Qanunvericilik › Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 11

Maddə 11. Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi əsasları

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Şəxs Azərbaycan Respublikasının vətəndaşlığını aşağıdakı hallarda əldə edir:

1) Azərbaycan Respublikasının ərazisində (bu Qanunun 12-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla) və ya Azərbaycan Respublikasının vətəndaşından doğulduqda;

2) Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edildikdə;

3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda;

4) bu qanunda nəzərdə tutulmuş başqa əsaslar olduqda.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver