Qanunvericilik › Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ştat cədvəli barəsində (Prezidentin fərmanı, 09.04.1992) › Tam mətn

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ştat cədvəli barəsində (Prezidentin fərmanı, 09.04.1992)

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ştat cədvəli barəsində (Prezidentin fərmanı, 09.04.1992) · qüvvədə olan redaksiya
Mətn mənbəyi: e-qanun.az · bazaya alınma: 02.10.2026. Bu tarixdən sonrakı dəyişikliklər əks olunmaya bilər.

Azərbaycan Respublikasının genişlənən xarici siyasi əlaqələrini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin fəaliyyətinin artan həcmini, habelə bu fəaliyyətin reqlamentləşdirilməsinin zəruriliyini nəzərdə tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi haqqında Əsasnamə təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ştat cədvəlinə baxsın və onu təsdiq etsin.

Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən

Azərbaycan Respublikası Ali Sovetinin sədri

Bakı şəhəri, 9 aprel 1992-ci il.

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinə rəhbərlik edən dövlət idarəetmə orqanıdır.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının xarici əlaqələr sahəsində işinin təşkili və vəziyyəti üçün məsuliyyət daşıyır.

2. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin əsas vəzifələri aşağıdakılardır:

Azərbaycan Respublikasının xarici siyasətinin həyata keçirilməsi;

hamı tərəfindən qəbul edilmiş beynəlxalq hüquq normalarına uyğun olaraq diplomatik vasitələrlə Azərbaycan Respublikasının suverenliyinin, onun xarici dövlətlərdə yaşayan vətəndaşlarının hüquqlarının və mənafeyinin müdafiə edilməsi;

xarici siyasət fəaliyyəti məsələlərinə dair Azərbaycan Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarının yerinə yetirilməsi;

Azərbaycan Respublikasının xarici dövlətlərlə diplomatik və konsul münasibətlərinin həyata keçirilməsi;

qlobal problemlərin həll edilməsi və beynəlxalq hüquq qaydasının gözlənməsi sahəsində dünya birliyinin səylərində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi

nazirliklərin* dövlət komitələrinin və başqa mərkəzi dövlət idarəetmə orqanlarının, təşkilatların və idarələrin xarici dövlətlərlə siyasi, iqtisadi, elmi-texniki, mədəni, humanitar əlaqələrinə aid məsələlər barəsində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təqdimi etdikləri cari və perspektiv planlar əsasında onların həmin əlaqələrinin əlaqələndirilməsinin diplomatik cəhətdən təmin edilməsi;

Azərbaycan Respublikasının beynəlxalq, dövlətlərarası və regional təşkilatlarla əlaqələrinin həyata keçirilməsi;

Azərbaycan Respublikasındakı diplomatik və konsul nümayəndəlikləri ilə Azərbaycan Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası nazirliklərinin, dövlət komitələrinin, başqa mərkəzi dövlət idarəetmə orqanlarının əlaqələrinin təmin edilməsi;

Azərbaycan Respublikası Ali Sovetinin, Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının nazirliklərinin, dövlət komitələrinin, başqa Mərkəzi dövlət idarəetmə orqanlarının xarici ölkələri dövlət orqanları və vəzifəli şəxsləri ilə, beynəlxalq, dövlətlərarası və regional təşkilatlarla əlaqələrinin təmin edilməsi;

vahid Dövlət protokolunun təmin edilməsi.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ona həvalə edilmiş vəzifələrə uyğun olaraq:

xarici dövlətlərlə, beynəlxalq, dövlətlərarası və regional təşkilatlarla danışıqlar aparır və öz səlahiyyəti hüdudunda beynəlxalq sazişlər bağlayır;

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Sovetinin sədrinin, Azərbaycan Respublikasının Baş nazirinin beynəlxalq görüşlərinin və danışıqlarının keçirilməsinə hazırlıq görür;

Azərbaycan Respublikasının xarici siyasət fəaliyyəti haqqında vaxtaşırı Azərbaycan Respublikasının Prezidentinə hesabatlar təqdim edir, Azərbaycan Respublikasının xarici siyasi fəaliyyətinin perspektiv planlarını tərtib edir;

Azərbaycan Respublikasının beynəlxalq münasibətlərinin vəziyyəti haqqında müntəzəm olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat verir, Azərbaycan Respublikasının dövlət mənafeyi mövqeyindən xarici siyasət məsələləri barəsində Azərbaycan Respublikasının Prezidentinə təhlili icmallar təqdim edir;

xarici dövlətlərdə Azərbaycan Respublikasının diplomatik və konsul nümayəndəliklərinin açılması haqqında, beynəlxalq, dövlətlərarası və regional təşkilatlar yanında Azərbaycan Respublikasının. nümayəndəliklərinin açılması haqqında Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

xarici dövlətlərdə, beynəlxalq, dövlətlərarası və regional təşkilatlar yanında Azərbaycan Respublikasının diplomatik və konsul nümayəndəliklərinin başçılarının təyin edilməsi və onların geri çağırılması barədə Azərbaycan Respublikasının Prezidentinə təkliflər verir;

xarici dövlətlərdə Azərbaycan Respublikasının diplomatik və konsul nümayəndəliklərinin fəaliyyətinə, beynəlxalq, dövlətlərarası və regional təşkilatlar yanında Azərbaycan Respublikası nümayəndəliklərinin fəaliyyətinə rəhbərlik edir;

Azərbaycan Respublikasının öhdəliklərini, yerinə yetirilməsinə və Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrdən irəli kələn hüquqlarının həyata keçirilməsinə, habelə qəbul edilmiş öhdəliklərin bu müqavilələrin digər iştirakçıları tərəfindən yerinə yetirilməsinə nəzarət edir və göz qoyur;

Azərbaycan Respublikasının Prezidentinə bu və ya digər beynəlxalq müqavilələrin bağlanmasının zəruriliyi haqqında təkliflər verir, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin bağlanması; üçün lazımi hazırlıq işi aparır;

Azərbaycan Respublikasının Prezidentinə Azərbaycan Respublikasının xarici dövlətlərlə münasibətlərinə aid olan, habelə Azərbaycan Respublikasının beynəlxalq müqavilələrindən irəli kələn məsələlər üzrə qanunvericiliyin təkmilləşdirilməsi;

nazirliklərin, dövlət komitələrinin və başqa mərkəzi dövlət idarəetmə orqanlarının, təşkilatların və idarələrin xarici iqtisadi fəaliyyətinə aid məsələlər barədə tövsiyələr verir və bu fəaliyyəti tapşırılmış vəzifələrə uyğun olaraq əlaqələndirir;

Azərbaycan Respublikasındakı diplomatik və konsul nümayəndələri ilə qarşılıqlı fəaliyyət göstərir;

xarici dövlətlərin vəzifəli şəxslərinin rəsmi səfərlərinin keçirilməsini təşkil və təmin edir;

Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Soveti sədrinin, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikası parlament nümayəndə heyətlərinin xarici dövlətlərə rəsmi səfərlərinə hazırlıq görür.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarını və sərəncamlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

5. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Ali Sovetinin razılığı ilə təyin etdiyi nazir başçılıq edir. Azərbaycan Respublikası xarici işlər nazirinin müavinlərini Azərbaycan Respublikasının Prezidenti təyin edir.

6. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi aparatı əməkdaşlarının say tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin strukturunu və ştat cədvəlini Azərbaycan Respublikasının xarici işlər naziri təsdiq edir.

Azərbaycan Respublikasının diplomatik və konsul nümayəndəlikləri əməkdaşlarının say tərkibini Azərbaycan Respublikasının Nazirlər Kabineti təsdiq edir. həmin nümayəndəliklərin strukturunu və ştat cədvəlini Azərbaycan Respublikasının xarici işlər naziri təsdiq edir.

Xarici İşlər Nazirliyi aparatının, Azərbaycan Respublikasının diplomatik və konsul nümayəndəliklərinin saxlanması üçün onlar dövlət büdcəsindən milli və xarici valyuta ilə ayrılmış təxsisatlar hüdudunda lazımi vəsaitlə təmin edilirlər.

7. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Dövlət gerbinin təsvirini əks etdirən və özünün adını əks etdirən möhürə malikdir.

Bu maddə üzrə məhkəmə təcrübəsi

Ali Məhkəmənin bu mövzudakı qərarlarına baxın.

Qərarlarda axtar →
Bu maddə sizin işinizə necə tətbiq olunur?

Sualınızı yazın — cavab bu maddə və Ali Məhkəmə qərarları əsasında hazırlanır.

Sual ver