinin tətbiqi ilə bağlıdırsa, “1”, elektron xidmətlərlə bağlıdırsa, “2” düyməsini sıxmaqla canlı rejimdə xidmət göstərən Çağrı Mərkəzinin təmsilçisinə bağlanır və sorğusunu təqdim edir;
3. İstifadəçi elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərin aradan qaldırılması üçün müraciət edirsə, canlı rejimdə təmsilçiyə bağlandıqdan sonra xəta ilə bağlı lazımi məlumatları təqdim edir, zəruri hallarda xəta ilə bağlı məlumatı (şəkil, fayl və s.) 195@taxes.gov.az elektron ünvanına göndərir.
3.1.2. Sorğunun qəbulu: İstifadəçinin müraciəti birbaşa şifahi cavablandırılır, bu mümkün olmadıqda isə onun müraciəti ilə əlaqədar müraciət vərəqəsi tərtib olunur və araşdırıldıqdan sonra əks əlaqə yaradılmaqla şifahi cavablandırılır.
3.2. Elektron xidmətin göstərilməsi və ya imtina edilməsi:
3.2.1. Sorğunun yerinə yetirilməsindən imtina halları: Vergi qanunvericiliyinin və elektron xidmətlərin tətbiqi ilə, habelə elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərlə bağlı sorğuların cavablandırılmasından heç bir halda imtina edilmir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.02.2015-ci il tarixli 50 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarında çağrı mərkəzlərinin fəaliyyətinin təşkili Qaydaları”na əsasən daxil olan müraciət vergi orqanlarının səlahiyyətlərinə aid olmadıqda, bu barədə müraciət edənə məlumat verilir və aidiyyəti orqana yönləndirilir. Müraciət edən qeyri-etik ifadələr işlətdikdə, dəstək dərhal asılaraq əlaqə kəsilir.
3.2.2. Sorğunun qəbulu: Vergi qanunvericiliyinin və elektron xidmətlərin tətbiqi ilə, habelə elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərlə bağlı sorğular birbaşa, bu mümkün olmadıqda isə müraciət vərəqəsi tərtib edilməklə araşdırıldıqdan sonra əks əlaqə yaradılmaqla cavablandırılır.
3.3. Sorğunun icrası:
3.3.1. Ardıcıl hər bir əməliyyat, o cümlədən məsul şəxs haqqında məlumat:
1. Çağrı Mərkəzinə zəng etmək, məsul şəxs – istifadəçi;
2. Çağrı Mərkəzinə daxil olmuş zəngi qəbul etmək, məsul şəxs – Vergilər Nazirliyi;
3. Vergi qanunvericiliyi və ya elektron xidmətlərin tətbiqi ilə bağlı sorğunun formalaşdırılması üçün suallar vermək, məsul şəxs – Vergilər Nazirliyi;
4. Vergi qanunvericiliyi və ya elektron xidmətlərin tətbiqi ilə bağlı sorğunun formalaşdırılması üçün zəruri hallarda Çağrı Mərkəzinin təmsilçisinin dəqiqləşdirici suallarını cavablandırmaq, məsul şəxs – istifadəçi;
5. Kommersiya sirri təşkil etməyən məlumatlarla bağlı sorğunu cavablandırmaq, məsul şəxs – Vergilər Nazirliyi;
6. Elektron xidmətlərin tətbiqi zamanı yaranmış texniki problemlərin aradan qaldırılması ilə bağlı müraciət edilərkən xəta barədə lazımi məlumatları təqdim etmək, Çağrı Mərkəzinin təmsilçisinin zəruri hesab etdiyi halda, xəta barədə məlumatları 195@taxes.gov.az elektron ünvanına göndərmək, məsul şəxs – istifadəçi.
3.3.2. Hər bir inzibati əməliyyatın məzmunu, yerinə yetirilmə müddəti və/və ya maksimal yerinə yetirilmə müddəti: Çağrı Mərkəzinə daxil olmuş müraciətlər dərhal cavablandırılır. Lakin müraciət edən şəxsin müraciətini (sualını) birbaşa düzgün, əsaslandırılmış və tam cavablandırmaq mümkün olmadıqda, xüsusilə də müraciətin cavablandırılması üçün Vergilər Nazirliyi tərəfindən əlavə əməliyyatlar aparılmalı olduqda, müraciət edənə onunla təkrar əlaqə yaradılaraq məlumatlandırılması üçün müraciət vərəqəsinin tərtib edilməsi təklif edilir. Müraciət ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciət isə ən geci 30 iş günü müddətində cavablandırılır.
3.3.3. İnzibati əməliyyatda iştirak edən digər dövlət orqanı haqqında məlumat:Yoxdur.
3.3.4. Hər bir inzibati prosedurun nəticəsi və onun verilməsi qaydası: Xidmətin yerinə yetirilməsi nəticəsində müraciət edən şəxsin sorğusu cavablandırılır və ya elektron xidmətdən istifadə zamanı yaranmış xəta aradan qaldırılır.
3.4. Elektron xidmətin yerinə yetirilməsinə nəzarət:
3.4.1. Nəzarət forması: Elektron xidmətin göstərilməsi zamanı aparılan proseslərə Azərbaycan Respublikasının Vergilər Nazirliyinin proqram təminatı vasitəsi ilə onlayn qaydada nəzarət edilir.
3.4.2. Nəzarət qaydası: Bu prosesdə yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi məqsədi ilə Çağrı Mərkəzi (195-1) fəaliyyət göstərir.
3.5. Elektron xidmətin göstərilməsi üçün mübahisələr: İstifadəçi elektron xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və (və ya) məhkəməyə şikayət edə bilər.
3.5.1. İstifadəçinin şikayət etmək hüququ haqqında məlumat: Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
3.5.2. Şikayətin əsaslandırılması və baxılması üçün lazım olan informasiya: İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
3.5.3. Şikayətin baxılma müddəti: Şikayət inzibati orqana verildikdə şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır. Məhkəməyə verilən şikayətə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır.
1. 6 oktyabr 2017-ci il tarixli 1717050000021100 nömrəli Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının Qərarı (Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi 15201710061100, Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix 16 oktyabr 2017-ci il)