“Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 2 avqust tarixli 438 nömrəli Fərmanının 2.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Azərbaycan Respublikasının vətəndaşlarına, habelə Azərbaycan Respublikasında daimi yaşayan və ya qaçqın statusu almış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən fərdi identifikasiya nömrəsinin daxil edilməli olduğu və həmin şəxslərin uçotunun aparıldığı digər dövlət informasiya sistemlərinin Siyahısı” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərarın 1-ci bəndi ilə təsdiq edilmiş siyahıda göstərilən informasiya sistemlərinə fərdi identifikasiya nömrəsi həmin informasiya sistemləri qanunvericiliklə müəyyən edilmiş qaydada sertifikatlaşdırıldıqdan sonra daxil edilsin.
3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri 5 fevral 2008-ci il
Vətəndaşlıq vəziyyəti aktlarının ümumrespublika elektron məlumat bankı (Ədliyyə Nazirliyi).
“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (Daxili İşlər Nazirliyi).
Sürücülük vəsiqələrinin avtomatlaşdırılmış məlumat sistemi (Daxili İşlər Nazirliyi).
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatından keçirilməsi və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi və digər qeydiyyat hərəkətlərinin aparılmasına aid reyestr (səlahiyyətləri daxilində Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları, Kənd Təsərrüfatı Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Gənclər və İdman Nazirliyi).
Vergi ödəyicilərinin vahid dövlət reyestri (Vergilər Nazirliyi).
ƏDV ödəyicilərinin vahid dövlət reyestri (Vergilər Nazirliyi).
Əhalinin sağlamlığının milli monitorinq sistemi (Səhiyyə Nazirliyi).
Doğum və ölüm reyestri (Səhiyyə Nazirliyi).
Mərkəzləşdirilmiş elektron informasiya sistemi (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi).
Mərkəzləşdirilmiş kredit reyestri sistemi (Azərbaycan Respublikasının Mərkəzi Bankı).
Dövlət qulluqçularının reyestri (Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi).
Daşınmaz əmlakın dövlət reyestri (Əmlak Məsələləri Dövlət Komitəsi).
“Tələbə-məzun” dövlət elektron məlumat sistemi (Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi).
“Şagird-məzun” dövlət elektron məlumat sistemi (Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi).
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi (Dövlət Miqrasiya Xidməti).
Hüquqi və fiziki şəxslərə verilmiş torpaq sahələri üzrə informasiya ehtiyatı (Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi).
1. 8 may 2008-ci il tarixli 111 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 434)
2. 1 iyul 2008-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №7, maddə 672)
3. 30 iyul 2009-cu il tarixli 114 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 07, maddə 610)
4. 30 sentyabr 2009-cu il tarixli 157 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, № 10, maddə 846)
5. 12 aprel 2010-cu il tarixli 61 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 4, maddə 355)
6. 31 avqust 2010-cu il tarixli 160 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 8, maddə 769)
7. 19 mart 2014-cü il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 1 aprel 2014-cü il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 03, maddə 316)
8. 5 may 2014-cü il tarixli 127 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 23 may 2014-cü il, № 107; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 05, maddə 556)
9. 1 iyul 2016-cı il tarixli 263 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 iyul 2016-cı il, № 144, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №7, maddə 1343)
10. 22 noyabr 2016-cı il tarixli 475 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 24 noyabr 2016-cı il, № 260, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, №11, maddə 1963)
11. 23 dekabr 2016-cı il tarixli 523 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 27 dekabr 2016-cı il, № 288, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2239)
12. 8 noyabr 2018-ci il tarixli 478 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 noyabr 2018-ci il, № 255, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, № 11, maddə 2428)
13. 12 aprel 2019-cu il tarixli 169 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 17 aprel 2019-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 4, maddə 763)
14. 24 mart 2020-ci il tarixli 108 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti 07 aprel 2020-ci il, № 63, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 3, maddə 369)
15. 20 fevral 2023-cü il tarixli 58 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəsmi internet saytı, 22 fevral 2023-cü il, “Xalq” qəzeti, 24 fevral 2023-cü il, № 42, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 2, maddə 321)
16. 1 avqust 2023-cü il tarixli 256 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 2 avqust 2023-cü il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 8, II kitab, maddə 1240)
17. 25 yanvar 2024-cü il tarixli 46 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 yanvar 2024-cü il, “Azərbaycan” qəzeti, 28 yanvar 2024-cü il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, № 1, maddə 113)
18. 24 noyabr 2025-ci il tarixli 342 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 noyabr 2025-ci il, “Azərbaycan” qəzeti, 27 noyabr 2025-ci il, № 251, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 11, maddə 1093)