Qanunvericilik › Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu › Maddə 20

Maddə 20. Üzərində qəyyumluq və ya himayəçilik müəyyən edilmiş uşağın Azərbaycan Respublikası vətəndaşlığının saxlanması

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikasının Qanunu · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın hər iki valideyni və ya yeganə valideyni Azərbaycan Respublikasının vətəndaşlığından çıxırsa, həm də üzərində Azərbaycan Respublikası vətəndaşlarının qəyyumluğu və ya himayəçiliyi müəyyən edilmiş uşağın böyüdülməsində iştirak etmirsə, valideynlərin, qəyyumun və himayəçinin vəsatəti ilə uşaq Azərbaycan Respublikasının vətəndaşlığını saxlayır.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver